Ardını oxu...
"Sabunçuda Azərbaycan tarixində misli bərabəri olmayan biabırçılıq yaşanmaqdadır". Bu barədə Dia-as.İnfo-ya göndərilən məqalədə deyilir. Məqalə müəllifi daha sonra yazır: "Belə ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bir neçə aydır ki, yeni “yığım kampaniyası”na başlayıb. Rayon ərazisindəki bütün torpaqları son qarışına kimi sataraq 100 milyonlarla vəsait əldə edən Adil Vəliyev, bugünlərdə vətəndaşların əmlakına kütləvi şəkildə əl qoymağa başlayıb. Belə ki, həyət evlərində məskunlaşan, habelə torpaq üzərində yardımçı təəsrrüfatı, obyekti, qarajı olan şəxslərdən bu torpaq və obyektlərin sənədini tələb edən icra hakimiyyəti, sovet dönəmindən qalan sənədləri tanımadığını bildirib. Ələkbər adlı məmur-qoçunu yeni yığım kampaniyasına rəhbər təyin edən Adil Vəliyev, bəyan edib ki, artıq SSRİ mövcud olmadığı üçün sovet dövründə verilən bütün mülkiyyət şəhadətnamələri öz hüquqi əhəmiyyətini itirib. Buna görə də icra hakimiyyətinin həmin obyektləri qanunsuz tikili kimi sökmək, torpaq sahələrini isə müsadirə etmək hüququ mövcuddur.
İcra hakimiyyəti tərəfindən irəli sürülən bu absurd iddia vətəndaşların ciddi etirazına səbəb olub. Xüsusilə də, obyekti sökülən vətəndaşlar bunu xüsusi mülkiyyətə, eləcə də mülkiyyət azadlığına qarşı qəsd kimi dəyərləndirib. Vətəndaşlar qeyd edir, icra hakimiyyəti əlində sovet dönəminə məxsus mülkiyyət sənədi olan şəxslərə bildirir ki, söküntü və müsadirə prosesinin qarşısını almağın yalnız bir yolu var. Bu yol da vətəndaşın həmin ərazi və ya obyekt üçün icra hakimiyyətinə pul ödəməsindən keçir. Başqa sözlə desək, Sabunçu Rayon İcra Hakimiyyəti vətəndaşı sahibi olduğu torpaq və obyekti yenidən almağa məcbur edir ki, bu da vətəndaşın mülkiyyət hüququna təcavüzdən başqa bir şey deyil. Vətəndaşlar bütün əlaqədar qurum və yetkililəri Adil Vəliyevin qanunsuz əməllərinin qarşısını almağa çağırır və ümid edirlər ki, gec də olsa Sabunçu Rayon İcra Hakimiyyətinin biabırçılığının qarşısını almaq üçün əməli addımlar atılacaq".
Ardını oxu...
“Sabunçu Tibb Mərkəzi” Publik Hüquqi Şəxsi “çirkab suların və tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi” üzrə 25.07.2024-cü ildə başladığı açıq tender müsabiqəsinə yekun vurduğunu 16.09.2024-cü ildə elan edib və “PEARL SERVIS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 70.292,6 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır.

Şərtlər toplusuna görə qalib şirkət çirkab suların və tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi – 7 №li BŞX-da Maştağa qəsəbəsində 100 tonluq şambonun çirkab suyunun mütəmadi təmizlənməsi, nasos vasitəsilə çirkab suyun iri su çənlərinə və çirkab qalıqlarının kürüməklə yük maşınına yığılması yolu ilə ən azı 40 km məsafəyə daşınaraq məhv edilməsi üçün Ən azı 10 tonluq su çəni olan 2 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsilə gün ərzində ən azı ortalama 2-3 dəfə olmaqla, mövsümlə və yağıntının çox olması ilə əlaqədar olaraq, xüsusən də yaz, payız və qış mövsümlərində (ilin 8 ayında – ortalama 242 gün) gün ərzində ən azı 3 dəfə, yay mövsümündə (ilin 4 ayı – may, iyun, iyul, avqust – ortalama 123 gün) isə ən azı 2 dəfə olmaqla daşınmalar həyata keçirilməlidir.

Amma gəlin görək 70 min manat dəyərində dövlət sifarişi almış bu şirkət hansı sahə üzrə ixtisaslaşıb, daha əvvəllər nə kimi işlər görüb, “Sabunçu Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin sifarişini yerinə yetirmək iqtidarındadırmı?

MMC 22.05.2023-cü ildə Penitensiar Xidmətn 15 saylı cəzaçəkmə müəssisəsi ilə yumşaq inventarların satınalınması üzrə 29.980 manat, Lerik rayon Yaşillaşdirma İdarəsi ilə güllərin və ağac kollarınin alınması üzrə 30.879,12 manat, Azərbaycan Respublikası Hərbi Prokurorluğu ilə İnzibati binasının həyətyanı sahəsinin abadlaşdırılması və su xəttinin çəkilməsi xidmətləri”nin satın alınması üzrə 8.995 manat, “Sabunçu Tibb Mərkəzi” ilə digər kommunal xidmətlər üzrə 57.876 manat, Azərbaycan Respublikasının Milli Məclisi ilə yolluq xalçaların satın alınmasını üzrə ümumi olaraq 6 satınalma müqavilələri bağlayıb.

