Ardını oxu...
“Mən hemofiliyadan əziyyət çəkirəm. Hətta mənim ailə üzvlərimdən belə bu xəstəlikdən həyatını itirən şəxslər olub. Mənim qanımın kodu var və orada faktor 9 çatmadığı üçün bu xəstəlikdən əziyyət çəkirəm. Doğuşdan sonra bunun diaqnozu olur ki, insan qanında faktor 9 göstəricisi nə qədərdir və ona görə də xəstə müalicə və müayinə olunur”.

Bunu Yenicag.az-la söhbətində Qan Donorları Assosiasiyasının sədri Fuad Əskərov deyib.

Hemofiliyadan əziyyət çəkən həmsöhbətimiz hazırda səhv analizin nəticəsində səhhətində yaranan problemləri dilə gətirərək, TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sözügedən məsələdə ona qarşı laqeydlik göstərdiyini bildirib.

Onun sözlərinə görə, TƏBİB 2000-ci ildən etibarən, bütün laboratoriya cavablarını inkar edib özü müayinələr keçirdi ki, hemofiliyalılara yeni diaqnoz qoysunlar:

“Belə olan halda, məndə 6.6 diaqnozu qoyuldu. Hansı ki köhnə dövrlərdə mənə 1.6-1.7 diaqnozu qoyulmuşdu. Bu isə dəyişmir, çünki genetik koddur. Mən də yeni analizlər nəticəsində dərman preparatları ilə təmin olundum və nəticədə dərmanlarım kəsildi. Çünki məndəki xəstəliyi yüngül hemofiliya hesab etdilər. Nəticədə, məhdudiyyətlərim çoxaldı, orqanlarımın bir çoxu hərəkət fəaliyyətini itirdi. Hansı ki, çox aktiv biri olmuşam, vaxtilə Himalay və Norveç dağlarına çıxmışam. Yəni düzgün dərman preparatları ilə təmin olunduğum halda sağlam insanlardan heç də fərqli olmamışam.

Amma son illərdə dirsəklərim və çiyinlərimin fəaliyyəti məhdudlaşıb və bu, artıq sağalmayacaq. Ona görə ki, əlilliyin dərəcəsi məndə artıb. 2024-cü ildə öz istəyimlə Moskvaya getdim, çünki bildirirdim ki, dərmanlarımın sayı azdır və mənə vurulan doza qanaxmaları kəsmir. Moskvada mənə diaqnoz qoydular ki, Azərbaycandakı diaqnoz səhv olub. 1.9 diaqnozu mənə qoyuldu ki, bu da xəstəliyimin necə ağır olduğunu göstərir”.

F. Əskərov söyləyib ki, Azərbaycana yaxınlaşandan sonra yenidən yanvar ayında analiz verib:

“Analizimin nəticəsi göstərdi ki, məndə 12%-dir. Yəni mən artıq sağalmışam. Lakin hemofiliya kimi genetik xəstəliklər sağalmır, eləcə də 12% çox gülməlidir, çünki mən ağır formalı hemofiliyadan əziyyət çəkirəm, 12% isə uşaqlarda belə tapılmayan dozadır. Yenidən TƏBİB-in xətti ilə Respublika Klinik Xəstəxanasında analiz verdim və cavab çıxdı ki, məndə 0.3%-dir. Bu, o deməkdir ki, artıq ölüm həddindəyəm. Yəni 1 ayın içərisində 2-3 fərqli cavab gəldi. Bir də 6.6% diaqnozu qoyuldu”.

Həmsöhbətimiz bildirib ki, hazırda ona 3 analiz qoyulub və həkimlər də məəttəl qalıb ki, hansı diaqnozla müalicəni davam etsinlər:

“Çünki istənilən həkim laboratoriyadan gələn cavaba əsaslanaraq, müalicə aparır. Yoxsa ki, həkim müayinəsi ilə qanın tərkibi təyin oluna bilməz. Mən isə acınacaqlı bir haldayam və dərmanları qəbul edirəm. 3 analizin hansına görə dərmanları qəbul etdiyim də bəlli deyil. Həmçinin digər orqanlarım da məhv olur. Hər 3 quruma – TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə bununla bağlı müraciətlər etməyimə baxmayaraq, nəticəsi yoxdur. Hətta o həddə çatdım ki, ölkə rəhbərliyinə yazdım ki, mənə köməklik edin”.

Assosiasiya rəhbəri onu da dilə gətirib ki, rəsmi qurumlar onun problemini üzərindən atır:

“Səhiyyə Nazirliyi TƏBİB-ə, TƏBİB İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, onlar da yenidən TƏBİB-ə yönləndirirlər. Nəticədə isə mən istənilən vaxt həyatımı itirə bilərəm. Deməli, laboratoriyada bu problem varsa, onda təkcə Fuad Əskərov üçün bu problem yoxdur. Bu, elə mənim kimi digər vətəndaşlar üçün də böyük problemdir. Bu, elə qlobal mövzudur ki, yalnız mənə verilən 3 cavab səhv ola bilməz. Çünki Azərbaycanda 1.750 nəfərdən çox hemofiliyalı yaşayır. Deməli, onların da həyatları təhlükədədir. Həm də bu qan analizi hər yerdə verilmir. Bunun üçün xüsusi laboratoriya olmalıdır. İrsi qan xəstəlikləri isə 2006-cı ildən dövlət proqramındadır və bu iş üçün milyonlarla pul xərclənilir. Nəticə isə göz qabağındadır ki, pullar heç də yaxşı yerlərə xərclənməyib.

