Ardını oxu...
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının Yardımlı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi ötən ilin son günlərində daha bir tenderi yekunlaşdırıb. 20.12.2024-cü il tarixdə Nümayəndəlik "Vedibasar İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb. Bu müqavilə ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının Yardımlı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi Yardımlı şəhərində bir sıra yaşayış binalarında aparılacaq əsaslı təmir qarışılığında "Vedibasar İnşaat" MMC-nə 51.743 manat ödəməli olacaq.

İlk baxışdan heç bir qeyri-adilik müşahidə edilməsə də, Yenixeber.org-a daxil olmuş məlumatlar müəyyən araşdırmaları zərurətə çevirir...

Əvvəla, Yardımlının rayon mərkəzini (İndiki halda Yardımlı şəhəri. Red.) görənlər həm də, onu bilirlər ki, burada yaşayış binalarından danışmaq yumşaq desək çətin məsələdir. Müxtəlif səbəblərdən rayon mərkəzində kütləvi yaşayış müşahidə edilmir ki, yaşayış binalarıda sıralansın. Və bu binaların təmirinə də, vaxtaşırı dövlətin pulu xərclənsin...

Bu əməkdaşlıqda diqqət çəkən digər faktor Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının Yardımlı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin heç də az olmayan dövlət vəsaitini etbar etdiyi "Vedibasar İnşaat" MMC ilə bağlıdır. Heç də az olmayan dövlətin pulunun etibar edildiyi bu şirkətin nəinki Veb-saytı yoxdur, ümumiyyətlə internet üzərindən hansısa əlaqə vasitəsinə rast gəlmək mümkünsüzdür(?)

İnternet üzərindən apardığımız araşdırmalarla yalnız önu öyrənə bildik ki, “Vedibasar İnşaat” MMC-nin hüquqi ünvanı Samux rayonu, Seyidlər, qanuni təmsilçisi Əlizadə Orxan Səbirəddin oğludur. Şirkət 15.11.2022 tarixində dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 50 manatdır.

Ünvanı Samux rayonunda olan və məlum potensiallara malik olması şübhə doğuran bir şirkətin Yardımlı rayonunda yaşayış binalarını əsaslı edəcəyinə kimsə inanırsa, əmindirsə özü bilər...

Məlum olduğu kimi, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qaununda (maddə:23) təchizatçı tərəfin üzərinə müvafiq sahədə peşəkarlıq və təcrübə, maliyyə imkanları və ödəmə qabiliyyətinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması kimi öhdəliklər qoyulur.

Belə olan halda yumşaq desək “Vedibasar İnşaat” MMC-nin fəaliyyəti ciddi şübhələrə yol açır, suallar doğurur... Necə olur ki, “izi-tozu bilinməyən” bir şirkətə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının Yardımlı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi İlham Rzayev dövlətin pulunu etibar edir? Əlaqə telefonu belə olmayan şirkətin, yuxarıda sadaladığımız imkanlara malik olması nə dərəcədə mümkündür? İlham Rzayevin bu şirkəti “gündüz çıraqla tapması” hansı səbəb və maraqlardan qaynaqlanır? Və s.

Bəzən elə belə olur, dövlətin pulu şəxsi maraqların predmetinə çevriləndə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlər “yada düşür”...

Digər diqqət çəkən məqam isə tərəflər arasında bağlanmış müqavilə ilə bağlı Dövlət Satınalmaların Vahid İnternet Portalının “Ətraflı” bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?)

***

Biz Yenixeber.org olaraq hər iki tərəfdən – həm Yardımlı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəlikdən, həm də “Vedibasar İnşaat” MMC-dən müəyyən suallarımıza cavab almaq istədik.

“Vedibasar İnşaat” MMC ilə bağlı durum məlumdur: qeyd etdiyimiz kimi, bu şirkətin hansısa bir əlaqə vasitəsinə rast gəlmək mümkünsüzdür.

Yardımlı Rayon İcra Hakimiyyəti başçısının Yardımlı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi cənab İlham Rzayevəisə7 sualdan ibarət online sorğu ünvanladıq... Ötən ayın 20-sində göndərdiyimiz online sorğumuza hələ ki, cavab ala bilməmişik(?) Baxmayaraq ki, İlham müəllim bizimlə telefon danışığında sorğumuza tezliklə cavab verəcəklərini bildirdi.

