Ardını oxu...
Ərz et bəşarət ilə Qafqaydakı vücudə:
Jurnal, qəzet qapandı, durma, yıxıl sücudə,
Hər nə bilirsən eylə qeybətdə, rübərüdə,
Yazmaz dəxi yazanlar bidətdən, ay can, ay can!….
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!….

Allah rəhmət eləsin, böyük şair, Mirzə Ələkbər Sabirə. Sanki, bu günləri - müstəqil mətbuatın dilini mürtəce qanunlarla kəsməyə çalışan fürsətcil məmurları görərək yazıb bu şeirini.

O, qanunlar ki, tələm-tələsik qəbul edərək, "reyestr" söhbətini ortaya atdılar. Vəzifələrindən sui-istifadə edərək, milyonlara sahib olan məmurları ifşa edən, barələrində həqiqətləri hayqıran media nümayəndələrini susdurmağa çalışmaqla qanunları daha rahat, daha sərbəst çeynəyə biləcəklərini sandılar.

Lakin həqiqətlər qarşısında heç bir maneə sonsuza qədər davam gətirə bilməz.
Sözlərin və fikrin çərçivələri olsa da, həqiqət hüdudsuzdur.

"DogruXeber.az" qeyd edir ki, barəsində redaksiyamıza vətəndaş şikayəti daxil olan qurumlardan mövqelərini öyrənmək istədiyimizdə son zamanlar sualımızı bu sualla cavablandırmaqla, güya bizi susdurmağa çalışırlar:
- "Siz media reyestrindən keçmisiniz?"

Məşədi İbad demişkən, "heç hənanın yeridi?!".

Biz deyirik, "redaksiyamıza məlumat daxil olub ki, filan yerdə, filan qanunsuz iş aparılır və sizin də xəbəriniz var. Hansı səbəbdən buna göz yumursunuz?", qarşılığında onların verdikləri suala baxın.

Qanun pozduqları barədə suala cavab verməmək üçün, qanun tələb edəcək qədər cəsarət verib onlara Medianın İnkişafı (əleyhinə) Agentliyi.

Müstəqil media - birinci vətən müharibəsində övladını torpaq uğrunda, vətən uğrunda qurban verən, lakin 30 ildən çoxdur haqqını aidiyyatı qurumlardan ala bilməyən Cəbrayıl rayonu Daşkəsən kənd sakini Ataş Kərimovun, Beyləqan Rayon Aşağı Çəmənli kənd sakini Kətan Həsənovanın, Xaçmaz rayon Aslanoba kənd sakini Əfilə Qocayevanın və onlar kimi bir çox şəhid ailələrinin, qazilərin, veteranların, rüşvət vermədiyi üçün səlahiyyət sahibləri tərəfindən hüququ tapdanan, qüruru qırılan, əzilən vətəndaşların haqq səsidir.

Yeri gəlmişkən, bir neçə müddətdir ki, agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" ilə mütəmadi olaraq canlı bağlantı yaradan Xaçmaz Rayon Aslanoba kənd sakini Qocayeva Əfilə Əlibaba qızı hələ də yerli icra hakimiyyəti tərəfindən ona nəinki köməklik göstərilmədiyini, hətta hər hansı bir reaksiya olmadığını deyir.

Ardını oxu...

Əfilə ananın oğlu 1993-cü ildə birinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq, şəhidlik zirvəsinə ucalıb.

Ananın sözlərinə görə 32 ildir yerli icra hakimiyyəti tərəfindən heç kimsə onun qapısını açmayıb, heç bir diqqət göstərilməyib. Hətta, şəhid olmuş övladının məzar daşı belə düzəldilməyib. Ana öz imkanları daxilində adi betondan bir məzar daşı düzəltdirib ki, onu da üzərindən keçən illər köhnəldib, dağılmaq vəziyyətinə gətirib çıxarıb.