Son 3 ildə mənə mənşəyi bəlli olmayan dərmanlar vurulub. Hazırda qaraciyər sirrozu olmaq təhlükəsi ilə üz-üzəyəm. Çünki qana dərman düzgün vurulmayanda xəstə inhibitor da ola bilər. Artıq məlum olub ki, illərdir dövlət proqramından xərclənən maliyyələr haraya xərclənib ki, biz bu kimi acınacaqlı hala düşdük?”
 
Ardını oxu...
Bakıda fəaliyyət göstərən “İlğım” şirkətindən bir qrup şəxs narazıdır.

Məsələ ilə bağlı “Yeni Sabah”ın redaksiyasına şikayət daxil olub. Bildirilir ki, şirkət heç bir əsas olmadan bir neçə sürücünü işdən azad edib. Şikayətçilərin sözlərinə görə, onların əmək müqaviləsinə xitam verilmədiyi halda işdən çıxarıldıqları bildirilib. İşdən azad olunanların arasında xeyli sayda Vətən Müharibəsi qazisinin də olduğu bildirilir.

Onların iddiasına əsasən, şirkət tərəfindən nə maaş, nə də təzminat ödənilib. İşçilərə Sabirabada ezam olunmaq və orada işləmək təklif edilib, lakin sürücülər ailə vəziyyətlərini əsas gətirərək bunu qəbul etməyiblər. Şikayətçilər arasında 7 il şirkətdə çalışan qazi atası da var. Onlar haqlarını tələb edir və bu məsələyə müvafiq qurumların müdaxilə etməsini istəyirlər.

Məsələyə aydınlıq gətirmək üçün “İlğım” şirkəti ilə əlaqə saxladıq. Müəssisənin rəhbəri Nəzir Mənsimov saytımıza açıqlamasında bildirdi ki, işçilərə alternativ iş təklif olunub, lakin onlar bunu qəbul etməyiblər:

“Sürücülərə başqa iş təklif olunub, ancaq onlar bundan imtina ediblər. Onların arasında ciddi məsuliyyətsizlik edənlər də var. İddia etdikləri səbəblər isə əsassızdır. Təklifi qəbul etmədikləri üçün əmək müqavilələrinə xitam verilib”.

Nəzir Mənsimov əlavə edib ki, sürücülərin hər hansı əraziyə ezam olunmaları ilə bağlı əmək müqaviləsində heç bir göstəriş qeyd olunmayıb.

Bəs qanun bu barədə nə deyir?

Əmək müqaviləsində ezamiyyət (komandirovka) ilə bağlı hər hansı bir qeyd yoxdursa, bu, işçinin ezamiyyətdən imtina etməsi üçün əsas ola bilər. Lakin bu halın işçinin əmək müqaviləsinə xitam verilməsinə səbəb olub-olmayacağı bir neçə amildən asılıdır. Əgər işçinin vəzifə təlimatlarında və ya daxili qaydalarda ezamiyyətə getmək tələbi varsa, o zaman işçi bundan imtina etdikdə əmək funksiyasını yerinə yetirmədiyi hesab edilə bilər. Bu halda işəgötürən əmək müqaviləsinə xitam verə bilər.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçi ilə bağlanan əmək müqaviləsində ezamiyyət məsələləri tənzimlənməlidir. Əgər müqavilədə və ya daxili nizamnamələrdə ezamiyyətə dair hər hansı tələb yoxdursa, işçidən bunu tələb etmək qanuni əsas daşımaya bilər. Müqavilədə işçinin ezamiyyətə göndərilməsi ilə bağlı açıq şəkildə qeyd olunmasa da, işəgötürənə bu səlahiyyətin verildiyini göstərən ümumi ifadələr (məsələn, “işəgötürənin göstərişi ilə digər yerlərdə işləmək” kimi) varsa, işəgötürən bunu əsas götürə bilər.

Əgər işçinin ezamiyyətdən imtinası əsaslandırılmış səbəblərlə (məsələn, sağlamlıq vəziyyəti, ailə vəziyyəti və s.) bağlıdırsa, işəgötürən bu halda işçiyə qarşı əmək müqaviləsinin pozulması ilə bağlı tədbirlər görə bilməz.
Ardını oxu...
“AAAF Park” Yaşayış Kompleksinin girişindəki Ümummilli Lider Heydər Əliyevin posterinin və dövlət atributları olan guşənin sökülərək yerində inşa edilən obyektdə bağlı məlumat vermişdik.

Ulusal.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi olmadan tikilən obyektin ümumi sahəsi 700 m(2)-dir.

Artıq iş adamı, qanunsuz inşa edilən obyektin sahibi Vüqar Sədizadə Ulu Öndər Heydər Əliyevin posteri və dövlət atributlarını sökdürərək maşın dayanacağına yerləşdirib.

Digər aidiyyatı qurumlar – FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Abşeron rayon İcra Hakimiyyəti də sözügedən qanunsuz obyektin tikintisinə müdaxilə etməyib.

Həmçinin iddia edilir ki, Abşeron rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Abşeron üzrə şöbəsinin bir neçə əməkdaşı məhz bu tikintiyə görə cəzalandırılıb.

Qeyd edək ki, “AAAF Park” Yaşayış Kompleksinin girişində inşa edilən bu obyekt Şəhərsalma və Tikinti Məcəlləsinin məskunlaşma sistemi, zonalaşdırma və ərazi zonaları barədə olan müddəalarını kobud surətdə pozur.

Eyni zamanda Məcəllənin konkret olaraq 4.1-ci maddəsi – ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi də burada tapdanıb.

