Ardını oxu...
I Qarabağ müharibəsi şəhidi Paşa Paşayevin atası, Beyləqan rayon, Əlinəzərli kənd sakini İbrahim Nəsirov qarşılaşdığı maddi-məişət problemləri ilə bağlı geniş videoreportaj hazırlamışdıq.


Sitat.info-ya açıqlamasında şəhid atası mənzillə təmi olunması ilə bağlı Beyləqan Rayon İcra Hkimiyyətinə ərazi ilə müraciət etdiyini, lakin hələ də mənzillə təmin olunmadığını bildirib.

Bildirək ki, çəkiliş zamanı şəhid ailəsinin mənzilinin qəzalı durumda olduğunun şahidi olmuşduq. Bu barədə icra hakimiyyətinin nümayəndələri də xəbərdar olduqlarını bildiriblər.

Məsələ ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Müharibə veteranları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev "Sitat.info"ya açıqlamasında bildirdi ki, şəhid ailəsinin mənzillə təmin edilməsi ilə bağlı ərizə qəbul edilib: Şəhid Paşa Paşayevin atası İbrahim Nəsirovun mənzil məsələsi ilə bağlı ərizəsini qəbul etmişik, evinin qəzalı durumda olduğu barədə də məlumatımız var, özümüz şahidi olmuşuq. İbrahim Nəsirov Beyləqan Rayon İcra Hakimiyyətində 2020-ci ildə mənzil növbəsinə qeydiyyata alınıb və bu barədə Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə tərəfimizdən məktub göndərilib. Növbələlilik prinsipi əsasında şəhid ailəsi evlə təmin olunacaq. Bizim vəzifəmiz mənzilə ehtiyacı olan şəxsləri növbəyə almaqdır. Evin təminat məsələsini isə nazirliyin Sosial Xidmətlər Agentliyi mşğul olur. Bizim Rayon İcra hakimiyyəti olaraq vəzifəmiz siyahıya alıb, aidiyyatı quruma məlumat verməkdir. Bildirim ki, burada ardıcıllıq prinsipi var və onu pozmaq mümkün deyil. Tərəfimizdən nazirliyə göndərdiyimiz sərəncamın nömərsini də sizə təqdim edəcəyik".

Beyləqan RİH şəhid ailəsinin mənzillə təmin olunması ilə bağlı Əmək və Əhalinin Müdaifəsi Nazirliyinə məktub göndəribmi? Şəhid ailəsi mənzillə təmin olunma sıralamasında neçəncidir?

Bu suallara aydınlıq gətirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlyinə sorğu göndərdik.

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
Beyləqan-Daşburun avtomobil yolunun kənarında, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz obyekt inşa edilir. Rubrika.az-a daxil olan məlumata görə inşa edilən 2 min kvadrat metrlik qanunsuz obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının icazəsi alınmayıb.

Bildirək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Ancaq Beyləqan-Daşburun avtomobil yolunun kənarında, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilən obyektdə tikinti normalarına və qaydalarına ümumiyyətlə riayət olunmur.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında Beyləqan-Daşburun avtomobil yolunun kənar hissəsində aparılan tikinti barədə heç bir məlumatlara rast gəlinmir.

Rubrika.az saytına daxil olan məlumatda bildirilir ki, qanunsuz tikintinin icazəni Beyləqan rayon icra başçısı Əziz Əzizov verib. Verilən məlumattda boldirilir ki ,qanunsuz tikintiyə icazə üçün icra başçısı ilə xüsusi ' marağlar"çərçivəsində razılaşırılıb.
Məsələ ilə bağlı araşdırmamız davam edir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir...

Səfəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindəki (SHXÇDX) neqativ hallar və bu halların cəmiyyətdə doğurduğu mənfi rezonans hər kəsə məlumdur. Hüquq-mühafizə orqanlarının bu qurumda apardığı çoxsaylı həbslərə rəğmən, hələ də SHXÇDX-də bir sıra arzuedilməz hallar müşahidə edilməkdədir. Sözügedən qurumun Abşeron rayon şöbəsində bu cür hallar daha çox diqqət çəkir.

Xidmətin son illər elektronallaşmasına baxmayaraq, SHXÇDX-nin Abşeron rayon şöbəsində süründürməçilik əvvəlki kimi davam edir. Həqiqi hərbi xidmətə getmək üçün müraciət edən çağırışçılar günlərlə şöbəyə ayaq döyməli, müxtəlif arayışlar almaq üçün fərqli qurumlara müraciət etməli olur. Bütün sənədlər toplanandan sonra da çağırışçıların hərbi xidmətə yola salınması üçün konkret vaxt təyin edilmir. Bu səbəbdən də eyni çağırşıçı lazım oldu-olmadı hər gün SHXÇDX-nin Abşeron şöbəsinə gəlib-getməli olur.

Qurumun Abşeron təşkilatı ilə bağlı narahatlıq doğuran faktlardan biri də bəzi hallarda sağlamlığında ciddi pronlemlər olan şəxslərin də hərbi xidmətə göndərilməsidir ki, bu da həmin şəxslərin ailə üzvləri tərəfindən haqlı narazılıqla qarşılanır. Qeyd edək ki, cari ilin yanvar ayında da Xidmətin Abşeron təşkilatından sağlamlıq problemi olan bir neçə gənc həqiqi hərbi xidmətə göndərilib. Xəstə olduqları halda övladları xidmətə cəlb olunan valideynlər iddia edir ki, onların övladları kimlərinsə yerinə hərbi xidmətə göndərilir. Yəni, SHXÇDX Abşeron rayon şöbəsinin rəhbərliyi hansısa maraqlar konteksində müəyyən şəxsləri xidmətədn yayındıraraq onların yerini xəstə çağırışçılarla doldurur.

Maraqlı məqamlardan biri də odur ki, Xidmətin Abşeron rayon şöbəsinin rəisinin SHXÇDX-də yüksək vəzifə tutan keçmiş MTN-çi Tehran Babatovun himayəsində olduğu iddia olunur. Bildirilir ki, məhz bu səbəbdən şöbə rəisi özünü cəzasızlıq mühitində hiss edir və hər istəyini qorxusuz-hürküsüz reallaşdırır. O, açıq şəkildə bildirir ki, arxasında Tehran Babatov dayanır və buna görə də nədənsə çəkinmək üçün əsas görmür.

