Ardını oxu...
Ölü heyvan ətlərindən dönər düzəldib insanlara sırıyan kimlərdir?

Azərbaycan Respublikası Prezidentinin yürütdüyü daxilisi yasətdə hər zaman insan faktoru əsas amil olub. Cənab Prezidentin “ölkəmizin ən böyük resursu insan resursudur” fikri bütün islahatlarda başlıca faktor kimi ön plandadır. Təəssüflər olsun ki, bəzi işbazlar öz maddi maraqlarını düşünürək bu məqamı diqqətə almırlar. İnsan faktorunda əsas prinsipin sağlamlıq olduğunu nəzərə alsaq, sağlam qidalanmanın vacibliyini də diqqətdə saxlamlıyıq.

Azərbaycan xalqı qida rasionunda ət məhsullarının xüsusi önəm verdiyindən bu məsələdə ət istehlakı ayrıca önəm kəsb edir. Məhz bunu nəzərə alaraq ölkə rəhbəri Qida Təıhlükəsizliyi Agentliyi kimi qurumlar yaradıb və bu məsələni diqqətdə saxlayır. Amma yuxarıda da qeyd etdiyimiz kimi, öz gəlirlərini milli maraqlardan üstün tutan bəzi şəxslər məhz qida məsələsində millətə xəyanət edirlər. Bərdə rayonunda bir qrup şəxs ölü heyvan, eşşək və at ətlərini bazara soxmaqla sözün həqiqi mənasında insanları xəstəliklərə düçar edir. Bizə daxil olan məlumata görə, Bərdədə məskunlaşmış bir qrup alverçi ətraf rayonlardan da ölü və xəstə heyvanları, at və eşşək ətlərini bazara sağlam qida məhsulu kimi çıxarır. Ən pisi isə budur ki, AQTA istisna olmaqla, bu problemlə mübarizə aparmalı olan qurumların aktivliyi hiss olunmur. Bu isə həmin qurumlarla bağlı müəyyən şübhələrə və inamsızlıqlara yol açır. Növbəti yazılarımızda bunu konkret faktlarla ortaya qoyacağıq. Bu gün isə məlum olan budur ki, ətin kilosu 18-20 manata olduğu halda Bərdədə 1 manatlıq dönər əlindən tərpənmək olmur. Bu fakt bir daha sübut edir ki, Bərdədə genefondumuza divan tutulur. Bu rayonda məktəblilərin dönərdən zəhərlənməsi kimi faktlar digər rayonlarla müşahidə də daha çox rast gəlinir.

Bu gün Bərdə və ətraf rayonlarda ucuz qiymətə ət məhsullarını və ətdən hazırlanan digər qida məhsullarını normal maya dəyərindən aşağı satılması məntiqi baxımdan şübhələr yaradır. Bu haqda bizi məlumatlandıran mənbənin sözlərinə görə, Bərdədə insanların sağlamlığına təhlükə yaradan ət məhsullarını paytaxt bazarına yol tapması böyük bir şəbəkənin əlindədir. Mənbəmiz həmin şəbəkədə Bərdə rayonunun müvafiq qurumlarının da xəbərdar olduğunu bildirdi. Bütün bu əlaqələr haqqında növbəti yazımızada ətraflı bəhs edəcəyik.
TEREF
 
Ardını oxu...
Əslində peşə məktəbləri təhsil sisteminin ARXA BAĞÇASI kimi xarakterizə olunduğundan bura hər zaman daha çox yeyinti, maxinasiya, fırıldaq ünvanı kimi yanaşılıb. Elə "DİA-AZ"a daxil olan müraciətdən belə anlaşılır ki, barəsində giley olunan Göygöl Peşə məktəbi də eyni qaydada ehtiva olunmaqdadır. Yəni ağla gələn bütün çirkin işlər burada çevrilir.

Bu barədə yazan narazı valideynlər iddia edir ki, Göygöl Peşə məktəbi əslində quru ad olaraq var. Müraciətdə deyilir:

"Göygöl Peşə məktəbinin quruca adı var. Diqqət yetirsəniz hətta bir zamanlar sosial şəbəkələrdə belə aktiv olan bu qurum indi ADİ YEYİNTİ YERİDİR...

