Ardını oxu...
Naxçıvan Muxtar Respublikasının baş naziri Ceyhun Cəlilovla bağlı ilginc iddialar yayılıb. Dia-az.Media xəbər verir ki, bu barədə tanınmış araşdırmaçı-jurnalist Heydər Oğuz özünün növbəti paylaşımında qeyd edib.

Ardını oxu...

Jurnalist yazır: "Etibarlı mənbələrimdən aldığım məlumata görə, Naxçıvanın Baş naziri Ceyhun Cəlilov öz yaxın ətrafına deyirmiş ki, Heydər Oğuz kimi adamlar nə qədər qüsurlarımı ifşa edir etsin, heç kim məni kreslomdan tərpədə bilməz, çünki mən Azərbaycanın Əmək və Sosial Müdafiə naziri Sahil Babayevin adamıyam. Sahil müəllim icazə verməz ki, yanımdan yel keçə.
Doğrusu, Sahil Babayevin bu qədər əjdaha nazir olduğuna inanmamışdım. Mənə ən maraqlı gələn isə “canişin” əfəndinin Ceyhun Cəlilovun ağası ilə bağlantısı idi. Çünki bildiyim qədərilə “canişin” əfəndi özünü daha böyük və təsirli dairələrin adamı kimi təqdim edirdi. Yeri gələndə Sahil Babayev onun aid olduğu dairələrin yanında toz dənəsi də ola bilməzdi. Elədirsə, “canişin”i Sahilin “işyarıtmaz” adamının yanında gözükölgəli edən nə idi ki, Naxçıvanın Baş naziri kimi mühüm postunu ona peşkəş çəkmişdi?
Üstəlik, 1 il 1 ay 10 günlük nazirlik postunda keçirdiyi bütün tenderlərdə ciddi qanun pozuntularına yol verdiyi halda, Ceyhun Cəlilova “gözün üstə qaşın var” deyilməmişdi, əksinə, onun nazir postundan Baş nazir postuna “hoppanmasına” şərait yaradılmışdı.
Az əvvəl digər etibarlı mənbələrdən aldığım məlumat “canişin”lə Ceyhun Babayev arasındakı əlaqələrə kifayət qədər aydınlıq gətirir. Məlumata görə, “canişin”lə Sahil Babayev tələbə yoldaşı olublar. Onun tələbə yoldaşları dairəsin bununla da tamamlanmır. “Canişin”in Prezident üçün üçaylıq hesabatlarını hazırladığı iddia olan Anar Həsənov (5-ci kolonun aparıcı siması Əli Həsənovun qardaşı oğlu) və Hikmət adlı çox mühüm postlardan birini tutan şəxs də bu tələbə yoldaşları qrupuna daxildir.
Yəni “canişin”in də, Sahil Babayevin də, Ceyhun Cəlilovun da arxaları kifayət qədər möhkəm imiş və onlar bu səbəbdən ölkəni və Muxtar Respublikanı hərrac bazarına çeviriblər..."
 
Ardını oxu...
Azintelekom” MMC-nin tender layihəsi ləğv olunub.

XALQ.AZ məlumat verir ki, şirkət məhsul və xidmətlərin təhlükəsizlik yoxlanışının keçirilməsi (Pentest) xidmətlərinin satın alınması üçün müsabiqəyə müraciət edib. Layihənin dəyəri 100 min manat olub.
Dövlət Satınalmaları haqqında qanunun 36.1.1-ci bəndinə əsasən, yetərsay olmadığı üçün tender ləğv olunur.
Satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır. Qeyd edək ki, şirkətin İdarə Heyətinin sədri Elxan Əzizovdur.
 
Ardını oxu...
Dünən mediada ölkə başçısının Sərəncamı ilə yeni yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İmişli rayon İcra Hakimiyyətinin növbəti qanunsuz əməlinə mane olduğu barədə məlumat yaıldı. Qeyd edilir ki, Dövlət Agentliyi tərəfindən İmişli rayon İcra Hakimiyyəti ilə bağlı 03 oktyabr 2024-cü il tarixində AİBNDX/SQ-9917/2024 nömrəli qərar qəbul edilib. Məhz həmin qərarda İmişli İH-nin qiymətləri bilərkdən məqsədli şəkildə şişirtdiyi, xərcləri həddən artıq böyütdüyü qeyd olunub. İcra Hakimiyyəti yolların əsaslı təmiri üçün 500.665,74 manat pul ayırmağı nəzərdə tuturmuş.