Təsəvvür edin ki, illərdir torpaq kərpicdən tikilmiş köhnə daxmada yaşayan ana nəinki dövlət tərəfindən mənzillə təmin olunmayıb, hətta heç ümumiyyətlə mənzil növbəsinə adı belə qeydə alınmayıbmış. Baxmayaraq ki, ana bu illər ərzində Xaçmaz rayonuna təyin edilən bütün rəhbərlərə dəfələrlə, təkrar-təkrar şəxsən müraciət edib. Sonunda, icra başçılarından əlini üzən ana media vasitəsilə ölkə başçısından kömək istəməyi qərara alıb.

Kömək deyəndə ki, əslində haqqı olanı tələb edir.
Bütün şəhid ailələrinin dövlət tərəfindən mənzillə təmin olunması barəsində ölkə başçısının müvafiq sərəncamı var və birmənalı olaraq illərdir bu həyata keçirilir.
Digər istəyi isə oğlunun məzarı üstündə bir məzar daşıdır.



Vəzifəyə gələn kimi yarım milyonluq avtomobil alan, yol təmiri adı altında 2,8 milyonluq tender müqaviləsi bağlayan icra başçısı Elnur Rzayev üçün bir məzar daşı bu qədərmi böyük tələbdir yəni?

Doğrudur, Elnur Rzayevə qədərki icra başçıları da bunu etməyib, amma Elnur Rzayev də az müddət deyil ki, Xaçmaz rayonuna rəhbərlik edir.

Sanki, Xaçmaza təyinat alan icra başçıları rəhmətlik Sabirin bu tövsiyyəsini bir-birinə miras kimi ötürüblər:

"Hər nə çəksən, cək, bəradər, çəkmə düz mizanını,
Çəkmə sən millət qəmin, çəkmə, çək öz qəlyanını."

Qeyd edək ki, Əfilə ananın sözlərinə görə hələ indi Xaçmaz Rayon İcra Hakimiyyətinin Aslanoba kənd icra nümayəndəsi ona sənəd gətirib ki, "Bura qol çək, səni ev növbəsinə yazdıraq".

Ana haqlı olaraq irad bildirəndə ki, "Mən 30 ildir icra hakimiyyətinə gəlib-gedirəm, hər dəfəsində də adımı siyahıya aldıqlarını deyib yola salıblar".

Gələn nümayəndə də sanki ibtidai sinif şagirdi ilə danışırmış kimi, "Sən müraciət elədiklərinin hamısı işdən çıxıb" cavabını verib.

Hörmətli Elnur Rzayev, tutaq ki, biz də sizlər qədər cahil olduq və sizin nümayəndənizin uydurduğu cahilcə bəhanəsinə inandıq ki, o adamlar artıq işdən çıxıb. Bəs sizin rəhbərlik etdiyiniz 6 ili kimin ayağına yazaq?!

Vətənin şəhid oğlunun qəbri üstündə bir məzar daşı qoymağınıza, ayrıseçkilik etmədən Əfilə ananı da tez-tez şəkillər çəkdirib saytlarda tirajlatdırdığınız şəhid ailələri birlikdə özəl günlərdə yada salmağınıza, heçolmasa halını xəbər almaqla təsəlli olmağınıza bu 6 ildə mane olan səbəb nə idi?

Bu gün Əfilə ananı mətbuat vasitəsilə ölkə başçısından kömək istəməyə məcbur edən məhz yerli icra başçısının etinasızlığıdır.

O, icra başçısı ki, Gəncə şəhər icra hakimiyyəti başçısının müavini, Asan xidmət rəhbəri və sair kimi mühüm (ruzili) vəzifələrdə çalışaraq, çalışdığı sahələrdə də kifayət qədər vətəndaş narazılıqları yaradaraq rəhbər vəzifəyə yüksəlib.

Yerli medianın məlumatına görə onun bu cür uğurlu "təkamül"ündə qohumu İnam Kərimovun "xüsusi zəhməti" olub.

