Ardını oxu...
Bakıda özəl klinikaların birində cərrahi əməliyyat olunan 67 yaşlı kişi bir neçə saat sonra həyatını itirib. Ailəsinin "Xəzər Xəbər"ə bildirdiyinə görə, iki gün əvvəl Şirvan Seyidəli oğlu Bayramov aşağı ətraf arteriyalarının aterosklerozu diaqnozu ilə "Baku City Hospital"a yerləşdirilib. Elə həmin gün xəstəyə Angioplastika əməliyyatı icra olunub.
Həyat yoldaşı Tamella Bayramova bildirib ki, bir gün sonra onlara Şirvan Bayramovun vəziyyətinin pisləşməsi ilə bağlı məlumat verilib. Ailə hospitala çatdıqda onun keçindiyini bildiriblər.
 
 
 
T. Bayramova iddia edir ki, 10 gündən sonra özünü gümrah hiss edən Şirvan Bayramov həkimin təkidi ilə ikinci əməliyyata cəlb olunub. Onun sözlərinə görə, həyat yoldaşı ikinci əməliyyatdan əvvəl yenidən müayinə olunmayıb. Buna görə də ailəsi iddia edir ki, ölümün səbəbi həkim səhlənkarlığının nəticəsidir.
 
Məsələ ilə bağlı "Baku City Hospital"dan bildirilib ki, cərrah Ruslan Əliyev iclasda olduğu üçün danışa bilməyəcək. O da vurğulanıb ki, Şirvan Bayramovun ölüm səbəbi əməliyyatdan sonra ürək ritminin bərpa edilə bilməməsi olub.
 
Baş prokurorluqdan isə bildirilib ki, ailəsi Şirvan Bayramovun ölümü ilə bağlı prokurorluq orqanlarına müraciət etməyib.
Ardını oxu...
Növbədənkənar parlament seçkilərindən sonra Milli Məclisin yeni tərkibdə keçirilən ilk iclasında bəzi deputatların yatması müzakirələrə səbəb olub. Bu hadisənin ölkə başçısının parlamentdə çıxışı zamanı baş verməsi müzakirələri daha da alovlandırıb.

Yenisabah.az xəbər verir ki, dövlət televiziyasının kameralarına mürgülü vəziyyətdə yaxalanan parlamentarilər bu davranışlarını müxtəlif səbəblərlə əlaqələndiriblər. Parlamentin ilk iclasında yatdığı yerdə görüntülənən qocaman deputat Səttar Möhbalıyevin reaksiyası onun personası ətrafında ciddi ajiotaj yaradıb.

Qeyd edək ki, 69 yaşlı Möhbalıyev dövlət başçısının çıxışı zamanı yuxulamasını səhhəti ilə əlaqələndirib. O, jurnalistlərə açıqlamasında səhhətində ciddi problemlərin olduğunu bildirib. Deputat deyib ki, neçə vaxtdır kəskin ürək ağrılarından əziyyət çəkir: “Yaxın günlərdə icazə alıb müalicə olunmaq üçün 20 günlüyünə Almaniyaya gedəcəm”. vakansiyalar

Naxçıvandan deputat seçilən Səttar Möhbalıyevin bu sözləri onu hədəfə gətirib. Hazırda sosial şəbəkələrin Azərbaycan seqmenti Möhbalıyevdən bu suala cavab verməyi tələb edir: Səhhətində ciddi problem olan adam imza vərəqləri götürərkən DSK-ya sağlam olduğuna dair arayışı necə verib? Xəstə şəxs necə ağır təbliğat kampaniyası aparıb?

Müstəqil müşahidəçilər hesab edirlər ki, Möhbalıyev bu açıqlaması ilə yüksək rütbəli məmurların, digər vəzifəli şəxslərin, deputatların sirrini açmış olub. Deputat açıq şəkildə etiraf edib ki, vəzifəli və imkanlı şəxslər Azərbaycan səhiyyəsinə etibar etmirlər.

