Ardını oxu...
Azərbaycan qanunvericiliyi deputatın biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Lakin buna baxmayaraq, bəzi deputatlar bunu görməzdən gəlir.

Qaynarinfo xəbər verir ki, belə deputatlardan biri də Kəmaləddin Qafarovdur.

Kəmaləddin Qafarov artıq üç çağırışdır ki, deputatdır. O, birinci dəfə 2015-ci ildə deputat seçilib. Parlamentdə 9 saylı Binəqədi ikinci seçki dairəsini təmsil edir.

O, deputat seçilməzdən əvvəl Milli Onkologiya Mərkəzinin (MOM) baş direktor müavini vəzifəsində çalışıb. Paralel olaraq biznes fəaliyyəti ilə məşğul olub.

Mediada gedən məlumatlardan aydın olur ki, Kəmaləddin Qafarovun biznes imperiyası əczaçılıqdan tutumuş tikinti sahəsinə qədər əksər gəlirli sektorları əhatə edir. Deputatın əsas biznes subyektlərindən biri "Azəru Med" Qapalı Səhmdar Cəmiyyətidir (QSC). Bu şirkət adına əsasən dövlət satınalmalarında rast gəlinir. Tibbi ləvazimatlar və avandanlıqlarını satışını həyata keçirən "Azəri Med" QSC əsasən MOM-un tenderlərini qazanır. Şirkətin qazandığı tenderlər üzrə satınalma müqavilələrinin maliyyə dəyəri adətən milyonlarla manat olur.

Bundan başqa, "Azeri Med" "Tibbi Market"i ləvazimatlar və avadanlıqlarla təzhiz edir. Deputat indiyədək bu iddiaları təkzib etməyib.

Bakıda fəaliyyət göstərən "Versal Palace" şadlıq sarayının da deputata məxsus olduğu bildirilir. Şadlıq sarayı "Versal Palace" MMC kimi vergidə qeydiyyatdadır. Bu MMC-nin qanuni təmsilçisi Qafarov Cəlaləddin Nəsrəddin oğludur. Bu şəxs Kəmaləddin Qafarovun qardaşıdır.

Depuata aid edilən başqa şirkətlər də var. Bunlar "Versal Palace" MTK, "Kanon" MMC,"Shafran" MMC, "Avestafarm" MMC, "Mega Pharmacy" MMC, "Naturalist" Fərdi Firması, "Helios Paharma" MMC və "Salidont LTD"-dir. Son iki şirkət Azərbaycandan kənarda yaradılıb.

Sentyabr ayında keçirilən parlament seçkiləri ərəfəsində oliqarx deputatların, o cümlədən Kəmaləddin Qafarovun seçkiyə buraxılmayacağı barədə məlumatlar yayılmışdı. Bu məlumatlar özüün doğrultmasa da, bunun biznesmen deputatlar üçün son seçki olduğu deyilir.
 
Ardını oxu...
Qobustan rayonu, Nərimankənd kənd sakinlərindən iddiaçılar-Əlikram Cahangirovun, Namiq Alkişiyevin, Mirəli Şıxəliyevin, Elman Məmmədovun, Abdullayev Tofiq və Babayar Hümbətovun nümayəndəsi Həmidov Məmməd Əhməd oğlu tərəfindən Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, bir sıra aidiyyatı dövlət qurumlarının rəhbərlərinə və mətbuat orqanlarına müraciət ünvanlanıb.

Bir nüsxəsi də Aktualinfo.org-a daxil olan müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

“Hüqularını müdafiə etdiyim şəxslərin təzyiq olunaraq və aldadılaraq mülkiyyətlərində olan pay torpaqlarından əsassız olaraq imtina etmələri” barədə imzaladıqları tərtib olunmuş saxta izahatın (barışıq sazişinin) ləğv olunması” barədə aidiyyatı üzrə respublikanın direktiv orqanlarına göndərilmişdir.

İstər sakinlərin, istərsə də onların nümayəndəsinin yazdıqları ərizədə adları qeyd edilən vətəndaşlar əvvəlcə kəndin Rəhimov Səid Çingiz oğlu olan icra nümayəndəsi tərəfindən aldadılaraq guya onlara məxsus olan kənd təsəsrrüfatlı pay torpaqların kateqoriyasının dəyişilməsinə icazə verilməsi üçün özlərinin tərtib etdikləri saxta izahatı imzaları ilə təsdiq etdirmək istəmişlər. Bu yalanın işə yaramadığını görən icra nümayəndəsi onların evlərinə gedərək təzyiq etdikləri bildilmişdir. Məsələ ilə əlaqədar bir neçə kənd sakini ilə əlaqə saxladıq. Onlar baş verənləri bir daha təsdiq etdilər.Kənd sakini Tofiq Abdullayev də təsdiq etdi ki, onun da 0.60 ha torpaq sahəsinin guya kateqoriyasının dəyişilməsi üçün imza etdiriblər. Amma sonradan biləndə ki, onu dələduzcasına aldadıblar çox peşiman olmuşdur. Xatırladaq ki, Nərimankənd kənd sakinlərinə dövlət tərəfindən əvəzzsiz olaraq verilmiş pay torpaqları 2004-cü ildən sonra rüşvətxor İcra başçısı olmuş İsmayıl Vəliyev tərəfindən ayrı ayrı fiziki şəxslərə qanunsuz olaraq satılmışdır. Torpaqların bir hissəsi üzərində isə bir neçə inzibatı binaların tikintisinə icazə vermişdir. Halbuki, belə olan halda torpaqlar qanunvericilik əsasında dövlət tərəfindən əvəzi ödənilməklə geri alınması qaydası həyata keçməli idi. Bu baş vermədiyinə görə mülkiyyətlərindən qanunsuz məhrum edilmiş sakinlər məhkəmələrə üz tütmüşlar. Hadisələrin sonrakı inkişafı barədə sakinlərin məhkəmə instansiyalarında nümayəndəsi olmuş Məmməd Həmidov sakinlərin ərizələrinin yazılma motivi haqında yuxarı orqanlara müraciət etmişdir.

Məlumat üçün bildirim ki, məhkəmə orqanlarında hüquqlarını müdafiə etdiyim Qobustan rayon Nərimankaənd sakinlərindən bir qrupunun maraqlarının qorunması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elman Rüstəmovun qanunazidd hərəkətlərindən hələ 2015-ci ildə aidiyyatı üzrə yuxarı orqanlara şikayətlər vermişdim.
Və şikayətimdə əsaslandırmışdım ki, iddiaçılar – Cahangirov Əlikram İsmi oğlunun mülkiyyətində olan 60 sot torpaq sahəsi zəbt edilmiş, Alkişiyev Namiqin mülkiyyətində olan 48 sot torpaq sahəsi.Hümmətov Rəfail Babayar oğlunun mülkiyyətində olan 48 sot torpaq sahəsi, Məəmədov Elman Rüstəm oğluna məxsus 48 sot torpaq sahəsi, Şıxəliyev Mirəli Nuralı oğluna məxsus 72 sot torpaq sahəsi iddiaçıların xəbəri və razılığı olmadan cavabdeh Qobustan Rayon İcra Hakimiyyətinin ( başçı olmuş İsmayıl Vəliyev)qanunsuz göstərişilə 2004-cü ildə zəbt olunmuşdur. Digər cavabdeh Qobustan Şəhər Bələdiyyəsinin ( sədr olmuş Vasif Novruzov) saxta qərarları ilə iddiaçılara məxsus pay torpaq sahələri hissə-hissə satılıb və mənimsənilmişdir. Yəni, iddiaçılar faktiki olaraq dövlət aktı sənədi olan mülkiyyətlərindən məhrum edilmişlər. Bununla bağlı şikayətçılər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmişlər və onların şikayətlərinə ƏRİZƏ N- 75533/11 ABDULLAYEV and others v. AZERBAİJAN və ƏRİZƏ N- 73530/11 JAHANGİROV and others v. AZERBAİJAN qovluq nömrəsi verilmiş və hal-hazırda Avropa Məhkəməsində baxılmaqdadır və sonuncu mərhələdədir.