Gələn dəfə Xidmətin Abşeron rayon şöbəsindən narazı olan bir neçə valideynin şikayətini diqqətinizə çatdıracağıq.

Nazim Əliyev

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Hurriyyet.az
 
Ardını oxu...
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tabeliyində olan Xəstəxanalar tərəfindən dövlət satınalmalarında yol verilmiş nöqsanlar barədə sosial şəbəkələrdə və elektron mediada kifyət qədər geniş məlumatlar var. Burada vəzifəli şəxslər tərəfindən əsassız olaraq əməkhaqqı ödənilməsindən tutmuş, digər yollarla dövlət büdcəsinə məxsus külli miqdarda vəsaitin mənimsənilməsi və israf edilməsinə qədər hər cür xəbər tapmaq olar.

Dövlət satınalmalarının internet portalı üzərindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tabeliyində olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən keçirilmiş satınalma prosedurları ətrafında araşdırma aparmışdır. Araşdırmalarda “Bərdə rayon Mərkəzi Xəstəxanası”nin Satınalma Komissiyası tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə şübhə yaradan bir sıra hallar məlum olmuşdur.

“Bərdə rayon Mərkəzi Xəstəxanası” tərəfindən “Liftlərin ehtiyyat hissələrinin və liftlərin aylıq texniki baxışının satınalınması” ilə əlaqədar 23.01.2025-cü il tarixində keçirilmiş kotirovka sorğusunda Bakı şəh. Xətai r., M.Hadi küç., ev 23, m. 137 ünvanında qeydiyyatda olan “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN – 1300234641) 11 682.0 (on bir min altı yüz səksən iki manat 00 qəpik) manat məbləğində ən ucuz qiymət təklifi vermiş və satınalma komissiyası tərəfindən qalib seçilmişdir. Bildiriş dövlət satınalmalarının internet portalında 28.01.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, “Bərdə rayon Mərkəzi Xəstəxanası” 2024-cü il üçün xərclər smetasının 222441 – “Əsas fondlara xidmət haqqı xərcləri” yarımmaddəsi üzrə – “Liftlərin aylıq texniki baxışının satınalınması” üzrə 05.06.2024-cü ildə başladığı kotirovka sorgusunda da “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” MMC-ni qalib seçmiş və tərəflər arasında 10.018,2 manat məbləğində müqavilə bağlamışdır. Məlumat dövlət satınalmalarının internet portalında 10.01.2025-ci ildə dərc edilib. Kotirovkanın başlanma tarixi 09.08.2024 bitmə tarixi isə 31.01.2025-ci ilə müəyyən edilib. Bu da “Bərdə rayon Mərkəzi Xəstəxanası” satınalmalarda qanunsuzluqlar yol verməsinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, elektron mediada yayılan məlumatlarda da “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” MMC-nin adı bəzi qurumlarla keçirilmiş bir çox şübhəli satınalmalarda hallanır. Sözügedən məlumatlarda MMC-nin müvafiq sahədə peşəkarlığında, texniki və maliyyə imkanlarında, işçi qüvvəsində, təcrübəsində, bir sıra şübhəli məqamların olduğu bildirilir.

Bundan əlavə “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” MMC -nin uyğunluq göstəricilərinə tam cavab vermədiyi Dövlət Statistika Komitəsi kimi ciddi bir dövlət qurumunun keçirdiyi satınalma prosedurunda da öz əksini tapıb. Araşdırdıqda məlum oldu ki, 27.01.2025-ci ildə Dövlət Statistika Komitəsinin inzibati binasındakı sərnişin liftlərinə qulluqla bağlı xidmətlərin satın alınması məqsədilə kotirovka sorğusu prosedurunda iştirak edən “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyətinin uyğunluq göstəriciləri (müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması) kotirovka sorğusunun tələblərinə uyğun gəlmədiyinə görə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.1.1-ci maddəsinə əsasən satınalmadan kənarlaşdırılmış və bu qərar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 23.01.2025-ci il tarixli AİBNDX/SQ-509/2025 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Bu məlumatlar isə “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” MMC-nin uyğunluq göstəricilərinə cavab vermədiyini, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olmadığını və sənədlərdə saxtakarlığa yol verdiyini bir daha təsdiq edir.

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” MMC (VÖEN 1300234641 ) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 23.06.2003-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, MƏHƏMMƏD HADİ, ev 23, m. 137 -də yerləşir. MMC-nin qanuni təmsilçisi Məsimov Adil Bəhlul oğludur. Reyestr məlumatlarında MMC-nin ilk adı 2023-cü ilə qədər “ŞƏHƏRGAH”, ondan sonra “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” olmuşdur. MMC nin təsisçisi və ilk qanuni təmsilçisi Ömərov Qüdrət Bayram oğlu olmuşdur. Onun adına “Altun Qaya” MMC də var. “ŞƏHƏRGAH” MMC-nin 2023-cü ilə qədər bir sıra dövlət qurumları ilə keçirilmiş bir çox şübhəli satınalmalarda hallandığından adını dəyişdiyi iddia olunur.

“Bərdə rayon Mərkəzi Xəstəxanası”nın bir şübhəli satınalması da odun yanacağının alınması ilə bağlıdır. Belə ki, səhiyyə ocağı bu məqsədlə bir mənbədən satınalma üsulu ilə fiziki şəxs Əliyev İngilis Nofəl oğlu ilə 8.100 manat məbləğində müqavilə bağlayıb. Portaldakı məlumata görə müsabiqənin başlanma tarixi 23.12.2024-cü il, bitmə tarixi 30.12.2025-cü ilə müəyyən olunub, 10.01.2025-ci ildə dərc edilib.