 
Ardını oxu...
Azərbaycan Texniki Unversitetində elm qalıb bir yanda, rəhbərlik “oyunbazlıqla” məşğuldur…

Bu iddia Azərbaycan Texniki Unversiteti ilə bağlı redaksiyamıza ünvanlanan müraciətdə yer alır. Aktuallığını nəzərə alıb, müraciəti müəyyən ixtisar və düzəlişlərlə dərc edirik:

Azərbaycan Texniki Unversitetində universitetində ezamiyyətə ancaq universitet rəhbərliyi və onların öz yaxın ətrafı (rektor, özünə yaxın olan prorektorlar, dekanlar, kafedra müdirləri, şöbə müdirləri və ən çoxda “seçilmiş” kadrlar) göndərilir. İş o yerə çatıb ki, ayrı-ayrı qrant layihələri üzrə ezamiyyətə gedənlərə belə mane olmağa çalışılır, orda da öz adamlarını göndərmək istəyirlər.

Sonrada deyirlər elm niyə inkişaf etmir? Elmin inkişafı üçün bir alimi bir beynəlxalq konfransa göndərmək ıazımdır, bir xarici elm mərkəzləri, nümayəndələri ilə münasibət qursun. Ancaq yaxın adamları Universitetin pulları hesabına xaricdə guya təhsil alırlar.

Vilayət Vəliyevin moşenniklik işlərindən biri də, Unversitetin ayrı-ayrı işlərini aldadıb müxtəlif adlar altında unversitetə gətirdiyi müəyyən şəxslərə gördürüb, pulunu ödəməməsi, puldan söhbət açılmasın deyə həmin şəxslərə təzyiq göstərməsidir. Ziyalıları, alimləri yaxşı vəzifə adıyla işə dəvət edirlər, sonra ona kiçik işlərdən başlamaqla unversitetin çatışmazlıqlarını düzəltməyi tapşırırlar. İşlər yerinə yetirildikcə, azğınlaşır, daha böyük xərcli işlər tapşırılır. Sonrada, “işlərin öhdəsindən gələ bilmirsən” deyilərək, işdən azad edirlər. İnsanların “işə” cəlb olunmasında isə hətta prorektorlar, “seçilmiş” dekan və kafedra müdirləri iştirak edirlər. Tam bir qapalı “moşenniklik” sxemi qurulmuşdur. Təzyiq vasitəsi kimi, müxtəlif oyunlar“ qurur və bu çirkin oyunlara Unversitetdəki öz adamlarını cəlb edir. Odur ki, Unversitetdə təhsil, elm qalıb bir yanda, “oyunbazlıqla” məşğuldur. Bu işlərə onun çirkin əməllərinə kölə olmuş prorektorlar, dekanlar məcburən cəlb olunur. Bu adamlarında bəzisini onun rəhbər olduğu elmlər namizədi üzrə ixtisaslaşmış şuranın işi ilə, bəzilərinin fakultəsinin adını dəyişdirərək işdən xaric etməklə təhdid edərək müti vəziyyətə salmışdır. Ona görədə bu adamlar məcburiyyətdən Vilayət Vəliyevin məddahlığı ilə məşğuldurlar.

Vilayət Vəliyevin nə üçün 2024-cü ildə 117 tələbəni qovmasının səbəbini açıqlamaq əvəzinə (Bu işdə Nəqliyyat və logistika dekanı Allahverdi Şərifov və Energetika fakultəsi dekanı Hüseyqulu Quliyev xüsusi fəallıq göstərmişdir) qazilərə qarşı mənfi münasibətini bir az da inkişaf etdirərək, Energetika fakultəsi Elmi Şurasının yarısını bir qazinin imtahanda suallara cavab verə bilməməsinə (axırda bir Elmi Şura üzvü bildirib ki, qazilər lazımi yerdə — cəbhədə öz cavablarını vermişdir), Unversitetin Fizika kafedrasının dosenti Cuməli müəllimin Vilayət Vəliyevin ədalətsiz işlərinə qarşı heç nə edə bilməyəcəyindən danışmışdır. Cuməli müəllimin əsas iradlarından biridə Vilayət Vəliyevin qızını, oğlunu, baldızını və neçə belə qohumlarını unversitetə yığması, lakin tədris-köməkçi heyətini ixtisara salmasıdır. Artıq unversitetin bütün aparıcı alimləri, kafedra müdirləri – prof. Nizami Yusifov, dos.Hikmət Əliyev, prof. Ələkbər Hüseynov hətta iclaslarda belə açıq şəkildə rektorun şərait yaratdığı biabırçı kadr axınının qarşısının alınmasının vacibliyindən danışır.

Cuməli müəllim (fizika kafedrası) bu məsələləri, unveristetin çatışmazlıqların, hərc mərcliyi, qanunsuzluğu, moşennikliyi, dələduzluğu dediyinə görə Vilayət Vəliyev onun qeyd etdiyi qanunsuzluqları “araşdırmaq” üçün bir “komissiya” düzəltdi. Komissiya elə işlədi ki, Cüməli müəllim “borclu”, “günahkar” çıxdı (50 ilin dosenti guya “laboratoriya” dərsi deyə bilmirmiş).