Bütün bu qara işlərin başında isə hansısa kənra şəxs dayanmır. Bu məktəbin direktoru və baş mühasibi əlbir olarsq dövlət malını aşkar şəkildə talıyırlar. Əgər Elm və Təhsil nazirliyinin başında oturanları bu dövlətin malı və bu millətin gələcəyi zərrə qədərində maraqlandırırsa, o zaman Göygöl Peşə məktəbindəki özbaşınalıqlara təcili müdaxilə etməlidir..."

Qeyd edək ki, araşdırmalarımız zamanı Göygöl Peşə məktəbinin sosial şəbəkələrdəki səhifələrinin3 ilə yaxındır yenilənmədiyinə şahidlik etdik. Bu isə o deməkdir ki, artıq 3 ilə yaxındır ki, burlarda təhsilin başı buraxılıb...

Məsələ diqqətimizdədir...
 
Ardını oxu...
Bakıda İzmir klinikasında estetik əməliyyat etdirən qadın ağır xəstəliyə düçar olub.

Özünü həkim kimi təqdim Sadiq Durmuşov şikayətçinin üzündə qüsürlar yaratdı?

XALQ.AZ-a müraciət edən Bakı sakini Bakdəmirova Nərgiz sosial şəbəkədə estetik prosedurlarla bağlı reklam görərək Nərimanov rayonu, İ.Həsənoğlu 120 ünvanında yerləşən “İzmir klinikası” na müraciət edib. İzmir klinikasında estetik həkim kimi özünü təqdim edən Sadiq Durmuşov 500 manat məbləğində şikayətçini üzgərmə proseduru edib.

Prosedurdan sonra Nərgiz Bakıdəmirova üzündə şiddətli agrılar və şişkinlik olması ilə bağlı Sadiq “doktora” yenidən müraciət edib, Sadiq Durmuşovun ona müəyyən dərmanları qəbul olumasını və agrılar və şişkinlik bir müddət sonra kecəcyini bildirib. Daha sonra “doktor” Sadiqlə və asistenti Minayə adlı xanıla davamlı əlaqə saxlasamda telefon zənglərimə cavab vermədilər.

Şikayətçi qeyd edir ki, bu günədək üzümdəki yaranan qüsürlar və ödəm olduğu kimi qalıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət olunduqdan sonra Sadiq Durmuşov şikayətçiyə ödədiyi 500 manatı qaytarıb və əlavə 200 manat pul verib ki, şikayət etməsin.Lakin bu günədək Bakdəmirova Nərgiz bildirir ki, üzümdə olan qüsürlar keçməyib və digər həkimlərin bildirdiyinə görə, üzdə sinirə toxunulduğundan qüsürlar yaranıb. Sadiq Durmuşovun apardığı estetik əməliyyatdan sonra məndə ağır fəsadlar qalıb və bu fəsadların düzəlməsi mümkün deyil deyə şikayətçi bildirib. Bununla bağlı tibbi ekspertizasının rəyində qeyd olunub ki, üzün sol tərəfində ödəm, aseptik iltihab qeyd olunur.

Məsələ ilə bağlı İzmir klinikası ilə əlaqə yaratdıq, klinikadan bildirilib ki,belə pasiyentimiz olmayıb və Sadiq Durmuşov adlı şəxs bizdə işləməyib.

Şikayətlə bağlı Sadiq Durmuşovla əlaqə saxlasaqda o açıqlama vemək istəmədiyini bildirərək telefonunu qapatdı.

XALQ.AZ araşdırma apararaq məlum olmuşdur ki Sadiq Durmuşov Nərimanov rayonu, İ.Həsənoğlu 120 ünvanında yerləşən “İzmir” klinikasının rəhbəridir və hüquq-mühafizə orqanlarına verdiyi izahatında özü bunu təsdiq edib.

Qeyd edək ki, Sadiq Durmuşovun Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibb təhsil olması barədə məlumat yoxdur həmçinin sertifikasiyası haqqında məlumat mövcud deyil. Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni o heç bir ali tibbi təhsili, tibbi sertifikata və lisenziyaya malik olmadan estetik prosedur həyata keçirib.