Qohum sarıdan şansı yavər olan Elnur Rzayevə uzun müddətli təcrübəsi belə deyəsən vəzifə borclarını, öhdəliklərini o qədər də öyrədə bilməyib.

Ya Elnur Rzayev "zəif tələbə" olub, ya da...

Yox, elə əslində hardan necə gəlir əldə etməyi mükəmməl bilməsi, iki il ard-arda eyni yolların təmiri üçün iki fərqli şirkətlə 1,1 və 1,3 milyonluq tender müqaviləsi imzalaması onun heç də zəif tələbə olmadığının göstəricisidir.

Nə deyirik ki, bizim bütün bunlar barəsində səlahiyyətimizin yetdiyini etdik - məsələni ictimailəşdirib, aidiyyatı qurumların da diqqətinə çatdırdıq. Bundan sonrası hər kəsi qanunla susdurmağın yolunu mükəmməl bilən aidiyyatı dövlət qurumlarının üzərinə düşür.

Güman edirik ki, ən qısa zamanda QANUN Xaçmaz Rayon İcra Hakimiyyətinin də qapısının kandarından girəcək. O, zamana qədər isə mövzunu davam etdirəcəyik.

Növbəti yazımızda isə hər fəsli bir başqa gözəl olan və bu səbəblə də turist qonaqlar qarşılayan, meşəsi bir başqa, çayları, daş-qum yataqları bir başqa - ümumiyyətlə hər qarışı gəlir mənbəyi olan Xaçmazın öz rəhbərinə qazandırdığı milyonlardan bəhs edəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırma nəticəsində etiket məlumatında bəyan edilmədiyi halda, tərkibində donuz əti DNT-si aşkarlanan “Best Beef” əmtəə nişanlı kolbasa və sosis istehsalçısı bu nöqsana görə dəfələrlə cəzalanıbmış.

Tribunainfo.az xəbər verir ki, bu, şirkətin ilk nöqsanı və bu nöqsana görə ilk cəzası deyil. Elə iki il öncə də eyni bu nöqsana görə “Best Beef”lə bağlı protokol imzalanıb. Belə ki, 2023-cü ildə iş adamı, fiziki şəxs Vüqar Tahirovun istehsal etdiyi “Best Beef” markalı bişmiş hisə verilmiş “Servalat” kolbasasında və əla növ “Ocaq” sosiskasında, üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanmışdı.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) laborator sınaqları aparmaqla aşkar etmişdi.

V.Tahirova məxsus “Best Beef” əmtə nişanlı daha bir neçə məhsulda iki il sonra eyni nöqsanın aşkarlanması maraq doğurur. Görünür iş adamı V.Tahirov ilk protokoldan dərs çıxarmayıb və hələ neçə il də üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si olan məhsular istehsal edib və satışa çıxarıb.

Qeyd edək ki, AQTA-nın dünən yaydığı məlumatda məlum oldu ki, “Best Beef” əmtəə nişanlı “Ocaq” sosis məhsulunun (11.11.2024-cü il istehsal tarixli) müayinəsi nəticəsində etiket məlumatında bəyan edilmədiyi halda, tərkibində donuz əti DNT-si aşkarlanıb.

Bildirilib ki, bununla bağlı “Elite Food Company” MMC-yə məxsus kolbasa emalı müəssisəsində keçirilən plandankənar yoxlama zamanı 450 qramlıq “Best Beef” əmtəə nişanlı “Ocaq” sosisindən (07.01.2025-ci il istehsal tarixli) və 1,130 kiloqramlıq “Best Beef” əmtəə nişanlı bişmiş “Doktorskaya” kolbasasından (06.01.2025-ci il istehsal tarixli) nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Sınaq nəticəsinə əsasən, bu məhsullarda da donuz DNT-si müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib. Eyni zamanda həmin məhsulların istehsalının dayandırılması, həmçinin emal edilmiş məhsul partiyalarının satışının qadağan olunması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Xatırladaq ki, sözügedən məhsulların istehsalçısı iş adamı Vüqar Tahirovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən
 