Sosial şəbəkələrdə Səttar Möhbalıyevə “Azərbaycanın ən yaxşı ürək həkimi ilə parlamentdə yanaşı oturursunuz. Səhhətinizi niyə Rəşad Mahmudova etibar etmirsiniz?” məzmunlu suallar ünvanlayanlar da olub.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, 69 yaşlı deputatın məlum davranışı təkcə sosial şəbəkə iştirakçılarını deyil, həm də hakimiyyət komandasında söz sahibi olan insanları qıcıqlandırıb. Onlar deputata səhhətindəki problemləri gizlətdiyinə görə ciddi irad bildiriblər.

Son vaxtlar hakimiyyətin “gözündən düşən” və buna görə də Həmkarlar Konfederasiyasındakı vəzifəsini itirən deputatın məlum davranışlarından sonra daha ciddi problemlərlə üzləşəcəyi bildirilib. Onun yaxın zamanlarda “səhhətində yaranmış problemlərlə əlaqədar” ərizə yazaraq, deputat mandatından imtina edəcəyi istisna olunmur.
 
 
 
Ardını oxu...
"Dövlət Gömrük Komitəsinin yeni rəhbərliyinin təyinatından sonra DGK-da heç nə dəyişməyib! Şahin Bağırov da Səfər Mehdiyevin yolunu gedir. Əvvəlki kimi rüşvət və korrupsiya. Necə də olmalı idi ki... Səfər Mehdiyev başda olmaqla, özündən əvvəlki DGK sədrlərini cəzasız görən Şahin Bağırov anlamaq çox asandır".

Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə bildirilir.

Məqalə müəllidi daha sonra davam edir: "Məsələ ondadır ki, bir çox sahibkarlar öz mallarını gömrük qeydiyyatından keçirən zaman süründürməçilik və bunun nəticəsi olaraq, əlavə xərcə düşmələrindən şikayət edirlər. Misal üçün, laboratoriyadan keçirilərək, yoxlanılmasına ehtiyac olan malların əksəriyyətini rəsmiləşdirmək xeyli vaxt aparır. Bir çox hallarda bir malın laborator analizinin cavabı 7-10 günə verilir. Bu, olduqca uzun müddətdir və müvafiq laboratoriyaların nədən belə ləng işləməsi sual doğurur. Eyni zamanda, gecikmə həmin avtomobillərin gömrükdə saxlanılması ilə bağlı xərcləri artırır və hər maşın üçün təxminən 600-700 dollar təşkil edir. Sahibkar bu məbləği özündən asılı olmayan mənasız səbəblərdən nəqliyyat vasitəsinin sahibinə və digər xərclərə ödəməli olur.

Ancaq sahibkarın “çiləsi” bununla da bitmir. Əgər bir yük maşınında 2-3 cür, yaxud daha çox çeşiddə məhsul varsa, gömrük əməkdaşları heç bir izahat vermədən qaçaqmalçılıqla mübarizə adı altında həmin avtomobili anbara yönəldirlər. Bu da olur sahibkara qurulmuş növbəti “pul tələsi”. Sözügedən prosesi ən çox Bakı Baş Gömrük İdarəsində müşahidə olunur".
 
 
 
Ardını oxu...
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi “Laguna Group” MMC (VÖEN-1004604201) olub.

Yeniavaz.com xəbər verir ki, tenderin qalibi olan şirkət Şuşa şəhəri ilə qardaşlaşmış Xivə (Özbəkistan) şəhərində “Şuşa günləri” tədbirinin keçirilməsi xidmətini həyata keçirəcək və qarşılığında 122 min 449 manat 18 qəpik alacaq.

Məlumat üçün bildirək ki, daha əvvəl də “Laguna Group” MMC dövlət qurumlarının keçirdiyi çoxsaylı tender müsabiqələrində qalib olub. Şirkət barədə açıq internet resurslarda geniş məlumat yoxdur. “Laguna Group” MMC-nin nə rəsmi saytı, nə də sosial şəbəkə hesabları mövcuddur. Dövlət Vergi Xidmətinin yenilənmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”nda da şirkət barəsində məlumatlar mövcud deyil.

Qeyd edək ki, “Laguna Group” MMC 15 fevral 2017-ci ildə dövlət qeydiyyatına alınıb. MMC qeydiyyata alınan zaman nizamnamə kapitalı 10 manat olub. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102-də yerləşib, qanuni təmsilçisi isə Qarayev Ərtoğrul Hafiz oğlu olub.

Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102-də daha bir şirkət – “My Vings” MMC (VÖEN – 1002351891) dövlət qeydiyyatına alınıb və bu şirkətin qanuni təmsiçisi Rəfiyev Müzadil İlqar oğludur. Hazırda bu şirkət fəaliyyət göstərmir. Rəfiyev Müzadil İlqar oğlunun qanuni təmsilçisi olduğu başqa bir şirkət – “Aqroman” MMC də (VÖEN – 1202544661) Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi 800 min manatlıq tender müsabiqəsində qalib olub.

Rəfiyev Müzadil İlqar oğlu xarici işlər nazirinin müavini Rəfiyev Yalçın İlqar oğlunun qardaşıdır. Hazırda xarici işlər nazirinin müavini olan Yalçın Rəfiyev də Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102 ünvanında qeydiyyatdadır. Tenderin qalibi olan “Laguna Group” MMC-nin qanuni təmsilçisi olmuş Qarayev Ərtoğrul Hafiz oğlunun da Yalçın Rəfiyevin yaxın qohumu olduğu bildirilir.

Onu da bildirək ki, Yalçın Rəfiyev 9 fevral 1987-ci ildə Şəmkir şəhərində anadan olub. 2007-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər” fakültəsinin “Beynəlxalq Münasibətlər” ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2010-2011-ci illərdə İtaliyanın Roma şəhərində yerləşən NATO Müdafiə Kollecində Ali Kursunda, 2014-2016-cı illərdə isə Avstriyanın Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının “Korrupsiyaya qarşı mübarizə üzrə mütəxəssis” proqramı üzrə magistr proqramında təhsil alıb.

2019-cu ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb. 8 sentyabr 2023-cü il tarixindən xarici işlər nazirinin müavini təyin olunub.
 
 
 
Ardını oxu...
Xırdalan şəhərində piyadaların hərəkəti üçün səki qalmayıb.

XALQ.AZ xəbər verir ki, bu barədə Xırdalan sakinləri məlumat verib. Onların sözlərinə görə, Xırdalanın hər yerində bütün səkilərdə ya obyekt inşa edilib, ya da avtomobil parklanması üçün ayrılıb. Piyadalar isə min bir zülmlə yol gedib gəlirlər. Sakinlərin sözlərinə görə, bu işdə məsuliyyət daşıyan Abşeron Rayon İcra Hakimiyyəti şikayətləri eşitmir. Edilən heç bir müraciətə də baxılmır.

Sakinlər bildirib ki, Xırdalan bazarının qarşısında vəziyyət lap betərdir. Piyadalar pilləkənlərin üstü ilə hərəkət edir. Tezliklə bir tədbir görülməsini tələb edən sakinlər bildirib ki, belə davam edərsə icra hakimiyyəti avtomobil yollarını da satışa çıxaracaq.

Heç təsadüfi deyil ki, Abşeron İH məhz mütəmadi olaraq torpaq zəbti, torpaq mübahisəsi səbəbindən məhkəməyə verilir. Qarşıdakı 30 gün ərzində icra hakimiyyətinin məhkəmələrdə 54 çəkişməsi var ki, onlardan da əksəriyyəti torpaq münasibətləri üzrə mübahisədir.

Həmçinin qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Abşeron ərazisində dəfələrlə icra hakimiyyəti tərəfindən satılmış torpaqlarda qanunsuz tikililərin söküntüsünü aparıb.

Qarşı tərəfi dinləməyə hazırıq.
 
