Ardını oxu...
Xətai rayonu Q.Məmmədov küçəsində yeni tikilən “sənədsiz obyekt” kimə məxsusdur?

Ardını oxu...


Gundem.info.az: İcra başçsısı Rafiq Quliyev növbəti dəfə də qanunsuz tikili məsələsi ilə gündəmə gəlib.

Ardını oxu...


Redaksiyamıza göndəriən məlumatda qeyd olunur ki, Xətai rayonu, Q.Məmmədov küçəsində 1000 kv/ m yaxın qanunsuz obyekt tikilir, avtomobil və piyada yolu zəbt edilib. Həmin ərazidə yaşıllığın olmasını sakinlər təsdiqlədi, traktorla gecə ilə ağaclar çıxarıldı deyə bildiriblər.

Ardını oxu...


Yeni tikilən obyektin arxa hissəsində tikinti işləri yeni başlayıb, qazıntı aparılır və fotolarda göründüyü kimi tikinti materialları yenicə gətirilib. İddilara görə ərazidə tikinti işləri qanunsuz aparılır, obyekt sahibi vəzifəli şəxs olduğu bildirilir.

Ardını oxu...


Məsələni aydınlaşdırmaq üçün Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq lakin zənglərimizə cavab verən olmadı. Dövlət Şəhərsalma və Arxitektura Komitəsində də münasibət bildirmədi. Eyni qayda ilə Bakı şəhər icra Hakimiyyətidə qanunsuz tikinti ilə bağlı heç bir açıqlama verilmədi.

Bəs görəsən bu sənədsiz yeni tikilən obyektin sahibi kimdir ki, qurumlar susurlar.

Qeyd edək ki, 2019-cu ildən Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyevdir.

Qurumların munasibətini dərc etməyə hazırıq.(xalq.az)
Ardını oxu...
Hörmətli səhiyyə nazirimiz Teymur müəllim, istəyirəm ki, indidən oğlumun stomatoloq ixtisasına marağını artırım. Bunun üçün onunla söhbət etmişəm, nəticəsi də var. Onun 11 yaşı var, planlarımızı indidən qururuq".

Hurriyyet.az xəbər verir ki, bu sözləri həkim Rəsul Nurəddinov "Facebook" hesabında yazıb.

"Mənim kimi bir çox kolleqalarım da bu mövzuda öz övladları ilə söhbət edirlər. Amma şəxsən sizə bir neçə sualım var, ümid edirəm ki, bu suallara cavab alınacaq. Çünki planımızın reallaşması sizin cavabınızdan asılıdır.

Həkimlər sizdən narazıdır. Biz həkimləri çox incidirsiniz, sertifikasiya imtahanlarında suallara səhv cavab yazmağı tələb edirsiniz ki, imtahan komissiyası onu düzgün kimi dəyərləndirsin. Bununla da sertifikasiya sənədimiz əlimizdə olsun ki, ali təhsilimiz növbəti 5 ildə tamamlanmış hesab olunsun; bizə sertifikasiya imtahanlarında lazımsız sualları verirsiniz; bizdən 50 qəpiyə satılan, gülüş doğuran xəstəlik kartlarını doldurmağımızı tələb edirsiniz ki, klinika cərimələnməsin; klinikalara lisenziyanın alınması üçün lazımsız tələblər qoyursunuz.

İstəmirəm ki, mənim oğlum da stomatoloq olanda 2025-ci ildə olan biabırçılıqla üzləşsin. Əgər hər şey belə davam etsə, ölkədə həkim valideynlər öz övladlarını həkim kimi görmək istəməyəcək və ya xaricdə fəaliyyətləri üçün çalışacaqlar.

Nə vaxta qədər sizə həvalə olunan xalqın həkim qismi sizin səhvlərinizdən əziyyət çəkməlidir? Bəlkə bizi eşidəsiniz? Axı sizin bu mövqeyinizi illərin həkimləri dəstəkləmir, sizin yanlış yolda olduğunuzu deyir. Biz nə edək ki, bizi eşidəsiniz?

Səhiyyəmizdə olan böyük problemlərin həlli yollarını kim cənab nazirimiz Teymur müəllimə bizdən daha yaxşı çatdıracaq? Bizim məqsədimiz ancaq səhiyyəmizin və həkimlərimizin inkişafıdır", - deyə o qeyd edib.
 