Göründüyü kimi MMC müxtəlif dövlət qurumları tərəfindən keçirilmiş satınalmalarda ayrı-ayrı lotlar üzrə tender və kotirovka sorğularının qalibi olub. Bəs MMC nə vaxt və harada yaradılıb?

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PEARL SERVIS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.04.2023-cü il tarixdə 10 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı cəmi 2 manat olan MMC-nin hüquqi ünvanının QƏBƏLƏ RAYONU, KİÇİK PİRƏLİ, qanuni təmsilçisi kimi isə Yusibova Lütviyyə Şöyüb qızı qeyd olunub.

Mərkəzi Seçki komissiyasının seçicilərin siyahısına daxil edilmiş məlumatlarında Yusibova Lütviyyə Şöyüb qızının 1962-ci il tarixdə anadan olduğu, Qəbələ rayonu Kiçik Pirəli kəndində daimi pasport qeydiyyatında olduğu göstərilir.

Göründüyü kimi Qəbələ rayonunun ucqar bir kəndində bir xanımın qanuni təmsilçisi olduğu bir MMC dövlət müəssisələrinə ayrı ayrı lotlar üzrə xidmətləri göstərir. Açıq mənbələr üzərindən apardığımız araşdırmada MMC -nin qanunun tələb etdiyi kimi müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması barədə heç bir məlumat tapa bilmədik.

Amma burada Aktualinfo.org-un ötən həftə yaydığı məqaləni bir daha yada salmaq istərdik. Xatırladaq ki, ötən həftə Qəbələ rayonunun Kiçik Pirəli kəndində dövlət qeydiyyatına alınmış “NUR SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətinin son aylarda qazandığı satınalmalara toxunmuşduq. Sözügedən MMC-nin qanuni təmsilçisinin, Yusibova Rəhimə Rəhman qızı evdar bir qadın olduğunu yazmışdıq. Çox güman ki, “PEARL SERVIS” MMC-nin qanuni təmsilçisi Yusibova Lütviyyə Şöyüb qızının Yusibova Rəhimə ilə qohumluqları var və o da evdar qadındı. Çox güman ki, bu iki evdar qadının “biznesini” Bakıda idarə edən bir nəfər də məmur var.

Aktualinfo.org
 
Ardını oxu...
Azərbaycanda əksər dövlət layihələrindən narazılıq var. Bunun bir səbəbi odur ki, heç bir layihə ictimai müzakirədən keçmir, insanların fikri öyrənilmir. İşğaldan azad olunan ərazilərdə evlər tikilir, amma rayon ziyalılarından, ağsaqqallarından, elə gənclərin özündən soruşan yoxdur ki, yeni rayonunuzu, kəndinizi, evinizi, necə görürsünüz?
Bu gün Yeni Qarabağın layihəsini bir gün Qarabağda olmayanadamlar, avrotəhsillilər cızır. Onlar da selin hardan gəldiyini, küləyin hayandan əsdiyini, əkini harda əkərlər, qoyun quzunu harada otararlar bilmədən “çertyoj” çəkirlər. Ona görə də nəticədə kəllə-mayallaq vəziyyət yaranıb. Qubadlıda, Cəbrayılda və digər rayonlarda kənd evlərinin əksəri ikimərtəbəli olub. Birinci mərtəbədən əsasən “əl damı” kimi istifadə olunub. Kəndçi əkdiyi, biçdiyi məhsulu, qış azuqəsini birinci mərtəbəyə yığardı, yuxarıda da özü qalardı. Amma indi Qubadlının Mahruzlu kəndində ev tikiblər, evlər yerlə birdir. Kənd evini də elə tikərlərmi? Özü də yalın ətəyində, dərənin dibində, selənlikdə o cür evmi olar? Bu adamlar bir iki cərgə kubikə qənaət ediblər, yoxsa avropa təhsilli, Qarabağdan xəbərsiz memarların çəkdiyi layihə elə budur? Hər nədirsə, ortada olan, tikilən evlər göz qabağındadır…
İndi sorğu sual etsən deyəcəklər ki, bəs ağsaqqallar şurasının rəyini də öyrənmişik. Hansı ki, o ağsaqqallar şurasının üzvləri icra başçısının, yaxud o biri məmurların tapşırığı ilə “dejurnı ziyalı” obrazında çıxış etməkdən başqa iş görmürlər. Heç kim inciməsin, olanı yazıram. Ola bilsin ki, məsələ bir az böyüsə, o ağsaqqalları yenə üstümüzə qaldırıb “sən hələ uşaqsan, belə şeyləri bilməzsən” kimi bəyanat da verdirsinlər. Amma kimsə üstümüzə kəmçirəcək deyə doğrunu yazmaqdan geri durası deyilik.
Bir müddət əvvəl Cəbrayılda aparılan tikinti ilə bağlı da fikrimi yazmışdım. Narazılığım o idi ki, yer qıtlığı olmaya-olmaya niyə binalar yaxın tikilib. Köhnə Cəbrayıl şəhərinin kiçik də olsa, modelini yaratmaq olmazdımı?
Amma Cəbrayılda tikilən binaların bir-birinin qarnına girdiyini yazanda da üstümə yüngül səlib yürüşü oldu.
Guya mən o boyda qələbəni görmürəm. Vallah, yazdıqlarıma ağız büzənlərin əksəriyyətinin vətənpərvərliyi, milli heysiyyatı mənim qarşımda diz çöküb tövbə edər, yəni, o qədər cılızdırlar.
Mən minlərlə qəhrəmanımızın, şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı, ordumuzun şücaəti hesabına işğaldan azad olunan Qarabağımızda hər şeyin ən gözəlini arzulayıram, istəyirəm, belə haqqım da çatır ki, tələb edəm.
Bu tələbi Ali Baş Komandan, Dövlət başçısı da edir. Min bir dəngə quraraq, iqtisadi siyasət apararaq, milyonlar nədi, milyardlar ayıraraq azad olunan torpaqlarımızda cənnətməkan qurmağı əsas hədəf qoyub. Amma… İş icraçıları nə qələbəyə, nə də qələbədən sonrakı siyasətə uyğun davrana bilmirlər.
Nə etməli? Etməli çox iş var. Ən azı, kadr siyasətinə, kadr seçiminə, iş prinsiplərinə yenidən baxmaq olar. Mənim belə səlahiyyətim yoxdur. Gücüm gördüyümü, doğru bildiyimi yazmağa çatır, onu da edirəm.
Bir onu təvəqqe edirəm, ya da bir başa tələb edirəm: Şəhid qanıyla müqəddəsləşən Qarabağ torpaqlarında haram iş görməyin, vicdanla çalışın. Ordan haram yolla qazanılan, oğurlanan, mənimsənilən hər manatda minlərlə şəhidin qanı, yüz minlərin ahı, milyonların haqqı var…
Zaur Əhməd
TEREF
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Yeni tədris ilinin başlaması ilə ölkənin təhsil ocaqlarında yaradılan problemlərlə bağlı çoxsaylı şikayətlər gəlməkdədir.