Şikayətçilər həm də Qobustan rayon icra Hakimiyyətinə və Qobustan Bələdiyyəsinə qarşı “Dövlət ehtiyacları üçün mülkiyyətin özgənikiləşdirilməsi zamanı vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia qaldırmışlar. İddiada cavabdehlər iddiaçılara məxsus torpaqların mənimsənilib müxtəlif dövlət idarələrinə və vətəndaşlara verdiklərinə görə bütün məsuliyyəti daşımalı olduqları qeyd edilmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qətnaməsilə cavabdehlər Qobustan rayon İcra Hakimiyyəti və Qobustan bələdiyyəsi tərəfindən müştərək qaydada Cahangirov Əlikrama dövlət qurumları tərəfindən istifadə olunan 0,234 ha torpaq sahəsinə görə 14040 manat, Elman Məmmədova 0.15 ha torpaq sahəsinə görə 9000 manat, Alkiyşiyev Namiqə dövlət qurumları tərəfindən istifadə olunan 0,196 ha torpaq sahəsinə görə 11760 manat, Şıxəliyev Mirəliyə 0.267 ha torpaq sahəsinə görə 16020 manat ödənilməsi, Abdullayev Tofiq və Babayar Hümbətovun iddialarının isə təmin edilməməsi qət edilmişdir.

Cavabdehlər AR Maliyyə Nazirliyi, Qobustan rayon İcra Hakimiyyətinin, Qobustan Bələdiyyəsinin kassasiya şikayətləri Ali Məhkəmənin Mülki Kollegiyasının (sədrlik edən hakim İslam Əliyev) 15 sentyabr 2015-ci il tarixli, İş N-2(102)-2473 saylı QƏRARI ilə təmin edilməmiş, iddiaçıların kassasiya şikayətləri isə qismən təmin edilmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105) -03 saylı 29 yanvar 2015-ci il tarixli iddianın təmin edilməyən hissələrində ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
Çox təəssüflər olsun ki, Ali Məhkəmənin Mülki Kollegiyasının (sədrlik edən hakim İslam Əliyev) 15 sentyabr 2015-ci il tarixli, İş N-2(102)-2473 saylı QƏRARI indiyədək Sumqayıt Apellyasiya məhkəməsinin sədrlik edən hakimi Elman Rəhimov tərəfindən bu günədək qəsdən icra edilmir.(icra vərəqəsi verilmir) Hakim Ali Məhkəmə Qərarının icra edilməli olan hissəsinin icraatına imkan verməməsinin səbəblərini də izah etməkdə çətinlik çəkir.

Biz o zaman hakim Elman Rəhimova hazırda qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2015-ci il tarixli, İş N-2(102)-2473 saylı QƏRARInın icra olunması üçün süni maneçilik törətməsinin qanunazidd olmasını izah etmiş və Qrarın icraya yönəlməsini aidiyyatı orqanlardan xahiş etmişdik. 2019-cü ildə nəhayət, ƏN-nin icra orqanları tərəfindən Ali Məhkəmənin Mülki Kollegiyasının (sədrlik edən hakim İslam Əliyev) 15 sentyabr 2015-ci il tarixli, İş N-2(102)-2473 saylı QƏRARInın icrası zamanı konkret pul kompensasiyasının ödənilməsi qeyd edilmiş vətəndaşlara pul əvəzinə hər birinə 1 və 2 pay olmaqla ( 6 sot) həyətyanı torpaq sahəsi təklif edilmişdir. Həmin torpaq sahələrinin hamısı sənədsiz olmuş və hansı mülkiyyət tipinə aid olması məlum olmamışdır. Bir sözlə, yerli İcra Hakimiyyəti Ali Məhkəmənin məlum 2015-ci ildə verdiyi qərarını 2019-cu ildə formal olaraq “həyata keçirmişdir. Yəni, pul təzminatı əvəzinə ayrılan torpaq sahələri vətəndaşlara rəsmi qaydada bu günədək verilməmişdir.
Cari ilin iyul ayında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmiş 7 nəfər şəxsin torpaq iddiası ilə bağlı 2024-cü ilin sentyabrında verilməsi gözlənilən yekun qərarın qarşısının alınması üçün Qobustan rayon İcra Hakimiyyətinin Nərimankənd icra nümayəndəsi Səid adlı məmuru iyulun 24-27 arası hər bir şikayət vermiş Nərimankənd sakinlərinin evinə getmiş və hazır kompüterdə yazılmış blankadakı İZZAHAT da “torpağın kateqoriyasının dəyişdirilməsi” adı ilə aldadaraq onlara guya iddia etdikləri 0.48 ha pay torpaq sahəsinin əvəzinə onlara eyni ölçüdə və kateqriyada torpaq sahəsinin ayrılması barədə barışıq sazişi imzalatdırmışlar. ( sənəd əlavə edilir.)

Halbuki bu adamların heç biri latın qrafikasında yazıb oxuya bilmədiklərinə və savadsız olduqlarına görə heç bir əsası olmayan izahatı müxtəlif təzyiqlər göstərməklə yazdırmaqla onların Avropa Məhkəməsinə verdikləri şikayətin geri götürülməsini hədfləmişlər.
Sakinlərin verdikləri məlumatdan və təqdim etdikləri əlyazma ərizələrində də 5 nəfər bir daha təsdiq edirlər ki, onların evinə gəlib aldadıblar və torpağın kateqoriyasının dəyişilməsi adı altında özləri tərtib etdikləri izahatı barışıq sazişi kimi imzalatdırmış , lakin izahatda göstərilən 0.48 və ya 0.60 ha torpaq sahələrini faktiki olaraq onlara verməmişlər. 2019-cu ildə isə onların hər birinə 6 və ya 12 sot olmaqla haradansa mülkiyyət növü məlum olmayan torpaq sahəsini şifahi olaraq göstərmişlər ki, guya bu sahə onlarındır və 2015-ci il Ali Məhkəmənin məlum qərarının icrasından ötrü verilmişdir. 1 həftə öncə yazdırdıqları izahatda qeyd edilən torpaq sahələri isə vətəndaşlara nə natura formasında, nə də rəsmi sənədlə bu günədək təqdim edilməmişdir. İcra nümayəndəsi Səid vətəndaşlara qarşı hədə-qorxu gəlməklə, torpağın təyinatının dəyişdirilməsi adı altında onlara faktiki pay torpaqlarının əvəzinə guya həmin ölçüdə və kateqoriyada torpaqla əvəzlənməsi kimi izahata imza etdirməklə cinayət törətmiş və dövlət qurumlarına yalan və saxta məlumat vermişdir.
Vətəndaşlar- Namiq Alkişiyev, Elman Məmmədov, Miralı Şıxəliyev, Qızıllı Süleymanova və Həmişə Novruzova əlyazma ilə yazdıqları və imzaladıqları 01 avqust 2024-cü il tarixli ərizələrində aidiyyatı dövlət qurumu rəhbərliyinə rəsmi müraciət edərək 1 həftə öncə onlara təzyiqlə imzaladılmış izahatdan ( barışıq sazişinin) imtina edirlər və onun ləğv edilməsini xahiş edirlər. Nümayəndə olaraq hesab edirəm ki, vətəndaşların ərizələrində yazlan və ona əlavə edilmiş videomüraciət və saxta izahat nümunəsində qeyd edilənlərə əsasən barışıq sazişi( izahat) ləğv edilməlidir. Xahiş edirəm, nümayəndəsi olduğum Qobustan rayon Nərimankənd sakinlərinin ərizələri nəzərə alınsın.

Aktualinfo.org

P.S. İnanırıq ki, bu dəfə Qobustan rayon, Nərimankənd sakinlərinin başına gətirilən özbaşnalıqlara son qoyulacaq, onlara məxsus pay torpaqlarının heç bir faktiki və hüquqi əsas olmadan aldadaraq. müxtəlif təzyiq üsullarından istifadə edərək mülkiyyətlərindən məcburi məhrum etdikləri saxta sənədləşməyə tezliklə hüquq -mühafizə orqanları tərəfindən hüquqi qiymət veriləcək və cinayətkar dəstə üzvləri öz layiqli cəzalarını alacaqlar.
 
Ardını oxu...
“Azərenerji” ASC-nin sədri Balababa Rzayev Azərbaycan hökumətində şiddətli töhmət almış yüksək çinli yeganə məmurdur. Bu cəza Əmək Məcəlləsinin 186 maddəsində nəzərdə tutulub, əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinin növlərindən biridir.
Məcəllədə qeyd olunub:
İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:
a) töhmət vermək;
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;
ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

Baş nazir Əli Əsədovun məlum sərəncamından belə məlum olur ki, B.Rzayevə Məcəlləsinin 186-cı maddəsinin (b) bəndi – sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunub. “Azərenerji” ASC prezidentinin suçunun nədən ibarət olması sadə oxucular üçün o qədər də aydın deyil. Sərəncamda qeyd olunur ki, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə Balababa Rzayevə şiddətli töhmət elan edilib.