Cənab İlham Rzayevə xatırlatmaqda fayda var ki,hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...

Dövlət büdcəsi də, hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin...

Təəssüf ki, hələ də, bəzi səlahiyyət sahibləri medianın sorğusuna cavab verməyin vəzifə borclarından biri olduğunu ya bilmir, ya da bilmək istəmirlər. Həm də onu bilmək istəmirlər ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb...

/Yenixeber.org
 
Ardını oxu...
AMEA-nın prezidenti İsa Həbibbəylinin qardaşı Yaqub Həbibbəyli onun barəsində açıqladığım faktla bağlı"Yeni Sabah"a deyib:
"Səhət Həbibbəylinin Naxçıvan Gömrük Komitəsinə rəhbərlik etdiyi dövrdə muxtar respublikanın gömrük xidmətindən bir dəfə də olsa, heç vaxt istifadə etməmişəm".
TEREF yazır ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli öz Feysbuk səhifəsində yazıb. Daha sonra jurnalist yazır:
Elə mən də onu deyirəm də. Səhət Həbibbəylinin rəhbərliyi dövründə əmisi Yaqub Həbibbəyli Türkiyədən Azərbaycana idxal etdiyi mallara görə gömrük xidmətindən istifadə etməyib. Yəni mallarını yan keçirib.
Bir daha israr edirəm, Yaqub Həbibbəyli 2021/11/14 tarixində “Türkaylar” tekstil sanayi ve ticaret anonim şirkətindən aldığı 11 ton 750 kq çəkisi olan (21079,50 dollar dəyərində) ipliklərin gömrük qeydiyyatından keçdiyini sənədlə təsdiq edə bilərmi?
Cavanşir Həsənli
TEREF
 
 

 



    
Ardını oxu...
Bakı şəhər sakini Sadiq İsrafilov Batıgöz Klinikasının ödənişsiz göz müayinəsi adı altında pasiyentləri aldatmasından şikayətçidir.

O, bu barədə redaksiyamıza müraciətində bildirib.

Onun sözlərinə görə, bir müddət əvvəl klinikanın həkimləri Lənkərana səfər ediblər və sığorta ilə işləyəcəklərini vəd edərək, xəstələri Bakıya - Batıgöz Xəstəxanasına yönəldiblər:

"Lakin xəstəxanaya gedən zaman, xəstələr uzun növbələrə dayanır və son nəticədə məlum olur ki, Batıgöz bu cür xəstələri qəbul etmir. Bacım oğlu Elşən İsrafilov da eyni problemlə üzləşib. O, Yardımlı şəhərində yaşayır. Bölgənini digər göz xəstələri kimi o da ümidlə Lənkəranda Batıgöz Klinikasının həkimlərinə üz tutub.

Amma həkimlər problemləri burda deyil, Bakıda həll edəcəklərini deyiblər. Bacım oğlu da atasıyla "Gənclik" metrosunun yaxınlığında yerləşən həmin klinikaya gəlib.

Xeyli gözlədikdən sonra məlum olub ki, sən demə, ümumiyyətlə, Batıgöz bu cür xəstələri qəbul etmir! Nəticədə boşuna vaxt və xeyli pulu xərcləyiblər. Həkimin umduğunu vermədikləri üçün kor-peşman rayona dönməli olublar".

Klinika tərəfindən aldadıldığını bildirən Elşən İsrafilov isə deyir ki, Bakıya gəldikdən sonra həkimlər ona əməliyyat olunmağı təklif ediblər:

"Sənədləri hazırlayanda bütün linzaların qiymətlərini elan etdilər. Biz də bildirdik ki, tibbi sığorta ilə gəlmişik. Çünki bizə demişdilər ki, Bakıya gəlin, sığorta ilə əməliyyat olunacaqsız. Bizdən 500 manat pul istədilər. Dedilər ki, guya sığortanın verdiyi linzalar pisdir, pul verin, yaxşısını verək. Biz də imtina etdik. Onların məqsədi əlavə linza adı ilə 500 manat almaq idi. Faktiki olaraq, həmin məbləği verənlər əməliyyat olundu, verməyənlər qapı dalında qaldı. Bu fırıldaqçılıqdan başqa bir şey deyil".
Ardını oxu...
(Sadiq İsrafilov)