AzFakt.com xəbər verir ki, problemi olan tədris ocaqlarından biri də Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Tərəqqi" texniki-humanitar liseyidir.

Əldə etdiyimiz məlumata görə, "Tərəqqi" texniki-humanitar liseyində sinif otaqları pulla satılır. Belə ki, tədris ili başlayan kimi liseydə fəaliyyət göstərən 2c sinifi istifadə etdiyi sinif otağından çıxarılaraq, heç bir təmiri olmayan, qapısı qırıq olan, paltar şkafı olmayan otağa yerləşdirilib.

Bəzi valideynlər iddia edirlər ki, 2c sinifinin otağı rus dili bir sinifinə satılıb. "Tərəqqi" texniki-humanitar liseyində sinif otaqlarının satışı direktorun tədris işləri üzrə müavini Mətanət Zeynalovaya həvalə edildiyi bildirilir. Liseydə bütün pul məsələlərinə Mətanət xanım nəzarət etdiyini bilməyən yoxdur.

2a sinifinin və 6-cı sinifin rəhbəri, ibtidai siniflərin "zavuçu" işləyən Mətanət Zeynalova direktor Nasim Abışovun ən yaxın adamı kimi tanınır. Valideynlərin digər narazılığı isə ibtiadi sinif şagirdlərinə məcburi qaydada test satılmasıdır. Bildirilir ki, Mətanət Zeynalovanın göstərişi ilə satış məntəqlərində qiyməti 7 manat olan testlər şagirdlərə 30 manata satdırılır.

Valideyinlər qeyd edirlər ki, şikayətləri ilə bağlı "Tərəqqi" texniki-humanitar liseyinin direktorunun qəbuluna getdikləri zaman Nasim Abışov onlara müxtəlif aşağılayıcı sözlər deyir. Direktor açıq şəkildə bildirir ki, çox şikayətçi olsalar sinifi ləvğ edib bağlayacaq. Liseydə baş verənlərlə bağlı Elm və Təhsil Nazirliyinə şikayət edəcəklərini deyən valideynlərə diektorun cavabı isə "əliniz hara çatırsa, kimə istəyirsinizsə, gedib şikayət edin...".

Görünür Nasim Abışov himayədarlarına o qədər arxayındır ki, "Tərəqqi" texniki-humanitar liseyində baş verənlərlə bağlı Elm və Təhsil Nazirliyinə ediləcək şikayətləri belə ciddiyə almır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 

Ardını oxu...
Qazax rayon Dövlət Sosial-İqtisadi Kollecin Direktoru Elşad Quliyev Direktoru olduğu Kolleci sanki ata-babasından qalmış əmlak kimi istifadə edir.

Qalmaqallardan başı açılmayan Elşad Quliyev növbəti dəfə qanunları çeynəməklə məşğuldur.

Dia-az.İnfo bildirir ki, Yerli.media-ya daxil olan məlumatda iddia edilir ki Kollecdə fəhlə və xadimə ştatında olan bir çox işçilər özlərinə aid olan vəzifəni yerinə yetirmək əvəzinə bütün günü kabinetdə əyləşirlər. Dövlətdən hər ay maaş alan bu şəxslər vəzifələrini icra etmək əvəzinə niyə kabinetdə əyləşirlər? Görəsən maraq nədir?

"Yəqin ki, Elşad Quliyev işçilərə qıymayıb onları yormaq və yaxud "əziyyət" vermək istəmir?"

Saytımıza verilən digər məlumatda iddia edilir ki, Kollecinin qanuni sürücü ştatı olsa da Elşad Quliyev avtomobili qohumlarının birinin adına yazdırıb və əməkhaqqı kartını mənimsəmək yolu ilə avtomobili özü idarə edir.