Vilayət Vəliyev bir alimin ard-arda ixtiraları olduğunu, qrant udduğunu bildikdə onu qiymətləndirmək əvəzinə, həmin alimin işlərini aşağılamağa, qiymətdən və həvəsdən salmağa çalışır. Özü isə, ancaq Unversitetdən gələn pulları sağa-sola dağıtmaqdan başqa bir iş görmür. Ödənişli təhsildən gələn milyonlarla pullar (1 tələbənin illik ödənişi 2000-3000 manatdır, unversitetdə ən azı 3000-4000 ödənişli əsaslarla oxuyan tələbə-magistr on milyon ətrafında vəsait alınır) hara xərclənir, necə silinir bilinmir. Bütün qanunsuzluqlara “qanuni” don geyindirmək üçün Unversitetin Elmi Şurasını “Milli Məclisə” çevirib, Əmək məcəlləsinin maddələrinə “düzəlişlər” etdirir.

Cüməli müəllim demişdi ki, necə olur bir ailənin 3 üzvü unversitetdə işləyir? Qızı kimya kafedrasının müəllimidir, ancaq iqtisadiyyat üzrə enerji ixtisaslarında magistr dissertasiyasına rəhbərlik edir. Rəhbərliyi ilə hazırlanan magistr dissertasiyası bir kurs işi səviyyəsində deyil. Hər halda bu qanunsuzluğu, Elm və Təhsil naziri Emin müəllim araşdırılmasına göstəriş verər. Yoxsa, bu elə belə davam edəcək, ildənilə saxta dissertantların sayı artacaq. Keçən il Vilayət Vəliyevin professoru olduğu, kuratorluq etdiyi, iqtisadiyyat kafedrası üzrə 200-dən çox magistr dissertasiyasının pulla işlənildiyi meydana çıxdı. Unversitet bu xəbərlə çalxalandı, ancaq o fakultədən indidə bakalavr qrupları qan ağlayır. Maraqlıdır, dərsi oldu-olmadı bütün müəllimləri unversitetə yığır, görəsən qızı da müəllimdi, o da unversitetə gəlirmi?

Guya kaferdra müdirlərini, dekanları yığıb tapşırır ki, tələbə “tapşırmaq” olmaz, müstəsna hal kimi özüm həll edəcəm, deyir. Halbuki, oğlu qapı-qapı düşüb müəllimlərə adam tapşırırdı. Ölkə rəhbərliyi həmişə bildirmişdir ki, imkanlı məmurların yaxınları özlərini təvözakar aparmalıdır. Rektorun qohumlarının bahalı maşınları unversitet həyətində, yarışlarda olduğu kimi şütüyür.

Ancaq bu hərəkətlər dağıdılan pulların adı tutulmasın, onlar haqqında fikirləşən olmasın və fikri başqa istiqamətə yönəltməkdən başqa bir şey deyil. Bu da ancaq dağıdılan vəsaitlərdən fikri yayındırmaq üçündür.

Onlarla adamı işindən gücündən edib, aldadlb Unversitetə çağırıb, sonrada, müxtəlif bəhanələrlə yolları ayırmaqdan danışır. Özbaşınalıq o qədər artıb ki, veteranlara iş gördürüb, pulunu vermir. Müxtəlif bəhanələrlə, vaxtı uzadır, çox inad edəndə, təzyiqlər göstərir.

Unversitetdə moşenniklik, özbaşınalıq, dələduzluq o qədər artıb ki, belə bir traqikomik hadisə baş verib: Bir vəzifə sahibi ziyalını Vilayət Vəliyev aldadıb, işindən gücündən edib, gətirib universitetdə vəzifə verib. Üstündən bir müddət sonra ona unversitet adına xərcli bir iş tapşırıb, deyib işi yerinə yetir nə xərc çəksən qaytaracağıq. O ziyalıda inanıb 3000-4000 xərc çəkib, işi tamamlayıb, üstündən aylar, illər keçir nəinki pulunu qaytarırlar, hələ adınada söz çıxarırlar ki, guya o ziyalını işə götürəndə o ziyalı pul söz vermişdi, pulu vermir. Bu başıbəlalı ziyalı onu unversitetə gətirən dekanla hər bu Vilayət Vəliyevin özünə münasibətindən danışanda dekan əli ilə, “jest”lə “5” göstərirmiş. Bu ziyalıda deyir bəlkə səhv başa düşür. Ancaq o, onu unversitetə gətirən prorektorun yanında olanda, baxır ki, o da əli ilə jestlə “5” göstərir. Sonra naəlac qalan bu ziyalı unversitetdə çoxdan işləyən biri ilə, bu haqda danışır, həmin şəxsdə ziyalıya vəzifələrin necə satıldığı haqqında məlumat verirlər. Bu ziyalıda 3000-4000 manatının necə batdığını və o “5”liyin də nə qədər olduğunu başa düşür. Nə qədər ziyalıda olsa, dələduzluq və moşenniklikdən başı çıxmasada bilir ki, başa düşür ki, “5”liklər qurtaran deyil lap bu gün 3000-4000 manat kimi sabah “5”liklər “6”lıq, “7”lik olacaq. Nə isə, ziyalılarında ard-arda unversitetdən kənarlaşdırılmasınında sirri belə açılır.