Bəs görəsən İzmir klinikasında həkim olmayan rəhbər necə estetik prosedur həyata keçirir. Bu məsələ isə hüquq-mühafizə orqanlarının işidir.

Qeyd edək ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Respublika Psixatriya Xəstəxanası keçirdiyi tenderin nəticələrini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, qurum çirkab suların daşınması prosesini həvalə edəcəyi şirkəti müəyyənləşdirib.
Belə ki, bu məqsədlə “AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES” MMC ilə satınalma müqaviləsi bağlayıb. Müqavilənin dəyəri isə 72.109 manat təşkil edib.
Qeyd edək ki, sözügedən şirkət son bir ildə daha üç tenderin də qalibi olub. Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araçdırma zamanı məlum olub ki, bu ilin yanvarında “AzTeleKom”la anlaşan şirkət yüklərin daşınması, evakuasiya, yükqaldırma, sərnişin daşıma və digər əlaqəli xidmətlərin satınalınmasını reallaşdırıb. Bunun müqabilində isə 445 min 450 manat əldə edib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu da (AQTİ) ötən il yük daşıma xidmətlərinin satın alınması məsələsində “AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES” MMC ilə anlaşıb. 9.870 manatlıq müqavilə bağlayıb.
Keçən il sonuncu belə razılaşma isə Dövlət İmtahan Mərkəzi ilə olub. Belə ki, təmizlik (cleaning) xidmətinin satın alınması məqsədi ilə keçirilən tenderin qalibi olan MMC 79 min 296 manat dəyərində iş görəcəyi öhdəliyi götürüb.
Maraqlıdır ki, Dövlət İmtahan Mərkəzi bu ilin aprelində də sözügedən şirkətlə anlaşma əldə edib. Lakin bu tenderin nəticəsi etender.gov.az saytında yerləşdirilməyib. Belə ki, “AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES” MMC DİM-lə yüklərin daşınması məsələsində 25 min 960 manatlıq müqavilə imzalayıb.
Araşdırma zamanı o da məlum olub ki, bu şirkət daha çox “188” yükdaşıma şirkəti olaraq tanınır. Üstəlik, götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə ən çox məhkəməyə verilənlər sırasındadır. Məsələn, internet mənbələrində ötən il ərazində şirkətin ən az 5-6 dəfə məhkəməyə verildiyinə dair məlumatlar var. Məhkəməyə verənlər arasında “İlk Media” şirkətinin rəhbəri, “Bozbaş Picture” layihəsinə başçılıq edən İlkin Həsənli də var.
Maraqlıdır ki, bunca məhkəməyə verilən, reputasiyası elə də aydın olmayan bu şirkətə dövlətin önəmli qurumlarının maraq göstərmələrinin səbəbi nədir?
Xatırladaq ki, “Azcargo Logistics and Management Services” MMC 27 dekabr 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Mustafayev İsmixan Məmməd oğludur. O, həm də şirkətin icraçı direktorudur.
Ardını oxu...
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Bakı şəhərinin Nərimanov rayonunda fəaliyyət göstərən tikinti şirkətləri və müəyyən qurumlar sözügedən məsələdən xəbərsizdirlər.
Artıq Nərimanov rayonunda qanunsuz agac kəsilməsi adi hal alaraq ekokoji genosidə çevrilib. Rayonun Həsənoğlu küçəsində yerləşən “Ailə Park” MTK-nın tikint ərazisində irigövdəli yaşıl ağacı kəsilərək götürülüb.
Məsələ ilə bağlı Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə yaratmaq mümkün olmadı. “Ailə Park” MTK-da görüntülərə heç bir açıqlama verilmədi.

Məsələ ilə bağlı qurumların mövqeyini dərc etməyə hazırıq.
Videonu patrul.az yayımlayıb.