Xəbəri bir sensasiya kimi hətta ən tanınan media orqanları da tirajladı. Sanki qiymətlərin bu tip şişirtmə halları indiyə qədər heç olmayıb. Sanki bu kimi hallar birinci dəfədir ki, baş verir.

Aktualinfo.org Goranboy Suvarma Sistemləri İdarəsi oktyabrın 8-də bir mənbədən satınalma metodu ilə keçirdiyi və bğladığı 3 satınalma müqaviləsi ətrafında araşdırma aparıb. Burada da bir sıra ciddi qanun pozuntuları ilə yanaşı, qiymətlərin süni şəkildə şişirdildiyi də açıq aydın görsənir. Maraqlıdır, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Goranboy Suvarma Sistemləri İdarəsinin yol verdiyi qanun pozuntularını görməyib, yoxsa elə bilərəkdən göz yumub?

İndi biz sizi Goranboy Suvarma Sistemləri İdarəsinin keçirdiyi bir neçə satınalmanın nəticələri ilə tanış edəcik. Qoy bunu həm də iqtisadçılar, mütəxəsislər qiymətləndirsin.

Subartezian quyularının layihə smeta sənədlərinin hazırlanmasının satın alınması üzrə 64.800 manat məbləğində satınalma müqaviləsi “DREAM HOUSE CONSTRUCTION” MMC ilə

Subartezian quyularının əsaslı təmiri işlərinin satın alınması üzrə 770.000 manat məbləğində satınalma müqaviləsi “AZƏRTRANSS” MMC ilə

3 pilləli Səfikürd nasos stansiyasının 1-ci pilləsində (D=1020x10mm,L=9.0 km) boru xəttinin təmiri işlərinin satın alınması üzrrə 309.997,2 manat məbləğində satınalma müqaviləsi “Dostluq H-EL” MMC ilə.