Sənəddə sözügedən yanacaq-enerji balansından qazdan istifadə limiti, onun pozulması nə deməkdir, onu daha sonra mütəxəssisin köməyi ilə izah edəcəyik. Əvvəlcə ASC-nin B. Rzayevin prezident təyin olunduğu və ondan əvvəlki dövrdə maliyyə vəziyyəti, gəlirləri, öhdəlikləri barədə məlumatlara göz atmağa ehtiyac var.

Azərbaycanda elektrik enerjisinin istehsalı və topdan satışı ilə məşğul “Azərenerji” ASC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 1-ci yerdə durur. Qurum ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsinin, vahid mərkəzdən idarə olunan elektrik stansiyalarının, yarımstansiyaların, sistemtəşkiledici yüksək gərginlikli – 110, 220, 330, 500 kilovoltuq elektrik verilişi xətlərinin və onların dispetçer idarəetmə vasitələrinin koordinasiyasını həyata keçirir.

ASC-nin açıqladığı maliyyə hesabatına görə, 2023-cü ili 175,1 milyon manat xalis mənfəətlə bitirib. Həmin ilin yanvar-oktyabr aylarında "Azərenerji" 347,3 milyon dollar dəyərində məhsul ixrac edib. Bu, 2022-ci ilə nisbətən 60% və ya 261,4 milyon manat azdır.

Dövlət şirkəti 2022-ci il üzrə 436,5 milyon manat xalis mənfəət açıqlamışdı. Xalis mənfəətin azalması enerji satışından gəlirin düşməsi və əməliyyat xərclərinin artması ilə əlaqələndirilir. Belə ki, şirkətin enerji satışından gəlirləri 2022-ci ildə 1 milyard 840,6 milyon manat olduğu halda, 2023-cü ildə 1 milyard 685,3 milyon manata enib. Yəni satış gəlirləri 155,3 milyon manat azalıb.

“Azərenerji"nin ümumilikdə əməliyyat xərcləri isə 2022-ci ildəki 1,4 milyard manatdan 2023-cü ildə 1 milyard 447,3 milyon manata yüksəlib.

Bundan başqa, ASC-nin açıqladığı rəqəmlərə əsasən 2023-cü ilin sonunda “Azərenerji"də 1 milyard 994,4 milyon manat yığılmış zərər olub. 2022-ci ilin sonunda yığılmış zərər isə 2 milyard 164,7 milyon manat idi. Qeyd olunur ki, dövlət şirkətinin cəmi aktivləri 31 dekabr 2023-cü il tarixinə 17,5% artaraq, 5 milyard 313,9 milyon manata çatıb. Bu dövrdə ASC-nin kredit borcu 8% artaraq, 1 milyard 266 milyon manat olub.

Ötən ilin sonunda “Azərenerji"nin 1 milyard 266 milyon 16 min manat kredit borcu olub (2022-ci ilin sonunda 1 milyard 172 milyon 998 min manat).

Qeyd edək ki, 2023-cü ildə ASC-nin ən iri elektrik stansiyası “Azərbaycan” İES-in də gəlirləri kəskin azalıb. Belə ki, şirkətin xalis zərəri 2.32 milyon manat təşkil edib. Qurum 2022-ci ildə bundan 2 dəfəyə qədər çox - 4.33 milyon manat xalis mənfəət əldə etmişdi. Hesabata görə, şirkətin enerji satışından əldə etdiyi gəlir 239.86 milyon manat olmaqla, öncəki ildən 12.24 milyon manat az və ya 4.86% az olub.

“Azərbaycan” İES-in yanacaq xərcləri 2023-cü ildə 175.28 milyon manat olub ki, bu da 2022-ci ildəki 171.07 milyon manatı 4.21 milyon manat və ya 2.46% üstələyir. Amortizasiya xərcləri 2023-cü ildə 1.83% artımla 46.77 milyon manat, təmir və texniki xidmət xərcləri 55% azalaraq, 2023-cü ildə 3.60 milyon manat, işçi heyətinin saxlanılması xərcləri 12% artaraq, 7.65 milyon manat olub.

Zərərdən sonra bölüşdürülməmiş mənfəət 2023-cü ildə 88.79 milyon manatdan 86.63 milyon manata düşüb. Hesabata əsasən, şirkətin ümumi aktivləri 2023-cü ildə 79.37 milyon manat və ya 12.69% artaraq 704.84 milyon manat təşkil edib.

Rəqəmlərdən də görünür ki, Baş nazir Əli Əsədovun “Azərenerji” prezidentinin fəaliyyətindən narazı qalması üçün kifayət qədər əsaslar var: gəlir azalıb, zərər 2 milyardı keçib, kredit borcları artıb və s. Müstəqil audit yoxlaması mənfi tendensiyanın obyektiv səbəblərlə, yoxsa, yarıtmaz idarəçiliklə bağlı olduğunu müəyyənləşdirə bilər.

Şiddətli töhmətlə bağlı sərəncamda qeyd olunan məqamlara gəlincə, enerji sektoru üzrə mütəxəssis İlham Şaban Pressklub.az-a şərhində deyib ki, ümumiyyətlə hökumətin fəaliyyətində şəffaflıq problemləri var.

Ekspert aydınlaşdırıb ki, hər bir ölkədə dekabr ayında növbəti il üçün enerji balansı hökumət tərəfindən təsdiqlənir. Onun sözlərinə görə, bu, əslində kommersiya sirri hesab olunan sənəd deyil, hava şəraitindən asılı olaraq hər rüb ona dəyişikliklər edilir. İ.Şaban xatırladır ki, Gürcüstan, Ukrayna, Rusiya, Avropa ölkələri bu sənədi ictimaiyyət üçün dərc edirlər. “Azərbaycanda isə bu sənəd şirkətlər üçün olmasa da, ictimaiyyət üçün gizlidir. Baş nazir Əli Əsədov bu sənədi imzalayıb, amma bir kəs demir ki, “Azərenerji” bu qədər qaz alıb, bu qədər də enerji istehsal etməlidir. Azərbaycan hökuməti bunu açıq şəraitdə niyə etmir ki? Hamı bilməli idi ki, “Azərenerji” bu qədər qaz almaqla normativləri keçib, ya yox? Birdən-birə töhmət məsələsi ortaya çıxır”, - o vurğulayır.

İlham Şaban qeyd edir ki, məlumatlar şəffaf olarsa, hansı sahədə problemlərin gözlənildiyi barədə ictimaiyyət əvvəldən məlumatlı olar: “Heç bir məlumat verilmir, birdən də deyirlər ki, filan obyektdə vəziyyət pisdir. Cəmiyyət haradan bilsin ki, doğrudan da pisdir, yoxsa yaxşıdır? Bunun üçün hökumətin imzaladığı sənədləri vaxtaşırı ictimaiyyətə açıqlamaq lazımdır”.

Ekspert vurğulayır ki, hökumət bilməlidir ki, rəqəmsallaşma, şəffaflıq bütün sahələrdə lazımdır. Belə olsa, hansısa bir qərar veriləndə cəmiyyətə əlavə izahat verməyə ehtiyac qalmaz.

Mövzu ilə bağlı əsas suallardan biri “Azərenerji” prezidentinin yol verdiyi qanunsuzluğun miqyasına, dövlət maraqlarına dəyən zərbəyə görə verilən “şiddətli töhmət” cəzasının nə qədər adekvat olmasıdır.

Hüquqşünas Hafiz Həsənov Pressklub.az-a şərhində bildirib ki, Balababa Rzayevə verilən şiddətli töhmətin onun yol verdiyi pozuntuya adekvat olub-olmamasını müəyyən etmək üçün onun "2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etmə" əməlinin detalları və bu əməlin təhülkəsizlik dərəcəsi barədə məlumatlar olmalıdır.

“İndiki halda ictimaiyyətə bu məlumatlar açıqlanmayıb. Ola bilər ki, burada inzibati və ya cinayət əməllərinin əlamətləri olsun. Ona görə də Balababa Rzayevə sərəncamda qeyd edilən əməlinə görə sadəcə intizam cəzası kimi şiddətli töhmət verilməsinin onun yol verdiyi qanun pozuntusuna adekvat olmasını demək çətindir”, -hüquqşünas vurğulayıb.