 
Ardını oxu...
Azərbaycanda elə tikinti maqnatları var ki, hansı dələduzluğu edir etsin, sanki toxunulmazlıq statusu alıb. Ona görə də illərdir ki, yol verdiyi cinayətlərə, saxtakarlıqlara, fırıldaqlara baxmayaraq məsuliyyətə cəlb olunmayıb. Hətta nəinki istintaqa çağırılmayıb, bilə-bilə ki bu tikinti şirkətinin sahibi vətəndaşları aldadıb, ona yenə də şərait yaradılıb, təzə-təzə işlər götürüb, bina tikməyə yer ayrılıb.
Anaxeber.com-un araşdırmasına görə, onlardan birincisi “İnşaat Konstruksiyaları” MMC-nin rəhbəri Rauf Əliyevdir. Rauf Əliyev ölkədə yüzlərlə vətəndaşı aldadıb, bir mənzili bir neçə adama satıb, pullarını mənimsəyib, indiyə qədər problemi həll etməyib, illərdir ki, vətəndaşlar aksiyalar keçirir, şikayət edir, amma bu şəxs nə həbs edilir, nə də zərər çəkənlərin pulunu qaytarır. Və hazırda həbsdə olan MTK rəhbərlərindən fərqli olaraq, Rauf Əliyev barəsində bu qədər şikayətlərə, dəlil-sübutlara baxmayaraq azadlıqda gəzir. Onun aldatdığı vətəndaşlardan biri elə dünən mətbuata çıxıb.
Belə ki,
"İnşaat Konstruksiyaları” MMC-nin qurbanlarından olan Rafiq Əmirov zərərçəkmiş qismində tanınmır. Bu barədə Reportyor.info-ya onun özü bildirib.
Rafiq Əmirov 2017-ci ildə “İnşaat Konstruksiyaları” MMC-nin Yasamal rayonu, Abbas Mirəz Şərifəzadə küçəsi 33-də inşa etdiyi yaşayış binasından mənzil alıb. Bir müddət sonra isə məlum olub ki, onun aldığı mənzil Fətullayeva Təbərrük adlı bir xanıma satılıb.
Şikayətçi deyib ki, həmin xanımla imzalanmış müqavilələr saxtadır. Yəni üzərindən 8 il keçib, il 2025-dir, hələ də vətəndaşın problemi həll olunmayıb. Və belə qurbanların sayı "en" qədərdir. Sadəcə, Rauf Əliyev toxunulmaz birinə çevrilib.
Bu azmış kimi, ona hələ də Bakıda bina tikməyə icazə verilir. Axı onu himayə edənlər kimlərdir ki, dələduzluğa yol verdiyi göz qabağında olduğu halda, yenə də tikinti aparmasına şərait yaradılır?
Bu sektorda olanlar bilir ki, bina tikmək asan məsələ deyil. Əvvəlcə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi icazə verməlidir, yer ayırmalıdır, sərəncam imzalanmalıdır.
İkincisi, Fövqəladə Hallar Nazirliyindən tutmuş bütün rəy verən, kommunal təchizatı təmin edən qurumlara qədər bu prosesdə iştirak edir. Bəs necə olur ki, dövlət qurumları adı dəfələrlə dələduzluqda hallanan, haqqında saysız-hesabsız şikayətlər olan Rauf Əliyevin yeni binalar tikməsinə göz yumurlar?
Ən absurd mənzərə budur ki,
"İnşaat Konstruksiyaları" MMC-nin sahibi Əliyev Rauf Rəhim oğlu, onun yaxın qohumu Əhmədov Rəsul Süleyman oğlu və Nəcəfov Zahir Vahid oğlu Cinayət Məcəlləsinin 177-189 - 178.4-cü maddələri ilə ittiham olunsalar da, bununla belə paytaxtın müxtəlif ərazilərində, hazırda Yasamal, Nəsimi rayonlarında yeni binalar tikməyə davam edərək yenə də eyni fırıldaqlarla məşğuldurlar. Onlar barəsində yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşin bu yerə gəlib çıxmasına, məhkəmə prosesinin başlanmasına rəğmən, Rauf Əliyev və dəstəsi vətəndaşları aldadır, yüzlərlə belə mənzil alan şəxslərin ümidlərini puç edirlər.
O, ətrafındakılara bildirir ki, sonrakı dövrdə də ona ayrılan torpaq sahələrində tikdiyi binalarda etdiyi fırıldağın pulları ilə digər dələduz əməllərini ört-basdır etməyə, şikayətçi vətəndaşları razı salmağa çalışıb. Və belə-belə Rauf Əliyev rəhbərlik etdiyi şirkəti vasitəsi ilə minlərlə insanı aldadıb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 177-189 - 178.4-cü maddələri ilə ittiham olunan 3 iş adamı ilə bağlı keçiriləcək istintaqa 280-dən çox zərərçəkən müraciət edib.
"İnşaat Konstruksiyaları" MMC-nin qanuni təmsilçisi, Rauf Əliyevin yaxın qohumu Əhmədov Rəsul Süleyman oğludur. "Dərəçiçək” MTK da Rauf Əliyevə məxsusdur.
Rauf Əliyevin şirkətləri 2016-cı ildə Bakının Yasamal və Nizami rayonlarında pilot layihələr çərçivəsində binalar tikib. Onlar dövlət tərəfindən icazəsi verilmiş 14 mərtəbəli binaların bəzilərini 17 mərtəbəyə kimi də yüksəldiblər. Rauf Əliyev vergidən yayınmaya görə də bir müddət əvvəl saxlanılmışdı.
Mediada gedən xəbərlərə görə, Rauf Əliyev müəmmalı yollarla tikdirdiyi binalarda əlavə mərtəbə tikilməsi ilə bağlı FHN əməkdaşlarını da “razı sala” bilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu binaların dayanıqlılığı ilə bağlı müayinələr aparıb və müvafiq texniki rəy veriblər.
Bundan başqa, Rauf Əliyev Şəhərsalma və Arxitektura Komitəsi ilə də "dil taparaq" əlavə mərtəbələr qaldırılmasına razılıq ala bilir. Beləliklə, şəhərdə toxunulmaz bir dələduz gəzir və ona "gözün üstə qaşın var" demir...