Məsələ ilə bağlı Batıgöz Klinikası ilə əlaqə saxladıq. Klinikanın insan resursları departamentinin rəhbəri Günel Məmmədli Bakupost.az -a açıqlamasında bildirib ki, şikayətçi Lənkəranda müayinə olunub və gözündə anadangəlmə ləkə olduğu üçün Bakıya gəlmək tövsiyə olunub. O qeyd edib ki, pasiyent müayinə üçün deyil, katarakt əməliyyatı üçün göndəriş alıb:

"Aydındır ki, Lənkəranın texniki imkanları Batıgöz qədər ola bilməz. Söhbət cihazlardan gedir. Mən həkimlə dəqiq maraqlandım. Biz həmin şəxsi Bakıya ona görə dəvət etmişik ki, müasir texnologiya ilə baxaq və gözündə nə olduğunu dəqiq müəyyən edək. Xəstə ödəniş etməmək üçün katarakt göndərişi alıb gəlib. Lakin biz burada onu iki həkimlə yoxladıqdan sonra gördük ki, görmə dərəcəsi 70 faizdən yuxarıdır. İcbari tibbi sığorta belə xəstələri pulsuz katarakt əməliyyatı etmir. Çünki görmə səviyyəsi 70 faizdən yuxarı olduqda bu, mümkün deyil. Görmə dərəcəsi çox zəif olmalı, yəni 50 faizdən də aşağı düşməlidir ki, icbari tibbi sığorta ilə əməliyyat mümkün olsun. Ona görə də həkimlər tərəfindən xəstəyə ağıllı linza məsləhət görülüb. Ağıllı linza görməni 100 faiz təmin etmək üçündür. Lakin ağıllı linza icbari tibbi sığorta zərfində yoxdur. Xəstə istəsə, ağıllı linzanı seçə bilər, istəməsə, adi linza qoydura bilər. Bu artıq xəstənin öz seçimidir və icbari tibbi sığorta bunu qarşılamır. Bu halda isə xəstə özəl xidmət kimi ağıllı linzanın pulunu ödəməli olur. Əgər xəstə bunu ödəmək istəmirsə, biz artıq onu icbari tibbi sığorta ilə əməliyyat edə bilmirik. Bu səbəbdən onun əməliyyatından imtina olunub".

Qeyd edək ki, Batıgöz Klinikası vaxtaşırı sosial şəbəkələrdə rayonlarda ödənişsiz göz müayinəsi ilə bağlı elanlar yerləşdirir. Lənkərandan başqa, yanvarın 5-də Bərdədə də belə bir qəbul keçirilib. Maraqlıdır ki, şikayətçi Sadiq İsrafilovun üzləşdiyi problemlə bağlı sosial şəbəkədə paylaşımına rəy yazan digər vətəndaşlar da Batıgözün onları aldatdığından şikayət ediblər.

Ardını oxu...
Onu da qeyd edək ki, Batıgöz Klinikasından mövcud qanunvericiliyə görə, Elşən İsrafilovu tibbi sığorta ilə əməliyyat etmələrinin mümkünsüz olduğunu bildirsələr də, o, artıq digər özəl klinikalardan birində icbari tibbi sığorta ilə əməliyyat olunub.

Qlobal.az
 
 
 
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin (FHN) Nəzarət-Təftiş idarəsinin rəisi Qəşəm Məmmədovun biznes fəaliyyəti ilə də məşğul olduğu iddia edilir.
Qaynarinfo-ya daxil olan məlumatda FHN-nin idarələrini səlahiyyəti çərçivəsində təftiş edən Qəşəm Məmmədovun özünün də təftişə ehtiyacı olduğu deyilir.
Məlumata görə, məmurun Bakıda taxta-şalban biznesi var. İddia olunur ki, Qəşəm Məmmədov sözügedən biznesi Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun Dövlət Gömrük Komitəsində sədr olduğu zaman qurub.