 
 

Ardını oxu...
Bərdə şəhəri məmur özbaşınalığı altında inildəməkdədir. Özünü şəhərin hökmdarı kimi aparan icra başçısı Vidadi İsayev və ətrafındakılar əhalinin gününü "göy əskiyə büküb". Son zamanlar isə icra başçısının qohum-əqrəbası, Mənzil İstismar İdarəsində (JEK) və digər təsərrüfatlarda vəzifə tutan yaxınları adamları haqda kütləvi şikayətlər gəlməkdədir. Xüsusən də "JEK"də rəis müavini olan İldırım Quliyev," Kommunal Müəssisələr Kombinatının rəhbəri Natiq Qasımov və Kommunal Təsərrüfat Birliyinin rəisi Rauf Qafarov barəsində narazılıqlar var ki, bu da Bərdədə ciddi gərginliyə səbəb olur. Son olaraq Bərdə sakini Sevinc Hüseynovanın Anaxeber.info-a etdiyi müraciətdə və özünün səs yazısında tükürpədici faktlar açıqlanıb, bu da Vidadi İsayevin komandasının hansı qanunsuzluqlara yol verdiyini, insanların başına hansı zülmləri gətirdiyini sübut edir. Sevinc Hüseynova saytımıza deyib ki, 2021-ci ildən Dost İş mərkəzində çalışıb və bu idarə "JEK"ə tabedir. Onun sözlərinə görə, 2024-cü ildən işə getdiyi halda maaşı kəsilməyə başlayıb. Bununla əlaqədar şikayət etdikdə "JEK" müdirinin müavini İldırım Quliyevin təhdidləri, təhqirləri ilə üzləşib. Şikayətçi bildirib ki, hamının gözü qarşısında ona nalayiq sözlər deyilib, İldırım Quliyev isə baş verən davanın videosunu çəkib, sonra qadını tutdurub. Sevinc Hüseynova 9 sutka inzibati həbs cəzası alıb. Onun sözlərinə görə, Bərdədə belə haqsızlıqlar baş verir və bütün bunlara icra başçısı Vidadi İsayevin adamları tərəfindən yol verilir. O, çıxışında əlavə edib ki, səsini çıxaranı əzirlər, sındırırlar, müxtəlif təhdid və təhqirlərə məruz qoyurlar. S. Hüseynova işçilərin gah icra başçısının bağında, gah həyətində qul kimi işlədildiyini açıqlayıb. O, işdən çıxarıldığını bildirib. Deyib ki, kim onların xoşuna gəlməyən söz deyəndə təzyiqə məruz qalır, amma məmurların, başçının həyətində işləməyə razı olanlara, yaltaqlıq edənlərə toxunmurlar. S. Hüseynova qeyd edib ki, 4 aydır maaş almadıqları üçün bir dəfə şikayətə gediblər. Bundan sonra Vidadi İsayev onların üstünə PPX maşınları göndərib və onları idarəyə aparıblar: "O vaxt rəis İlqar Məmmədov idi. Dedi, nə məsələdir? Qayıtdım ki, 4 aydır acıq, ölürük, soruşan yoxdur. Maaşımız verilmir. Rəis özü məəttəl qalmışdı, dedi, çıxın gedin. Yəni Vidadi İsayev və adamları bu işlərə əl atırlar. 2019-cu ildə də bizi polisə apartmışdı. Biz artıq burda yaşaya, dözə bilmirik. Bizə bir sığınacaq verilsin, çıxaq gedək". Anaxeber.info həmin səs yazısını sizə təqdim edir:



Ardını oxu...
Göyçay rayonu Şəhadət kənd sakini Ələkbərov Vüsal Əlimuxtar oğlunun Baş Prokurorluğa və aidiyyəti orqanlara ünvanladığını yazılı ərizənin bir surətini də "Facebook" üzərindən "DİA-AZ" olaraq təqdim edirik. Müraciətdə deyilir:

"Mən Ələkbərov Vüsal Əlimuxtar oğlu Göyçay rayonu Şəhadət kəndində yaşayıram. Kənd təsərrüfatı ilə məşğul olaraq ailəmin maddi ehtiyaclarını qarşılayırdım. 24 fevral 2025-ci il tarixdə günün birinci yarısı həyətyanı torpaq sahəmizdə quraşdırdığım istixana (parnik) üçün elektrik mişarı (motopila) ilə odun doğrayırdım. Anidən idarəetməni itirdim, elektrik mişarı (motopila) sol ayağımın pəncəsini ağır yaraladı. Dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin Təcili Yardım Bölməsinə (Acil bölmə) üz tutdum. İlkin tibbi yardım göstərildikdən sonra həkim-uşaq cərrahı Vüqar Davudov məni əməliyyat etdi. Elə həmin gün evə gəldim, lakin şiddətli ağrılardan qıvrıla-qıvrıla qalmışdım. Növbəti gün yenidən xəstəxanaya getdim. Sarğı otağında idim, həkim-travmatoloq-ortoped Vüqar Bəkirov gəldi. Ona dəhşətli ağrılar hiss etdiyimi bildirdim. Sonra həkim-uşaq cərrahı Vüqar Davudov özü gəldi. O, hər şeyin qaydasında olduğunu dedi, ancaq mən həyatımda ilk dəfə idi belə şiddətli ağrılar yaşayırdım. Ağrıya-ağrıya evə qayıtdım. Fevral ayının 26-sı həkim-cərrah-ortoped Ziyad Kərimov sol ayağımın pəncəsindəki sarğını açaraq məni yenidən əməliyyat etdi. Beləliklə şiddətli ağrılarım azaldı. Cəmi bir gecə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsində yatdım, sonra məni evə buraxdılar. Hazırda vəziyyətim əvvəlkinə nisbətən daha yaxşıdır.

Sosial şəbəkələr vasitəsilə Azərbaycan Respublikasının Baş Prokurorluğundan, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdan və aidiyyəti qurumlardan xahiş edirəm, həkim-uşaq cərrahı Vüqar Davudov barəsində qanunamüvafiq tədbirlər götürülsün. Az qala onun səhvi ücbatından ömürlük şikəst qalacaqdım. Həmçinin, son zamanlar Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqşin İsayev haqqında yazılan əsassız tərifləri sərt tənqid edirəm. Sonda isə tövsiyəm budur ki, Aqşin İsayev, üzərimdə tibbi təcrübə aparan həkim-uşaq cərrahı Vüqar Davudov kimi şəxslərin xidməti fəaliyyətinə ciddi nəzarət etsin."
Ardını oxu...
İpoteka və Kredit Zəmanət Fondu sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, "yeni inzibati binada təmir-bərpa işləri" lotu üzrə keçirilən satınalmada "Maksimus" (VÖEN: 2900010021) Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

Ardını oxu...
Satınalmanın məbləği 17.804.626 manat təşkil edib.

"Maksimus" MMC 2004-cü ilin aprel ayında təsis edilib. Yüz manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Bakı-Dərbənd yolu, ev şimalı, qanuni təmsilçisi isə Gülməmmədov Muxtar Əşrəf oğludur.
Ardını oxu...
"Maksimus" MMC ölkədə fəaliyyət göstərən tikinti şirkətlərindən biridir. Şirkət 2022-ci il maliyyə hesabatında ili zərərlə bitirdiyi audit hesabatında məlum olmuşdu.
Şirkətin qanuni təmsilçisi Muxtar Babayevin adı 2021-ci ildə Bakı şəhəri Atatürk prospektində xeyli sayda ağac və kolları ekspertiza rəyi olmadan budatdırdığı və kökündən çıxartdırdığı üçün mediada gündəmə gəlmişdi.
Ardını oxu...
Şirkətin qanuni təmsilçisi Muxtar Babayevin adı 2021-ci ildə Bakı şəhəri Atatürk prospektində xeyli sayda ağac və kolları ekspertiza rəyi olmadan
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Atatürk prospekti 118A ünvanında yerləşən obyektin qarşısındakı 3 müxtəlif cinsli ağacın qanunsuz olaraq gövdəsinin üst hissəsindən budandığı, 3 zeytun ağacının və bir neçə dekorativ kolun isə kökündən çıxarıldığını aşkarlamış, ağacların müvafiq ekspertiza rəyi olmadan qanunsuz köçürülməsinə və budanmasına göstəriş verən obyekt sahibi Muxtar Gülməmmədov barəsində akt, protokol tərtib edərək vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimə etmişdi.
Ardını oxu...
Xatırladaq ki, İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri Fəxri Kazımovdur.

Fəxri Kazımov uzun Azərbaycan Sosial Rifah Partiyasının sabiq sədri, sabiq deputat Xanhüseyn Kazımlının oğludur.
 
 
 
Ardını oxu...
Sumqayıt şəhərindəki Məhəmməd Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbində aparılan maliyyə yoxlamalarının nəticələri narazılıqlara səbəb olub. Bununla bağlı paylaşım sosial şəbəkədə geniş müzakirə mövzusuna çevirib.