Azər Talıbov
Anaxeber.com
 
Ardını oxu...
İcra məmurunun oğluna verilən milyonluq tenderlər

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda dayanacaq pavilyonları quraşdıracaq. Bununla əlaqədar dövlət satınalmalarının vahid internet portalında tenderin nəticəsi açıqlanıb.
Nəticələrə əsasən, AYNA Bakı şəhərinin küçə və prospektlərində sərnişinlərin avtobus gözləmələri üçün dayanacaq pavilyonlarının quraşdırılması işlərini həyata keçirəcək. Bu məqsədlə “SMCS” MMC şirkəti ilə 1 milyon 744 min 985 manatlıq satınalma müqaviləsi imzalayıb.
Bu, AYNA ilə “SMCS” MMC arasında ilk tender müqaviləsi deyil. Belə ki, ötən ilin avqustunda da AYNA eyni məzmunlu tenderin qalibi olaraq sözügedən şirkəti göstərib. Həmin vaxt isə bu işlərə 500 min 907 manat pul ayırıb.

Şirkət haqqında ətraflı

“SMCS” MMC, əvvəlki adı ilə “SM Construction Supplies” MMC, 2018-ci ildə təsis edilib. Şirkət tikinti, təmir, interyer-eksteryer dizayn və mebel istehsalı sahələrində fəaliyyət göstərir. 2023-cü ilin sentyabr ayında adını dəyişərək indiki adını alıb.
Şirkətin nizamnamə kapitalı ilkin olaraq 10 manat olsa da, 2022-ci ilin iyul ayında 49 000 manata, sentyabr ayında isə 88 500 manata qədər artırılıb.
Şirkətin hazırda qanuni təmsilçisi Cəfərov Mübariz Məhərrəm oğludur. Bundan əvvəl isə Ehtiram Etibar oğlu Heydərli olub. Ehtiram Heydərli həmçinin şirkətin rəsmi təsisçisi və rəhbəridir.
“SM Construction Supplies (SMCS)” şirkəti 2020-ci ildə Koronavirus Fonduna və Silahlı Qüvvələrin Yardım Fonduna ianələr edib.