Qeyd edək ki, Goranboy Suvarma Sistemləri İdarəsinin Satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə: 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda.
Göründüyü kimi Goranboy Suvarma Sistemləri İdarəsinin subartezian quyularının əsaslı təmiri işlərinin satın alınması üzrə müqavilə bağladığı “Dream House Construction” və “Azərtrans” MMC-lərin hər ikisinin analoji işləri görmək üçün lisenziya və icazəyə malikdirlər. Lakin bu onlara analoji işlər üçün xüsusi hüquq verirmi? Sözügedən satınalma predmeti üzrə kifayət qədər əvəzedicisi və alternativi olduğu halda tender nədən bir mənbədən atınalma metodu ilə keçirilib?
Maraqlıdır, Goranboy Suvarma Sistemləri İdarəsi 770.000 manatı rayonda neçə subartezian quyusunun əsaslı təmiri üçün ayırıb? Təbii ki, bunlar şərtlər toplusunda göstərilib. Bəs ictimaiyyətə niyə açıqlanmır? Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi portalından əldə etdiyimiz məlumatlarda idarənin balansında olan əkin sahələrinin suvarılmasına 968 ədəd subartezian quyusu xidmət edir. Elektron mediada və sosial şəbəkələrdə isə son bir ildə Goranboy rayon sakinlərinin suvarma suyunun olmaması ilə bağlı çoxsaylı şikayətlərinə rast gəlmək olar. Ayrılan bu qədər vəsaitin müqabilində rayonda suvarma suyunun çatışmazlığı nədən olsun ki?
Goranboy Suvarma Sistemləri İdarəsinin son illər subartezian quyularının əsaslı təmiri işlərinin satın alınması üzrə keçirdiyi digər tenderlərdə də sual doğuran məqamlər çoxdu.
Subartezian quyularında hidromexaniki və elektrotexniki avadanlıqlar üçün mal-material və ehtiyyat hissələrinin satın alınması üzrə 158.520,08 manat məbləğində satınalma müqaviləsi “ART-PROJE” MMC ilə 05.08.2024-cü ildə bağlanılıb.
Subartezian quyularının abadlaşdırılması üçün mal-materialların satın alınması üzrə 37.478,17 manat məbləğində satınalma müqaviləsi “MENDOSO GRUP” MMC ilə 17.06.2023-cü ildə bağlanılıb.
Subartezian quyularının əsaslı təmiri və smeta sənədlərinin hazırlanması işlərinin satın alınması üzrə 503.839,21 manat məbləğində satınalma müqaviləsi “OSKAR-AR” MMC ilə 02.06.2023-cü ildə bağlanılıb.
Subartezian quyularında hidromexaniki və elektrotexniki avadanlıqlar üçün mal-material və ehtiyyat hissələrinin satın alınması üzrə 194.211,83 manat məbləğində satınalma müqaviləsi “ART-PROJE” MMC ilə 15.05.2023-cü ildə bağlanılıb.
Xüsusi vəsait hesabına subartezian quyularının elektrik və mexaniki avadanlıqlarının cari təmiri üçün mal-material və ehtiyyat hissələrinin satın alınması üzrə 56.089,83 manat məbləğində satınalma müqaviləsi “ART-PROJE” MMC ilə 06.12.2022-ci ildə bağlanılıb.
Subartezian quyularının təmiri üzrə layihə smeta sənədlərinin hazırlanması işlərinin satın alınması üzrə 31.900,12 manat məbləğində satınalma müqaviləsi “DREAM HOUSE CONSTRUCTION” MMC ilə 28.10.2022-ci ildə bağlanılıb.
Subartezian quyularının təmiri üzrə layihə smeta sənədlərinin hazırlanması və işlərinin görülməsinin satın alınması üzrə 57.412,42 manat məbləğində satınalma müqaviləsi “İQBAL-R” MMC ilə 04.10.2022-ci ildə bağlanılıb.
Subartezian quyularının təmiri işlərinin satın alınması üzrə 168.334,26 manat məbləğində satınalma müqaviləsi “İQBAL-R” MMC ilə 04.10.2022-ci ildə bağlanılıb.
Subartezian quyularının elektrik və mexaniki avadanlıqlarının cari təmiri üçün mal-material və ehtiyyat hissələri satın alınması üzrə 263.948,3 manat məbləğində satınalma müqaviləsi “TAYQA LTD” MMC ilə 01.07.2022-ci ildə bağlanılıb.
Göründüyü kimi Goranboy Suvarma Sistemləri İdarəs 2022-ci ilin iyulundan 2024-cü ilin oktyabrına subartezian quyularının qazılması, əsaslı təmiri işlərinin satın alınmasına layihə smeta sənədlərinin hazırlanması ilə birgə təxmini hesablamalarımıza görə 2 354 748 manat dövlət vəsaiti ayırıb. Satınalmaların hamısı da bir mənbədən satınalma metodu ilə keçirilib. Burada hansı kənddə, neçə subartezian quyularının əsaslı təmir olunduğu bəlli deyil.
Bunlardan əlavə Goranboy Suvarma Sistemləri İdarəsinin 08.10.2024-cü ildə “Dostluq H-EL” MMC ilə 3 pilləli Səfikürd nasos stansiyasının 1-ci pilləsində (D=1020x10mm,L=9.0 km) boru xəttinin təmiri işlərinin satın alınması üzrə 309.997,2 manat məbləğində bağladığı satınalma müqaviləsində qanun pozuntuları var.
Sözügedən MMC Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 10.10.2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ZIĞ ŞOSSESİ, ev 4, BLUE OFFİCE, MƏRT. 5, qanuni təmsilçisi isə Babayev Mehti Nadır oğludur. MMC-nin hazırki günə 120 597. 28 manat ödənilməmiş vergi borcu var.
Qeyd edək ki, Goranboy Suvarma Sistemləri İdarəsi 3 pilləli Səfikürd nasos stansiyasının 1-ci pilləsində boru xəttinin təmiri işləri üzrə “SUTİKİNTİ-TƏMİR” MMC ilə 08.12.2023-cü ildə 216.400 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Bu isə o deməkdir ki, Suvarma İdarəsi 10 ay ərzində Səfikürd nasos stansiyasının boru xəttinin təmirinə ümumi olaraq 526 397 manat dövlət vəsaiti xərcləyib.
Qeyd edək ki, Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovdur. Daha əvvəllər Göygöl Suvarma Sistemləri İdarəsində baş mühəndis və rəis vəzifələrində çalışıb. Adı kifayət qədər qalmaqallarda və digər xoş olmayan əməllərdə hallanır.
Aktualinfo.org
 
Ardını oxu...
Ailəsində problem yaranan qadın "kömək" üçün getdiyi falçıda problem yaşayıb.