Ardını oxu...
Səbail rayonunda Gülbala Əliyev küçəsidir bura. Bir qrup makler doluşub Bayıl ərazisinə, xüsusən də "Akapen" deyilən əraziyə, vur-hay ev tikib satırlar. Özü də, Səbail rayon İcra Hakimiyyətinin və SOCAR-ın gözünün qabağında hər gün bir ev tikirlər. Təsəvvür edin ki, səhər işə gedəndə görürəm yeri qazırlar, axşam qayıdanda görürəm ki, artıq 3 otaqlı ev tikilib, üstü də bağlanıb. Diqqət etsəniz görəcəksiniz ki, evlər neft quyusunun düz 10 metrliyində tikilib. Əvvəldən tikilənlər heç, bu fotodakılar cəmi bir neçə ayın, üstü və yanı uçulanlar isə bir neçə günün evləridir.
Ardını oxu...
Bura bataqlıq idi, qamış basmışdı. Həbsdən yeni çıxan makler və onun bandası buranı cəmi bir ilə şəhərciyə çevirdi. Bir qat kərpicdən bataqlıqda ev tikib satırlar. Artıq bəzi evlərdə yaşayış var. Dəhşətlidir. Bu evlərdə birazdan çatlar yaranacaq, evi həşərat basacaq.
SOCAR yekə-yekə danışırdı ki, qanuna görə neft kəmərlərinin və neft quyularının yanında ev tikə bilməzlər.
Ardını oxu...
Bir neçə il öncə valideynlərimin yaşadığı Bayıl dərəsindəki evlər sürüşməyə görə köçürüldü. Mən də bu "Akapen" deyilən ərazidən 3 sot torpaq aldım ki, onlara ev tikdirim. SOCAR-ın Bibiheybət NQÇİ-nin Nehrəmdən olan rəisi özünü ən pis yollara qoyub dirəndi ki, olmaz, qanun imkan vermir. Məsafə olmalıdır və sair və ilaxır. Çox bezdirdilər, tikə bilmədim. Sonra torpaqlarımız işğaldan azad olundu, mən də həmin ərazini satdım ki, bir-iki ilə valideynlərim Zəngilana qayıdacaq zatən, neynirəm əlavə evi.
Bir də gördüm satdığım torpaqda iki dənə ev tikib satdılar.
Ardını oxu...
Ay SOCAR, bəs qanun icazə vermirdi? Yenə burada uzaq məsafə var idi, 200 metrdən çox idi. İndi fotoda gördüyünüz evlərlər neft quyusunun arasındakı məsafə heç 10 metr deyil. Adamın ağzının içində qanunu pozurlar, sən də gəlib şou göstərib evin bir qismini söküb gedirsən. Üstündən bir neçə gün keçir, SOCAR-ın baş ofisinə şəkil çəkib atırsan ki, sökdüm. Vəssalam. Sonra maklerə göz-qaş edirsən ki, get tik. Belə söküntüləri 365 dəfə görmüşük ay zavallı SOCAR.
Nəysə ki, hansısa məmurun adından istifadə edib SOCAR-ı da, Səbail rayon İcra Hakimiyyətini də divara dirəyib dayanmadan ev tikirlər. Özü də, məmurun özünün yox ha, qardaşının adı gələndə hamısı mil kimi dayanır...

Elməddin Muradlı
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
"Rəşad Musayev mənə dedi ki, sənin üstündə nəzarəti gücləndirib səni tutduracam".

"DogruXeber.az" Xəbər verir ki, bu sözləri aidiyyatı qurumlara videomüraciət ünvanlayan Sabirabad rayon Əsədli kənd sakini Soltanov Əvəzağa Mehdi oğlu deyib.

Əvəzağa Soltanovun sözlərinə görə o, cəmi bir neçə aydır sakini olduğu Əsədli kənd orta məktəbində təmizlikçi işləyirmiş. Lakin, ona böhtan ataraq işindən azad ediblər.

Doğrusu, evində iki nəfər birinci qrup əlili olan ağsaqqalın yuxarıda işlətdiyi cümləsini eşidəndə biz də sizin kimi təəccüblənmişdik ki, axı qosqoca Mil-muğan Regional Təhsil İdarəsinin müdirinin bir orta məktəbdə süpürgəçi işləyən ağsaqqal ilə nə ədavəti ola bilərdi?

Bax bu suala özümüzdə aydınlıq gətirmək üçün aşağıda təqdim etdiyimiz videonun ikinci hissəsini diqqətlə izləyək, ardından isə Rəşad Musayev fəaliyyətinə qısa nəzər salaq.

https://www.youtube.com/watch?v=3XCyUYx2rYY&t=30s

Xatırlayırsınızsa, portalımızda cəmi bir neçə ay əvvəl Beyləqan rayon Aşıqalılar kənd sakini Sədi Məmmədov Xalaç kənd məktəbinin keçmiş direktoru Murad Məmmədov barəsində məlumatlar dərc etmişdik.