PRESSKLUB.az
 
Ardını oxu...
Azərbaycan məktəbləri "vor zakon" qanunlarının işlədiyi türmələrə oxşamaqdadır. Son həftələrdə şagirdlər arasında bıçaqlanma, kriminal hadisələrin artması nəzarət rejiminin mənfi sıfırın altında olduğunu təsdiq edir. Halbuki məktəblərdə kontrol o səviyyədə təşkil olunmalıdır ki, quş da uça bilməsin. Üstəgəl, müəllimlər və psixoloqlar maarifləndirməni gücləndirməlidirlər. Bu da yoxdur və şagirdlər üzərində soyuq silah gəzdirirsə, deməli, hər şey öz qınından çıxıb. Beləliklə, Azərbaycan təhsili Misir Mərdanovdan Emin Əmirullayevə gələn yolda silahlanmağa başladı. Yəni əvvəllər yalnız özbaşınalıq, rüşvət baş alıb gedirdisə, indi bunların da qalması şərti ilə hələ bir kriminallaşma müşahidə olunur.
Anaxeber.info məlumat verir ki, məktəblinin üzərində bıçaq gəzdirməsi təhsil ocaqlarının həbsxanalara çevrilməsinə gətirib çıxarmaqdadır. Elm və təhsil naziri Emin Əmirullayev tədrisin keyfiyyəti haqda danışanda gərək etiraf edəydi ki, bəzi məktəblilərin cızığından çıxması həm də aşağı səviyyəli dərs keçirilməsinə bağlıdır. Dərs yox, yuxarı siniflərdə şagirdlər təhsildən yayınır, müəllimlər vaxt öldürür, davamiyyət aşağı səviyyədə, əksəriyyət dərs zamanı repetitor yanında və bu da nəticədə nəzarətsizlik yaradır. Nazirlik məktəblər qarşısında qəti tələb qoymalıdır və müntəzəm şəkildə yoxlamalar aparılmalıdır ki, dərs zamanı şagirdlər haradadır, sinif otaqlarında sayları nə üçün azdır. Əlbəttə, bunu etmək niyyəti yoxdur. Çünki rüşvət mexanizmi dərsdən yayınıb repetitor yanına getməkdə də yüksək səviyyədə işləyir. Yəni direktora aylıq "xərac" verilir və şagirdə göz yumulur ki, dərsə gəlməsin, hazırlıqlara getsin. Sözsüz ki, direktorlar o vəsaitləri təkbaşına yeyə bilməzlər. Amma bu faktın özü də etiraf olunmalıdır ki, deməli, məktəblər dərs keçmir və təhsil müəssisəsində oxumaqla tələbə adını qazanmaq mümkün deyil, ona görə əksəriyyət repetitora müraciət edir. Bu da kütləvi şəkildə təhsildən yayınma, nəzarətsizlik və sonda bıçaqlanma, dava, insidentlə nəticələnir.
Anaxeber.info bildirir ki, təkcə təhsilin keyfiyyətsizliyi dərsdən yayınmaqda özünü göstərmir, həm də dərsliklər bərbad vəziyyətdədir. Elə bu günlərdə sosial media istifadəçiləri dərsliklərin köhnəldiyini, müraciət etsələr də, dəyişmədiklərini bildirmişdilər. Bəzi məktəblərdə yeni təhsil ili üçün uşaqlara paylanılan kitablar bərbad vəziyyətdədir. Valideynlər iddia edir ki, dərsliklər tədrisə tam yararsızdır, hətta mikrob mənbəyidir.
Məlumdur ki, təhsilin büdcəsi ilə keyfiyyəti arasında düz mütənasiblik var. Amma bizdə əksinədir. 25 il əvvəl təhsilin büdcəsi indikindən dəfələrlə az idi, keyfiyyət isə daha yüksək idi. Heyf təhsil islahatı adı ilə itirilən 25 ilə və yüz milyonlara. Əgər heç bir "islahat" olmasaydı, keyfiyyət indikindən yüksək olardı.
25 illik islahatın hədəfi deyəsən ölkədə rəsmi təhsili repetitorluqla əvəz etmək imiş.
Niyə ETN 25 ilə adi məktəb dərsliyini də hazırlaya bilmədi?
Hesab edilir ki, bunu bilərəkdən ediblər, şagird sərbəst şəkildə evdə kitablarla hazırlaşa bilməsin, məcbur qalıb repetitor yanına getsinlər. Ali təhsilli valideynlər də heç bu dərsliklərdən bir şey anlaya bilmir ki, evdə uşağına dərsi izah etsin. Deməli, xilas yolu yenə repetitorluqdur.
Ümumiyyətlə, təhsil futbolumuz kimidir. Hansı bahalı xarici məşqçi də gətirsən, milli düzəlmir. Bizdə də neçə-neçə nazirlər olub, amma təhsilin səviyyəsi artmayıb. Əksinə, ildən-ilə pisləşir.
Nazirliyin isə başı tenderlərə qarışıb. Misal üçün nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təhcizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satınalınmasını həyata keçirəcək.
İki gün öncə açıqlanan nəticələrə görə, tenderin qalibi “UNIVERSAL-S” MMC olub. Bu şirkətlə nazirlik 3.838.613,4 manatlıq satınalma müqaviləsi imzalayıb.
Qeyd edək ki, Təhsil Nazirliyi ilə “Universal-S” MMC arasında tender anlaşmaları ilk deyil. Bundan öncə də, bir neçə dəfə iri tenderlərin qalibi olan MMC TN-dən bir xeyli qazanc götürüb. Məsələn, ötən ilin yayında analoji işlərin görülməsi üçün keçirilmiş tenderin qalibi olan “Universal-S” MMC nazirliklə 3 813 221 manat məbləğində müqavilə imzalayıb.
Elə həmin il sözügedən şirkət Təhsil Nazirliyinin daha bir tenderini də udub. Tribunainfo.az xəbər verir ki, həmin vaxt da “UYniversal-S” “Respublikanın bir sıra təhsil müəssisələrinin cari təmiri işlərinin satınalınması”nı həyata keçirib. Bu tenderin dəyəri isə 649 591 manat təşkil edib.
Və yaxud Elm və Təhsil Nazirliyi “respublikanın bir sıra təhsil müəssisələri”ndə təmir işlərinə başlayıb. Lakin hansısa səbəblərdən nazirlik israrla təmir işləri aparılan və ya aparılacaq “bir sıra təhsil müəssisələri”nin adını açıqlamır. Dövlət satınalmalarının vahid internet portalı üzərindən aparılan araşdırma zamanı məlum olub ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Tikinti və Təchizat İdarəsi cari ilin fevralından yuxarıda qeyd etdiyimi satınalma predmeti üzrə tenderlərə start verib və indiyədək 13 satınalma müsabiqəsi keçirilib.
Artıq 8 tender üzrə satınalma müqavilələri imzalanıb. Müqavilələr aşağıdakı şirkətlərlə imzalanıb:
“Meqaplus” MMC – 1 498 065,01 manat
“Fərid” Firması – 5 299 449,72 manat
“Fərid” Firması – 4 648 759 manat
“Art-proje” MMC – 3 696 212,27
“Bakımexanizasiyanəqliyyat” ASC – 3 838 629,41 manat
“S.H. İnşaat Xidməti” MMC – 7 795 545,18 manat
“Koneks Construction” MMC – 669 358,99 manat
“VK Group N1” MMC – 2 628 480 manat.
Satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 25 425 740,58 manat təşkil edir. Yerdə qalan 5 tender üzrə qaliblər müəyyənləşsə də, hələ ki, satınalma müqavilələri bağlanmayıb.
Qalib şirkətləri və onların qiymət təkliflərini təqdim edirik:
“Fərid” Firması – 5 165 719,94 manat
“Fərid” Firması – 7 255 232,45 manat
“S.H İnşaat Xidməti” – 3 492 100,54 manat
“SS İnşaat” MMC – 930 138,08 manat
“VK Group N1” MMC- 4 299 140,17 manat.
Beləliklə, aydın olur ki, Elm Təhsil Nazirliyi “bir sıra təhsil müəssisələri”nin təmiri ilə əlaqədar ümumi xərci 17 650 230, 64 manat olacaq. Həmçinin görünən odur ki, tenderlərdə əsasən eyni şirkətlər qalib gəlir.
Təmir ediləcək təhsil müəssisələrinin adlarının açıqlanması, müsabiqələrdə eyni şirkətlərin qalib gəlməsi keçirilən tenderlərin şəffaflığı ilə bağlı müəyyən şübhələrə yol açır.
Yəni təhsil yoxdur, məktəblər simvolikdir və pul yığmaq xidməti göstərir, şagirdlər isə məktəbdənkənar "məktəb"lərin ümidinə qalıblar, nazirlik isə heş bir proqram irəli sürmür, islahatlar paketi yoxdur, yalnız büdcə vəsaitlərini gəmirmək yolları axtarılır...