Maraqlıdır ki, Dövlətəin qanunlarına əməl etməyən və qanunları heçə sayan Elşad Quliyev günü bu gündə vəzifə başındadır.

Bu qədər özbaşınalığa və qanunsuzluğa yol verən Elşad Quliyev görəsən kimə güvənir və yaxud arxasını kimə, hansı güvəndiyinə "krişasına" söykəyib?

Sosial şəbəkədə eləcə də rayona məxsus qrup və səhifələrdə araşdırma apardığımız zaman qarşımıza qəribə iddia çıxıb. Belə ki, Kollec direktoru Elşad Quliyevin Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovaya arxalandığı yazılıb. İddiaya görə direktorun kollecdə "at oynamasına" səbəb də odur...

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsili müəssisələrində mütəmadi keçirilən monitorinqlər çərçivəsində Agentliyin nümayəndələri 28-29 mart tarixlərində Qazax və Tovuz Dövlət Sosial-İqtisadi Kolleclərində olublar.

Monitorinq zamanı gözdən pərdə asmaq üçün aylığa buraxılmış tələbələr hamsı dərsə gətizdirilib amma monitorinq bitdikdən sonra yenidən köhnə vəziyyət yaranıb.

İddia edilir ki, 100 nəfərə yaxın tələbə aylığa buraxılıb. İddaya görə, Hər aylığa buraxılan tələbə bir smestr üçün direktor Quluyevə 1000 azn pul verir.

İstər sosial şəbəkədə, istərsə də bəzi media orqanlarında gedən məlumatlara görə, tələbələrin təhsil haqqı hesabına formalaşan kollecin xüsusi hesabına yığılan 100 minlərlə vəsait direktorun müxtəlif yollarla etdiyi maxinasyalarla kotirovka edilib mənimsənilir. Halbuki həmin xüsusi hesabdan kollecin müəllimlərinə ildə bir neçə dəfə premya verilməlidir (məsələn 5 okyabr müəllim günü,8 mart beynəlxalq qadınlar günü və.s). Lakin demək olar ki buna əməl edilmədiyi qeyd edilib.

Elşad Quliyevin "şahmatvari oyunlarının" bununla bitmədiyi iddialar arasındadır.

Belə ki, iddialara gorə kollec direktoru özünü biznes sahəsində də sınayıb və çox da uğurlu, davamlı gəlirlər əldə edib.

Qazaxda Qeydiyyat şöbəsi, Hüseynbəyli kəndinə gedən yolun kənarında, altı mağaza, üstü kafe kimi fəaliyyət göstərir. Digəri isə yeni tikiməkdədir. Bundan əlavə, Qazax rayonu Cannallı kəndində (Azpetrolun yanı) yeni məhlədə dəbdəbəli villa, bakı şəhərində iki ədəd ev və iki ədəd "Mercedes" markalı minik avtomobili. Maraqlısı bundadır ki, obyektlərin hər biri onun ailə üzvlərinin adına sənədləşdirildiyi bildirilir.

İddiaya görə, Elşad Quliyevin həyat yoldaşı məktəblərin birində təlim-tərbiyə müəllimi vəzifəsində çalışsa da, bir neçə ay bundan əvvəl məktəbdən kənərlaşdırılmış və hal-hazırda isə işə qayıtdığı bildirilir. Bu barədə daha ətraflı növbəti araşdırmalarımızdan sonra...