Korrupsiya tüğyan edən təhsil müəssisəsində ailə biznesi - VİDEO

O, Murad Məmmədov ki, demək olar, ailəsinin bütün üzvləri onun direktoru olduğu orta məktəbdə çalışırlar.

Diqqət edin !

Sədi Məmmədovun sözlərinə görə, "direktorun bir qızı həmin məktəbdə katibə, bir qızı müəllim, bir qzının əri birinci mavini, bir qızının əri kompüter müəllimi işləyir. Bundan əlavə oğlu, qardaşı arvadı, bacısının əri - hamısı məktəbdə işləyir. Ona görə də təhsilimiz yoxdur.

Qeyd edim ki, dəfələrlə şəhid anası Murad müəllimdən məktəbdə hər hansı bir işlə təmin olunmasını xahiş etmişdi. Axırda Murad müəllim o, boyda məktəbdə ona süpürgəçi işi verdi ki, ayaq altı süpürsün.

Dəfələrlə bu barədə aidiyyatı qurumlara şikayətlər etmişik, heç bir nəticəsi yoxdur. Düzdür, Fevralın 12-si və 13-də iki gün ardıcıl Mil-Muğan regional Təhsil İdarəsi tərəfindən məktəbdə ciddi yoxlamalar aparıldı. Aşkar olundu ki, direktor Murad müəllim bir neça müəllimə artq dərs saatları yazıb, dövlətin pulunu mənimsəyirmiş. Həmçinin əlavə olaraq, dövlət hər ay 60 saat məşğələ saatı verirmiş, amma bu dərslər sözügedən məktəbdə heç vaxt keçirilməyib. Həmin 60 saat dərsin 1800 manat pulu mənimsənilib. Ona görə də martın 11-də Murad müəllimin direktorluğuna da, müəllimliyinə də xitam verildi. Amma, iki aydan sonra gəldi ki, "mən müəllim kimi işləyirəm".
İşlədiyi 14 ildə qanunsuz əməlləriylə özünə şərait quran cinayətkar necə oldu ki, müəllim kimi işə qaytdı?

Mil-muğan Regional Təhsil İdarəsinin özü-özünə zidd gedərək, apardığı araşdırma zamanı aşkar etdiyi nöqsanları aradan qaldırmaq və həmin nöqsanların olan təhsil işçisini işindən azad etmək, bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermək əvəzinə sadəcə sənəd üzərində vəzifəsini aşağı salır, amma bir təmizlikçiyə ən ağır cəzanı - el dilində desək, "çörəyini kəsmək cəzası" verir.

Ağsaqqalın Süpürgəsini əlindən alan təhsil idarəsi, bəs korrupsioner kimi tanınan, ailəsini, qohumlarını, sanki "ata ocağı"na yığırmış kimi təhsil müəssisəsinə yığan Murad müəllimin qələmini niyə almadı?

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 
Ardını oxu...
Gəncə şəhər sakini, II Qarabağ müharibəsi iştirakçısı, qazi İsmayılov Elşən Arzuman oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.

Şikayətçi iddia edir ki, ona sərancamla verilən torpaq sahəsini keçmiş icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev ələ keçirib. Qazi problemin həll olunması üçün saytımız vasitəsilə Azərbaycan Respublikası Baş prokurorunun müavini Xanlar Vəliyevə müraciət edir:

“Qeyd edim ki, sərəncamla əlimdə 116.0 kv metr torpaq sahəmiz var. Qanuni sənədim olsa da, keçmiş icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev həmin torpaq sahəsini əlimdən almaq istəyir.

Dəfələrlə müraciət etmişəm, bildirmişəm ki, bu yer mənimdir, imkan verin mən də bu yerdən faydalanım. Yarımcan adamam, ən azından sən evində rahat yatanda mən canımı qoymuşam, bir gözümdən olmuşam. Mən heç kəsin yerini, məkanını zəbt etmirəm. Mənim olana sənəd çıxarmaq istəyirəm, əlimdə sərəncamım var.