Anaxeber.info
 
 

 


Ardını oxu...
Təhsil ölkənin sütunlarından biridir. Lakin, təəssüf edirik ki, ölkənin bu problemi zəhərli ilan kimi təhsilimizi iflic vəziyyətə salıb.

Belə ki, Gəncə şəhərinin təhsil probleminə nəzər salmağa işarə etdi. Şikayətçi Şahnaz İbrahimovanın iddiasına görə 2016-cı ildən çalışdığı Gəncə şəhər 34 saylı orta məktəbdə 2023-cü ildən etibarən təyin olunan Seymur Məmmədov tərəfindən məqsədli şəkildə incidilmiş, dəfələrlə təhsil ocağından uzaqlaşdırılacağı ilə hədələnib və nəhayət cari ildə işdən azad olunub. Şikayətçi Şahnaz xanım məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədimalıyevə şikayət edəcəyini bildirsə də, buna əhəmiyyət verməyən Seymur Məmmədov “O MƏNİM DOSTUMDUR, SƏNƏ İNANMAZ” deyərək ironiya ilə bu işin onun xeyrinə olacağını bildirmişdir. Seymur Məmmədovun bu prinsipi bioş yerə deyil. Çünki 34 saylı bu məktəbdə hegemonluq edən şəxs həm kabitəsi, həm də kollecin ingilis dili fakultəsini bitirib məktəbdə laborant olaraq çalışan Nərgiz adlı xanımla əlbir olaraq, müəllimlərdən pul yığır, yığılan vəsait isə Seymur Məmmədovun cibinə gedir. Qısa müddətdə məktəbə başçılıq edən Seymur Məmmədovun təzə aldığı bahalı maşında buna işarədir. Mən pul verməkdən imtina edəndə isə məni və övladlarımı dəfələrlə polislə hədələyib və vurğulayıb ki, “OĞRU ALƏMİNDƏ QOHUMLARIM VAR, BAŞINA OYUN AÇDIRARAM”.Müəllimləri toplayaraq, dəfələrlə onları məcburi qaydada pul yığımında iştirak etmələrini tapşırmışdır. Bu haqsızlığa dözmədiyim üçün Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin hüquqşünası Nofəl müəllimə müraciət etsəmdə məsələ araşdırılmamışdır. Əksinə, Polis İdarəsindən uşaqlara nəzarət edən Yunis adlı polisi uşağımın üstünə gətirmişdir və həbs elətdirə biləcəyi ilə hədələmişdir.
Hətta məlumata görə, “Zəfər Tarixi” fənnini öz adına yazaraq, dövlət büdcəsindən mənimsəyən Seymur Məmmədov nəinki bu dərsi tədris etmir, heç uşaqlar onun üzünü görmürlər. Təsadüfi deyil ki, günorta dərs saatlarında məktəbi tərk edən Seymur Məmmədov işlətdiyi çayxanaya gedərək, pul qazanmağa davam edir, ona görə də 34 saylı məktəbdə təhsil bərbad gündədir.
Məktəbin yaxınlığında çayxana işlədən direktor hansı hansı tərəqqiyə aparacaq? Bu təhsil əlbətdəki tənəzzülə uğrayacaq!
Qeyd edək ki, 27 sentyabr Şəhidlərimizin anım gününə hörmətsizlik edən Seymur Məmmədov ölkəmizin bu ağır gününə önəm vermədən özünə təmtəraqlı ad günü keçirməklə kifayətlənməyərək, hətta ad günü üçün pul yığdıraraq özünə qızıl saat almaq eşqınə düşməkdən də çəkinməyib. Onun şəhidlərin xatirəsinə hörmətsiz yanaşması tabeliyində olan Gəncə 34 saylı məktəbin şəhid Samir Vəliyevin adına olması ilə yanaşı onun büstünün baxımsız olması və kadrlardan da göründüyü kimi diqqətdən kənarda qalmasını görmək olar.“SƏHƏRMEDİA” xəbər portalı olaraq bütün bu faktları əlimizdə rəhbər tutaraq Elm və Təhsil Nazirliyinə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müraciət edərək, bu məsələ ilə bağlı ciddi tədbir görmələrini, Korrupsiyaya Qarşı Mübarızə Baş İdarəsinə bu faktlarla bağlı araşdırma aparmalarını xahiş edirik.
Şikayətçi Şahnaz İbrahimovanın redaksiyamıza göndərdiyii səs yazılarının bəzilərini sizlərə təqdim edirik:
P.S. Qarşı tərəfin fikrini öyrənmək üçün Seymur Məmmədovla və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin hüquqşünası Nofəl müəllimlə əlaqə saxlanıldı. Onlar qarşı tərəf olaraq məsələnin hüquq müstəvisində həll olunmasına dair şikayətçinin məhkəməyə etdiyi müraciət qanunla öz əksini tapmayıb deyə vurğuladılar.
P.S.S. Faktlarla bağlı məsuliyyətili şəxs şikayətçi Şahnaz İbrahimovadır.
(seher.media)
http://korrupsiyaxeber.az/gundem/15610-gnc-34-sayli-mktbin-direktoru-seymur-mmmdovun-hegemonlugu-iddia.html
Ardını oxu...
Göyçay rayonu Cəyirli kənd skaini 3-cü dərəcəli gözdən əlil Abışov Natiq Məzahir oğlu tərəfindən

ŞİKAYƏT

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aran Regional bölməsinin rəisi Eldəniz Qəribov vəzifəsindən sui-istifadə edərək kəndlilərə hucum edib onlara küllü miqdarda ziyanlar vurur.
Biz bağçılıqla məşğul olub ailəmizi bir təhər dolandırırıq. Hər il mövsümü meyvələri özümüzün və digər şəxslərin bağından alıb Rusiyaya aparıb satıb əldə etdiyimiz gəlirlə ailəmizi dolandırırıq.
Bu ildə həmişəki ki, xurma meyvələrini tədarük edib yük maşınlarına yığb Rusiyaya satmağa aparmaq istəsəkdə AQTA-nın Mərkəzi Aran Regional bölməsinin rəisi Eldəniz Qəribovun göstərişi ilə qanunsuz qadağa qoyulmuşdur.Bizdən qanunda nəzərdə tutulmayan sənədləri tələb edir ki, buna görə 1 ay vaxt lazımdır ki, həmin sənədləri əldə edə biləsən. Ancaq bu müddət ərzində xurma meyvəsi yük maşınıda tərg olacaq ki, nəticədə də bizə küllü miqdarda ziyanlar dəyəcək.
Tonlarla xurma meyvəsi yığılımış çoxlu sayda yük maşınları Eldəniz Qəribovun qadağasına görə bir neçə gündür Kürdəmir rayon ərazisində gözləyir.Kim pul veribsə onun məhsulunu Rusiyaya aparılmasına razılıq verilib biz isə bir neçə gündür gözləyirik. Belə getsə məhsullarımız batıb tərg olacaq. Bu isə küllü miqdarda ziyanlar deməkdir. Nəticədə isə nisiyə aldığımız meyvələrin pulunu ödəyə bilməyib borcla yüklənib bədbəxt olacayıq.
Biz Prezident cənab İlham Əliyevə inanıb ona müraciət edirik.Siz həmişə sahibkarlığın fermer təsərrüfatlarının inkişaf etdirilməsi üçün sərəncamlar imzalamısınız, onların qayğısına qalmısınız. Hörmətli Prezident Sizdən xahiş edirik bizim müraciətimizi araşdırıb xurma meyvələrimizin Rusiyaya aparılmasına qoyulmuş qadağanaın aradan qaldırlmasına köməklik edin.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF

 
Ardını oxu...
Ötən gün elektron mediada Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhəri üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən aparılan monitorinqlər nəticəsində Bakı şəhəri Nəsimi rayonu, Hüseynbal Əliyev küçəsində (Memar Əcəmi m. yanı) Əcəmi Mall ticarət mərkəzinin binasında yerləşən obyektdə razılaşdırılmamış artırma işləri faktı aşkar edilməsi ilə bağlı məlumat yayıldı.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən tikinti işlərinin dayandırılması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə icra hakimiyyəti orqanlarına məlumat verilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti işlərinin dayandırılması ilə bağlı məlumat verilməsinə baxmayaraq ərazidə artırılma işlərinin davam etdirilməsi xəbəri də yayıldı. Bu barədə məlumatı caliber.az-a sakinlər veriblər. YAZI BURADA............