Q.Məmmədov hazırkı vəzifəsindən əvvəl, Dövlət Gömrük Komitəsinin (DGK) İri Tədiyyəçilər İdarəsinin rəsi işləyib. Elə həmin dönəmdə gömrükdə ən varlı məmurlardan sayılan Q.Məmmədova “Tuz Qəşəm” ləqəbi qoyulub.
Hazırda Q.Məmmədovun həyat yoldaşının Dövlət Gömrük Komitəsinin Gömrük Hospitalında həkim, qızının isə həmin qurumda Planlama Marketing İdarəsinin müavini vəzifəsində çalışdığı iddia olunur. Oğlu da FHN-də çalışıb.
Q.Məmmədovun ailə üzvlərinin adına Azərbaycanda və xaricdə çoxsaylı mülklərin olduğu da bildirilir.
Ardını oxu...
Qəşəm Məmmədov

Redaksiyaya təqdim edilən siyahıda Bakıda “Varovski” kimi tanınan ərazidə çoxmərtbəli villa, Buzovna və Mərdəkanda 2 mərtəbəli bağ evi, Bakı şəhərində bir neçə yerdə mənzil, Qax rayonunda bağ evi, Türkiyənin kurort bölgəsində yay tətil evi və s. mülklərin ünvanları qeyd edilir.
Bundan başqa, idarə rəisi Cəbrayıl rayonundan məcburi köçkün olduğuna görə orada da dövlətdən iki ədəd ev almaq üçün özünü və ailə üzvlərini növbəyə yazdırıb. Yeri gəlmişkən, Qəşəm Məmmədov 13.04.1958-ci il tarixində Xocavənd rayonunda doğulsa da, Cəbrayıl rayonunda qeydiyyatdadır.
Bildirilir ki, məmur ailəsinin bahalı avtomobil kolleksiyası da mövcuddur.
Bu kolleksiyaya 10-KG-800 nömrə nişanlı, 2016-cı il buraxılışlı “Land Rover Discovery”, 10-SS-… nömrə nişanlı, 2021-ci il buraxılışlı “Ford Fusion”, 10-TQ-00. nömrə nişanlı, 2024-cü il buraxılışlı “Hyundai Grandeur” Hibrid, habelə “Niva”, “Mercedes” markalı avtomobillər daxildir.
Ardını oxu...
Bundan əlavə, iddia olunur ki, Qəşəm Məmmədov FHN-də şəxsi sürücü ştatına öz yaxın adamının adını yazdırsa da, xidməti avomobilini də özü idarə edir.
Səslənən iddialarla bağlı Qaynarinfo-nun əməkdaşı adı çəkilən idarə rəisi Qəşəm Məmmədovla əlaqə saxlayıb. O əvvəlcə taxta-şalban biznesindən danışıb: “Mənim Cəbrayılda bu biznesim olub. Amma torpaqlarımız işğal edildikdən sonra sözügedən biznesim məhv oldu. Sonra dövlət qurumlarında fəaliyyətə baladım və hazırda heç bir biznesim yoxdur.”
İdarə rəisi həyat yoldaşının evdar qadın olduğunu və ona məxsus yalnız bir evin olduğunu deyib: “Mən heç Buzovna və Mərdəkan yolunu belə tanımıram. Allah eləməsin mənim çoxlu pulum olsun və mən bunu heç arzulamıram da… Badamdarda da evim yoxdur. Avtomobillərə gəlincə, yalnız 2016-cı il buraxılışlı “Land Rover Discovery” avtomobilim var..”.
Ardını oxu...
İdarə rəisi sayta açıqlama verdikdən bir neçə dəqiqə sonra “Land Rover Discovery” avtomobilini elan saytlarının birində 76 min 500 manata satışa qoyaraq linkini Qaynarinfo-ya göndərib: “Olanım bircə bu idi, onu da satışa qoydum. Satdıqdan sonra Cəbrayıla köçəcəm və sözügedən vəsaiti orada xərcləyəcəm”.
 
Ardını oxu...
Bakının Nərimanov rayon ərazisində yaşayış yerlərinin qeyri-yaşayış təyinatlı istifadəsi kütləvi hal almaqdadır.

Tribunainfo.az məlumat verir ki, son olaraq rayonun Yusif Vəzir Çəmənzəminli küçəsində bu qanunsuzluğa yol verilib. Belə ki, yaşayış binasının qarşısı kəsilərək, alt mərtəbə obyektə çevrilməkdədir. Buna isə yerli icra hakimiyyət orqanı icazə verməsə, qeyri-mümkündür. Ümumiyyətlə, Bakıda daşı daş üstə qoymaq üçün yerli icra orqanlarının “xeyir-duası” olmalıdır. Ona görə də Nərimanov rayonunda icra başçısı Elgün Həbibullayevin razılığı olmasaydı, Y. V. Çəmənzəminli küçəsində fotoda gördüyünüz obyekt tikilə bilməzdi.