Dövlət tenderlərində uğurlar
“SMCS” MMC dövlət qurumları tərəfindən keçirilən tenderlərdə fəal iştirak edib və bir sıra layihələrin icrasını üzərinə götürüb. 2024-cü ildə şirkət ümumilikdə 15 milyon 111 min 960 manat dəyərində 11 tenderin qalibi olub.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əməkdaşlıqdan əlavə, şirkət Müdafiə Nazirliyi ilə də 1 milyon 804 min 568 manat dəyərində müqavilə bağlamışdır.
Ümumilikdə şirkət 2020-ci ildən etibarən dövlət qurumları ilə 35-ə yaxın 24 milyon manat dəyərində tender müqaviləsi imzalayıb. Bunlar “Azergold” QSC, DİN Polis Akademiyası və Daxili Qoşunlar, Səhiyyə Nazirliyi, FHN, AzTV, Bakı Nəqliyyat Agentliyi (BNA), “Azərişıq” ASC, Müdafiə Nazirliyi və Dövlət Gömrük Komitəsi kimi mühüm dövlət qurumlarıdır.

Ehtiram Heydərli kimdir?

Şirkətin qurucusu Ehtiram Heydərli Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Etibar Heydərovun oğludur.
Etibar Heydərov uzun müddət Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini, Siyəzən rayon Məşğulluq Mərkəzinin direktoru və Yeni Azərbaycan Partiyasının (YAP) Siyəzən rayon təşkilatının sədri vəzifələrini icra edib.
Həmçinin Etibar Murad oğlu Heydərov 2015-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Ata və oğulun 2015/2020-ci il parlament seçkilərində iştirakı: Etibar Heydərov 2015-ci il YAP Siyəzən rayon təşkilatının Seçki Qərargahının rəhbəri olub. O zaman 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə YAP namizədi Tahir Süleymanov deputat seçilmişdi. Onun deputat seçilməyində həm Etibar Heydərovun, həm də oğlu Ehtiram Heydərlinin böyük rolu var. Dövrü-mətbuatda icra başçısının müavininin müğənniyə hücum etdiyi də qeyd olunub.
2020-ci il parlament seçkilərində isə Etibar Heydərov 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə YAP namizədi Sadiq Qurbanovun təşviqatı zamanı seçki qaydalarının pozulmasında iştirak etmişdir. Tədbirdə qanunsuz təşviqat aparıldığı üçün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən xəbərdarlıq edilmişdir. Bu qərar MSK-nın 30 yanvar 2020-ci il tarixli 42 saylı müraciətinə əsasən qəbul edilmişdir.
Qardaşı Heydərli Şadil Etibar oğlu isə uzun illər Bank Olmayan Kredit Təşkilatı “Falcon Finance” MMC-nin Müşahidə Şurasının üzvü olub. Hal-hazırda isə onun hansı fəaliyyətlə məşğul olduğu bizə məlum deyil.

Azərbaycan qanunvericiliyinə görə

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bildirir ki, dövlət qulluqçusunun maddi faydaları öz qohumuna yönəltməsi ilə bağlı göstərişlərin (əmrlərin) verilməsi və təsdiqlənməsi maraqların toqquşmasına səbəb olur.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində göstərilmişdir ki, dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.(meydan tv)
Bu gün paytaxt Bakının rayonlarında ayrı-ayrı icra başçılarının yaşıllığa qənim kəsilmələri sanki bir ənənəyə çevrilib. Hər halda günbəgün açıqlanan faktlardan aydın olanı, ortaya çıxanı budur. "DİA-AZ" bildirir ki, ən bərbad durum isə Binəqədi rayonundadır.

Binəqədi icra hakimiyyəti rəsmən özbaşınalıq mühitində hiss edir özünü. Belə olmasaydı, Binəqədi hazırda səhralaşma yoluna qədəm qoymazdı.

Bu dəfə də yaşıllığa qənim kəsilənlərdən danışacağıq. "DİA-AZ" bildirir ki, bu barədə özünün "facebook" səhifəsində məlumat paylaşan jurnalist Pərvin Abışova növbəti faktı açıqlayır.

Aydın olur ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsi 1 ünvanında yerləşən 300 saylı məktəbin qarşısı yerli icra hakimiyyətinin HƏDƏFİNƏ ÇEVRİLİB... yəqin ki, qısa müddətə məktəbin qarşısında boy sırası ilə ticarət obyektləri düzüləcək. Hər halda aydın olanı budur. İlk hədəfsə ağaclardır. Artıq ona yaxın ağac kəsilib. Sakinləri aldadıblar ki, bəs yerinə yeni gənc ağaclar əkiləcək. Amma məlum olur ki, ağacyeyənlər yalan danışıb.