Xəstəxana eyni məqsədlə 15 saylı Regional Meşə Təsərrüfatı ilə də 16.250 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Burada isə müsabiqənin başlanma tarixi 27.09.2024cü il, bitmə tarixi 30.12.2025-cü ilə müəyyən olunub, 10.01.2025-ci ildə dərc edilib. Göründüyü kimi “Bərdə rayon Mərkəzi Xəstəxanası” 2024-cü ilin dekabr ayında 2025-ci ilin sonuna qədər odun yanacağının alınmasına ümumi olaraq 24 350 manat məbləğində iki satınalma müqaviləsi bağlayıb. Buradan sual yaranır. “Bərdə rayon Mərkəzi Xəstəxanası” bu odunu harda yandıracaq? Məlum olduğu kimi respublikamızda bütün iri şəhərlərdə mühüm dövlət müəssiləri qazla təmin olunub. O, cümlədən də Bərdə şəhəri. Bəs “Bərdə rayon Mərkəzi Xəstəxanası” odun yanacağını hansı məqsədlə alır? Qeyd edək ki, hələ 2017-ci ildə elektron mediada Bərdə rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələrinin siyahısı barədə məlumat yayılıb. Məlumatda bildirilir ki, ki, Bərdə rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmaq üzrədir. Artıq rayonun 104 yaşayış məntəqəsi təbii qazla təmin olunub. Mollalı kəndinin qazlaşdırılması yekunlaşıb. Lənbəran kəndində isə qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir. Daha 4 kəndin qazlaşdırılması üçün layihə işləri görülməkdədir. Hələ 2017-ci ildə yayılan bu məlumatdan da göründüyü kimi Bərdə rayonunun yaşayış məntəqələri qazlaşdırılıb. Amma bu kəndlərdəki tibb məntəqələri qazla təmin olunmayıb. Məntəqələrin isidilməsi isə burada çalışan tibb personalının üzərinə qoyulub. Kimi evdən gətirir, kimi də şəxsi vəsaiti hesabına odun alıb məntəqəni qızdırır. Bu kənd tibb məntəqələrinin qapısının bəlkə də günlərlə açılmadığını, Bərdə rayonunda qış fəslinin o qədər də sərt keçmədiyini də nəzərə alsaq “Bərdə rayon Mərkəzi Xəstəxanası”nın odun yanacağının alınmasına ayırdığı vəsaitin təyinatı əsaslı şübhələrə yol açır. Qeyd edək ki, “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Vüsal Məmmədovdu. O, bu vəzifəyə TƏBİB idarə heyətinin keçmiş sədri Ramin Bayramlının əmri ilə 2021-ci ilin iyununda təyin olunub. V.Məmmədov 2013-cü ildən Bərdə Müalicə Diaqnostika Mərkəzində cərrah işləyib.
P.S. Məqalədə göstərilənlərə aydınlıq gətirilməsi məqsədi ilə “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Satınalma Komissiyasına 30 yanvar 2025-ci ildə ünvanladığımız sorğu məktubu cavabsız qaldı. Xəstəxananın satınalma şöbəsinin müdiri ilə telefon söhbətimiz zamanı o, kommersiya sirri olduğunu bildirərək heç bir münasibət bildirmədi.
Aktualinfo.org
 
Ardını oxu...
Xəbər yayılıb ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrində təftiş həyata keçirilir. "DİA-AZ" bildirir ki, hələlik maliyyə yoxlanışı olsa da, bu qurumun fəaliyyətində narazı qalan vətəndaşlar totla yoxlamanın da nəhayətdə baş tutacağına inanırlar.

Bu barədə "DİA-AZ"a çoxsaylı müraciətlər olunub və onlardan bəzilərini diqqətinizə təqdim edirik. Beləliklə...

***


Sakinlər adından ümumi müraciətdə deyilir:

"Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərin demək olar ki, hamısında bufetlər özəlləşdirilib. Uşaqlar kənardan heç nə ala bilmir. Ancaq məktəb bufetində nəsə ala bilər

Bütün müəllim yerlərinin öz qiyməti var. Tez-tez deyirlər ki, niyə kişi müəllimlərin sayı azdır. Hardan artsın ki?.. Hərbi müəllim vəzifəsi... məsələn, Sumqayıt məktəblərində 12000 manatadır.

İlhamə Abdullayeva məktəbləri açıq bazara döndərib və kimsədən çəkinmir. Məktəblərdə uşaqlara tapşırılır ki, iş defterləri, testləri hec kim almasın... məktəbdə paylayıb pulunu da ikiqat alırlar. Rəsmən biabırçılıqdır...

Məktəblərdə ayda test pulu kimi 2 manat verməyən şagird digər şagirdlərin yanında biabır edilir... Yəni deyirlər ki, 2 manat nə olan şeydir... gücün çatmır... Amma buna gücü çatmayan valideynlər var. Əgər 2 manat "nə olan şeydirsə", o zaman almasınlar və şagirdi biabır etməsinlər...

Sumqayıt məktəblərində şagird yerdəyişməsi zamanı açıq şəkildə 500 manat istənilir və hamıdan alınır. Verməyəndə gah guya sistem donur, gah da yer olmur... Amma 500 manat verəndə sistemin donu açılır, yer də tapılır...

İlhamə Abdullayevanın təkcə özü yox... elə qohumları da özbaşınalıq edir. Məsələn bir qohumu - 38 nömrəli məktəbdə kimya müəllimi işləyən Şəhla müəllimə 9-cu sinif uşağının başına parta atıb və bu günə qədər də cəzasız qalıb. Çünki arxalandığı yer möhkəmdir..."

DAVAMI MÜTLƏQ OLACAQ...
 
Ardını oxu...
Son günlər yerli mediada Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin yaxın günlərdə Maliyyə naziri vəzifəsinə təyin olunacağı barəsində şayiələr gəzirdi ki, artıq bu söhbətlərə də dünən təsdiqini tapmaqla son qoyuldu.

Sahil Babayev Maliyyə naziri təyin olundu.

Bu barədə Prezident İlham Əliyev 06.02.2025-ci il tarixində sərəncam imzalayıb.

Belə yerdə deyiblər, "buraları bay elədi, qaldı Maliyyə Nazirliyi"...