Məsələ ilə bağlı istər Elşad Quliyevin özünə, istərsə də kollecin rəsmi email-nə suallar ünvanlasaq da suallarımız cavabsız qaldı.
Ardını oxu...
Azərbaycan təhsili "Ac hərflər" teletamaşasına oxşayır. Bu sistemdə acgözlük, tamahkarlıq iyrəndirir. Çünki müəllim adından bəhs olunur. Müəllim ziyadır, işıqdır, dəyərdir deməklə olmur, indi məktəb direktorları, sinif rəhbərləri lombard biznesinə girişib, sələmə pul verir, valideyn komitələrinin əli ilə 5 oktyabr və 8 mart pulları yığdırır, sinif otaqlarını təmir etdirir, təbaşirdən tutmuş silgiyə qədər, jalüzdən lampaya xərcini valideynlərdən çıxarır. Belə iyrənc, üfunət qoxulu təhsil sistemi olarmı? O direktora, o müəllimə kim hörmət qoyar? Hələ onların seçki saxtakarlıqlarında iştirakı da bir ayrı ikrah hissi doğurur. Və kimsə sual verəndə ki, Misir Mərdanovdan bura nə dəyişib, birmənalı şəkildə demək olar - HEÇ NƏ!
Hətta Misir Mərdanov fizik, elm adamı olduğu üçün ən azından təhsilin keyfiyyətinin nə olduğunu yaxşı bilirdi. Ondan sonra Mikayıl Cabbarov, Ceyhun Bayramov, indi də Emin Əmrullayev təhsilə bər-bəzək, kosmetika belə gətirə bilmədilər. Sonuncu nazir isə təhsildə olan biabırçılıqlara hər dəfə bir don geyindirir. Cənab Emin Əmrullayev, eybəcərliklərə don biçmək lazım deyil, təhsilin donunu dəyişmək lazımdır...
Baxın: İmişlidə müəllimə ilk tədris günü küçədə şagirdlər üçün yerə palaz sərib dərs keçir, başqa bir yerə İradə müəllimə söhbəti çıxır, bütün sosial media məsxərəyə qoyur, ardınca bəlli olur ki, məktəbin birində dərs başlamamış jalüz pulu istənilir; hələ bizim öz çevrəmizdə, tanış-tunuş, qohum-əqraba içərisində nə qədər şikayətlər, narazılıqlar var - kimisi deyir ki, indidən mayda keçiriləcək ibtidai siniflə vida tədbiri üçün pul yığılır, kimisi danışır ki, sinifdə hər şagirddən 10 manat təmir pulu yığılır, kimisi dövlətin təmin etdiyi dərs vəsaitlərindən əlavə müəllimlərin valideynləri xərcə salıb yenilərini aldırmasından giley-güzar edir, kimisi də 5 oktyabr Müəllim Günü üçün neçə manatdan pul toplanmasını müzakirə edir. Nazirlik deyə bilməz ki, konkret hansı təhsil ocağından söhbət gedir, total şəkildə bu hallar mövcuddur. Valideynlərin üzərinə də məsuliyyət qoyula bilməz, çünki valideyn komitəsinin rəhbəri sinif rəhbərinə "işləyir", o da direktora. Bir piramida var və hansı sinif zəif hədiyyə verəndə sir-sifət sallayırlar, mıs-mırıq edirlər. Bu qədər sadə, bu qədər açıq, bu qədər rüsvayçılıqlarla dolu təhsil sistemimiz var. Amma Qərb sisteminə əla bələd olan nazir Emin Əmrullayev bu illər ərzində heç bir genişmiqyaslı islahat həyata keçirməyib. Misir Mərdanov dövründə hansı biabırçı ənənələr var idisə, indi də yaşadılır. Hərçənd dünya dəyişir, 2024 başa çatır, müasir trendlər meydana çıxır, texnoloji inkişaf təhsil sisteminə fərqli töhfələr verir, Çin, Vyetnam, Sinqapur, Norveç, Finlandiya, Kanada və bu kimi ölkələr təhsildə xariqələr yaradır, ən yeni nəsil yüksək səviyyədə yetişdirilir, amma biz qalmışıq sanki at-araba dönəmində, Sabir demiş, "özgələr göydə balonlarda gəzir", Azərbaycan məktəbləri isə Əmirullayevin rəhbərliyi altında pul, pul, pul haqda düşünür. Yəni bir addım da irəliləyiş yoxdur. Bu il ali məktəblərə qəbul sayında yüksək nəticəyə də aldanmayın. Əvvəla, repetitor hesabınadır, ikincisi, ballar elə aşağıdır ki, oxumayıb 250 bal yığan da hansısa universitetə qəbul olunur. Ona görə də geridəqalmış təhsil sistemində köklü islahatlar olmasa, sələmçi direktorlar və qızıl alverçisi müəllimlərlə bu siyasət davam edəcəksə, bizim şikəst təhsilimiz qanqrena verməyə başlayacaq. Hörmətlər, cənab nazir!

Azər Talıbov
Anaxeber.info
 
Ardını oxu...
Əsas mətləbə keçməzdən əvvəl xatırladaq ki,dövlətimizin başçısı, Prezident cənab İlham Əliyev xüsusilə məmurların işi ilə bağlı həmişə rəsmi fikirlərini çıxışlarında bu cür bildirib:

“Dövlət məmurları vicdanla işləməlidirlər. Onların, necə deyərlər, vicdanı imkan verməməlidir ki, ayrı yolla getsinlər. Amma, eyni zamanda, ictimai nəzarət də güclü olmalıdır. Xalq da siqnal verməlidir, deməlidir, məlumat ötürməlidir ki, bax filan yerdə bu və ya digər çatışmazlıq var. Belə olan halda heç bir problem bizim qarşımızı kəsə bilməz”. Eyni zamanda da, ölkə prezidenti müxtəlif vaxtlarda etdiyi çıxışlarında mövcud neqativ halların aradan qaldırılması işində mətbuatın da rolunu xüsusi olaraq vurğulayıb. Belə çıxışların birində dövlət başçısı məmur özbaşınalıqları barədə deyib:
“Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar – korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək. Ona görə mətbuatın burada nadir rolu var. Mən bunu sizə çox səmimi şəkildə deyirəm və sizdən xahiş edirəm, bu sahədə öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz ki, həm ictimaiyyət, həm o pozuntuları edən məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq”.