Bu barədə CityPost.az saytına açıqlama verən 3 uşaq anası Aynurə Hacıyeva (Red- ad,soyad şərtidir) özü məlumat verib. Qadının sözlərinə görə ailəsində,xüsusi ilə həyat yoldaşı ilə aralarında yaranan problemi falçı vasitəsi ilə həll etmək istəyib. Bundan sonra həm pulundan, həm də ailəsindən olub.

"Rəfiqəm məni "28 may" tərəfdə yaşayan Rüfət adlı falçının evinə apardı. Falçı məni inandırdı ki,həyatımda baş verən bütün problemləri həll edəcək. Bu yolla fala baxmaq adı ilə dəfələrlə məndən yaşadığı evdə 100-200 manat pul aldı. Mənə deyirdi ki,sənə elə dua yazacam ki, heç kim sənə bata bilməyəcək. "Güllə batmaz" duasını yazmaq üçün məndən 1000 manat pul aldı. Üstündən bir neçə müddət keçdi. Soruşdum ki,mənə yazdığın dua necə oldu? Hər dəfə məni yola verirdi. Daha sonra aldadıldığımı başa düşdüm. Pulumu geri istəyəndə məni şantaj eləməyə başladı. Falçı Rüfət mənə dedi ki,bu haqda şikayət etsən, şəkillərini yayacam",-deyə şikayətçi qadın bildirib.

CityPost.az məsələ ilə bağlı özünü ekstasens kimi təqdim edən Rüfət adlı şəxslə əlaqə saxlayıb. O, baxıcı kimi fəaliyyət göstərdiyini və sözügedən xanımı tanıdığını etiraf edib.

Səsyazısında pulu aldığını etiraf edir.

 
 
 
Ardını oxu...
Qaradağ rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin ötən həftə yekunlaşmış tenderinin nəticəsi ləğv edilib.
XALQ.AZ xəbər verir ki, Qaradağ MKTB rayonun bir sıra yollarının əsaslı təmirini həyata keçirmək niyyətində olub.
900.000 manat dəyərində olan tenderin ləğvinə səbəb isə qanunun tələblərindən birini pozması olub. Anti İnhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin tərtib etdiyi ləğvetmə haqqında protokolda qeyd edilir ki, MKTB “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsini pozub və sənədlərini yenidən hazırlayaraq, tender müsabiqəsinə təqdim etməlidir.
Xatırladaq ki, Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılovdur. FHN rəhbəri Kəmaləddin Heydərovun yaxın adamı hesab olunan icra başçısı uzun zamandır bu postu tutur.
 
Ardını oxu...
“Respublikanski” kimi tanıdığımız Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsində övladını dünyaya gətirən 22 yaşlı Sara İsayeva doğuşdan sonra iynədən sepsis keçirib və komaya düşüb.
Bu barədə Bakupost.az –a qadının həyat yoldaşı, İkinci Qarabağ müharibəsi qazisi Orucəli Ağayev bildirib.
Onun sözlərinə görə, həyat yoldaşı oktyabrın 2-də qeysəriyyə əməliyyatı olunub:
“O, hamiləlik dövründə məhz bu xəstəxanaya gəlib. Həkimi Almaz adlı ginekoloq olub. Hamiləlik normal keçib. Qeysəriyyə əməliyyatını isə Almaz Qəhrəmanovanın qızı, ginekoloq Günel Qəhrəmanova üzərinə götürüb. Hamilənin birinci doğuşu olmasına baxmayaraq, ona qeysəriyyə təklif ediblər. Uşaq sağlam doğulub, ana palataya köçürülüb, ailəsi ilə görüntülü danışaraq, normal olduğunu deyib. Lakin 3 oktyabrda ona iynə vurulub və halı pisləşib”.