"DogruXeber.az" bildirir ki, demək olar ki, ƏƏSMN-ə tabe bütün idarələr əvvəllər də "rüşvətxor" fəaliyyətləri ilə vətəndaşlar arasında davamlı narazılıqlar yaradırdılar. Lakin, 2020-ci ildə baş verən ikinci vətən müharibəsindən sonra sanki bu idarələrdə rəhbər vəzifələrdə çalışanlarda insanlara - xüsusilə də müharibə veteranları və qazilərə qarşı bir kin, aqressiya yarandı.

2021-ci ilin əvvəlində güya saxtakarlığın qarşısının alınması məqsədilə çoxsaylı insanlara pensiya və ünvanlı sosial yardımların verilməsi dayandırıldı. Onlara yenidən müraciət etmələri və təkrar komissiyadan keçmələri tövsiyyə edildi. Kimlərin ki, yaxınları, qohumları Dövlət Sosial Müdafiə fondları, məşğulluq və ƏƏSMN-nin digər idarələrində çalışırdısa, onlar bu yaxınlığın bəhrəsi olaraq, yenə də əvvəlki qayda ilə dövlətin büdcəsindən yararlanmaqda davam etdilər, bir çox həqiqi ehtiyaclı insanlar isə DSMF, məhkəmə qapılarında qalmaqdan yorulub, susdular.

Yeri gəlmişkən, yuxarıdakı "qohumluq, yaxınlıq" ifadəsini təsadüfi işlətmədik. Dövlət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədri Himalay Məmişovun keçmiş iş yoldaşlarının, dostlarının və onlara yaxın olan bir neçə şəxslərin Mil-muğan Regional DSMF-da nə cəlala sahib olduqlarından əvvəllər də bəhs etmişdik. Həmçinin, barəsində narazılıqlar daha da artdıqdan, idarənin içərisindən əldə etdiyimiz məlumata görə daxili nəzarət fəaliyyətində nöqsanlar aşkar etdikdən sonra Rafael Məmmədovun işindən azad edilərək, Gəncə-Daşkəsən Regional DSMF-na rəhbər təyin olunduğu barəsində məlumat vermişdik. Amma, Gəncəyə çatar-çatmaz orada da bir neçə işçiləri səbəbsiz işindən azad edib, yanına öz "komandası"nı yerləşdirib, daha bir" meydangir"lik nümayiş etdirdi.

Belə çıxır ki, kimin Himalay Məmişov kimi yaxını olsa, olduğu hər yerdə, "Burda mənəm, Bağdadda kor xəlifə" deməkdə sərbəstdir.

Rafael Məmmədov Himalay Məmişova, Himalay Sahil Babayevə güvənərək, siravi vətəndaşların haqq və hüquqlarını heçə saymaqda davam edirlər.

Lap, nağıl qəhrəmanlarında olduğu kimi - "nəvə nənədən, nənə babadan"...

Əlqərəz...

Sahil Babayevin rəhbərliyi altında fəaliyyət göstərən bir çox idarə və müəssisələrin qanqaraldıcı fəaliyyətlərini saymaqla bitməz, amma bizi bu mövzuya təkrar qayıtmağa vadar edən ciddi səbəblərimiz var.

Təsəvvür edin ki, illər ərzində hər cür saxtakarlığı sınaqdan keçirən. Dövlət Tibbi ekspertiza və Reabilitasiya Agentliyinin hərbi komissiyası illərdir özünün hərbiyə yararsız olduğunu dediyi gənci, 25 yaşında özü özünə zidd olaraq sağlam çıxarıb, indi hərbiyə yararlıdır deyir.

"DogruXeber.az" xəbər verir ki, redaksiyamıza Cəbrayıl rayonunun Horovlu kənd sakini - eyni zamanda birinci vətən müharibəsində 5 ilə yaxın ön cəbhədə xidmət edən - müharibə bitdikdən sonra ailəsinin təkidinə rəğmən "mən vəsiqə üçün, müavinət üçün döyüşməmişəm ki, vətənimi qorumuşam" deyə, dövlət tərəfindən verilən kiçicik müavinətdən də yaralanmağı özünə çox görən Əsgərov Hikmət Talıb oğlu tərəfindən müraciət daxil olmuşdur.

O, müraciətində bildirir ki, "2000-ci il təvəllüdlü oğlum Əsgərov Nihat Hikmət oğlu uşaq yaşlarında ağır xəstəliklər keçirdiyi üçün çənə dişləri tamamilə yararsız haldadır. Bu səbəbdən də bütün dişləri protezlə əvəz olunmuşdur və eyni zamanda travmatologiya institutunun rəyinə əsasən verilən sənədlərdə bel onurğa sütununda 17 dərəcə deformasiya və əyrilik, həmçinin döş-qəfəs şişkinliyi, üçüncü dərəcəli kifozun olduğu qeyd edilmişdir. Məhz bu səbəblə də oğlum Nihat Əsgərov rəsmən hərbi xidmətə yararsız hesab olunmuş və aparılmamışdır.

Ötən il hərbi xidmətlə bağlı bir sıra qanunlara edilən dəyişikliklərdən sonra xidmətə aparılmayan şəxslərin yenidən hərbi komissiyadan keçmələri tələb edilmişdir. Belə olan halda, oğlum Nihat Əsgərov da prosedurlara uyğun olaraq, Respublika Klinik Xəstəxanasında, Travmatologiya institutunda lazımi müayinələrdən keçmiş, əvvəlki verilən diaqnozlar, hətta mövcud xəstəlikləri daha da ağırlaşmış həddə öz təsdiqini tapmışdır."

Valideyin Hikmət Əsgərov daha sonra qeyd edir ki," Bu mərhələlərdən sonra, yekun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya mərkəzində keçirilən qeyri-obyektiv müayinə nəticəsində ədalətsiz qərar verərək, oğlumun hərbiyə yararlı olduğu qeyd edilmişdir.

Bu ədalətsiz qərara etiraz olaraq, rəsmi ərizəmlə mərkəzə müraciət edib, komissiyanın yenidən və mənim iştirakımla keçirilməsini tələb etdim. Lakin, təəssüflər olsun ki, bizə heç bir xəbərdarlıq edilmədən müraciətimizin nəzərə alınmaması və verilən ədalətsiz qərarın qüvvədə saxlanılmasına dair Cəbrayıl rayon Hərbi Komissarlığına məlumat verilmişdir".