Bu da tikinti normalarının və qanunların pozulmasıdır. Eyni zamanda, yada salmaq yerinə düşər ki, Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, yaşayış yerlərinin qeyri-yaşayış sahəsinə çevrilməsi, belə bir təyinatlı istifadəsi və ya obyektə çevrilməsi qadağan olunub. Göründüyü kimi, Nərimanov İH rəhbəri E.Həbibullayev dövlət başçısının tapşırığını qulaqardı edərək, öz maraqlarını üstün tutub və belə bir özbaşınalığa “yaşıl işıq” yandırıb. Bildirilir ki, bu qanunsuzluğa İH-nin xəbəri olmadan yol verilibsə, o zaman E. Həbibullayevin əmri əsasında əraziyə nümayəndələr göndərilə və araşdırma aparıla bilər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Kassada dayanıb adi sualı eşidəndə: “Sizə qəbz lazımdırmı?”, yəqin ki, keçici bir şübhə yaranır. Cəmi bir neçə il əvvəl heç kim çek tələb etməzdi; Bəs niyə bu seçim indi alıcıya verilir?

Marketlərdə bu sual niyə verilir? Moderator.az bu mövzunu araşdırıb.

1. Resurslara qənaət və avadanlıqların yükünün azaldılması

Çeklər üçün kağızın qiyməti artır, kassa aparatları isə köhnəlməyə məruz qalır. Hər çap edilmiş çek əlavə yük yaradır. Pərakəndə satıcılar tez başa düşdülər ki, elektron qəbzlər nəinki daha ucuz, həm də daha sərfəlidir. Biz daha az lent istifadə edirik - printer daha az xarab olur və xərclər azalır. Bu, satış həcminin böyük olduğu Lenta və ya Pyaterochka kimi böyük zəncirlər üçün xüsusilə faydalıdır.

2. Xidmət sürəti rahatlığın açarıdır
Kassadakı növbə çox vaxt səbir sınağına çevrilir. Hər bir müştəriyə qənaət edilən bir neçə saniyə belə əhəmiyyətli üstünlük verir.

3. Ekoloji tendensiyalar
Kağız qəbzlərdən imtina ətraf mühitə qayğı kimi təqdim olunur. Məsələn, sizə izah edəcəklər ki, qəbul edilməmiş çek meşələrin qorunmasına töhfədir. "Elektron qəbz seçin və bizə təbiəti qorumağa kömək edin" deyə əlavə edəcəklər.

Lakin, bütün sahibkarlar ekoloji mülahizələri rəhbər tutmurlar. Bəziləri real gəliri gizlətmək və vergi ödəməmək üçün kassa sistemi ilə satışları ümumiyyətlə qeydiyyata almır. Bəzən müştərilərə vergi idarəsinin etibarlı hesab etmədiyi saxta çeklər verilir.

Çek sizin müdafiənizdir.

- Keyfiyyətsiz məhsulu geri qaytara bilməyəcəksiniz;
- Zəmanət xidməti hüququnuzu itirəcəksiniz;
- Satıcı ilə mübahisədə alış faktını sübut edə bilməyəcəksiniz.
 
Ardını oxu...
Ölkədə ən çox şikayət olunan sahələrdən biri də təhsildir. İbtidai təhsildən ail təhsil sisteminə qədər bütün zamanlarda bu sahə müzakirə predmentidir.

Son zamanlar yaranan bir deyim-“diplomlu işsizlər ordusu” da əslində təhsil sisteminin vəziyyətini göstərir. Dərsliklərin keyfiyyətsiz olması, dərs yükünün ağırlığı, məktəblərdə tədrisin keyfiyyətizliyi hələ də həllini tapmayıb. Digər tərəfdən, orta ixtisas təhsili müəssisələrində də ciddi narazılıqlar var. Maddi-texniki bazanın zəifliyi və ya olmaması, ancaq nəzəriyyənin tədris olunduğu bir çox orta ixtisas təhsili müəssisələri (kolleclər) yalnız diplom paylamaqla məşğuldur.