Və hər şey də bundan sonra baş verib...
Orucəli Ağayev deyir ki, ayın 3-də həyat yoldaşı ona mesaj yazıb:
“Yazdı ki, Günel doktorun yazdığı iynə vurulub, çox pisəm. Biz sonradan ona zəng etdik, həkimi axtardıq, amma əlaqə yarada bilmədik. Axşam saat 7-də bizə bildirdilər ki, Sara reanimasiyadadır, vəziyyəti ağırdır. Günel Qəhrəmanova ilə əlaqə saxlanılanda bildirdi ki, "mən evə getmişəm, növbəm bitib, xəstə reanimasiyadadır". Ona dəfələrlə zəng etdikdən sonra xəstəxanaya gəldi və müxtəlif bəhanələr uydurdu ki, guya əvvəlcədən Saranın qanında infeksiya olub. Gecə saat 1-dən sonra reanimasiya şöbəsinin həkimi də, Günel həkim də bildirdi ki, xəstənizin qanında vurulmuş iynə nəticəsində parçalanma baş verir, infeksiya var. Burada qanı təmizləmək üçün lazımi plazmafarez, dializ avadanlığı yoxdur. Xəstə komaya düşüb, təcili buradan çıxarıb özəl xəstəxanaya aparılsın, yoxsa burada 1-2 saata öləcək”.
Qazi qeyd edir ki, gecə saat 3 radələrində şəhərin müxtəlif özəl və dövlət xəstəxanalarına müraciət ediblər:
“Heç bir xəstəxana xəstənin durumuna görə qəbul etmirdi. Yalnız "Liv Bona Dea" xəstəxanası onu qəbul etdi. İntensiv müalicə aparılsa da, hazırda trombositopeniya, qaraciyər və böyrək çatışmazlığı diaqnozu ilə koma vəziyyətindədir. Müalicə ilə əlaqədar xəstəxanaya ödənilməli olan böyük maddi xərclər var. Hamı bilir ki, o xəstəxanada müalicə üçün 30-40 min pul lazımdır”.

Şikayətçi bildirir ki, həkim G.Qəhrəmanova həmin gecə xəstə yaxınlarına yalvararaq sağalanadək bütün xərcləri öhdəsinə götürəcəyini deyib:
“Cəmi 1 gün xərcləri ödədi. Sonradan dedi ki, heç bir ödəniş etməyəcəyəm, hara şikayət edirsiniz, edin. Hazırda 11 min borc yığılıb. Ödəniş olunmasa, aparatdan ayıracaqlar. Maddi imkanım vəsaiti ödəməyə imkan vermir. Həkimin səhvi ucbatından çıxılmaz duruma düşmüşük. Xahiş edirəm, aidiyyəti qurumlar məsələni nəzarətə götürsünlər".
Qeyd edək ki, Orucəli Ağayev İkinci Qarabağ müharibəsi qazisidir. O, “Xocavəndin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə" və"Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib. Hazırda Qarabağ bölgəsində ön xətdə xidmət edir.

İddialarla bağlı Respublika Klinik Xəstəxanasının rəhbərliyi və adı çəkilən həkim G.Qəhrəmanova ilə əlaqə saxlamağa çalışdıq. Baş həkim Elviz Qasımovun ölkə xaricində olduğu bildirildi. Həkim G.Qəhrəmanova isə telefonlara cavab vermədi.
Mirqasımov adına Respublika Klinik xəstəxanasının mətbuat katibi Namidə İsayeva dünəndən göndərdiyimiz sorğuya bu gün cavab veriləcəyini dedi.
Məsələni nəzarətdə saxlayırıq...
 
Ardını oxu...
Abşeron rayonu, Xırdalan şəhəri, 2 saylı tam orta məktəbdə təmir adı ilə pul yığılır. Anaxeber.info-ya verilən məlumata görə, məktəbin təmir olunması üçün hər valideydən 3,50 manat tələb olunub. Bu da valideynlər arasında narazılığa səbəb olub.
Onların sözlərinə görə, məktəblərin təmiri dövlət vəsaiti hesabına həyata keçirilir. Hazırda 2 saylı məktəbdə 6 min şagird təhsil alır. Bu da o deməkdir ki, hər valideynin verdiyi pulla ortaya ciddi bir məbləğ çıxır.
Təbii ki, məktəb direktorunun valideynlərdən təmir adı ilə pul yığması özfəaliyyət deyil. Əgər belə olsaydı, dərhal Abşeron-Xızı Regional Təhsil İdarəsi araşdırma aparardı. Ancaq tam əksinə olduğu görünməkdədir.
Belə ki, regional təhsil idarəsinin rəhbəri İlhamə Abdullayevanın təlimatı və göstərişi əsasında bu pulun yığılması şübhə doğurmur. Ümumiyyətlə, İlhamə Abdullayeva bu vəzifəyə gəldiyi gündən Abşeron məktəbləri daha da bazara dönüb.