Unversitetdə sadalanan rəzillikləri edən rektorun, prorektorun, dekanların nə şəhidlərimizlə, nə qazilərimizlə nə də veteranlarımızla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur (bunlar o adamlardandı ki, müxtəlif çirkli əlaqələri ilə yaxınlarını müharibə alovundan kənar saxlamağı bacarıblar). Türklərin bir məsəli yada düşür: “Ölüsü ölməyənə halva şirin gələr”. Odur ki, inanırıq ki, bunların etdikləri göydə Allahın yerdə Möhtərəm Prezidentimizin nəzərindən yayınmayacaq. Allah dövlətimizi, millətimizi başda Ali Komandanımız olmaqla var etsin./yenixeber.org
 
Ardını oxu...
Zaqatala şəhərinin zibil poliqonu ötən əsrin 60-cı illərində şəhərin şimal-qərb hissəsində salınıb. O zaman bu poliqon şəhərdən xeyli aralı və heç bir təhlükə mənbəyi hesab edilməyən ərazidə yerləşirdi.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, son illər şəhərin infrasturukturunun böyüməsı xüsusən Şimal-qərb massivinin salınması ilə həmin poliqonun da yerinin dəyişdirilməsini vacib edirdi. Bu barədə ötən il sakinlərin haqlı narazılığı haqda bəhs etmiş, müvafiq qurumların fikir və rəyini dinləmişdik. Bir neçə ay əvvəl Zaqatala şəhərinin yeni zibil poliqonunun yeri müəyyənləşib. Bu isə Mazıx kənd sakinlərini narahat etməyə başlayıb. Əməkdaşımız sakinlərlə görüşüb, şəhər rəhbərliyinin məsələyə münasibətini öyrənib.

Zaqatala şəhərinin yeni inkişaf strukturu poliqonun yerinin dəyişdirilməsini zəruri edən əsas amillərdən biri idi. Təkcə bu ərazidə son beş ildə 200-dən artıq yeni fərdi mənzillər inşa edilib. Məsələyə müvafiq qurumların rəyi və məsləhəti ilə baxılıb və Katex çayın sol sahilində yer ayrılıb. Bu isə Mazıx kənd sakinlərinin ürəyincə deyil.

Mazıx kənd sakin Akif Abdullayev bildirir ki, kənd sakinlərinin ərazidə pay torpaqları var. Yaxınlıqda isə şəhərin zibilini atmaq üçün quyu qazıblar.

Digər kənd sakini İsa Məmməd zibil poliqonuna çevrilən ərazinin onların mal-qara örüş yeri olduğunu bildirir:

“Bizim mal-qara bu əraziyə gəlir. Pay torpaqlarımız da buradadır, örüş yerləri də buralardır. Üstəlik 10-15 km aralıda həyət evləri də var. Biz istəyiik burada deyil, başqa bir meşəlikdə olsun. Çünki zibil poliqonu digər yaşayış məntəqələri üçün də təhlükə yaradır”.

Zaqatala rayon icra hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Oruc Qaraxanov isə deyilənlərin əsası olmadığını, müvafiq dövlət orqanlarının əraziyə baxış keçirəndən, dövlət balansında olduğunu tam dəqiqləşdirəndən sonra onların rəyi əsasında tam qanuni bir ərazi seçildiyini diqqətə çatdırır.

“Aidiyyəti dövlət qurumlarının birgə rəyi və razılığı əsasında zibil poliqonu şəhərə nisbətən yaxın, həmin ərazidən başqa bir əraziyə köçürülüb. Hazırda şəhərin zibilləri həmin əraziyə daşınır. Bu gün texniki şərtlərə uyğun olaraq və eyni zamanda təhlükəsizlik tələblərinə qorunmaqla həmin ərazidə işlər görülür. Həmin ərazidə heç bir yaşayış məntəqəsi yoxdur, yəni yaşayış ərazisi deyil. Qeyd etmək istərdim ki, tamamilə məqsədəmüvafiq bir yer seçilib”, - deyən şəhər nümayəndəsi dövlət orqanlarının da məsələyə müsbət rəy bildirdiyini diqqətə çatdırdı.

O.Qaraxanov onu da əlavə edib ki, hazırda poliqonun yerinin dərinləşdirilməsi istiqamətində iş gedir. Eyni zamanda tezliklə zibil poliqonunun ətrafı mühafizəyə alınacaq. Bu da ilk növbədə mal-qaranın təhlükəsizliyi deməkdir. Digər tərəfdən küləkli havalarda müxtəlif kağız parçası və etilen paketlərin kənara dağılmasının qarşısını alacaq. Bununla yanaşı ərazidə nümayəndəliyin daimi işçiləri zibillərin boşaldılmasına və tənzimlənməsinə nəzarət edəcək.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
“Azərlotereya” ASC birmənalı şəkildə insanları məhvə sürükləyən, onları maddi nemətlər istehsalından ayırıb, zəngin həyatdan məhrum edən mərc oyunlarına vərdiş təşviq edir.

“Azərlotereya” ASC aşkar formada və sadə yollarla insanları fırıldaq oyunlara cəlb edir.

Küçələrdə, məhəllələrdə, metro çıxışlarında, bazarlarda, dayanacaqlarda, az qala hər tində bucaqda, o cümlədən rayonlarda “Poz, qazan” oyunlarını genişləndirir. İnsanlar da küçələrdə bu mərci gördükcə şirniklənir, həvəslənir, nəticədə hər gün uduzurlar.

“Poz, qazan” və “Misli” ölkənin bütün küçələrini zəbt edib və ölkədə açıq qumarxanaya çevrilib. Avtobus dayanacaqlarında, lotoreya satış nöqtələrində hər gün, xüsusilə kasıb təbəqənin müxtəlif adlar altında təqdim edilən lotereyaları böyük həvəslə almasının şahidi oluruq. Belə lotereyaların satılması sosial problemlərin artdığı və işsizliyin ölkədə hökm sürdüyü dövrə təsadüf etdiyi üçün daha çox insanı cəlb edir.

İnsanlar bu kimi oyunlar nəticəsində var-yoxdan çıxaraq evini, maşınını, həyatını qurban verir və hətta öz ailə üzvünü belə gözə almayaraq qumarda uduzurlar, faciələr baş verir.