Qeyd edək ki, son vaxtlar Bakı şəhərində belə qanunsuz tikililərin, tikililərə artırmaların sayı çoxalıb. Buna xüsusən də paytaxtın mərkəzi hissələrində, əhalinin daha çox istifadə etdiyi metrostansiyaların yaxınlığında, səkilərdə belə tikililərə daha çox rast gəlinir ki, bu da sakinlərin haqlı narazılığına səbəb olur. Görsənən odur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi belə qanunsuz tikililərin aparılmasının qarşısını ya ala bilmir, ya da almaqda maraqlı deyil.

Qeyd edək ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi, tikintiyə icazə üçün müraciət edilməzdən əvvəl aparılacaq tikintinin icazə verilən parametrləri barədə müraciətlərin baxılması, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəylərin verilməsi, şəhərsalma kadastrının aparılması və habelə İdarənin əsasnaməsinə əsasən nəzərdə tutulmuş digər sahələrdə fəaliyyət istiqamətləri olan icra hakimiyyəti orqanıdır. İdarənin rəisi vəzifəsi 2024-cü ilin yanvarından Riad Qasımova həvalə edilib. O, 2023-cü ildən Baş idarə rəisi vəzifəsini müvəqqəti icra edirdi.

Aktualinfo.org
 
 
 
Ardını oxu...
Dövlət Sərhəd Xİdmətində (DSX) baş verən qanunsuzluqlar və maliyyə maxinasiyası ilə bağlı “Hürriyyət”in redaksiyasına məlumat daxil olub. Etibarlı qaynaqlardan verilən informasiyaya görə, rəhbərliyin qanunsuz tələblərini yerinə yetirməyən hərbi qulluqçular dərhal “qara siyahı”ya salınır və müxtəlif bəhanələrlə maaşları kəsilir.

“Bilirsiniz ki, hərbi qulluqçulara hər ilin sonunda, yəni dekabr ayında 13-cü əməkhaqqı, yəni əlavə bir oklad maaş verilir. Buna baxmayaraq, hərbi hissələrdə hansı hərbi qulluqçunun bir töhməti varsa 25%, 2 töhməti varsa 50%, üstəlik də 13-cü maaşı kəsilir”, - deyən mənbə iddia edir ki, DSX rəisindən, yəni Elçin Quliyevdən töhməti olanların isə maaşından minimum 50% , şiddətli töhməti varsa 100% kəsilir. Ən maraqlısı isə odur ki, bütün bunlar heç bir qanunla tənzimlənmir:

“Belə deyək də, kimin kimdən xoşu gəlmirsə, mütləq ilin sonuna yaxın cəzalandırılır. Bəlkə də baş verənlərdən Elçin Quliyevin xəbəri yoxdur, amma hər hansı bir araşdırma təyin olunursa, nəticədə birmənalı olaraq xidmər rəisinin adından cəza yazılır”.

Məlumata əsasən, Elçin Quliyevin adından cəza verilən hərbi qulluqçu bir il ərzində nə rütbə, nə də vəzifə ala bilməz: “Gərək bil il keçə ki, o cəza götürulə, hərbi qulluqçu təltif oluna”.

Mənbə deyir ki, DSX-da ezamiyyət xərcləri adı altında külli miqdarda vəsait də talan olunur: “Bəllidir ki, ezamiyyət pulları qanunvericiliklə tənzimlənir. Yəni Bakıdan hər hansı bir rayona gedərkən gündəlik 90 AZN ezamiyyət xərci hesablanmalıdır. Buna baxmayaraq rəhbər strukturlar xaric, bütün hərbi hissələr pulu kəsirlər. Bəziləri 65, bəziləri 30, bəziləri 27 manat ödəyir. Yəni kim necə istəyir, o qayda da tənzimləyir.

Hərbi qulluqçular Bakıdan rayona gedirsə, oteldə qalması, yemək yeməsi, yolpulu və s. kimi xərclər nəzərdə tutulub. Hərçənd ki, cənab Prezident hərbi qulluqçuların yaşayışının yaxşılaşdırılması üçün ezamiyyət xərclərini belə qaldırıb. Bunlarla yanaşı, hərbi qulluqçuların evlərlə təmin olunmaları ilə bağlı da göstəriş vermişdir. Lakin heç kim bu göstərişə əməl etmir. Kimlər rəhbərliyə yaxındır, generalın qohumu, tanışıdır, ancaq onlara ev verilib, kimlər yaddır, onlar hələ də kirayələrdə qalır”.

Mənbə deyir ki, DSX rəhbərliyində qanunsuz yollarla külli miqdarda sərvəst sahibi olan zabitlər var: “Bəzi yüksək rütbəli zabitlərin obyektləri, bağ evləri, restoranları və s. var. Bunlar hərbçi maaşları ilə alınası deyil. Buna baxmayaraq, hansısa bir yetim, adamsız zabitin, gizirin hardansa 30-50 AZN əlavə qazancı olarsa, rəsmən ciyərini çıxarırlar. Bunlara niyə sual verən yoxdur ki, bu boyda imarət, maşınlar, obyektlər, restoranlar hardandır?!”

“Hürriyyət”

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
“Azərenerji” ASC-nin 2 milyardlıq zərəri, milyardlıq krediti və sədrinin 1 töhməti var

“Azərenerji” ASC-nin sədri Balababa Rzayev Azərbaycan hökumətində şiddətli töhmət almış yüksək çinli yeganə məmurdur. Bu cəza Əmək Məcəlləsinin 186 maddəsində nəzərdə tutulub, əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinin növlərindən biridir.
Məcəllədə qeyd olunub:
İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:
a) töhmət vermək;
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;
ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

Baş nazir Əli Əsədovun məlum sərəncamından belə məlum olur ki, B.Rzayevə Məcəlləsinin 186-cı maddəsinin (b) bəndi – sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunub. “Azərenerji” ASC prezidentinin suçunun nədən ibarət olması sadə oxucular üçün o qədər də aydın deyil. Sərəncamda qeyd olunur ki, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə Balababa Rzayevə şiddətli töhmət elan edilib.

Sənəddə sözügedən yanacaq-enerji balansından qazdan istifadə limiti, onun pozulması nə deməkdir, onu daha sonra mütəxəssisin köməyi ilə izah edəcəyik. Əvvəlcə ASC-nin B. Rzayevin prezident təyin olunduğu və ondan əvvəlki dövrdə maliyyə vəziyyəti, gəlirləri, öhdəlikləri barədə məlumatlara göz atmağa ehtiyac var.

Azərbaycanda elektrik enerjisinin istehsalı və topdan satışı ilə məşğul “Azərenerji” ASC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 1-ci yerdə durur. Qurum ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsinin, vahid mərkəzdən idarə olunan elektrik stansiyalarının, yarımstansiyaların, sistemtəşkiledici yüksək gərginlikli – 110, 220, 330, 500 kilovoltuq elektrik verilişi xətlərinin və onların dispetçer idarəetmə vasitələrinin koordinasiyasını həyata keçirir.

ASC-nin açıqladığı maliyyə hesabatına görə, 2023-cü ili 175,1 milyon manat xalis mənfəətlə bitirib. Həmin ilin yanvar-oktyabr aylarında "Azərenerji" 347,3 milyon dollar dəyərində məhsul ixrac edib. Bu, 2022-ci ilə nisbətən 60% və ya 261,4 milyon manat azdır.

Dövlət şirkəti 2022-ci il üzrə 436,5 milyon manat xalis mənfəət açıqlamışdı. Xalis mənfəətin azalması enerji satışından gəlirin düşməsi və əməliyyat xərclərinin artması ilə əlaqələndirilir. Belə ki, şirkətin enerji satışından gəlirləri 2022-ci ildə 1 milyard 840,6 milyon manat olduğu halda, 2023-cü ildə 1 milyard 685,3 milyon manata enib. Yəni satış gəlirləri 155,3 milyon manat azalıb.

“Azərenerji"nin ümumilikdə əməliyyat xərcləri isə 2022-ci ildəki 1,4 milyard manatdan 2023-cü ildə 1 milyard 447,3 milyon manata yüksəlib.

Bundan başqa, ASC-nin açıqladığı rəqəmlərə əsasən 2023-cü ilin sonunda “Azərenerji"də 1 milyard 994,4 milyon manat yığılmış zərər olub. 2022-ci ilin sonunda yığılmış zərər isə 2 milyard 164,7 milyon manat idi. Qeyd olunur ki, dövlət şirkətinin cəmi aktivləri 31 dekabr 2023-cü il tarixinə 17,5% artaraq, 5 milyard 313,9 milyon manata çatıb. Bu dövrdə ASC-nin kredit borcu 8% artaraq, 1 milyard 266 milyon manat olub.