Onu da əlavə edək ki, valideyn Hikmət Əsgərov mövcud xəstəlikdən əziyyət çəkən - piyada uzun yol yeriməkdə, ayaq üstə bir neçə dəqiqədən artıq dayanmaqda çətinlik yaşayan, döş qəfəsinin sıxılıraq, nəfəsinin darlanması, bel nahiyəsininin şiddətli ağrıması səbəbilə oturmağa, yaxud uzanmağa məcbur olan övladını özəl Yasamal Hospitalında müayinə etdirmişdir.

Hospitalın həkimi radioloq Qeyrət Nəsirovun etdiyi müayinə nəticəsində məlum olmuşdur ki, döş kifozu əhəmiyyətli dərəcədə atıb (56 dərəcə ölçülür).
Belin fizioloji lordozu dərinləşib.
Nəticə: Hiperkifoz (Scheuermann xəstəliyi yönündə araşdırılması tövsiyyə edilir).
Hiperlordoz (postural olması inkar edilmir).

Gördüyünüz kimi, həm dövlət, həm özəl xəstəxanaların etdiyi müayinələrin nəticələri üst-üstə düşdüyü halda, Tibbi Sosial - Ekspertiza və Reabilitasiya Agentliyinin hərbi komissiyası ya işinə məsuliyyətsiz yanaşaraq, sözün əsl mənasında başdansovdu müayinə aparıb, ya da məqsədli şəkildə çağırışçı sayını bu cür təmin etməyə çalışır.

Maraqlıdır, Nihat Əsgərov səhhətindəki bu qədər ciddi problemlərlə hərbiyə gedərsə və xidmət zamanı xəstəliyi səbəbilə Allah qorusun, hər hansı bir bədbəxt hadisə baş verərsə bu agentlik və eləcə də agentliyin tabe olduğu qurumun (ƏƏSMN) rəhbəri Sahil Babayev bu məsuliyyətdən hansı formada yayınmağı planlaşdırıblar ?

P.S: Qeyd edək ki, vətəndaş Hikmət Əsgərovun müraciətilə bağlı artıq ölkə başçısı İlham Əliyevə tərəfimizdən rəsmi müraciət göndərilib.
Ümidvarıq ki, ən qısa zamanda məsələ kökündən həll olunacaq və saxta əməllər törətməyə meyilli şəxslər qanunla müəyyən edilmiş qaydada cəzalandırılacaq.

Mövzunu davam etdirəcəyik.
 

Ardını oxu...
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Regional maliyyə müfəttişliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrində maliyyə təsərrüfatının yoxlamasını həyata keçirilir.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, hazırda yoxlama çərçivəsində adı çəkilən regiondakı uşaq bağçaları və məktəblərdə son 5 il üzrə tarifləşmə, inventarların mövcudluğu və silinməsi, ərzaq təminatı, qida qalıqlarının hesablanması, əvəzçilik, xəstəllik bülletenlərinin uçotu, dərs bölgüsü və müəssisələrdə işçilərin, təhsiverənlərin və təhsilalanların davamiyyətinin yoxlanılması həyata keçirilir.

Ardını oxu...

Orxan Şirəliyev

Qeyd edək ki ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin maliyyə sektoruna Orxan Şirəliyev rəhbərlik edir. O, eyni zamanda Regional İdarə müdirinin müavini vəzifəsini icra edir.

Ardını oxu...

Aydın Rəhimov

Bu sahə üzrə Abşeron-Xızı Regional Təhsil İdarəsində digər səlahiyyətli şəxs mediada qanunsuz işlərdə adı hallanan müdir müavini Aydın Rəhimovdur.
Ardını oxu...
Abşeron təhsilində təzə il fişəngi kimi biri-birinin ardınca partlayan qalmaqalların qığılcımları Abşeron-Xızı Regional Təhsil İdarəsinin fəaliyyətini daha da aydınlatmaqdadır.

"DogruXeber.az" xəbər verir ki, dəfələrlə sözügedən təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində baş verən özbaşınalıqlar, rüşvət və korrupsiya barəsində məlumatlar dərc etmişik. Eyni zamanda digər saytlarda da bu barədə çoxlu sayda müxtəlif məlumatlar yer alır.

Qeyd edək ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, idarənin tabeçiliyində olan qalmaqallı orta məktəblərin direktorları isə onun qohum-əqrəbalarıdır.

Vəzifəyə gəlməsində iş adamı olan dayısı Xəlil Göyüşovun böyük rolu olduğu deyilən İlhamə Abdullayevanın dövlət idarəsini ailə biznesinə çevirməsinin göstəricisi olan vəzifəyə təyin etdiyi qohumları bu gün də fəaliyyətlərini davam etdirirlər.

Məsələn, doğmaca xalası qızı olduğu deyilən Arifə Balakişiyeva. Xırdalan şəhər 1 nömrəli tam orta məktəbinin direktorudur. Hansı ki, həmin məktəb gah rüşvət, gah şagird, gah müəllim qalmaqalları ilə şou-biznes nümayəndələrini geridə qoyur.

Bacısı Ceyhunə Abdullayevanın adı Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə texniki işçi kimi rəsmiləşdirilsə də özü İlhamə xanımın gözəllik salonuna rəhbərlik edir və sair...

Əslində Gülnaz Kərimova və digərlərinin adları ilə bu siyahını uzatmaq da olar. İşin maraqlı və sirli tərəfi budur ki, regionun bir neçə məktəb direktorları və uşaq bağçalarının müdirlərinin çalışdıqları müəssisədə yol verdikləri nöqsanlara, yeyinti və qanunsuz pul yığılması barəsindəki məlumatlara rəğmən İlhamə Abdullayeva və ona tabe olan Gülnaz Kərimova, Arifə Balakişiyeva, Fəranə Məhərrəmova, Günay Həsənova, Arzu Məmmədova və sair hər biri rəhbər vəzifədədirlər.

Onlardan bəzilərinin "cəza"sı sadəcə "kürsüsünü götürüb" başqa təhsil müəssisəsinə köçürülmək oldu.