Ardını oxu...
Neftçilərin Hüuqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı SOKAR-ın işəgötürmə siyasətinə etiraz edərək yazır:
Niyə SOCAR İRD??? bu nətəri olur ki? Bu qərarı kim , nə üçün icad edib ?
İşçi var ki,bakalavr,magist təhsili alıb,uzun illərdir ki,çilingər işləyir.
İşçi də var ki,üç vəzifəni bir yerdə tutur.
İşçi də var ki:
SOCAR İnsan Resursları Departamenti yeni qərar çıxarıb fəhlə kateqoriyası Azneft daxili mühəndis vakansiyası çıxdıqda müraciət edə bilməyəcək. Vakansiya SOCAR üzrə çıxsa verə bilər, hal hazırda Azneftdə olan vakansiyaların xaricə (yəni SOCAR üzrə) çıxmağı qeyri müəyyəndir. Bizim iş stajımız, Ali təhsilimiz uyğun olduğu halda niyə müraciyət edə bilmirik?? Bunların qurduğu sistemə əsasən, İdarənin öz işçiləri işi bildiyi halda kənardan niyə işçi tələb edilsin?? Bu qərarı kim , nə üçün icad edib ? Vakansiya çıxır, müraciət edirik imtina gəlir, səbəb (kateqoriya dəyişikliyi)
Mirvari xanım daha sonra faktlara müraciət edərək yazır:
Rac Kərimov
Baxın, ( link əlavə olunub) görün işçilər necə ələ salinir. Vakansiya elana çixarilib, vakansiya tələbində mübahisəli kateqoriya barədə heç bir qeyd olmayib. Sonradan imtina vaxti səbəb kimi guya "fəhlədən muhəndisə olmaz" kimi bəhanə gətiriblər.
Neftçilərin Hüuqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı öz sosial şəbəkə səhifəsində aşağıdaki faktları gətirərək davam edir:
1-cisi bunu niyə vakansiyada gostərməyibsən?
2-cisi niyə fəhlədən muhəndisə olmaz?
Bu qədər oyunlar olar amma bu olmaz? Portalndan kənar işə qəbul olar, sifirdan ştat açdirmaq olar, nə bilim nələr nələr amma bu olmaz.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...

“Tamstore” mağazasında vaxtı keçmiş məhsullar satılır.

"DogruXeber.az" 32gun.az-a istinadən xəbər verir ki, “Tamstore” mağazasının Nərimanov filialında vaxtı keçmiş şərbət halvası məhsulları satışdadır. Məlumata əsasən, bu məhsulların ən yeni istifadə müddəti cari ilin yanvar ayında başa çatıb. Hətta ötən ilin dekabr ayına aid məhsulların da satışda olduğu bildirilir.

Tam istədiyiniz marketlər 7-ci filialını açıb - » AFN.az - Xəbər Portalı

Redaksiyamıza təqdim olunan fotoşəkillər də iddiaları təsdiqləyir.

Qeyd edək ki, “TamStore” supermarketlərinin sahibi olan “Tam Store” MMC “Avrora Qrup” tərəfindən 2023-cü ildə yaradılıb.

“Tam Store” Məhdud Məsuliyyətli Cəmiyyətinin isə qanuni təmsilçisi Ceyhun Yusubov Lətif Oğludur.

“Avrora Group”un qanuni təmsilçisi Samir Natiq oğlu Əliyev, baş direktoru isə Ceyhun Yusubovdur.

Ardını oxu...

Xatırladaq ki, “Avrora Group” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulub. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlayıb. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin partnyoru olan “Avrora Group”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “KraftHeinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. 2001-ci ildə “Avrora Group” həm də istehsalçı şirkət kimi tanınmağa başlayıb. Şirkətin istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon Dioksid fabriki, Un istehsalı fabriki var.

Ardını oxu...

Ardını oxu...

