Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldılar
Sumqayıt şəhərindəki Məhəmməd Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbində aparılan maliyyə yoxlamalarının nəticələri narazılıqlara səbəb olub. Bununla bağlı paylaşım sosial şəbəkədə geniş müzakirə mövzusuna çevirib.

Qeyd olunub ki, aparılan yoxlamadan sonra təsərrüfat işləri və təlim-tərbiyə üzrə müavinlər vəzifələrindən azad edilsə də, məktəbin direktoru Elmira Yaqubova vəzifəsində qalıb.

"Məktəbdə dərs bölgüsü və digər səlahiyyətlərin birbaşa direktorun nəzarətində olduğu nəzərə alınarsa, o niyə yoxlama nəticələrindən kənarda qalıb?", - deyə sual olunub.

Edilən paylaşımda məktəbdəki qanunsuz fəaliyyətlər barədə iddialar da gündəmə gəlib.

İddia olunub ki, ikinci növbədə məktəbin yuxarı mərtəbələrində, demək olar ki, dərs keçilmir:

"Qaydalara görə, II, III, IV, V, VI və VII siniflər ikinci növbəyə salınmalı olduğu halda, bəzi siniflər maddi maraq qarşılığında birinci növbəyə keçirilib. Nəticədə məktəbin ikinci və üçüncü mərtəbələrində olan siniflər həmin məktəbdə işləyən və işləməyən müəllimlərə repetitorluq fəaliyyəti göstərmələri üçün icarəyə verilib. Həmin müəllimlər isə öz növbəsində bu məktəbin şagirdləri ilə yanaşı digər məktəb şagirdlərinə də orada həmin siniflərdə repetitorluq edirlər".

"DİA-AZ"-ın məlumatına görə, məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən Oxu.Az-a bildirilib ki, məktəbdə hər hansı maliyyə yoxlaması aparılmayıb.

"Sumqayıt şəhər M.Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbində idarə tərəfindən maliyyə yoxlanılması aparılmayıb. Bununla yanaşı, idarənin fəaliyyət planına uyğun olaraq məktəblərdə təlim-tərbiyə prosesinin təşkilinin monitorinqi həyata keçirilib, sözügedən məktəbin direktor müavinləri ilə bağlanmış əmək müqaviləsinə təhsil müəssisəsinin rəhbəri tərəfindən xitam verilib.

Müraciətdə qeyd edilən digər iddialar üzrə konkret fakt Abşeron-Xızı Regional Təhsil İdarəsinə təqdim olunarsa, dərhal araşdırma aparılacaq və hüquqi addımlar atılacaq", - deyə məlumatda vurğulanıb.
 

Bölmənin digər xəbərləri

28 Fevral 2025 Xətai rayonunda yeni tikilən “SƏNƏDSİZ OBYEKT" hansı vəzifəli şəxsindir? - FOTOLAR
28 Fevral 2025 Həkimdən Teymur Musayevə sərt etiraz: "Nə vaxta qədər sizin səhvlərinizdən əziyyət çəkməliyik?"
28 Fevral 2025 "Cənab Prezident, Vidadi İsayevin qohumları bizi qırır" - fakt- səs yazısı
28 Fevral 2025 Göyçayda səhiyyə sistemi `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
28 Fevral 2025 Ekologiyaya ziyan vuran sahibkar Fondun 17 milyon manatlıq tenderini uddu - DETALLAR
28 Fevral 2025 Əhliman Əmiraslanov rektor olduğu dövrdə saxta həkim-fizioterapevt vəsiqəsi verilib?
28 Fevral 2025 Direktordan şikayət edən şagirdin BAŞINA OYUN AÇIRLAR...
27 Fevral 2025 Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!
27 Fevral 2025 Daha bir məktəb direktorundan şikayət var - Sərvət Ağayevi sosial şəbəkədə təhqir etdi...
26 Fevral 2025 Reketçlik yolu ilə şəxsi avtomobilimi və içində olan 35 min dolları əlimdən aldılar - ŞOK VİDEO
26 Fevral 2025 Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa…
26 Fevral 2025 Vidadi İsayevin "qoçusu" Bərdədə "qan uddurur" -VIDEO
26 Fevral 2025 “Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…
26 Fevral 2025 Xətaidə Rafiq Quliyev üçün.... -“Yenə həmin dalğa, yenə həmin koordinat..”
26 Fevral 2025 Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı
26 Fevral 2025 "Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu
26 Fevral 2025 "Kömək edin... Şahmar ibadov bunuda etdi?" - Keçmiş İcra Başçısının 1 ci müavinindən şikayət... AUDİ yazı/İDDİA
25 Fevral 2025 Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
25 Fevral 2025 Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -Bu oyunlarına elə don geyindirir ki,…
25 Fevral 2025 Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO

Dünyapress TV

Xəbər lenti