Toplananların yerini dəyişdikdə cəm dəyişmir, İlhamə xanım.

Deyəsən artıq, vəzifəyə gələr-gəlməz yerli mətb9 diqqət mərkəzində olan İlhamə Abdullayevaya "dur" deyən olmadıqca, Abşeron təhsilinin "anası çox ağlayacaq".

Görünür, qısa müddət təhsilə rəhbərlik edən Ceyhun Bayramov hazırkı nazir Emin Əmrullayevdən fərqli olaraq bu sahədəki rüşvətin, korrupsiyanın qarşısını almaq üçün vaxtilə müəyyən addımlar atıbmış.

Belə ki, hələ 2022-ci ildə Sumqayıtın 32 nömrəli tam orta təhsil məktəbinin sabiq direktor əvəzi Esmira İbrahimova "tia.az"a müsahibəsində bildirmişdi ki, "İlhamə Abdullayeva Bakı Təhsil İdarəsinin müdir müavini vəzifəsindən sabiq Təhsil Naziri Ceyhun Bayramov tərəfindən rüşvətxorluq üstündə qovulub".

Həmçinin, Esmira xanım bildirib ki, "İlhamə Abdullayevanın qohumu, Regional İdarədə Anbardar - “bel daşıyan” vəzifəsindən məsləhətçi vəzifəsinə keçən Bayramov Məmməd İkram oğlunun həyat yoldaşı Gülüstan adlı xanım Sumqayıt şəhər 45 nömrəli körpələr evi uşaq bağçasında xadimə adı altında müdirlik edir. Yəni, rəsmi vəzifəsi xadimə ola-ola, başqasının adı altında (Aynur adı altında) müdir vəzifəsini icra edir."

Xanımın bu müsahibəsi iki il əvvələ aid olsa da fəaliyyət metodu bu gün də eyni qaydada aparılır.

Biz bütün bunlar barəsində ətraflı məlumatları aşağıdakı linklərdə təqdim edirik.

Qeyd edək ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan bir neçə məktəb və uşaq bağçaları barəsində redaksiyamıza daxil olan yeni məlumat və müraciətləri, eləcə araşdırmalarımızın nəticəsi olan bəzi faktları, hansı məktəblərdə nə qədər inventarların kimlər tərəfindən mənimsənilməsini qarşıdakı günlərdə diqqətinizə çatdıracağıq. Həmçinin, "Dovşana. "qaç", tazıya "tut" deyən" İlhamə Abdullayevanın uşaq bağçaları üzərindəki "hakimiyyəti"nin təfərrüatlarını açıqlayacağıq.

Diqqətiniz bizdə olsun.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 
Ardını oxu...
Ötən həftə Mədəniyyət Nazirliyinin tabeliyində “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağdaş rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18” Açıq Səhmdar Cəmiyyəti ilə 819.990,68 manat məbləğində satınalma müqaviləsi bağlaması barədə məqalə yaymışdıq.

Qeyd etmişdik ki, “Əsaslı Tikinti və Təchizat” MMC son dörd ayda “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ümumi dəyəri 1728074 manat olan üç satınalma müqaviləsi bağlayıb.

“Əsaslı Tikinti və Təchizat” MMC İsmayıllı şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əsaslı təmiri işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18″ASC ilə 320.093,91 manat məbləğində satınalma müqaviləsini 07.11.2024-cü ildə bağlayıb.

“Əsaslı Tikinti və Təchizat” MMC Goranboy şəhər Heydər Əliyev Mərkəzinin əsaslı təmir işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18″ASC ilə 587.991,22 manat məbləğində satınalma müqaviləsini 03.10.2024-cü ildə bağlayıb.

Həmçinin onu da qeyd etmişdik ki, açıq mənbələrdə “ŞƏMKİR TİKİNTİ-18″ASC ilə bağlı heç bir məlumat yoxdu. Yalnız Dövlət Vergi Xidmətinin rəsmi məlumatlarından başqa “ŞƏMKİR TİKİNTİ-18″ASC h

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ŞƏMKİR TİKİNTİ-18” (VÖEN: 8500131791) Açıq Səhmdar Cəmiyyətinin 25.11.2004-cü il tarixdə 14 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 64458.00 manat olan MMC-nin hüquqi ünvanının, ŞƏMKİR RAYONU, DƏLLƏR ŞTQ, qanuni təmsilçisi kimi isə Abdullayev Vaqif Çingiz oğlu qeyd olunub.

Qeyd edək ki, Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “ŞƏMKİR TİKİNTİ-18″ASC digər dövlət qurumları ilə də bir neçə satınalma müqaviləsi bağlayıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Bakı şəhəri, Binəqədi şossesi 53 ünvanında Agentlik üçün texniki bazanın tikintisi işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə 1.147.146,03 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsi isə “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə Mənzil-kommunal və təmir xidmətinin inzibati binasının əsaslı təmir işlərinin satınalınması üzrə 2.886.440,49 manat məbləğində müqavilə bağlayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin inzibati binasının tikintisi üzrə hələ 2022-ci ildə “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə 8.834.801,39 manat məbləində satınalma müqaviləsi bağlayıb.

Bu məlumatlardan da göründüyü kimi, “ŞƏMKİR TİKİNTİ-18” ASC hər il yüksək məbləğdə tenderlər udub.

Qeydn edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı var.

Həmin qərarın 5-ci ( İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının dərc edilməsi) bəndində göstərilir ki,

5.1. “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur:

5.1.1. qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması;

İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “ŞƏMKİR TİKİNTİ-18” Açıq Səhmdar Cəmiyyətinin son illər büdcədən müəyyən səlahiyyətlərin yerinə yetirməsinə baxmayaraq illik maliyyə hesabatları barədə heç bir məlumat tapa bilmədik.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Qanunla təchizatçı olaraq “ŞƏMKİR TİKİNTİ-18” ASC Qanunun 23.4.2-ci maddəsində qeyd olunan tələb üzrə – son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış təqdim etməlidir.