Qeyd olunub ki, aparılan yoxlamadan sonra təsərrüfat işləri və təlim-tərbiyə üzrə müavinlər vəzifələrindən azad edilsə də, məktəbin direktoru Elmira Yaqubova vəzifəsində qalıb.

"Məktəbdə dərs bölgüsü və digər səlahiyyətlərin birbaşa direktorun nəzarətində olduğu nəzərə alınarsa, o niyə yoxlama nəticələrindən kənarda qalıb?", - deyə sual olunub.

Edilən paylaşımda məktəbdəki qanunsuz fəaliyyətlər barədə iddialar da gündəmə gəlib.

İddia olunub ki, ikinci növbədə məktəbin yuxarı mərtəbələrində, demək olar ki, dərs keçilmir:

"Qaydalara görə, II, III, IV, V, VI və VII siniflər ikinci növbəyə salınmalı olduğu halda, bəzi siniflər maddi maraq qarşılığında birinci növbəyə keçirilib. Nəticədə məktəbin ikinci və üçüncü mərtəbələrində olan siniflər həmin məktəbdə işləyən və işləməyən müəllimlərə repetitorluq fəaliyyəti göstərmələri üçün icarəyə verilib. Həmin müəllimlər isə öz növbəsində bu məktəbin şagirdləri ilə yanaşı digər məktəb şagirdlərinə də orada həmin siniflərdə repetitorluq edirlər".

"DİA-AZ"-ın məlumatına görə, məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən Oxu.Az-a bildirilib ki, məktəbdə hər hansı maliyyə yoxlaması aparılmayıb.

"Sumqayıt şəhər M.Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbində idarə tərəfindən maliyyə yoxlanılması aparılmayıb. Bununla yanaşı, idarənin fəaliyyət planına uyğun olaraq məktəblərdə təlim-tərbiyə prosesinin təşkilinin monitorinqi həyata keçirilib, sözügedən məktəbin direktor müavinləri ilə bağlanmış əmək müqaviləsinə təhsil müəssisəsinin rəhbəri tərəfindən xitam verilib.

Müraciətdə qeyd edilən digər iddialar üzrə konkret fakt Abşeron-Xızı Regional Təhsil İdarəsinə təqdim olunarsa, dərhal araşdırma aparılacaq və hüquqi addımlar atılacaq", - deyə məlumatda vurğulanıb.
 
Ardını oxu...
XALQ.AZ xəbər verir ki, hazırda ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova Azərbaycanda daha bir həkimin diplomunun saxta olduğu ilə bağlı məlumat paylaşıb.
Ardını oxu...
Özünün "instagram” sosial şəbəkə platforması hesabında paylaşdığı məlumatı və faktları təqdim edirik:
Ardını oxu...
Azərbaycanın axsaq səhiyyə sisteminin diqqətinə! Bu sənədin sahibi Azərbaycan Səhiyyə Nazirliyindən həkim-fizioterapevt kimi sertifikat alıb. O, digər tibb universiteti məzunları kimi tam ixtisaslı həkim sertifikatını necə əldə edib? Gəlin, onun təhsil yoluna nəzər salaq:
Ardını oxu...
-2003-2008-ci ildə cü ildə Odalar Yurdu Universitetinə tibbi biologiya ixtisası üzrə bakalavr təhsil alıb.

Maraqlıdır ki, bir il sonra tibbi biologiya ixtisasını bitirən şəxs Şəmkir Rayon Xəstəxanasında həkim-fizioterapevt kimi internatura keçib. Saxtakarlığın ilk təməli elə burada qoyulub.