Azərbaycanda kazino və qumar çoxdan qadağan olunub. Qumarın ölkədə təşkili ciddi məsuliyyət yaradır. Lakin “Azərlotereya” ASC Bakı küçələrini qumarxanaya çevirib. Şəhərdə total şəkildə “Poz qazan” qumarı gedir.

Paytaxtın hansı nöqtəsinə getsən, qumarla qarşılaşırsan. Küçə ticarətinin, səyyar satışın qadağan edildiyi ölkədə “Azərlotereya” rahatlıqla qumar nöqtələrini qurub. Beləcə, “Azərlotereya” kasıb əhalini qumarla soyub talamaqla məşğuldur.

Bəziləri deyilə bilər ki, "Poz qazan" leqal lotereyadır, dövlət icazə verib, heç kəs də oynamağa məcbur edilmir. Lakin bir məsələ unudulur ki, ASC şəhərin bir çox ünvanlarında bu biznesi təşkil etməklə insanları oynamağa təşviq edir, şirnikləndirir. Halbuki küçədə meyvə-tərəvəz satmağa icazə verilmir, amma “Poz qazan” qumarı oynamaq olar?!

Buna baxmayaraq, küçələrdə qumar şiddətlə gedir, əksəriyyət də bu tələyə düşür, hər gün milyonlar dövr edir və qazanan məhz “Poz qazan” təşkil edənlər olur. Ağıllı adamlar bir şey çox düşündürür, görəsən, küçələrdə kasıb təbəqəni qumara cəlb etmək kimlərə lazımdır?!

Lotereya oyunları güclü inkişaf etmiş, əhalisi varlı və zəngin yaşayan Amerikadan tumuş Avropa ölkələrinə qədər dünyanın hər yerində oynanır. Amma...
Amması o ki, lotoreya oyunlarının prinsipinə görə, qazancın 70-80% uduşa vurulur, yığılan pulun vergisi verilir, 20 faiz qazanc götürülür. “Azərloteriya” ASC isə qazancın 10-15 faizini uduşa buraxır, qalanını isə özü mənimsəyir.

SAVASHMEDİA.az
 
 
 
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması məqsədilə 2024-cü il 13 dekabr tarixində keçirilmiş açıq tender proseduruna yekun vurub. Tələblərə uyğun və aşağı qiymət (62 146 514,00 AZN) təqdim etmiş “Agro Best ” Qapalı Səhmdar Cəmiyyətinin təklifinin aksept edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq layihəsi çərçivəsində idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması üzrə ” Agro Best ” daha əvvəlki illərdə də bir neçə satınalma müqaviləsi bağlayıb.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara görə tərəflər arasında 65.987.525 manat məbləğində 27.04.2022-ci ildə, 4.140.900 manat məbləğində 20.12.2022-ci ildə, 73.574.800 manat məbləğində 16.03.2023-cü ildə, 7.044.690 manat məbləğində 09.10.2023-cü ildə, 66.854.876 manat məbləğində 16.05.2024-cü ildə, 175.538,88 manat məbləğində 07.11.2024-cü ildə satınalma müqavilələri bağlanıb.
Göründüy kimi, Dövlət Məşğulluq Agentliyi son üç ildə “Agro Best ” Qapalı Səhmdar Cəmiyyəti ilə ümumi dəyəri 217778329 manat məbləğində 6 satınalma müqaviləsi bağlayıb. Bağlanılması nəzərdə tutulan bu tenderi də əlavə etək bu 279 924 843 manat dövlət vəsaiti edir.
Bəs bu şirkət haqqında açıq mənbələrdə nə kimi məlumatlar var.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AGRO BEST” (VÖEN:1405235391) Qapalı Səhmdar Cəmiyyətinin 20.08.2020-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2010.00 manat olan QSC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, FEYZULLA QASIMZADƏ, ev 1, m. 48, qanuni təmsilçisi kimi isə İsmayılov Anar Əlif oğlu qeyd olunub.
Reyestrə edilmiş dəyişikliklərdə Məhdud Məsuliyyətli Cəmiyyət kimi dövlət qeydiyyatına alınıb. 22.04.2021-ci ildə təşkilatı hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Səmədov Taleh Tofiq oğlu olub. Daha sonra Ələkbərov Nahid Kamil oğlu müxtəlif vaxtlarda şirkətə rəhbərlik edib.
Şirkət haqqında açıq mənbələrdə daha nə kimi məlumatlar var?
Elektron medianın 09.10.24-cü ildə yaydığı məlumatda mal-qara satışı ilə məşğul olan “Agro Best” QSC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələndiyi, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edildiyi bildirilir.
Protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib. Cərimənin məbləği açıqlanmayıb.
Elektron medianın 22 oktyabr 2024-cü ildə mal-qara satışı ilə məşğul olan “Agro Best” QSC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələndiyi, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edildiyi bildirilir. Protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

Maraqlıdır ki, dövlət qeydiyyatından keçdikdən qısa müddət sonra 300 milyon manata yaxın dəyəri olan tenderlərin qalibinin “Agro Best” QSC-nin nəinki veb-saytı, hətta sosial şəbəkə hesabları belə yoxdur.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı var. Həmin qərarın 5-ci ( İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının dərc edilməsi) bəndində göstərilir ki;

5.1. “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur:

5.1.1. qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması;

İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “AGRO BEST” Qapalı Səhmdar Cəmiyyətinin son illər büdcədən müəyyən səlahiyyətlərin yerinə yetirməsinə baxmayaraq illik maliyyə hesabatları barədə heç bir məlumat tapa bilmədik.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Təchizatçı olaraq “AGRO BEST” QSC Qanunun 23.4.2-ci maddəsində qeyd olunan tələb üzrə – son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış təqdim etməlidir.

