Misli Premyer Liqasının XXXI turunda bu gün "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək.
"DogruXeber.az" xəbər verir ki, saat 20:00-da başlayacaq oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçı Elçin Məsiyev idarə edəcək.
Cari mövsümün başa çatmasına 6 tur qalmış Ağdam təmsilçisi 73 xalla turnir cədvəlinə başçılıq edir. 35 xala malik "Neftçi" isə altıncıdır.
Günün daha bir oyununda isə "Sabah" "Səbail"lə qarşılaşacaq. "Bank Respublika Arena"da baş tutacaq görüş saat 17:30-da başlayacaq.
Turnir cədvəlində "Sabah" 36 xalla beşinci sırada yer alıb. "Səbail" isə 20 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.