Tibbi biologiya üzrə təhsil alan biri hansı əsasla Şəmkirdə həkim-fizioterapevt kimi internatura keçə bilər? Daha sonra Azərbaycan Səhiyyə Nazirliyindən fizioterapiya və tibbi bərpa ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə alıb. Bu sertifikat həkimlərə verilən sertifikata çox bənzəyir, lakin tam eyni deyil. Bu şəxs isə bütün günü ekranlarda həkim-fizioterapevt kimi təqdim olunur və klinika idarə edir. Bu saxtakarlığı təkcə mən görürəm, yoxsa səhv görürəm? Bəs həkim kimdir? Tibbi biologiya ixtisasını bitirənlər nə vaxtdan həkim elan ediliblər?
Ardını oxu...
Tibbi biolog – biologiyanın tibbi aspektləri ilə məşğul olan mütəxəssisdir. O, insan orqanizminin bioloji proseslərini, xəstəliklərin molekulyar və hüceyrə səviyyəsində yaranma səbəblərini, onların diaqnostikası və müalicəsi üçün bioloji üsulları araşdırır.Tibbi biologlar laboratoriyalarda, tədqiqat institutlarında və biotexnologiya şirkətlərində çalışırlar. Başqa bir sual, ixtisası necə rahatlıqla dəyişmək olur? İnsan bədəninə sirayət edənlərə kim bu haqqı tanıyıb? Bu sualların cavabını xalq bilməlidir! Səhiyyə Nazirliyi və TƏBİB isə susmağa davam edir! Səhiyyə Nazirliyi heç nəyi görmək istəmir deyə Qənirə Ataşova qeyd edib.
Ardını oxu...
Qeyd edək ki, 1992-ci ildən 24 noyabr 2015-ci ilədək Azərbaycan Tibb Universitetinin rektoru , hal-hazırda Milli Məclisin Səhiyyə Komitəsininin sədri Əhliman Əmiraslanov olub.

Məlumat üçün bildirir ki, Həmin şəxsə Azərbaycan Tibb Universitetinin 2011-ci ildə Buraxılış imtahan komissiyası tərəfində fizioterapevt ixtisası üzrə vəsiqə verilib
Ardını oxu...
Qlobal.az

 
Ardını oxu...
Redaksiyamıza şikayət daxil olub. Şikayəti olduğu kiçi təqdim edirik:

"Yüzbaşlı kənd sakinləri, 14 nəfər prezident İlham Əliyevə müraciət etdiyinə görə hal-hazırda Ağdam rayon məhkəməsinə verilib, süründürülürlər. Necə ola bilər ki, bir direktor on yeddi nəfər qohum-əqrabasını yığıb başına işləyir? Necə ola bilər ki, direktor xanımının adına qeyri qanuni 5 saat musiqi dərsini yazıb, biologiya müəllimi olan həyat yoldaşının adına. Yoxlama özü təsdiq edir ki, direktorun qanun pozuntusu var, cezasın alacaq, heç bir cəzadan söhbər gedə bilməz.

Direktordan şikayət edən şagirdin BAŞINA OYUN AÇIRLAR...

Məktəbdə fakültətiv dərs, yəni dərnək keçirilmir, lakin dövlətin büdcəsindən ayrılan vəsaitlər mənimsənilir, direktorun özünün dediyi kimi arxamda Ağdam təhsil sektorunun müdiri Tahir Abbasov və Qarabağ regional təhsil idarəsinin müavini Anar Şəfiyev var. Sübut edirik ki, Polad bu şikayətlərin qızğın vaxtında, statusunda Anar Şəfiyevle şəkil paylaşır. Buna nə ad vermək olar? Direktorun evindən döyüş silah sursatları çıxdı. Məsuliyyətindən yayınmaq üçün anasın verdi qabağa və 1 il 6 ay şərti ceza aldı. Adi vətəndaşın evində çıxsa bu silahlar, ona ən azı 4-5 il iş verilərdi. Və belə bir insan istədiyi adamı rahat şəkildə şərləyib, prokurorluğa verə bilir?".

7news.az

 
Ardını oxu...
Nizami bələdiyyəsinə yeni üzv seçilən Bağıyev Amil Famil oğlu həmçinin, "Orbita” MTK-nın icraçı direktoru imiş...

Poliqon xəbər verir ki, "Orbita” MTK-nın sahibi Bağıyev Famil Qambay oğludur. İcraçı direktor isə, Nizami bələdiyyəsinə yeni seçilmiş oğlu Bağıyev Amil Famil oğludur.

Qeyd edək ki, Amil Bağıyevin direktoru olduğu "Orbita” MTK paytaxtın Nizami rayonunda, Metronun Qara Qarayev stansiyasının yaxınlığında içində sakinlərin yaşadığı binanın sökməsi ilə məşhurdur.

Yerli mətbuatda dərc olunan şikayətdə bildirilir ki, Kamil Balakişiyev küçəsindəki binada ümumilikdə binada 100-dən artıq ailə yaşayır. Onların əksəriyyəti ilə razılıq əldə edilsə də, 15-ə yaxın əmlak sahibi istəklərinin təmin edilmədiyini bildirir.

Xatırladaq ki, həmin ərazidə 4 küçənin kəsişməsində "Orbita” MTK 7 ədəd 15 mərtəbəli yaşayış binasını tikir.