Xatırladaq ki, bir müddət əvvəl Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanların arıq, xəstə olması, ölməsi barədə yayılan məlumatlar geniş ictimaiyyət arasında müzakirələrə səbəb olmuşdu. Bununla bağlı sosial şəbəkələrdə və elektron mediada kifayət qədər geniş məlumatlar da var. Amma Dövlət Məşğulluq Agentliyinin son üç ildə üç yüz milyon manat civarında satınalma müqaviləsi bağladığı “Agro Best” QSC-nin adından başqa heç bir məlumat yoxdu.

Aktualinfo.org
 
 
 
Ardını oxu...
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi mexanika sahəsi üçün lazım olan bolt-qaykalar alır.

Mia.az xəbər verir ki, Xidmət bu məqsədlə “Direct Line Trading” MMC ilə müqavilə bağlamağı planlaşdırır.

Bolt-qaykaların toplam dəyəri 214 155 AZN-dir(pravda).

Xatırladaq ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və onun tabeliyində olan digər müəssisələrdə də şübhəli tenderlər artıb.

Məsələn, az əvvəl Agentliyin "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsinin 336 732 manatlıq kombi alması və bu məqsədlə "Buta Supply" MMC ilə imzaladığı müqaviləyə diqqət edək.

Bu şirkətlə anlaşmanın təfərrüatına toxunmadan qeyd edək ki, şirkət dövlət xidmətinə 16 kombi, 1 metrlik 231 ədəd radiator və 3 430 metr boru satacaq və bunun müqabilində 337 min manat alacaq.

Əgər normal kombilərinin birinin 1000-1500 manat olduğunu nəzərə alsaq, 337 min manatın necə əsaslandırılaraq ayrılması maraq doğurmaya bilməz.

Hazırda bu və ya digər məqamlarla yanaşı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 5 iri şəhərlə müqayisədə digər şəhər və rayonlarda vəzifəli şəxslər arasında fərqli maaş tətbiqi ilə yanaşı, Abşeron və Şirvandakı yeni qalmaqallarla bağlı araşdırmamız davam edir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovdur. Onun adı indiyə qədər bir çox neqativ iddialarda, o cümlədən iki qudasını yüksək vəzifəyə təyin etməsi kimi xoşagəlməz məsələlərdə hallanıb.

MİA.AZ
 
Ardını oxu...
Son illər Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən “kosmetoloqlar”ın, estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır.
Rəsmi statistikaya görə, ölkəmizdə son illər kosmetoloji prosedurlardan əziyyət çəkənlərin sayı kifayət qədər artıb.
Tibbi təhsili olmayanlar belə, insanlara sağlamlıq və gözəlliklər vəd edib gigiyenik qaydalara riayət etmədən qeyri-qanuni prosedurlar həyata keçirilir.
Azərbaycan Respublikasının Qanununa əsasən kosmetoloji iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub: “Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər”.

Redaksiyamıza daxil olan,məlumata əsasən, tibbi təhsili olmadan, lisenziyasız və sertifikatsız fəaliyyət göstərən kosmetoloqlardan sosial şəbəkələrdə kosmetoloq Sabina Rzayeva adı ilə reklam edən Səbihə Rzayevadır.
Göründüyü kimi əsl adını gizlədərək Sabina Rzayeva adı ilə pasiyentləri aldadır.
Araşdırmalarımız nəticəsində məkum olub ki, kosmetoloq Səbihə Rzayevanın Səhiyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibb təhsili olması barədə məlumat yoxdur. Həmçinin sertifikasiyası haqqında məlumat mövcud deyil. Dövlət Reyestr sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni, o, heç bir ali tibbi təhsilə, tibbi sertifikata və lisenziyaya malik olmadan fəaliyyət göstərir.
İddialara görə, özünü həkim kimi təqdim edən Səbihə Rzayeva tibbi prosedurları həyata keçirərək qanunvericiliyimizi heçə sayır.
Səbinə (Səbihə) Rzayeva müştərilərinə dolğu və plazma terapiya həyata keçirir. Bununla bağlı hətta sosail hesablarında məlumatlar və görüntülər əks olunub.
Səbihə Rzayeva necə tibbi təhsil olmadan bütün kosmetoloji prosedurları, hətta inyeksiya həyata keçirir?
Bu məsələ ilə bağlı “Say” klinkası ilə əlaqə yaratdıq. İlk öncə Səbinə Rzayevanın klinikada işlədiyi bildirilsə də daha sonra jurnalist olduğumuzu öyrəndikdən sonra “SAY” estetik mərkəzinin sahibi Şəfəq xanım bildirib ki, o, burada işləməyib icarəyə yer götürmüşdür. Araşdırma aparıldığını öyrənən sahibkar xanım dəstəyi asıb.
(Sabina Rzayeva) Səbiha Rzayeva isə açıqlama verməkdən imtina edib.
Qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən lisenziyasız plastik cərrahlar və kosmetoloqlar haqqında araşdırmalarından yayınmaq üçün artıq qanunsuz fəaliyyət göstərən “ixtisaslanmış həkimlər” və “kosmetoloqlar” sosial hesablarını bağlayır.
Tribunainfo.az-a Analitik Ekspertiza Mərkəzindən verilən məlumat görə, “Kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur. Tibbi kosmetogiyaya, сərrаhi müdaxilələr istisna olmaqla (plastik сərrаhiууəуə aid оlmayan) konservativ və korreksion üsullar daxildir. Bu üsullаrа inyeksion рrоsеdurlаr, müxtəlif növ араrаt kosmetologiyası (о сümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq рrоsеdurları, və müalicəvi masaj üsulları, plazmoliftinq və digər рrоsеdurlar aid оlunur. Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatovnenerolqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasientin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ vardır. Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”, – deyə mərkəzdən bildirilib.
Məlumat üçün bildiririk ki, lisenziyasız kosmetoloji fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görüntülər var ki, qanunsuz dolğu, full face, botoks, mezolar, lipolitik, bütün inyeksion prosedurları, hətta qanunsuz tələbə hazırlığı həyata keçirir. Hətta endirim adı ilə müştəriləri cəlb edib vaxtı keçmiş kosmetoloji preparatları istifadə olunması ilə bağlı məlumtlar var.
Məsələ ilə bağlı qanunsuz fəaliyyət göstərən kosmetoloq Səbihə Rzayeva haqqında Analitik Ekspertiza Mərkəzinə müraciət olunub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Tribunainfo.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Ötən həftə Mədəniyyət Nazirliyinin tabeliyində “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağdaş rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18” Açıq Səhmdar Cəmiyyəti ilə 819.990,68 manat məbləğində satınalma müqaviləsi bağlaması barədə məqalə yaymışdıq.