Əlavə olaraq qeyd edək ki, bu gün ölkə üzrə 51 kollec fəaliyyət göstərir. Ümumi olaraq orta ixtisas təhsili müəssisələrinə maraq oranı bitirən tələbələrin imtahansız ali məktəblərə qəbul olma imkanı yarandıqdan sonra artmağa başladı. Bu da orta ixtisas təhsili müəssisələrində bir çox problemlərin daha qabarıq formada üzə çıxardı. Bu gün bu sahədə problemlər çoxdur.

Məsələn, ötən ilin iyun ayında 35 orta ixtisas təhsili müəssisələrində ilkin monitorinq keçirildi və bunun nəticəsində 6 direktor və 4 direktor müavini işdən çıxarıldı. Bu faktın özü orta ixtisas təhsili müəssisələrində vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Məhz bu problemlərə görə kolleclərin ləğvi məsələsi zaman-zaman gündəmə gəlir.

Amma hələlik bu təhsil müəssisələri fəaliyyətini artan şikayətlər fonunda davam edir. Şikayətçilər biri də Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin tələbəsi Almaz Məmmədovadır.

Almaz Məmmədova “Cebheinfo.az”-a müraciət edərək kollecin direktoru Sevinc Həmzəyevadan şikayətçi olduğunu bildirib:

“Təhsil ilinin başladığı gün elə problemlər də başladı. Qida Sənayesi Kollecinin binası çox bərbad vəziyyətdə idi, natəmizlik baş alıb gedirdi. Yağış yağanda su divarlardan sinif otaqlarına tökülürdü. Mən də çəkib sosial şəbəkədə paylaşdım. Bununla da derektor Sevinc Həmzəyeva mənimlə düşmənçilik etməyə başladı. Məni otağına çağırıb konkret olaraq kollecdən qovmaqla hədələdi.

Sevinc Həmzəyeva mənə açıq şəkildə dedi ki, bu cür problemləri sosial şəbəkələrdə paylaşmaqla mənə heç nə edə bilməzsən. Mənə bu kreslonu sən verməmisən ki, sən də alasan. Mən bu kolleci təmir etmək üçün öz “LEXUS” markalı maşınımı satmışam. Doğrudur, sonradan kosmetik təmir işləri görüldü, amma bu sadəcə gözə kül üfürmək məqsədi daşıdı”.

Almaz Məmmədova iddia edir ki, Sevinc Həmzəyeva direktoru olduğu kolleci şəxsi mülkü kimi istifadə edir:

“Əks halda niyə yağış sularına qərq olmuş təhsil müəssisəsini öz şəxsi vəsaiti hesabına və hətda məcbur olub “LEXSUS” markalı avtomobilini satıb təmir etdirdiyini desin? Çünki bu məsələnin yayılması əslində onun işinə yaramalı idi, aidiyyəti qurumlar, Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi problemi görüb təmir üçün vəsait ayıra bilərdi.

Amma Sevinc Həmzəyeva fərqli münasibət göstərərək bunun ona qarşı yönələn addım olduğunu bildirdi və yağış sularının təhsil müəssisəsinin divarlarından içəriyə axmasını çəkib paylaşan tələbəni təhdid edərək təhsil müəssisəsindən qovacağı ilə hədələdi. Görünür, dövlət büdcəsindən təmir üçün ayrılan vəsait aidiyyəti üzrə xərclənməyib, hansısa formada yoxa çıxıb və ya çıxarılıb. Mən Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən kollec direktorlarına belə bir səlahiyyətin verildiyi ilə bağlı hər hansı bir cavab istəyirəm”.

Şikayət olunan kolleclə əlaqə saxladıq. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin şöbə müdiri Tahirə İsmayılova şikayətdən məlumatsız olduğunu bildirdi.

“Almaz Məmmədova ilə direktor arasında belə bir söhbətin şahidi olmamışam. Ona görə də bu haqda heç nə deyə bilmərəm. Amma belə bir halın yaşandığına da inanmıram”,-deyə şöbə müdiri “Cebheinfo.az”-a deyib.