“Grand bazar”ın rəhbəri Mahmud bəy məni təhdid edir, görüşünə qəbul etmir. Mənə deyirlər ki, “Elmir Vəliyev sifarişlə adam öldürəndir, ondan uzaq dur”. Belə çıxır ki, mən haqqımı hanısa məmur balasına verməliyəm. Oddan, topdan, tüfəngdən qorxmayan oğlan heç harınlamış məmur balasının qarşısında acız qalarmı?!

Onu da deyim ki, Daşınmaz Əmlak Komitəsinin keçmiş müdiri Kərəm Həsənovla Elmar Vəliyev qudadır. Özləri verdiyi sərancamı bu gün “düzgün sənəd saymırlar”. Biz oranı pulsuz almamışıq, pulumuzu verib almışıq.

Hörmətli Xanlar Vəliyev!

Əminəm ki, sizin bu məsələdən heç xəbəriniz də yoxdur. Onu da bilirəm ki, Azərbaycanın bütövlüyü uğrunda canından, qanından keçmiş qazilərə və şəhidlərə necə hörmət edirsiniz. Mən müharibə iştirakşısı, 1 qrup əlil kimi, sizdən xahiş edirəm, sizin adınızla məni təhdid edənlərə qarşı bir tədbir görün.

Torpağa sənədi Elmar Vəliyevin müavini Məharət bəy verib. İndi Zaur adlı şəxs bizim qarşımızı kəsirərək, öz qanuni ərazimizə buraxılmırıq. Bizim çörək pulu qazanmağımıza mane olurlar.

Səlahiyyətli qurumlara müraciət edirik: biz sizin başınızı düşmən qarşısında uca etdik, siz də bizim haqqımızı tapdalamaq istəyənlərə mane olun”.

Yazıda adı keçən şəxslərlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

,Qeyd edək ki, Elmar Vəliyevin oğlu Elmir Vəliyev Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri vəzifəsində çalışırdı və 2020-ci ildə vəzifəsindən azad edilib. Elmar Vəliyev 2011-2018-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı olub.Yenixeber.org
 
Ardını oxu...
Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil İnstitutu “Alqoritmika.Azərbaycan” MMC (VÖEN- 1702264681) ilə satınalma müqaviləsi imzalayıb.

Hurriyyet.az xəbər verir ki, Təhsil İnstitutu bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.

Qeyd edək ki, Təhsil İnstitutu ibtidai sinif müəllimlərinin riyaziyyat fənni üzrə təkmilləşdirilməsi sahəsində təlimlərin keçirilməsi üçün “Alqoritmika.Azərbaycan” MMC-yə 600 min 325 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, bu müqavilə 2024-cü ildə Elm və Təhsil Nazirliyi ilə “Alqoritmika.Azərbaycan” MMC arasında imzalanan sayca 4-cü müqavilədir. Əvvəlki satınalma müqavilələri də tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb. İmzalanan 4 müqavilənin ümumi dəyəri 2 milyon 329 min 261 manat olub.

Onu da qeyd edək ki, “Alqoritmika.Azərbaycan” MMC barəsində məlumatlar Dövlət Vergi Xidmətinin yenilənmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”nda mövcud deyil.

Bu il Elm və Təhsil Nazirliyi ilə 2,3 milyon manatlıq müqavilə imzalayan “Alqoritmika.Azərbaycan” MMC 27 oktyabr 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Qeydiyyata alınan zaman nizamnamə kapitalı 10 000 manat olan şirkətin hüquqi ünvanı Səbail rayonu Puşkin ev 2, Məhəllə 674 ünvanında yerləşib. MMC-nin qanuni təmsilçisi Rusiya vətəndaşı olan Renat Asadov olub.

“Alqoritmika.Azərbaycan” MMC Rusiyanın “Alqoritmika” (VÖEN -7704386240) şirkətinin ölkəmizdəki təmsilçisi kimi fəaliyyət göstərir.

Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsi ilə həyata keçirilir.

Başqa bir məqam satınalmanın bir mənbədən satınalma metodu əsasında keçirilməsidir.

“Dövlət satınalmaları haqqında” Qanunun 49-cu maddəsində açıq şəkildə qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:

- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;

- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;

- Satınalma predmetinə təcili tələbat yarandıqda;

- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;

- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

İbtidai sinif müəllimlərinin riyaziyyat fənni üzrə təkmilləşdirilməsinin Qanunda göstərilən bu şərtlərdən hansına uyğun gəldiyi başa düşülən deyil.
 