Bəli, biz də bir mətbu orqan olaraq cənab Prezidentin çağırışına məsuliyyətlə yanaşır və məmur özbaşnalıqları barədə apardığımız araşdırma yazılarımızla onların maxenasiyalarını konkret faktlar əsasında ifşa edir və ictimaiyyətin və dövlət orqanlarının diqqətinə çatdırırıq.
Məhz dövlət başçısının bu tələblərinə qarşı çıxan növbəti məmur özbaşınalıqları barədə bu dəfəki məlumatlar , Qobustan Rayon İcra Hakimiyyəti rəhbərliyinin xoşagəlməz fəaliyyəti, eləcə də şəxsən RİH başçısı Adil Məmmədovun rəvac verdiyi konkret maxinasiyalar barədədir. Əvvəlcə yada salaq ki, Adil Məmmədov 1994-2002-ci illərdə Oğuz, 2002-2004-cü illərdə Qəbələ, 2004-2011-ci illərdə Biləsuvar rayonu İcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 aprel 2011-ci il tarixli, 1471 nömrəli sərəncamı ilə Qobustan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.
Əvvəlcə Qobustan, sonra isə Oğuz rayonundan olan mənbəmizin redaksiyamıza təqdim edən məlumatlardan aydın olur ki, Qobustan rayonda baş verməkdə olmuş bu maxinasiyalar əsasən üç istiqamətdə reallaşmaqdadır. İlk növbədə, mənbə “Adil” MMC-nin fəaliyyətini diqqət mərkəzinə çəkir. Bu xüsusda açıqlamada bildirilir ki, Masallı rayonunda dövlət qeydiyyatından keçmiş bu şirkət birbaşa Qobustan RİH-nin başçısı Adil Məmmədova məxsusdur. Həmin şirkətin vasitəsilə, il ərzində Qobustan rayonunda yerləşən bütün dövlət qurum və müəssisələrinə, eləcə də bələdiyyə orqanlarına avadanlıq və ləvazimatların alınması üçün ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi həyata keçirilir. Yəni, kəsəsi, rayon daxilində əsas “TENDER KRAL”I məhz “Adil” MMC hesab olunur. Bu məqsədlə, ayrılan vəsaitlər “Adil” MMC-nin bank hesabına köçürülür. Sonra isə həmin pullar nağdlaşdırılaraq, hesabdan çıxarılır. Bu zaman vəsaitlərin cəmi 70%-i tələb ( ən yaxşı halda) olunan inventarların alınmasına sərf olunur. Qalan 30% isə, bilavasitə Adil Məmmədov tərəfindən naməlum istiqamətə yönləndirilir…
Açıqlamalarda Qobustan RİH-nin rəhbərliyi tərəfindən törədildiyi iddia olunan maxinasiyalardan ikincisi Mehdi Hüseynzadə adına sovxozun ərazisi ilə bağlıdır. Mənbə bildirir ki, sovxozun balansında kənd təsərrüfatı ilə məşğul olmaq üçün yararlı olan 800 hektar ərazi vardır. Lakin, başçı Adil Məmmədov və sovxozun direktoru Zümrüd Şərifova öz aralarında razılığa gələrək, Dövlət Reyestr Xidmətində həmin ərazini qeydiyyata alarkən, onun sahəsini cəmi 500 hektar göstəriblər. Qalan 300 hektar isə, Kənd Təsərrüfatı Nazirliyindən “gizlədilərək”, bu iki məmurun şəxsi mənafeyləri üçün istifadə olunmaqdadır.

Nəhayət, aldığımız məlumatlarda Adil Məmmədovun rəvac verdiyi maxinasiyalardan üçüncüsü kimi də “Polad-İnşaat” şirkətinin rayondakı fəaliyyəti ilə bağlı qanun pozuntuları diqqət mərkəzinə gətirilir. Mənbə bildirir ki, türkiyəli iş adamı Polad Cəmilin rəhbərlik etdiyi bu şirkət uzun müddət Qobustan ərazisində yol çəkilişi işlərilə məşğul olubdur. Bu məqsədlə də hazırda şirkət rayonun dörd müxtəlif ərazisindən: Cəngi, Ceyrankeçməz, Diri Baba türbəsinin arxası və Pirsaat çayının üzərindəki çınqıl karxanasından Bakı-Şamaxı yolunun inşaası zamanı yol yataqlarının hazırlanması məqsədilə ölçüsü milyonlarla kub m –lə ölçülən daş-qaya parçaları, şeben -çınqıl və narın qum, torpaq daşınması həyata keçirir. Məlumdur ki, bu torpaq daşınmaları yerli bələdiyyələrlə müqavilələr bağlanmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyləri əsasında həyata keçirilməlidir. Həmçinin Torpaq haqqında qanuna görə, belə mineral dağ suxur və digər təbii sərvətlərin daşınaraq satılması kateqoriyalara görə konkret müəyyən olunan qiymətlərlə tənzimlənməlidir. Baxılan halda, göstərilən ərazilərdən daşınan torpağın hər bir kub.metrinə görə yerli bələdiyyə orqanlarının hesabına hər kub m material üçün 1 manat ödənilməlidir. Üstəlik mədən vergisinin də ödənişi öz yerində. Və çox təssüflər olsun ki, heç bir müqavilə imzalanmadan göstərilən ərazilərdən torpaq iri tutumlu “Shacman” yük maşınları ilə, hər gün 250-300 reys olmaqla daşınaraq Bakı-Şamaxı yolunun yol yatağının tikintisində xammal olaraq istifadə edilmişdir. Hər belə yük maşının tutumu isə 40-60 kub.metrdir. Beləliklə, gün ərzində daşınan torpağın ümumi qiyməti təxminən 10-20 min manat civarında olsa da, indiyədək yerli bələdiyyələrdən yalnız birinin hesabına, həm də cəmi 1 min manat pul ödənilib. Vəssəlam. İddia olunur ki, “Polad-İnşaat” şirkətinin həyata keçirdiyi torpaq daşımalarına görə ödənilən pullar da ( 3.000.000 manat) məhz nağd olaraq sənədsiz “şapka” kimi ödənilmişdir. Belə olmasaydı, “Polad Yol Yapı” qanunsuz olaraq müqəddəs yer hesab olunan “Diri Baba” ziyarətgahının arxa tərəfindəki dağı ağır texnikanın köməkliyilə əridib daşıya bilməzdi. Eləcə də Ceyrankeçməz çayının sağ tərəfindəki dağları yoxa çıxardaraq yerində 30 m dərinlikdə katlavan yeri qalmazdı.