Çox maraqlıdır ki, satınalan təşkilat olaraq yuxarıda adları çəkilən dövlət qurumları təchizatçı olaraq “ŞƏMKİR TİKİNTİ-18” ASC -nin uyğunluq göstəricilərini hansı sənədlərlə qəbul ediblər.

Daha maraqlısı isə odur ki, Dövlət Vergi Xidmətinin məlumatlarında hüquqi ünvanı Şəmkir rayonu Dəllər qəsəbəsi göstərilən “ŞƏMKİR TİKİNTİ-18” ASC-ni tanıyan yoxdu. Hətta İcra nümayəndəliyi belə qəsəbədə belə şirkətin mövcud olmasından xəbərləri olmadığını bildirdilər. Hətta şirkətin sahibi və qanuni təmsilçisi kimi təqdim olunan Abdullayev Vaqif Çingiz oğlunu da tanımadıqlarını dedilər. Beş min nəfər əhalisi olan Dəllər qəsəbəsində dövlət satınalmaları yolu ilə milyonlarla manat qazanan şirkəti tanıyan yoxdusa şübhələnməyə də ciddi əsalar var.

Aktualinfo.org
 
 
 
Ardını oxu...
Nəhayət, “MTN işi” üzrə zərərçəkən Hüseyn Səfərovun Nərimanov rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (hakim Elmar Rəhimovun sədrliyi ilə) baxılaraq qərar qəbul edilib. Zərərçəkmiş H.Səfərov «Təzadlar»a bildirdi ki, Nərimanov rayon İcra Şöbəsinin məhkəmə icraçısı Rəfail Səfərovun qanunsuz olan və Bakı Hərbi Məhkəməsinin Azərbaycan Respublikası adından çıxardığı hökmə açıq-aydın müdaxilə edən qərarının ləğvini tələb edərək məhkəmə qərarının icrasını tələb edir. Sitat: «…Lakin məhkəmə icraçısı hansısa maraqlar naminə Azərbaycan Dövlətinin adından çıxarılan qərarı icra etmək istəmir. Belə çıxır ki, məhkəmə məhkəmə icraçısının tələblərinə tabedir?! Bildiyiniz kimi, 2023-cü ildə Bakı Apellyasiya Məhkəməsi Mövlam Şıxəliyev və digərilərinin apellyasiya şikayətini təmin etmədi. Bundan sonra Mövlam Şıxəliyev və başının dəstəsi Ali Məhkəməyə kassasiya şikayət verdilər. Bakı Apellyasiya Məhkəməsinin bu cinayət işi üzrə qərarından sonra mülki iddialarımız icraya yönəlməsi üçün Bakı Hərbi Məhkəməsinə göndərildi. Bakı Hərbi Məhkəməsi iş üzrə 16 mülki iddiaçının adına icra vərəqələri yazıb Nərimanov Rayon İcra Şöbəsinə göndərdi. İcra materialları icra məmuru Rəfail Səfərovun qərarı ilə eyni icraatda birləşdirildi. Lakin Nərimanov Rayon İcra Şöbəsi 2 ilə yaxın icraya başlamaqdan ən müxtəlif bəhanələrlə yayındı. Nəhayət, aidiyyəti üzrə şikayətlərimizdən sonra Nərimanov Rayon İcra Şöbəsinin rəisi Zaur Abdullayev 10 iyun 2024-cü ildə Bakı Hərbi Məhkəməsinə məktub yazıb icra məmuru Rəfail Səfərova məhkəmə qərarının izah olunması barədə ərizə təqdim etdi. Vaxt uzatmağa hesablanan bu ərizəyə məhkəmə gözlənilən cavabı verdi. İcra məmuru Rafail Səfərovun ərizəsinə məhkəmədən cavab yazıldı ki, hökmdə aydın olmayan heç bir müddəa, izah olunası xüsusat yoxdur. Yəni, ağlını başına yığ, məhkəmə qərarını icra et! Hökm aydındır, ikimənalı və ya anlaşılmayan ifadə yoxdur. İcra sənədləri, sənədlərin mətninə uyğun şəkildə icra olunmalıdır və sair… Bu cavabdan sonra, nəhayət, icra işinin başlayacağı və Bakı Hərbi Məhkəməsinin hökmünün icra ediləcəyini düşündük. Lakin bunun əvəzinə məhkəmə icraçısı Rəfail Səfərov Cavidan Hacıyevi də yanına alıb bu dəfə də eyni mahiyyətli izah tələbi ilə Bakı Hərbi Məhkəməsinə müraciət etdilər. Bakı Hərbi Məhkəməsində 1 iyul 2024-cü ildə hakim Fikrət Əliyevin sədrliyi ilə məhkəmə icraçısı Rafail Səfərovun növbəti və eyni məzmunlu izah tələbinə baxıldı. Bakı Hərbi Məhkəməsinin 01.07.2024-cü il taxixli, İş N 7-1(093)-12/2024 Qərarı ilə icra məmuru Rafail Səfərova və yanına aldığı Cavidan Hacıyevin izah tələbinə belə bir cavab verildi: «Hökmdə aydın olmayan heç bir müddəa, izah olunası xüsusat yoxdur. Hökm aydındır, ikimənalı və ya anlaşılmayan ifadə yoxdur. İcra sənədləri sənədlərin mətninə uyğun şəkildə icra olunmalıdır!». Bu qərardan sonra da icra işi başlanmadı. Bu dəfə məhkəmə icraçısı Rəfail Səfərov həmin izah qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verdi. Yenə də izah tələbi irəli sürdü. Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə 26 avqust 2024-cü ildə şikayətə baxıldı. Məhkəmənin 7-1(103)-3/2004 saylı qərarında yazıldı ki, «…birinci instansiva məhkəməsi düzgün olaraq hesab etmişdir ki, hökmlə həll edilməyən və ya hansısa qaydada həll edilmiş məsələlərə hökmə izah verilməsi qaydasında yenidən baxılması, yeni halların müəyyən edilməsi, hökmdə həll edilən məsələlərin mahiyyətinin dəyişdirilməsi qanunda nəzərdə tutulmamışdır. Mülki iddia verməyən zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi, mülki iddianın təmin edilməsi barədə müddəanın fərqli qaydada izah və təfsir edilməsi qanuni və əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, icra sənədi verilməsinə əsas olmuş hökmdə aydın olmayan heç bir müddəa, izah olunası xüsusat yoxdur. Hökm aydındır, ikimənalı və ya anlaşılmayan ifadə yoxdur. İcra sənədləri sənədin mətninə uyğun şəkildə icra olunmalıdır. İzah verilməsinə dair ərizə təmin olunmamalıdır». Beləliklə, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi qənaəti qanuni, əsaslı və işin faktiki hallarının düzgün qiymətləndirilməsi kimi qəbul etdi. Bundan sonra məhkəmə icraçısı Rəfail Səfərov məcbur olub icra işinə başladı. Lakin özünün tələbi ilə Bakı Hərbi Məhkəməsinin və ardından Bakı Apellyasiya Məhkəməsinin verdikləri izahlara məhəl qoymadı. O, özünün verdiyi icra haqda qərarında Bakı Hərbi Məhkəməsinin hökmünün adını çəksə də, özünün izah tələbinə dair Bakı Hərbi Məhkəməsinin adını belə çəkmir, qərarın mahiyyəti, nə qərar verilməsinə toxunmur. Bakı Apellyasiya Məhkəməsinin qərarı haqda isə heç bir qeyd aparmadan özünün şəxsi maraqlarından çıxış edərək tam qanunsuz qərarla icra işinə girişdi”.