Ötən ilin sonunda “Azərenerji"nin 1 milyard 266 milyon 16 min manat kredit borcu olub (2022-ci ilin sonunda 1 milyard 172 milyon 998 min manat).

Qeyd edək ki, 2023-cü ildə ASC-nin ən iri elektrik stansiyası “Azərbaycan” İES-in də gəlirləri kəskin azalıb. Belə ki, şirkətin xalis zərəri 2.32 milyon manat təşkil edib. Qurum 2022-ci ildə bundan 2 dəfəyə qədər çox - 4.33 milyon manat xalis mənfəət əldə etmişdi. Hesabata görə, şirkətin enerji satışından əldə etdiyi gəlir 239.86 milyon manat olmaqla, öncəki ildən 12.24 milyon manat az və ya 4.86% az olub.

“Azərbaycan” İES-in yanacaq xərcləri 2023-cü ildə 175.28 milyon manat olub ki, bu da 2022-ci ildəki 171.07 milyon manatı 4.21 milyon manat və ya 2.46% üstələyir. Amortizasiya xərcləri 2023-cü ildə 1.83% artımla 46.77 milyon manat, təmir və texniki xidmət xərcləri 55% azalaraq, 2023-cü ildə 3.60 milyon manat, işçi heyətinin saxlanılması xərcləri 12% artaraq, 7.65 milyon manat olub.

Zərərdən sonra bölüşdürülməmiş mənfəət 2023-cü ildə 88.79 milyon manatdan 86.63 milyon manata düşüb. Hesabata əsasən, şirkətin ümumi aktivləri 2023-cü ildə 79.37 milyon manat və ya 12.69% artaraq 704.84 milyon manat təşkil edib.

Rəqəmlərdən də görünür ki, Baş nazir Əli Əsədovun “Azərenerji” prezidentinin fəaliyyətindən narazı qalması üçün kifayət qədər əsaslar var: gəlir azalıb, zərər 2 milyardı keçib, kredit borcları artıb və s. Müstəqil audit yoxlaması mənfi tendensiyanın obyektiv səbəblərlə, yoxsa, yarıtmaz idarəçiliklə bağlı olduğunu müəyyənləşdirə bilər.

Şiddətli töhmətlə bağlı sərəncamda qeyd olunan məqamlara gəlincə, enerji sektoru üzrə mütəxəssis İlham Şaban Pressklub.az-a şərhində deyib ki, ümumiyyətlə hökumətin fəaliyyətində şəffaflıq problemləri var.

Ekspert aydınlaşdırıb ki, hər bir ölkədə dekabr ayında növbəti il üçün enerji balansı hökumət tərəfindən təsdiqlənir. Onun sözlərinə görə, bu, əslində kommersiya sirri hesab olunan sənəd deyil, hava şəraitindən asılı olaraq hər rüb ona dəyişikliklər edilir. İ.Şaban xatırladır ki, Gürcüstan, Ukrayna, Rusiya, Avropa ölkələri bu sənədi ictimaiyyət üçün dərc edirlər. “Azərbaycanda isə bu sənəd şirkətlər üçün olmasa da, ictimaiyyət üçün gizlidir. Baş nazir Əli Əsədov bu sənədi imzalayıb, amma bir kəs demir ki, “Azərenerji” bu qədər qaz alıb, bu qədər də enerji istehsal etməlidir. Azərbaycan hökuməti bunu açıq şəraitdə niyə etmir ki? Hamı bilməli idi ki, “Azərenerji” bu qədər qaz almaqla normativləri keçib, ya yox? Birdən-birə töhmət məsələsi ortaya çıxır”, - o vurğulayır.

İlham Şaban qeyd edir ki, məlumatlar şəffaf olarsa, hansı sahədə problemlərin gözlənildiyi barədə ictimaiyyət əvvəldən məlumatlı olar: “Heç bir məlumat verilmir, birdən də deyirlər ki, filan obyektdə vəziyyət pisdir. Cəmiyyət haradan bilsin ki, doğrudan da pisdir, yoxsa yaxşıdır? Bunun üçün hökumətin imzaladığı sənədləri vaxtaşırı ictimaiyyətə açıqlamaq lazımdır”.

Ekspert vurğulayır ki, hökumət bilməlidir ki, rəqəmsallaşma, şəffaflıq bütün sahələrdə lazımdır. Belə olsa, hansısa bir qərar veriləndə cəmiyyətə əlavə izahat verməyə ehtiyac qalmaz.

Mövzu ilə bağlı əsas suallardan biri “Azərenerji” prezidentinin yol verdiyi qanunsuzluğun miqyasına, dövlət maraqlarına dəyən zərbəyə görə verilən “şiddətli töhmət” cəzasının nə qədər adekvat olmasıdır.

Hüquqşünas Hafiz Həsənov Pressklub.az-a şərhində bildirib ki, Balababa Rzayevə verilən şiddətli töhmətin onun yol verdiyi pozuntuya adekvat olub-olmamasını müəyyən etmək üçün onun "2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etmə" əməlinin detalları və bu əməlin təhülkəsizlik dərəcəsi barədə məlumatlar olmalıdır.

“İndiki halda ictimaiyyətə bu məlumatlar açıqlanmayıb. Ola bilər ki, burada inzibati və ya cinayət əməllərinin əlamətləri olsun. Ona görə də Balababa Rzayevə sərəncamda qeyd edilən əməlinə görə sadəcə intizam cəzası kimi şiddətli töhmət verilməsinin onun yol verdiyi qanun pozuntusuna adekvat olmasını demək çətindir”, -hüquqşünas vurğulayıb.
 
Ardını oxu...
“Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinə rektor təyin edildikdən dərhal sonra, bu ali məktəbin müasir standartlara uyğun inkişafına nail olmaq əvəzinə, sanki adını məhv etməyi qarşısına əsas məqsədi kimi qoyub. Sübutlar göz önündədir — ADAU artıq “saxtakarlıqlar bataqlığında can verir”. Bu iyrənc halın bitməsi isə, mümkünsüz görünür. Bilərəkdən edilənlər “canımızı boğazımıza yığıb”, nə edəcəyimizi bilmirik. Burada hər sahədə müxtəlif saxtakarlıqlara və qanunsuzluqlara qorxub-çəkinmədən imza atılmasını, universitet təəssübü çəkən heç kəs şəninə sığışdırmır”, — deyə, adını çəkdiyimiz ali təhsil ocağının professor-müəllim heyətinin bir qrupu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən kömək istəyir. Bu və buna bənzər fikirlər, onların imzasıyla araz.az xəbər portalının redaksiyasına da daxil olan Müraciətdə öz əksini tapıb.

“Möhtərəm Prezident! Son ümidimiz Sizsiniz və üz tutduğumuz media vasitəsi ilə, dərdimizi Sizə çatdırmaq qərarına gəldik. Çünki deyilənlər barəsində yazdıqlarımızı dəfələrlə Sizə çatdırmaq istəmişik. Lakin günahkar vəzifə sahibləri hər dəfə yazdıqlarımızın qarşısını almağa nail olublar. Əlaqədar dövlət qurumlarında da, ürək ağrısıyla yazdıqlarımız heç kəsin vecinə olmayıb. Hər yerdən naümid, başıaşağı, necə deyərlər, “əlimiz ətəyimizdən uzun” geri dönmüşük. Ümid qalıb yalnız Sizə və ölkə mediasına” — daha sonra bu sözlər naəlac elm adamlarının imzaladıqları Müraciətdə xüsusi vurğulanıb. O da qeyd olunub ki, bu universitetdə təhsilin keyfiyyəti heç bir vəzifə sahibini narahat etmir:

“Əslində, tələbənin kəsiri olduqda, təlimata görə, nə olursa-olsun dövlət imtahanına buraxılmamalıdır. Lakin rektor Zəfər Qurbanov rüşvət müqabilində belə tələbələri dövlət imtahanına buraxdırır. Kəsiri ola-ola, akademik borcunu ödəməyən belə tələbələrə diplom veriləndə, “Kənd təsərrüfatı texnikası və texniki servis” kafedrasının dosenti Vaqif Mirzəliyev müxtəlif orqanlara, eləcə də Sizə şikayət etdi. Nəticədə, rektor özünü müdafiə etmək üçün “Magistratura” şöbəsinin müdiri Aqil Mustafayevi işdən azad etdi. Əslində isə, həmin saxtakarlıqları prorektor Əhməd Məlikov tədris hissə müdiri Elay Zeynallı və kafedra müdiri Aydın İsayevlə birlikdə həyata keçirmişdi. Lakin adları çəkilən şəxslər rektor Zəfər Qurbanovun pul yığanları olduğu üçün, bu işin “qurbanı” kimi, “Magistratura” şöbəsinin müdiri Aqil Mustafayev işindən azad olundu.