Qeyd etmişdik ki, “Əsaslı Tikinti və Təchizat” MMC son dörd ayda “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ümumi dəyəri 1728074 manat olan üç satınalma müqaviləsi bağlayıb.

“Əsaslı Tikinti və Təchizat” MMC İsmayıllı şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əsaslı təmiri işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18″ASC ilə 320.093,91 manat məbləğində satınalma müqaviləsini 07.11.2024-cü ildə bağlayıb.

“Əsaslı Tikinti və Təchizat” MMC Goranboy şəhər Heydər Əliyev Mərkəzinin əsaslı təmir işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18″ASC ilə 587.991,22 manat məbləğində satınalma müqaviləsini 03.10.2024-cü ildə bağlayıb.

Həmçinin onu da qeyd etmişdik ki, açıq mənbələrdə “ŞƏMKİR TİKİNTİ-18″ASC ilə bağlı heç bir məlumat yoxdu. Yalnız Dövlət Vergi Xidmətinin rəsmi məlumatlarından başqa “ŞƏMKİR TİKİNTİ-18″ASC h

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ŞƏMKİR TİKİNTİ-18” (VÖEN: 8500131791) Açıq Səhmdar Cəmiyyətinin 25.11.2004-cü il tarixdə 14 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 64458.00 manat olan MMC-nin hüquqi ünvanının, ŞƏMKİR RAYONU, DƏLLƏR ŞTQ, qanuni təmsilçisi kimi isə Abdullayev Vaqif Çingiz oğlu qeyd olunub.

Qeyd edək ki, Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “ŞƏMKİR TİKİNTİ-18″ASC digər dövlət qurumları ilə də bir neçə satınalma müqaviləsi bağlayıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Bakı şəhəri, Binəqədi şossesi 53 ünvanında Agentlik üçün texniki bazanın tikintisi işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə 1.147.146,03 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsi isə “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə Mənzil-kommunal və təmir xidmətinin inzibati binasının əsaslı təmir işlərinin satınalınması üzrə 2.886.440,49 manat məbləğində müqavilə bağlayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin inzibati binasının tikintisi üzrə hələ 2022-ci ildə “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə 8.834.801,39 manat məbləində satınalma müqaviləsi bağlayıb.

Bu məlumatlardan da göründüyü kimi, “ŞƏMKİR TİKİNTİ-18” ASC hər il yüksək məbləğdə tenderlər udub.

Qeydn edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı var.

Həmin qərarın 5-ci ( İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının dərc edilməsi) bəndində göstərilir ki,

5.1. “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur:

5.1.1. qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması;

İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “ŞƏMKİR TİKİNTİ-18” Açıq Səhmdar Cəmiyyətinin son illər büdcədən müəyyən səlahiyyətlərin yerinə yetirməsinə baxmayaraq illik maliyyə hesabatları barədə heç bir məlumat tapa bilmədik.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Qanunla təchizatçı olaraq “ŞƏMKİR TİKİNTİ-18” ASC Qanunun 23.4.2-ci maddəsində qeyd olunan tələb üzrə – son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış təqdim etməlidir.

Çox maraqlıdır ki, satınalan təşkilat olaraq yuxarıda adları çəkilən dövlət qurumları təchizatçı olaraq “ŞƏMKİR TİKİNTİ-18” ASC -nin uyğunluq göstəricilərini hansı sənədlərlə qəbul ediblər.

Daha maraqlısı isə odur ki, Dövlət Vergi Xidmətinin məlumatlarında hüquqi ünvanı Şəmkir rayonu Dəllər qəsəbəsi göstərilən “ŞƏMKİR TİKİNTİ-18” ASC-ni tanıyan yoxdu. Hətta İcra nümayəndəliyi belə qəsəbədə belə şirkətin mövcud olmasından xəbərləri olmadığını bildirdilər. Hətta şirkətin sahibi və qanuni təmsilçisi kimi təqdim olunan Abdullayev Vaqif Çingiz oğlunu da tanımadıqlarını dedilər. Beş min nəfər əhalisi olan Dəllər qəsəbəsində dövlət satınalmaları yolu ilə milyonlarla manat qazanan şirkəti tanıyan yoxdusa şübhələnməyə də ciddi əsalar var.

Aktualinfo.org
 
 
 

Dünyapress TV

Xəbər lenti