 

 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki filialından 2023-2024-cü illərdə məzun olmuş tələbələr hələ də diplomlarını ala bilmirlər.
Mətbuatda ADİU-nun Dərbənd filialının məzunlarına diplomların verilməməsi və bu problemin Elm və Təhsil naziri Emin Əmrullayev ilə UNEC rektoru Ədalət Muradov arasında cərəyan edən sərin münasibətlərdən qaynaqlandığı da vurğulanıb.Uzun müddətdir ki,universitet rəhbərliyi yaranmış problemin kökündə təhsil nazirliyini göstərib tələbələri nazirliyə,nazirlik isə əksinə, Azərbaycan Dövlət İqtisad Universitetinə yönləndirməsi informasiya resurslarında müzakirə olunan mövzulardandır. Ötən həftə isə yaranmış ziddiyyətli vəziyyətə münasibət bildirən UNEC rəsmisi Elm və Təhsil nazirliyinə məktub ünvanlandığını, nazirlikdən diplom blankları alacaqları təqdirdə məzunların diplomlarını verəcəklərini bildirdi.

Faktinfo.az saytı olaraq, bir müddət əvvəl yaranmış vəziyyətlə bağlı xəbər vermişdik. Qeyd etmişdik ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Dərbənd filialının məzunlarına diplomların verilməsi ilə bağlı qanuni tərəfdən problemi olmamalıdır. Eləcə də, məsələnin mahiyyətini bilmədən,Dərbənd filialının bir qrup tələbəsinə diplomların verilməməsinə görə, Elm və Təhsil naziri Emin Əmrullayevi qınamağın yersiz olduğunu yazmışdıq. O cümlədən, Elm və Təhsil naziri ADİU-nun Dərbənd filialı ilə bağlı məsələnin qanuni tərəfindən yayına, diplomları verməyə bilməz, fikirini irəli sürmüşdük.Hətta vurğulamışdıq ki,görünür diplomu verilməyən tələbələrlə bağlı müəyyən problemlər mövcuddur.Məsələn,ola bilər ki, diplomlarını ala bilməyən tələbələr ADİU-nun Dərbənd filialına bir neçə il bundan qabaq hansısa şərtlər daxilində qəbul olunublar.O da ola bilər ki, diplomu verilməyən məzunlar filiala ümumi plan yerindən artıq (kənar)qəbul olunan tələbələr ola bilər,fikirini irəli sürmüşdük.Bu hallarda naziri və ya nazirliyi məzunlara diplom verilməməsinə görə qınamaq yersizdir,qənaətini sərgiləmişdik.

Göründüyü kimi, Elm və Təhsil naziri Emin Əmrullayev 06.02.2025-cil tarixində keçirdiyi brifinqində çıxışı zamanı Dərbənd filialının məzunlarına diplomların verilməməsi səbəbinə səmimi şəkildə aydınlıq gətirdi.Nazirin jurnalistin sualına cavabından belə aydın oldu ki,50 bal toplayanla,550 bal toplayıb universitetə qəbul olan tələbəyə fərq qoyulmalıdır,fərq qoymadan hər ikisinə diplom verəcəyiksə, burada ədalət meyyarı pozulmuş olacaq.Hərə əlinə bir kağız alıb üstümüzə gələcəksə,biz onlara heç də diplom vermək məcburiyyətində deyilik,vəs.