Belə saxtakarlıqlar edənlərdən biri “Kənd təsərrüfatı texnikası və texniki servis” kafedrasının müdiri Aydın İsayevdir. O, hətta 3-cü kursda oxuyan tələbə qıza sataşmaqdan belə qorxmayıb. Bu qız isə, kafedra müdirlərinin bu iyrənc hərəkəti ilə bağlı prorektor Əhməd Məlikova şikayət edib. Lakin, hələ də rektor bununla bağlı heç bir tədbir görmək istəmir. Amma həmin kafedranın müəllimi Taleh Vəliyev seçki prosesində Aydın İsayevin əleyhinə səs vermişdi deyə, rəhbər şəxslər vaxt tapıb, onu dərhal şərlətdirə, yaxınları olan bəzi tələbə qızları və laborant xanımları öyrədərək, üzünə durdura və əmrini verib, işdən azad etdirə bilmişdilər. Tələbə qıza sataşmaq məsələsinə isə, hələ də vaxt tapmayıblar. Yeri gəlmişkən qeyd edək ki, artıq həmin müəllimin yerinə, rüşvət müqabilində, başqa birisi də təyin edilib.

Bu gün magistr adı altında ADAU-da tələbələr dərsdən yayınırlar. Elə magistrlər var ki, adları universitetdə tələbə kimi gedir, lakin özləri xaricdədirlər. Bunların dissertasiya işləri belə, maddiyyat gücünə yazılıb hazırlanır, sonra isə, həmin magistrlər bircə dəfə universitetə gəlir, diplom müdafiəsində iştirak edərək, aradan çıxır, sonra isə, onlara diplom verilir. Magistr şöbəsində elə tələbələr var ki, təhsil haqqı borcları ola-ola, universiteti qurtarırlar. Onların universitetə təhsil haqqı borcu olduğu sonradan məlum olur. Bundan sonra narazılıqlar başlasa da, külli miqdarda borclar ödənilməmiş qalır; Beləcə, son nəticə həngamələrə dirənir.

İnformasiya texnologiyaları ixtisası tələbəsinin rəhbəri eyni adlı kafedranın müəllimi Mahir Məmmədov idi. Tələbə müdafiəsini etdi, universiteti bitirdi və diplomunu da aldı. Sonra məlum oldu ki, tələbənin təhsil haqqı kimi xeyli borcu ödənilməmiş qalıb. Açıq-aydın göründüyü kimi, universitetdə bütün işlərə səhlənkar yanaşma halları kifayət qədərdir.

Bu da, ağrıverici daha bir dəhşət: “Baytarlıq təbabəti” fakültəsindəki biabırçılıqların sonu görünmür. Bu fakültəni rektor Zəfər Qurbanovun universitetdəki özəl hissələrindən biri kimi tanımışıq və özünün özəl şərtləri ilə idarə olunur. Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin keçirilməsi qaydalarına görə, fakültə dekanı vəzifəsinə, həmin fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik həmin ali məktəbin ştatında olan professor və ya dosentlər arasından seçilməlidir. Şəlalə Zeynalova isə, 2006-cı ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Respublika Baytarlıq Laboratoriyasının Virusologiya şöbəsində aparıcı baytar həkim kimi işə qəbul olunub, daha sonra isə, Bakteriologiya və Virusologiya şöbələrinin müdiri işləyib. 2016-cı ildən isə, Bakıda yerləşən həmin laboratoriyada direktor müavini vəzifəsində çalışıb. Göründüyü kimi Şəlalə Zeynalova universitetdə ştatda olmadığından, bu xanımın dekan təyin olunması (dekan seçilir, təyin olunmur) təlimata tamamilə ziddir. Buna baxmayaraq, dekanlıq ixtiyarı olmasa da, indi bu xanım hər yerdə Zəfər Qurbanovun adından danışır və səlahiyyətinə aid olmayan istədiyi işlərlə məşğul ola bilir. O, kafedra müdirlərinin — İlqar Gəncəyevin, Mirzə Əliyevin, dekan müavini Gülçin Məmmədovanın… hədə-qorxu yoluyla ərizələrini alaraq, onları işdən azad etdirib də.

Fakültənin dekan müavini və kafedralarının müdir vəzifələri boşdur, idarə olunmur deyə, burada acınacaqlı durum hökm sürür. Bizə artıq məlum olub ki, bu vəzifələr auksiona çıxarılıb, daha çox pul verən adamlar axtarılır.

Onu da qeyd etməyi lazım bilirik ki, dekan xanımın — Şəlalə Zeynalovanın adı Şəmkir Quşçuluq fabrikinin əməkdaşı kimi də işdə gedir. Ona görə də, o, fakültənin tələbələrini həmin fabrikə aparıb, orada yumurta yığdırır. Maraqlıdır, tələbələr universitetə oxumağa gəlir, yoxsa, Şəmkir Quşçuluq fabrikində fəhləlik etməyə?! Rektor Zəfər Qurbanov isə, qalib pis vəziyyətdə: Universitetdəki özəl sahələrindən biri kimi tanıtdırdığı bu fakültənin başına paytaxt Bakıdan tapıb, özü ilə gətirdiyi Şəlalə Zeynalova ilə artıq bacarmır. Bir sözlə, barəsində ölçü götürüb, heç bir tədbir görə bilmir.

Rektor, atası vaxtilə Baytarlıq Elmi — Tədqiqat İnstitutunun direktoru işləyən, “Gigiyena və qida təhlükəsizliyi” kafedrasının çox yaxşı müəllimlərindən olan Vamik Fərzəliyevi işdən çıxartdı. Lakin Vamik müəllim bu barədə Respublika Prezidentinə şıkayət etdiyi üçün, onu, müqavilə əsasında yenidən yarım ştat müəllim götürməyə məcbur oldu. Vamik müəllim isə, mübarizəsini sonadək aparacağını qorxub-çəkinmədən hər yerdə deyənlərdəndir.

Zəfər Qurbanov neft mühəndisi olduğundan, aqrar sahəyə tamamilə yad bir adamdır. O, universitetin tədris-təcrübə təsərrüfatının adını belə bilmir. Həmişə Elmi Şuradakı çıxışlarında oranın adına təcrübə mərkəzi deyir.

Universitetdə maaşlar və həvəsləndirici mükafatlar verilmir. Bura xeyli vaxtdır lazım olan dəftərxana ləvazimatları alınmır. Tədris üçün vacib olan avadanlıq və vasitələr çatışmır, alınması nəzərdə tutulan avadanlıqların heç birindən xəbər yoxdur. Bu adla pullar isə, kotirovka yolu ilə hesabdan silinir.

Maraqlısı odur ki, bu elm ocağındakı haqsızlıqlardan şikayət edəndə, hətta Azad İbrahimov kimi digər prorektorlar, eləcə də şöbə müdirləri, dekanlar… belə deyirlər ki, axı, onlar kimdir? Dediklərini veclərinə alan, sözlərini eşidən yoxdur. Yaxşı, onda professor və müəllimlər dərdlərini kimə desinlər?! Axı, universiteti özəl hissələri ilə idarə edən, həftənin 4 gününü Bakıda, ailəsinin yanında keçirən, müxtəlif xarici ölkələrdə gəzməklə, tutduğu vəzifədə getdikcə möhkəmlənən, işdə tapılmayan qiyabiçi rektorla bacarmaq olmur!

Konkret desək, ADAU-da təhsil məhv olaraq, aradan gedir. Dərdimizə əlac edin. Əlaqədar qurum rəhbərlərini də, bu vacib işdə bizə köməyə, lazımi tədbirlər görməyə çağırırıq!”.

Sonda xüsusi olaraq onu qeyd etmək istəyirik ki, əlaqə saxladığımız və köməksiz qalan Müraciət müəllifləri araz.az-ın əməkdaşlarına deyiblər ki, əlləri hər yerdən üzüldüyündən, artıq, Böyük Allahımıza əl açmağa məcbur olublar. Təəssübünü çəkdikləri bu elm ocağına kömək üçün, ümidləri həm də Uca Yaradanadır.

Tahir HÜSEYNOV,
Səməndər QURBANOV,
araz.az xəbər portalı.
 

Dünyapress TV

Xəbər lenti