Ardını oxu...
Mercedes CLS-Class, BMW X5M Black, Toyota Land Cruiser, Porsche Panamera 4S...
Xeyr, bu hansısa avtomobil qalareyası deyil, nə də lüks avtomobil markalarının sərgisi. Bu, İntiqam Məmmədovun oğlu Elgiz Əhmədlinin avtomobil kolleksiyasıdır və qiymətlərini hesabladıqda ortaya milyonlarla manatlıq sərvət çıxır. Bu sətirləri oxuyan hörmətli oxucu haqlı olaraq sual edəcək:

İntiqam Məmmədov kimdir, bu ölkə, bu xalq üçün hansı xidmətləri olub? Bu qədər sərvəti necə qazanıb?

Xeyr, İntiqam Məmmədov nə onu məşhur edəcək xidmətə sahibdir, nə də biznesmen deyil. Bu şəxs məmurdur. Əvvəllər Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Regional Miqrasiya İdarəsinin rəisi olub. 2018-ci ildən isə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru vəzifəsini daşıyır. Oğlu Elgiz Əhmədlinin hansı işə məşğul olduğu məlum deyil, sosial şəbəkələrdə yayılan avtomobil kolleksiyası ilə məşhurlaşıb. Direktorun oğlunun idarə etdiyi avtomobillərin nömrəsinin 10 EX 002 və 99 TZ 555 olduğu deyilir. Necə deyərlər, belə kolleksiyaya belə nömrələr yaraşır.

Sual yaranır: məmur olan İntiqam Məmmədov bu sərvəti necə toplayıb?

Məlumatlara görə, İntiqam Məmmədov Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi Firudin Nəbiyevlə kirvədir. Onu miqrasiya xidmətinə gətirən də mərhum general Firudin Nəbiyev olub. F.Nəbiyev 2018-ci ildə xidmət rəisi postundan uzaqlaşandan sonra İ.Məmmədov də oradan çıxaraq, Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru vəzifəsinə keçib. İ.Məmmədovla F.Nəbiyevin ailəsi ilə biznes ortağı olduğu haqda məlumatlar var. Yasamal rayonunda “Beşmərtəbə” yeraltı keçidində ticarət mərkəzi, Binəqədi rayonunda yerləşən üçmərtəbəli “Ata” supermarketi, “Elay” şadlıq evi (Bayılda), “Ata” market (Montində), Novxanıda restoran və Nabranda “Orxan” İstirahət Mərkəzi, “Fashion Club” gözəllik salonu və Otel (Teymur Əliyev küçəsində), Xudatda fermer təsərrüfatı (500 ha) və çoxsaylı kafelər, dayanacaqlar, yeni tikilən binalar (Masazırda) və yanacaqdoldurma məntəqələri. Onun biznesinə bunlar daxildir, lakin bunlar yalnız bilinənlərdir, bilinməyən nələri var, onu da bir özləri bilir, bir Allah.

Məlumdur ki, İntiqam Məmmədov Miqrasiya Xidmətində işləyərkən, miqrasiya işləri ilə yox, bizneslə məşğul olub. Sirr deyil ki, bu biznesin “mayası” da məhz dövlət büdcəsindən ayrılan vəsaitlərdir. İntiqam Məmmədov 2018-ci ildə direkroru olduğu Bakı Şəhər Ticarət və Xidmət Departamentində də öz biznesini idarə etmək və böyütməklə məşğul olub. İntiqam Məmmədovun direktoru olduğu idarəni şəxsi biznesi kimi idarə etdiyi, sahibkarları taladığı haqda məlumatlar var. Oğlunun avtomobil kolleksiyasına və özünün biznes şəbəkəsinə diqqət etdikdə də bu məlumat – sahibkarlara zülm etdiyi təsdiqlənir. Misal üçün, departament rəhbəri sahikbarlardan “haqq” alır, o cümlədən, qanunsuz küçə ticarətini maddi maraq qarşılığında inkişaf etdirir, kim haqq vermirsə, həmin yerləri bağlatdırır.
Ötən ay mediada yayılan məlumatlara görə, İntiqam Məmmədov “20 Yanvar” metrostansiyasının keçidlərində və küçədəki ticarət obyektlərini ələ keçirməyə çalışır. Hətta, “20 Yanvar” metrosyansiyasının keçidindəki sahibkarların bu məsələ ilə bağlı şikayətləri mediada yayılıb. Həmçinin, İntiqam Məmmədov özünə məxsus olan “Beşnərtəbə” və “28 May” yeraltı keçidlərində ticarəti saxlatdırır, ancaq “20 Yanvar” yeraltı keçidində çalışan yüzlərlə sahibkarın çörəyinə bais olaraq, onları dövlətdən narazı salmağa çalışır.