Ona görə də narazılıq edən sakinlər indi səbirsizliklə həmin yerdə hansı ticarət obyekt(lər)inin tikiləcəyini gözləyirlər...

Binəqədi icra hakimiyyətinə gəlincə isə... buradan biz yalnız bir sözü deyə bilərik: Allah heç bazarınızı verməsin...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bu gün paytaxt Bakının rayonlarında ayrı-ayrı icra başçılarının yaşıllığa qənim kəsilmələri sanki bir ənənəyə çevrilib. Hər halda günbəgün açıqlanan faktlardan aydın olanı, ortaya çıxanı budur. "DİA-AZ" bildirir ki, ən bərbad durum isə Binəqədi rayonundadır.

Binəqədi icra hakimiyyəti rəsmən özbaşınalıq mühitində hiss edir özünü. Belə olmasaydı, Binəqədi hazırda səhralaşma yoluna qədəm qoymazdı.

Bu dəfə də yaşıllığa qənim kəsilənlərdən danışacağıq. "DİA-AZ" bildirir ki, bu barədə özünün "facebook" səhifəsində məlumat paylaşan jurnalist Pərvin Abışova növbəti faktı açıqlayır.

Aydın olur ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsi 1 ünvanında yerləşən 300 saylı məktəbin qarşısı yerli icra hakimiyyətinin HƏDƏFİNƏ ÇEVRİLİB... yəqin ki, qısa müddətə məktəbin qarşısında boy sırası ilə ticarət obyektləri düzüləcək. Hər halda aydın olanı budur. İlk hədəfsə ağaclardır. Artıq ona yaxın ağac kəsilib. Sakinləri aldadıblar ki, bəs yerinə yeni gənc ağaclar əkiləcək. Amma məlum olur ki, ağacyeyənlər yalan danışıb.

Ona görə də narazılıq edən sakinlər indi səbirsizliklə həmin yerdə hansı ticarət obyekt(lər)inin tikiləcəyini gözləyirlər...

Binəqədi icra hakimiyyətinə gəlincə isə... buradan biz yalnız bir sözü deyə bilərik: Allah heç bazarınızı verməsin...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
'Medihol' klinikasında başına oyun açdılar
Bakıda estetik əməliyyat etdirmək istəyən qadın ağır xəstəliyə düçar olub.

Bu barədə Bakı sakini Kamilə Zeynalova redaksiyamıza müraciət edib. Kamilə Zeynalova saytımıza bildirib ki, 2023-cü ilin oktyabrın 18-də Tik-Tok sosial şəbəkəsi üzərindən özünü cərrah- estetik kosmetoloq kimi təqdim edən Lalə Mirzəyeva ilə tanış oldum.

“Onun çalışdığı “Medihol” estetik klinikasına üz tutdum. Burada özünü həkim kimi təqdim edən Lalə Mirzəyeva məndən 1800 manata ödəniş etməyimin vacib olduğunu bildirdi. Bu ödənişi etdikdən sonra Lalə Mirzəyeva mənim gözəlləşməm üçün qaşlarımın qaldırılması üçün əməliyyat keçirtdi. Lalə Mirzəyeva məni aldadaraq həmdə üzgərmə əməliyyatı həyata keçirtdi. Bu əməliyyatdan sonra ağır xəstəliyə düçar oldum. Çünki əməliyyatın 5-günü üzümdə şişkinliyi başladı. Yenidən həmin klinikaya müraciət etdim və məlum oldu ki, özünü estetik cərrah kimi təqdim edən Lalə Mirzəyeva məni əməliyyat edərkən tüpürcək vəzinin üçlü sinirini kəsib. Məhz bu səbədən mən ağır vəziyyətə düşmüşəm. Vəziyyətim ağır olduğu üçün başqa həkimə müraciət etdim və qismən sağlamlığıma qovuşdum. Amma Lalə Mirzəyevanın apardığı əməliyyatdan sonra məndə yenə ağır fəsadlar qalıb və bu fəsadların düzəlməsi mümkün deyil. Dəfələrlə Lalə Mirzəyeva və onun çalışdığı klinika ilə əlaqə saxlamağa çalışsam da onlara günahı öz üzərlərində atdılar. Mənim kimi onlarla xəstə Lalə Mirzəyevanın qurbanına çevrilib. Bu gün Lalə Mirzəyeva yenə qanunsuz olaraq əməliyyatlar həyata keçirir. Bu günə qədər, nə Səhiyyə Nazirliyi, nə də TƏBİB bu xanımın qanunsuz fəaliyyətinin qarşısını almır. Mən zərərçəkən kimi Daxili İşlər Nazirliyinə və Səhiyyə Nazirliyinə müraciət etmişəm.”