Ardını oxu...
Ağdaş rayonu Dəhnəxəlil kənd sakini Mahmudova İnci Əlican qızı tərəfindən ölkə rəhbərliyinə müraciət olunub. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir:

"Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi Şaiq Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuzluqlar edir ki, buna görə məhkəmə qətnamələri qərəzli olaraq icra edilmir süründürməçliyə məruz qalmışıq.
Ağdaş rayon məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(014)-47/2022 saylı qətnaməsi ilə Məhərrəmov Sübhan Fərzalı oğlu ilə birgə nigahımız pozulmuş, himayəndə olan iki azyaşlı uşağın yetkinlik yaşalrına çatana kimi saxlanılamsı üçün hər ay 160 manat aliment alınaraq mənə verilməsi qət edilmişdir.
Həmçinin Ağdaş rayon məhkəməsinin 13.06.2022-ci il tarixli e-2(014)-831/2022 saylı qətnaməsi ilə cavabdeh Məhərrəmov Sübhan Fərzalı oğlundan 38.130 (otuz səkkiz min bir yüz otuz) manat məbləğində pul alınaraq mənə verilməsi qət edilmidşri.
Borclu Sübhan Mahmudov məhkəmə qətnamələrini qərəzli olaraq icra etmək istəmir. Baxmayaraq ki, məhkəmə qətnamələrini tam icra etməyə onun geniş maddi imkanı var.
Buna baxmayarq Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi Şaiq Məmmədov öz şəxsi maraqlarını dövlət qanunlarından üstün tutaraq borclu Sübhan Mahmudovun barəsində cinayət işinin başlanılmasına açıq-aşkar maneələr yaradır. Çünki onlar anlaşmaya gedib gözdən pərdə asmaq üçün Sübhan Mahmudovun barəsində iki dəfə inzibati qərar çıxarılmışdır. Ancaq borclu bunlardan nəticə çıxarmayaraq məhkəmə qətnamələrini icra etməkdən yenədə qərəzli olaraq boyun qaçırır.
Buna görə qanunda nəzərdə tutulmuş qaydada barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi başlanılmalıdır.
Ancaq buna Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi Şaiq Məmmədov maneə yaradır.
Hətta biz məhkəmə qətnamələrinin icrası üçün tədbir görülməsini Şaiq Məmmədovdan xahiş etdikdə bizi (məni və atamı) söyüb təhqir edir kobudluq göstərir.
Şaiq Məmmədov belə tərbiyəsizliyi tək bizə yox çoxlarına qarşı edir.Bunun subutu kimi təqdim edilmiş videoya baxanda aydın görünür ki, Şaiq Məmmədov cəzasızlıqdan azğınlaşaraq hegomonluq və özbaşınalıqlar edir.Videoda görünən odur ki, Şaiq Məmmədov vəkilin ofisinə gedərək onu təhdid edib nalayiq küçə söyüşlər işlədir.Vəkil vətəndaşın hüquqlarını müdafiə etdiyi üçün göndərdiyi şikayətlərə görə qəzəblənən Şaiq Məmmədov onun ofisinə hücum edib nalayiq söyüşlər işlədir.
Ümid verici hal odur ki, Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid Əhmədov bu sahədə ciddi islahatlar aparır. İnanıb ümid edirik ki, nazir cənab Fərid Əhmədov bu video faktları obyektiv araşdırıb etik davranış qaydalarını ciddi şəkildə poazan, azğınlaşmış icra məmuru Şaiq Məmmədovun barəsində ciddi tədbirlər görəcək.Nazir cənab Fərid Əhmədovun bu addımı atacağını tək mən yox bütün Ağdaş sakinləri gözləyirlər".


ZƏRURİ QEYD: Vəkilin otağında çəkilən videogörüntüləri araşdırmada maraqlı olan əlaqədar qurum və təşkilatlara təqdim edə bilərik. Gizli çəkiliş olduğundan yaya bilmirik. Dia-az.İnfo olaraq yalnız onu deyə bilərik ki, həqiqətən də Şaiq Məmmədov özünü rəsmən qoçu hiss edir...

Dünyapress TV

Xəbər lenti