İntiqam Məmmədovun bu qədər qanunsuzluğuna, korrupsiya və dövlət büdcəsini talamasına baxdıqda, oğlunun milyonluq avtomobil kolleksiyasının olması heç də təəcüblü deyil!

Kommersant.Az

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Ardını oxu...
Tükiyədən olan yüzlərlə TIR sürücüsü Sədərək gömrüyü qarşısında aksiyası keçirir. Dia-az.Media xəbər verir ki, onlar qanunsuz olaraq, günlərlə gömrük qapısında gözlədilmələrinə etiraz edirlər.

Sürücülərin iddiasına görə, gömrük əməkdaşları süni növbə yaratmaqla, onları keçid üçün rüşvət verməyə məcbur edirlər. məcbur edirlər. Bundan əlavə, onlardan gündəlik park pulu da alınır.

Sürücülər bilidirirlər ki, onların tələbi qəbul olunmasa, Naxçıvan Ali Məclisinin qarşısına yürüş edəcəklər.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Məsələ diqqətimizdədir.
Ardını oxu...
Regionlarımızda məişət və istehsalat tullantılarının düzgün idarə olunmaması səbəbindən ətraf mühütə və ekologiyaya ciddi ziyan vurulması yerli sakinlərin haqlı narazılığına səbəb olub.

İstər şəxsi müşahidələrimiz, istərsə də onlayn mediada ictimailəşən ekoloji mövzulardan aydın olur ki, bəzi rayonlarımızda məişət və istehsalat tullantılarının idarə olunması arzulanan səviyyədə deyil. Buna misal olaraq, Saatlı rayonu Növruzlu kəndinə gedən yolun sağı və solunda, qanunsuz zibil paliqonuna çevrilib, və hər türlü tullantıların atılaraq yandırılması mənzərəsi bizdə təəssüf hissi doğurdu.

Rayonlarda, kəndlərdə tullantıların idarə olunmasına müvafiq icra hakimiyyətləri və bələdiyyələr çalışmalıdır və təşəbbüskar olmalıdırlar. Ənənəvi şəkildə ərazilərin tullantılardan təmizlənməsini həyata keçirməlidirlər, amma təssüf ki bunu görə bilmirik.

ETSN, DETX və polis əməkdaşları tərəfindən məlum problemlrlə bağlı tərtib edilən protokollar, yazılan cərimələr belə regionda acınacaqlı ekoloji vəziyyətin düzəlməsinə nail ola bilmir. Yerli camaatın dili ilə desək səbəb birdir, "çalışmayan icra orqanları, işləməyən bələdiyyə qanunları". Necə deyərlər, qanunsuz zibil poliqonlarıyla, COP 29 -un üzün ağ etməyən rayonlarımız və cavabdeh məmurlarımız nəyə və kimə xidmət edir. Axı bizim Müzəffər Prezidentimiz dəfələrlə deyib: "Məmurlar xalqın xidmətçisidir"
Ətraflı videosujetdə:


Qeyd edək ki, Ekologiya.az-ın əməkdaşları Regionlarımızda məişət və istehsalat tullantılarının düzgün idarə olunmaması səbəbindən ətraf mühütə və ekologiyaya vurulan ciddi ziyanla bağlı, çoxsaylı vətəndaş şikayətlərinə əsasən Hacıqabul, Kürdəmir, Ucar, Göycay, Ağsu, Beyləqan və İsmayıllı rayonlarında araşdırmalar aparacaq, videosujetlər hazırlayacaq. Bizi izləyin!

Ekologiya.az
 

Dünyapress TV

Xəbər lenti