Qeyd edək ki, xəstələrinin axtardığı Lalə Mirəzyeva indi də gözdən, könüldən uzaq bir məkanda binanın zirzəmisində özünə məkan açıb.

/veteninfo.az
Ardını oxu...
Ardını oxu...Ardını oxu...
Ardını oxu...Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
Salyan Su Meliorasiya idarəsində iddia olunan rüşvət, mənimsəmə və korrupsiya halları ilə bağlı saytın elektron üvanına şikayət göndərilib.

Həmin şikayəti ixtisarla oxuculara təqdim edirik:

"Hörmətli redaksiya, bildiririk ki, dəfələrlə cəmiyyətin və dövlət qurumlarının diqqətini Dövlət Su Ehtiyatları Agentliyinin tabeçiliyində olan qurumlarda baş verən rüşvət, mənimsəmə və korrupsiya hallarından ölkə mediasında yazılmağına baxmayaraq problemlər yenə də qalmaqdadır.

Bu yazıda da Salyan Su Meliorasiya idarəsində baş verən qanunsuzluqlardan bəhs edəcəyik.

Beləki, idarənin tabeçiliyində olan qurumların, siyahısına baxanda aparılan talan siyasətinə görə adamı dəhşət bürüyür. Hətta Salyan Su Meliorasiya idarəsində baş verən korrupsiyanın “razmer”ini digər dövlət qurumları ilə müqayisə edəndə anlamaq olur ki, mənimsə genişmiqyasıldı. Deyə bilərik ki, idarəyə məxsus texnikanı və avadanlıqları “yağlamaq” üçün sürtkü yağlarının alınması üçün adı var öz yox MMC-lər üstündən əməliyyatlar həyata keçirilir. Və “otkat” alaraq dövlətin ayrdığı vəsaiti dolayı yollarla nəğdləşdirib çiblərinə qoyurlar. İdarənin apardığı CARİ TƏMİR adı altında maxinasiyalar əldə edilənləri demirik. İdarənin balansında olan ekslvatorlar və yük maşınları müxtəlif şirkətlərə icarəyə verilərək külli miqdarda pul qazanır. İdarədə xeyli miqdarda “ölü canlar” saxlanılır və maaş kartları idarənin seyfində saxlanılır. Bir ədəd texnika sahibkara ayı 2-3 min manata icarəyə verilir. Bu puldan dövlət büdcəsinə heç bir manat da daxil olmur.

Sonda onu da qeyd edək ki, hər yerdə olduğu kimi Salyanda sel və daşqınlarla müşahidə olub və olunur.. Amma, dövlətin ayırdığı pullar mənimsədiyi üçün kanallar təmizlənmir, lillə dolur və yağışlar yağanda, yaxud daşqınlar ətraf əraziləri sel olub basanda, əziyyəti çəkən kəndlilər, fermerlər olur ki, yaranan fəsadlar onların təsərrüfatına külli miqdarda ziyan vurur.
Görəsən, bizim gördüyümüzü idarə müdiri niyə görməzdən gəlir. Salyan Su Meliorasiya idarəsində baş verən qanunsuzluqlardan və görməzdən gəlinən həqiqətlərdən Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun xəbəri varmı...!?"

Qeyd edək ki, Salyan Su Meliorasiya idarəsin müdiri İlkin Əzizovdur.

/paytaxt.org

Dünyapress TV

Xəbər lenti