Biz, hələ 2023-cü ilin əvvəlində bu barədə ətraflı məlumatları dərc etsək də, nə ETSN, nə FHN-yi, nə də yerli İcra Hakimiyyəti tərəfindən heç bir ciddi reaksiya olmamışdır. Yəni, nəticəyə gəlirik ki, bu dövlət qurumları gizli sövdələşərək Polad Yol Yapının qeyri rəsmi ödədiyi pulları dədə malı kimi bölüşdürmüşlər. Ziyan görən isə dövlət büdcəsi və 3-ildən sonra dağılan yollarımız olmuşdur. Budur, Bakı-Şamaxı yolunun 73-74 cü km-də çökmələrə diqqət yetirmək kifayətdir. elə hissə varki, məcbur olub çöküntü yerinə 8-9 sm qalınlığında asfalt vurublar ki, yol normal vəziyyətdə görünsün. Belə olmasaydı, cənab A.Məmmədov Gənci aşırımının günbatan hissəsində özünə 1200 başlıq öküz ferması, 10 min hektarlarla taxıl sahələri, Qobustan şəhərinə çatmamış yolun sağ tərəfindəki konusvarı formada əlvan metaldan hazırlanmış və hər biri 25000 ton tutuma malik içi doldurulmuş taxıl anbarlarına necə sahib ola bilərdi? Təkcə Gəncidəki öküz fermasının 6 km-lik yoluna cibindən xərc çəkərək 2 qat asphalt örtüklü yol çəkdirmişdir. Lakin Gənci aşırımını qalxdırdan sonra yolun sağ istiqamətində yerləşən 900 illik tarixi olan Qaracüzlü kəndinə gedən yola hələ də asphalt salınmamışdır. Ona görə kənd sakini İbrahim Hüseynov Ali Baş Komandana müraciət edərək “Qənimətlər parkı”ndan bir ədəd erməni tankının kənd camaatının keçilməz yolla daşınması üçün payız və qış aylarında ayrılmasını xahiş etmişdir.

Bildiyimiz kimi cənab Adil Məmmədov 1952-ci ildə Oğuz rayonun Xaçmaz kəndində anadan olmuşdur. Və 1994-cü ildən sonra doğma rayonda icra başçısı vəzifəsində işləmişdir. Oğuz rayonundan olan məlumatlı mənbəmizin qeyd etdiyi faktlardan belə məlum olur ki, cənab Adil müəllim vaxtilə Ramiz Mehdiyevin birbaşa göstərişi və təqdimatı əsasında icra başçısı olduqdan keçən 30 il ərzində aqrar sector oliqarxına çevrilmişdir desək, yəqin ki, yanılmarıq. Belə ki, cənab Məmmədov doğma kəndi olan Xaçmaz kəndinin Vahamalı adlanan ərazisində 200 ha taxıl sahəsinə malik olmaqla yanaşı, ərazinin daxilində 100 baş iribuynuzlu malı olan fermaya da sahibdir. Yenə həmin kəndin Daşyüz adlanan ərazisində isə 300 ha taxıl sahəsi, 2 ha-lıq balıq gölü, və böyük mal-qara ferması mövcuddur. Eləcə də Oğuz rayonun Bayan kəndində 250 başdan ibarət camış fermasına da malikdir. Xaçmaz kəndinin özündə də 100 ha yer və ferması vardır. Bundan əlavə, Oğuz rayonunda olan bütün daşınar və daşınmaz əmlakların hamısı qardaşı Saatov Saat Məcnun oğlunun adına sənədləşdirilmişdir.

Göründüyü kimi, Qobustan RİH-nin başçısı Adil Məmmədova qarşı irəli sürülmüş ittihamlar kifayət qədər əsaslı və ciddidir. Həm də dünyanı bürümüş qlobal iqtisadi böhranın öz təsirlərini artıq ölkəmizə də göstərməyə başladığı bir vaxtda, dövlət məmurunun bu kimi mənimsəmələrə rəvac verməsi tamamilə yolverilməz bir haldır. Ümid edirik ki, müvafiq qurumlar bütün bu deyilən məqamların araşdırılması və məsələyə tam aydınlıq gətirilməsi istiqamətində lazımi tədbirləri görəcəklər.

P.S. Bizdə olan məlumata görə cənab Adil Məmmədov 2023-cü ilin yazında Prezident Administrasiyasında olmuş və xəstəliyilə əlaqədar olaraq işdən azad edilməsi barədə ərizənin cənab Prezidentə təqdim edilməsini xahiş etmişdir. Hətta ərizəsi qəbul edildiyi zaman PA-dan çıxdığı zaman qarşısına çıxan ilk dilənçiyə 3 manat sədəqə də verəcəyini bildirmişdir. Lakin onun bu xahişi bizə məlum olmayan səbəblərdən hələlik nəzərə alınmamışdır.



İfadetv.com
 

Ardını oxu...
Yenicag.az xəbər verir ki, bir müddətdi Dövlət Gömrük Komitəsi "Samur" Gömrük Terminalında Rüfət Qəhrəmanov adlı bir gömrükçü peyda olub.