“Cebheinfo.az”
 
Ardını oxu...
"Cənab Prezident, mənim sizə müraciətim Cəlilabad rayonunda gedən özbaşınalıqlarla əlaqədardır. Mən Sizdən bir Qarabağ qazisi olaraq xahiş edirəm ki, Cəlilabadda yaşanılan özbaşınalıqlar, Cəlilabadda icra başçısından qaynaqlanan problemlərlə bağlı rayon qazilərinin 5 nəfərlik nümayəndə heyətini qəbul edəsiniz".
Ardını oxu...
"DİA-AZ" bildirir ki, bu müraciətin müəllifi olan Cəlilabad rayon sakini, Qarabağ Qazisi Asəf İsmayılov sosial şəbəkədə video-aylaşım edərək, ölkə başçısının diqqətini yaşadığı rayondakı problemlərə cəlb etmək istəyib.

Rayondakı Qarabağ qaziləri adından etdiyi müraciətində Asəf İsmayılov daha sonra əlavə edir: "Rafiq CƏlilov bu gün tamamilə sizin iradənizin əksinə gedir, verdiyiniz təlimat və göstərişləri icra etmir..."

"Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..." deyən A.İsmayılov bildirir ki, əgər hansısa işi görmək istəyirsənsə, bu tayfadan olmalısan... əks halda həbs olunacaqsan, ya da başını götürüb qaçmalı olacaqsan...

 
Ardını oxu...
Məşhur PR menecer Ayan Nəcəf "Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Kommunikasiya departamentinin müdiri vəzifəsinə namizədliyini irəli sürüb.

TEREF Pravda.az-a istinadla xəbər verir ki, rəhbərlik ona imtina cavabı verib.

Məsələ ilə bağlı A.Nəcəfdən münasibət öyrənmək cəhdi olsa da, onun telefonuna zəng çatmayıb.
Ardını oxu...
AYAN NƏCƏF

Qeyd edək ki, A.Nəcəf 2023-cü ilə qədər Dövlət Neft Fondunun İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru və mətbuat katibi, sonra isə Azərbaycan Cüdo Federasiyasının Marketinq və Kommersiya məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. Onun ADY-də namizədliyini irəli sürdüyü vəzifəni isə fevralın 3-dək Aybəniz İsmayılova tuturdu.

Bir neçə gün əvvəl isə Aybəniz İsmaylovanın haqqında maraqlı iddialar ortaya çıxıb.

Qlobal.az Demokrat.az-a istinadla xəbər verir ki, Aybəniz İsmaylova bu yaxınlarda Azərbaycanın tanınmış jurnalistlərini "Port Baku”ya dəvət edərək, onlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) PR işinin qurulmasında trolluq fəaliyyəti təklif edib.
Ardını oxu...
Aybəniz İsmayılova

İddialara görə, Aybəniz İsmaylova bu xidmətin qarşılığında həmin jurnalistlərə yüksək qonorar veriləcəyini vəd edib.

O, bu işlərin görülməsi üçün AYNA rəhbərliyinin də razılığını aldığını söyləyib.

Ancaq söhbət zamanı jurnalistlərdən bir neçəsi Aybəniz İsmaylovanın bu təklifinə etiraz edərək, görüşü yarımçıq tərk ediblər.

Demokrat.az-ın etibarlı mənbədən əldə məlumata görə, Aybəniz İsmaylova "Azərbaycan Dəmir Yolları” QSC ilə yanaşı, AYNA və "Bakı Metropoliteni" QSC-nin də PR-la bağlı tenderlərini ələ keçirməyə çalışırmış.

İddialarla bağlı Aybəniz İsmayılova suallarımızı cavabsız qoyub.

Xatırladaq ki, bu gün "Pravda.az” saytı Aybəniz İsmaylovanın xidməti vəzifəsini icra edərkən yeyinti və bir qrup işçiyə köçən mükafatı mənimsəmə səbəbindən işdən uzaqlaşdırılması barədə məlumat yayıb.

Məlumata görə, hazırda əmək məzuniyyətində olduğu bildirilən A.İsmayılovanın fevralın 3-də məzuniyyəti bitdikdən sonra işinə xitam veriləcəyi deyilir.

İddialarda bu da bildirilir ki, departament müdiri "Bakı Metropoliteni” QSC-nin yeni sədrinə iş üçün müraciət etsə də, müsbət cavab ala bilməyib.

