Əslində peşə məktəbləri təhsil sisteminin ARXA BAĞÇASI kimi xarakterizə olunduğundan bura hər zaman daha çox yeyinti, maxinasiya, fırıldaq ünvanı kimi yanaşılıb. Elə "DİA-AZ"a daxil olan müraciətdən belə anlaşılır ki, barəsində giley olunan Göygöl Peşə məktəbi də eyni qaydada ehtiva olunmaqdadır. Yəni ağla gələn bütün çirkin işlər burada çevrilir.
Bu barədə yazan narazı valideynlər iddia edir ki, Göygöl Peşə məktəbi əslində quru ad olaraq var. Müraciətdə deyilir:
"Göygöl Peşə məktəbinin quruca adı var. Diqqət yetirsəniz hətta bir zamanlar sosial şəbəkələrdə belə aktiv olan bu qurum indi ADİ YEYİNTİ YERİDİR...
Bütün bu qara işlərin başında isə hansısa kənra şəxs dayanmır. Bu məktəbin direktoru və baş mühasibi əlbir olarsq dövlət malını aşkar şəkildə talıyırlar. Əgər Elm və Təhsil nazirliyinin başında oturanları bu dövlətin malı və bu millətin gələcəyi zərrə qədərində maraqlandırırsa, o zaman Göygöl Peşə məktəbindəki özbaşınalıqlara təcili müdaxilə etməlidir..."
Qeyd edək ki, araşdırmalarımız zamanı Göygöl Peşə məktəbinin sosial şəbəkələrdəki səhifələrinin3 ilə yaxındır yenilənmədiyinə şahidlik etdik. Bu isə o deməkdir ki, artıq 3 ilə yaxındır ki, burlarda təhsilin başı buraxılıb...