Razılıq əldə olunmayan sakinlər mənzillərində yaşaya-yaşaya MTK tərəfindən həmin binanın söküntüsünün aparıldığı bildirilir. Sakinlər bu barədə Xəzər TV-yə şikayət veriblər.

Şirkətin tikinti direktoru Qulu Cəfərov isə sakinlər yaşadığı halda binanın sökülməsi məsələsinə də Xəzər TV-də münasibət bildirərək detib ki, boşalan mənzillərin qapı pəncərəsi sökülür. Lakin görüntülərdən göründüyü kimi, boş olan mənzillər artıq sökülüb və binada yaşayan digər sakinlər üçün ciddi təhlükə yaranır. Digər tərəfdən isə binanın sanitar qovşağı da məhv edilir. Necə deyərlər, açıqlamanın üzrü qəbahətindən böyükdür.

Maraqlıdır, Amil Bağıyev Nizami bələdiyyəsin seçilərkən seçicilərinə nə vəd edib? Vətəndaşların evini başlarına yıxıb, sakinləri küçəyə atacağınımı?..

 
 
 
Ardını oxu...
Göyçay şəhəri H.Əliyev prospekti ev 21 sakini Bəşirov Etibar Həmid oğlu


ŞİKAYƏT

Bildirmək istəyirəm ki, "Facebook" sosial şəbəkəsində mənə məxsus olan "Göyçay Naminə" adlı səhifədə Göyçay rayonu üzrə Təhsil Sektorunun müdiri Rauf Məmmədovun fəaliyyətində yol verdiyi nöqsanlar barədə status paylaşmışdım.
Ardını oxu...
Göyçay şəhər 7 nömrəli tam orta məktəbin direktoru Sərvət Ağayev həmin paylaşımın şərh bölməsində "Qaedaş, bax belə biqeyrətlər var, ağlına gələni yazır" kimi müəllimə yaraşmayan qeyri-etik rəy yazmışdır. Məktəb direktorunun yazdığı bu rəyi oxuyanda sarsıntı keçirtdim.
Bu rəyi oxuyanlarda belə fikir yarandı ki, yüzlərlə şagirdin təhsil aldığı, onlarla müəllimin və texniki işçinin işlədiyi böyük bir məktəbin direktoru rəhbərlik etdiyi təhsil ocağında bundanda çox ağır tərbiyəsizliklərə yol verir. Bu isə cəmiyət üçün təhlükəli olmaqla orada təhsil alan şagirdlərin tərbiyəsinə mənfi təsir göstərəcək.
Ardını oxu...
Çoxlu sayda insanın istifadə etdiyi sosial şəbəkədə heç nədən çəkinmədən küçə söyüşü yazan məktəb direktoru Sərvət Ağayevin bu hərəkətləri Elm və Təhsil Nazirliyi tərəfindən təcili araşdırlıb barəsində qanuna müvafiq tədbirlər görülməldir.
Tənqid tərəqqidir, inkişafdır və dövləti korrupsiyadan qorumaqdır. Mən Göyçay rayon Üzrə Təhsil Sektorunun müdiri Rauf Məmmədov haqqında sosial şəbəkədə ancaq tənqid yazmışam. Mənim leksionumda Sərvət Ağayevin işlətdiyi küçə söyüşləri yoxdur. Bu rəy bir məktəb direktorunun tərbiyəsiz olmasını subut etdi. Çoxlu sayda insanın oxuduğu küçə söyüşünü yazan məktəb direktoru Sərvət Ağayevin barəsində qanunu tədbirlər görülməsə o cəzasızlıqdan dahada azğınlaşıb tərbiyəsiz hərəkətlərini davam edəcək.
Ardını oxu...
Biz dövlətimizi, təhsilimizi və gələcəyimiz olan şagirləri belə tərbiyəsiz ünsürlərdən qorumalıyıq.
Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və Elm və Təhsil Naziri cənab Emin Əmrullayevdən xahiş edirəm öz tərbiyəsiz hərəkətləri ilə müəllim adına ləkə gətirən məktəb direktoru Sərvət Ağayevin bu əmələni obyektiv araşdırıb barəsində qanunu və ciddi tədbirlər görəsiniz. Xahiş edirəm mənim bu müraciətimi şikayət ərizəsi kimi qəbul edəsiniz.
Qarşı tərəfində möveyini dərc etməyə hazırıq!
TEREF

Dünyapress TV

Xəbər lenti