Sayt məsələni aydınlaşdırmaq üçün Aybəniz İsmayılova ilə əlaqə saxlayıb.

Departament müdiri deyilənlərin iftira olduğunu bildirib: "Qətiyyən belə bir şey yoxdur. İftiradır. Mən hazırda məzuniyyətdəyəm. Hara lazımdırsa, dəstək verirəm, amma əlavə suallara bu dəqiqə ehtiyac yoxdur”.

ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev saytımıza açıqlamasında iddiaları təkzib edib: "Aybəniz xanım hazırda əmək məzuniyyətindədir. Yeyinti və bir qrup işçiyə köçən mükafatı mənimsəmə səbəbindən işdən uzaqlaşdırılması barədə iddianı təkzib edirik. Yeni məlumat olsa, ictimaiyyətə bu barədə məlumat verəcəyik”.

Onu da qeyd edək ki, Aybəniz İsmayılovanın ADY-nin İnsan resurslar departamentinin rəhbəri Ceyhun Nağıyevin qohumu olduğu bildirilir.

Xatrladaq ki, "Azərbaycan Dəmir Yolları”nın rəhbəri Rövşən Rüstəmovdur...

Ardını oxu...
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz etməyə başlayıblar.

Bu barədə məlumatı MİA.az saytı yayıb.

Sakinlər iddia edir ki, rayonda qanunsuz tikintilər keçmiş icra başçısı Arif Qasımovun dövründə genişlənib: "Lakin xələfi Coşqun Cəbrayılovun dövründə bu qanunsuzluqla pik hədd çatıb. Artıq Qara Qarayevdən ta Xalqalar Dostluğuna qədər uzanan massiv boyu o gözəl şam ağacları yoxa çıxıb, yerində elə sabiq və indiki icra başçılarına, deputatlardan birinə və başqa vəzifə sahiblərinə məxsus yüzlərlə tiklilər peyda olub. Dəhşətli hallardan biri də budur ki, artıq tiklilərin çoxu hətta magistral yola bitişikdir, səkilər yoxa çıxıb. Nəticədə piyadaların hərəkəti də məhdudlaşdırılıb".

Sayta fotolar da göndərən sakinlər deyir ki, bu məsələdə icra başçısının əsas "adamı" Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Firdovsi Cəbrayılov və daha bir neçə nəfərdir: "Bu adamlar Kamil Balakişiyev küçəsini artıq elə günə qoyublar ki, dünyada belə analoqlu qanunsuzluq ola bilməz. Çox istərdik ki, elə bu və digər küçələrdəki bir gecədə tikilən bütün tikintilərin sənədləri və normativlərə uyğunluğu yoxlanılsın.

Onda görəcəksiniz ki, bu qanunsuz tikililər yaşayış binalarına çox yaxın məsafədə, sakinlərin istirahət zonasında, gediş-gəliş yollarında, hətta olan-qalan bir neçə ağacın məhvinə hesablanmış formada tikilib. Maraqlıdır, bu boyda həngaməni Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi də görmür? Yoxsa onlara da "haqqı"nı verib "ədaləti" satın alırlar?

Yaxud Nizami rayonu Elşən Süleymanov küçəsinə baxın. Sizə göndərdiyimiz fotoda hazırda tikilməkdə olan dəmir konstruksiyalı obyektin maketinə baxın. Bunların sənədləri doğrudan varmı? Bu tikinti normativə və ərazinin planlanmasına uyğundur? Bunları Bakının icra başçısı Eldar Əzizov da görmür? Bəlkə onun rayon üzrə kuratoru da belə qanunsuzluqla şərikdir? Şərik olmasa, yəqin ki, Eldar Əzizova məruzə edərdi, deyilmi? Yaxşı olar ki, tək Eldar Əzizov deyil, DTX da Coşqun Cəbrayılov və onun yaxın ətrafının tikinti biznesini diqqətdə saxlasınlar..."

Sakinlər bir neçə gün əvvə dövlət başçısının Balı və ətraf ərazilərin inşikafı ilə baş planın qəbulu ərəfəsində Nizami İcra Hakimiyyətinin bu özbaşınalıqlarını anlaya bilmədikərini deyir: "Bu, cənəb Prezidentə meydan oxumaqdırmı?".


Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Dünyapress TV

Xəbər lenti