Zərərçəkmiş H.Səfərov onu da əlavə etdi ki, məhkəmə icraçısı Rəfail Səfərov qərar verməzdən əvvəl 16 nəfər zərərçəkəni Nərimanov İcra Şöbəsinə dəvət edərək növbəti qanunsuzluğa imza atıb. Sitat: “Rəfail Səfərov dedi ki, əgər hər biriniz ərizə yazıb hər hansı bir şikayətinizin olmadığını bildirməsəniz, icra işinə başlamayacağam. Məcbur olub onun dediyi, faktiki olaraq şikayət etmək hüququmuzu məhdudlaşdıran qanunsuz ərizəni yazdıq. Biz qanunsuz olmasını bildiyimizdən icra işinin əngəllənməməsi üçün Rəfail Səfərovun qanunsuz tələbini yerinə yetirdik. Bu dəfə də bizə məlum oldu ki, Rəfail Səfərov özünün izah tələblərinə dair məhkəmə qərarlarını bir kənara atıb, özü bir siyahı tutub, məhkəmə hökmündə olan 16 nəfərə özünün istədiyi, şəxsi maraqlarından çıxış etməklə əlavə 6 nəfəri də qoşub. Rəfail Səfərovun özbaşına verdiyi bu qərarın ləğvi üçün Nərimanov Rayon Məhkəməsinə müraciət etdik. Bu dəfə də Rəfail Səfərov və himayədarları Nərimanov Məhkəməsində qanunsuz verdikləri icra haqqında qərarın ləğvinə imkan vermədilər. Axı necə ola bilər ki, Azərbaycan Respublikası adından Bakı Hərbi Məhkəməsi tərəfindən verilən hökm məhkəmə icraçısı tərəfindən bir kənara atılsın və məhkəmə icraçısı Rəfail Səfərovun istəyinə uyğun icra işi aparılsın? Əgər icra məsələsini məhkəmə icraçısı Rəfail Səfərov öz istədiyi kimi icra edəcəkdisə, daha Bakı Hərbi Məhkəməsinə müraciət edib izah istəməsinə nə ehtiyac vardı? Bakı Apellyasiya Məhkəməsinə niyə müraciət edib izah tələbini yenidən təkrar edirdi? Nərimanov Məhkəməsi tam qanunsuz olaraq Rəfail Səfərovun icra işini öz istəyinə uyğun aparmasına öz qərarı ilə “don” geydirdi. Bakı Apellyasiya Məhkəməsinə şikayətimiz də bu instansiyanın sədri Mübariz Əkbərovun qarşı tərəflə əlaqələrinə görə qismən təmin edildi. Baxmayaraq ki, məhkəmənin gedişində Mübariz Əkbərovun qəbulunda olub Bakı Hərbi Məhkəməsinin qərarına məhkəmə icraçısı tərəfindən qanunsuz müdaxilə barədə məlumat vermişdim. Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin iş üzrə qərarını da təqdim etməklə faktiki olaraq məhkəmə icraçısının özbaşınalığını başa salmışdım. Nəticə etibarı ilə Bakı Apellyasiya Məhkəməsi əslində biz istəmədiyimiz 2 şəxslə bağlı qərar verməklə Nərimanov Məhkəməsində baş verən qanunsuzluqları ört-basdır etdi. Özlərinin qərarına qanuni görkəm vermək, gözə kül üfürmək kimi qanunsuz bir işə girişdilər. Bizə qarşı, Azərbaycan Respublikasına qarşı məhkəmə icraçısı Rəfail Səfərovun timsalında cinayətə bərabər böyük bir qanunsuzluq törədilib. Məhkəmə sədri Mübariz Əkbərov isə ortada Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Mehdiyevin qərarı ola-ola yenə də məhkəmə icraçısı Rəfail Səfərovun qanunsuz qərarını qüvvədə saxlamağa nail oldu. Bakı Apellyasiya Məhkəməsinin bu qərarı Azərbaycan məhkəməsi adına böyük bir biabırçılıqdır! Ona görə də Prezident İlham Əliyevə müraciət etməklə bu işdə əli olan hər kəsin cəzalandırılması tələb ediləcək. Artıq müraciətimiz vəkillərimiz tərəfindən ətraflı izah və sənədlərlə hazırlanıb…”.

«Təzadlar» olaraq, inanırıq ki, nəhayət, məhkəmə icraçısı Rəfail Səfərova başa salınacaq ki, Azərbaycan Dövləti adından çıxarılan hökmün və qərarın icrasına müdaxilə cinayətdir və bağışlanılmaz səhvdir, ölkənin məhkəmə sisteminə arxa çevirməkdir!

«Təzadlar»
 

Dünyapress TV

Xəbər lenti