Məlumata iddia edilir ki, bu şəxs terminala gəldikdən qıssa müddət sonra, terminal qarşısında valyuta dəyişmə və elektron xidmətlər göstərən obyektləri sıradan çıxarır və ləğv edir.

Bir çoxları bunu DGK-nin sədri Şahin Bağırovun islahatı kimi görsə də, sonradan Rüfət Qəhramanovun bu addımının arxasındakı səbəb bəlli olur.

Ardını oxu...

Məlumata görə,Rüfət Qəhrəmanov qeyd olunan sahələri ləğv edərək ,terminalın daxilində, qeyri-qanuni olaraq 16-ya yaxın yuxarıda qeyd etdiyimiz xidmətləri göstərən obyektlər açıb.

Məlumata görə,bu obyektlər hər hansı bir vergi ödəmir və aylıq bu 16 obyektdən cənab Qəhrəmanov yüksək gəlirlər əldə edir.

Maraqlısı budur ki, bu şəxsin belə bir addımının arxasında DGK-nin sədri Şahin Bağırovun dayanıb-dayanmadığı bəlli deyil.

Amma Rüfət Qəhrəmanovun şan-şöhrəti bununla bitmir.

İddialara görə, o eyni zamanda Qusar Rayon İH-nin başçısı Sahir Məmmədxanovun ərazidəki adamlarından biri kimi də özünü tanıdıb.

Maraqlısı budur ki, iddialara görə, hətta əraziyə nəzarət edən polis əməkdaşları belə bu adamdan çəkinirlər.

Eyni zamanda Rüfət Qəhrğmanovun gömrük terminalında hansı vəzifə tutduğu da insanlara bəlli deyil.

Məsələ ilə bağlı DGK-nin də mövqeyini öyrənməyə çalışacağıq.
Ardını oxu...
Bakının Xətai rayonunda kütləvi dava düşüb, ağır xəsarət alan var.

APA xəbər verir ki, hadisə Məhsəti küçəsi 5 a ünvanında qeydə alınıb.

Belə ki, 5 nömrəli Peşə Liseyinin 4-cü kurs tələbəsi 2005-ci il təvəllüdlü Nəsirov Elmir Ramil oğlu sözügedən təhsil ocağının tələbəsi ilə mübahisə edib.

Mübahisə zamanı tələbə E.Nəsirova xəncər vasitəsilə 5 dəfə zərbə endirib.

Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Hazırda Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışına başlayıblar.
 

Ardını oxu...
Direktor Nasim Abışov şikayətə gələn valideynləri təhqir edir

Yeni tədris ilinin başlaması ilə ölkənin təhsil ocaqlarında yaradılan problemlərlə bağlı çoxsaylı şikayətlər gəlməkdədir.

AzFakt.com xəbər verir ki, problemi olan tədris ocaqlarından biri də Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Tərəqqi" texniki-humanitar liseyidir.

Əldə etdiyimiz məlumata görə, "Tərəqqi" texniki-humanitar liseyində sinif otaqları pulla satılır. Belə ki, tədris ili başlayan kimi liseydə fəaliyyət göstərən 2c sinifi istifadə etdiyi sinif otağından çıxarılaraq, heç bir təmiri olmayan, qapısı qırıq olan, paltar şkafı olmayan otağa yerləşdirilib.

Açıklama yok.

Bəzi valideynlər iddia edirlər ki, 2c sinifinin otağı rus dili bir sinifinə satılıb. "Tərəqqi" texniki-humanitar liseyində sinif otaqlarının satışı direktorun tədris işləri üzrə müavini Mətanət Zeynalovaya həvalə edildiyi bildirilir. Liseydə bütün pul məsələlərinə Mətanət xanım nəzarət etdiyini bilməyən yoxdur.

2a sinifinin və 6-cı sinifin rəhbəri, ibtidai siniflərin "zavuçu" işləyən Mətanət Zeynalova direktor Nasim Abışovun ən yaxın adamı kimi tanınır. Valideynlərin digər narazılığı isə ibtiadi sinif şagirdlərinə məcburi qaydada test satılmasıdır. Bildirilir ki, Mətanət Zeynalovanın göstərişi ilə satış məntəqlərində qiyməti 7 manat olan testlər şagirdlərə 30 manata satdırılır.

Açıklama yok.
Ardını oxu...

Valideyinlər qeyd edirlər ki, şikayətləri ilə bağlı "Tərəqqi" texniki-humanitar liseyinin direktorunun qəbuluna getdikləri zaman Nasim Abışov onlara müxtəlif aşağılayıcı sözlər deyir. Direktor açıq şəkildə bildirir ki, çox şikayətçi olsalar sinifi ləvğ edib bağlayacaq. Liseydə baş verənlərlə bağlı Elm və Təhsil Nazirliyinə şikayət edəcəklərini deyən valideynlərə diektorun cavabı isə "əliniz hara çatırsa, kimə istəyirsinizsə, gedib şikayət edin...".

Açıklama yok.
Ardını oxu...

Görünür Nasim Abışov himayədarlarına o qədər arxayındır ki, "Tərəqqi" texniki-humanitar liseyində baş verənlərlə bağlı Elm və Təhsil Nazirliyinə ediləcək şikayətləri belə ciddiyə almır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Dünyapress TV

Xəbər lenti