ADİU-nun Dərbənd filialının tələbələrinə nazirlik olaraq,diplom verə bilmirlər,ona görə ki, bunun hüquqi əsası yoxdur.Heç o tələbələr Dərbənd filialında normal dərsdə olmayıblar,ora qanuni tərəfdən qəbul olunmalarına dair nazirlik olaraq, əllərində bir əsas yoxdur.Məzunlar məhkəməyə müraciət etsinlər,əgər məhkəmə bu barədə onların xeyrinə qərar qəbul edərsə, heç olmasa bunu əsas götürüb,2023-2024-cü il,ADİU-nun Dərbənd filialından "məzun olmuş" tələbələrə diplom verilməsinə zəmin yaranmış olsun.Yəni, Elm və Təhsil naziri Emin Əmrullayev ona ünvanlanan suala cavabı zamanı açıq formada deməsə də,sətiraltı vurğuladı ki,hazırda diplomu verilməyən məzunların ADİU-nun Dərbənd filialına qəbul siyahısı nazirliyin elektron baza sistemində yoxdur. Onlar başqa yollarla ADİU-nun Dərbənd filialına qəbul ediliblər,bundan bəlkə də heç tələbələrin xəbəri olmayıb. Mən belə saxtakarlığa göz yumub onlara diplom verə bilmərəm, vicdanımda qəbul eləmir,kim verə bilir buyurub versin. Vəssalam, şüttamam!

Qısası belə anlaşılır,2023-2024-cü il,ADİU-nun Dərbənd filialından məzun olmuş tələbələrə diplom verilməməsi problem olaraq get-gedə UNEC rektoru Ədalət Muradov üçün başağrısına çevrilir.Yaranmış vəziyyətə ötən ay Hesablama Palatasının 2022-2024-cü il üçün iş planına əsasən, Azərbaycan Dövlət İqtisad Universitetində dövlət maliyyə nəzarəti tədbiri həyata keçirdiyi zamanı aşkarlanan nöqsanları və bunların aradan qaldırılması məqsədilə dövlət büdcəsindən artıq ödənilmiş milyonlarla manat vəsaitin geri qaytarılmasını,təmir işlərində artıq icra edilmiş məbləğlərin geri ödənişinin təmin edilməsini tələb kimi qarşıya qoyması Ədalət Muradovun vəziyyətini bir az da ağırlaşdırır.

Düzdür, o rektor təyin edildiyi son 10 il ərzində Azərbaycan Dövlət İqtisad Universitetində yaranmış bütün xoşagəlməz halların ört-basdır edilməsində çətinliyi olmayıb.Amma belə görünür,hazırkı xına o xınadan deyil, qiymətləndirmə də artıq onun əleyhinə işləyir.
 
Ardını oxu...
Göyçay rayon, Çaxırlı kənd sakinləri tərəfindən

MÜRACİƏT

Göyçay rayonu Çaxırlı Bələdiyyəsinin sədri Fərhad Mehdiyevin qanunsuz əməlləri üzə çıxdı. Belə ki, biz Göyçay rayon Çaxırlı kənd sakinləri Əsgərova Ruhiyyə Valeh qızına verilmiş 15 hektar örüş sahəsinin icarə müqaviləsinin ləğv edilərək torpğın əvvəlki vəziyyətə qaytarılması üçün mərkəzi orqanlara çoxlusayda şikayətlər göndərmişik. Çaxırlı kənd sakini iş adamı Vidadi Əsgərov 15 hektar örüş sahəsini 27.12.2006-cı il tarixdə həyat yoldaşı Ruhiyyənin adına icarəyə götürüb orada qanunsuz qazıntı işləri apararaq balıq yetişdirmək üçün süni göl yaratmışdır. Bundan sonra süni gölün qurunt suları bütün kənd torpaqlarının şoranlaşmasına səbəb olduğu üçün kənd sakinləri əsaslı olaraq şikayətlər etdilər.
Çaxırlı bələdiyyəsinin sədri Fərhad Mehdiyev buna görə iddia ərizəsi yazaraq 20.12.2006-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə və bələdiyyə mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şəki Kommersiya Məhkəməsində iddia ərizəsi üzrə 11 fevral 2025-ci il tarixdə keçirilən iclasa bələdiyyə sədri Fərhad Mehdiyev cavabdehin həyat yoldaşı Vidadi Əsgərovun avtomobili ilə bir yerddə gedərək öz iddiasını müdafiə etməyərək cavabdehin qanunsuz hərəkətlərinə haqq qazandımağa çalışmışdır. Həttda məhkəmə iclasında hakim “kənd sakinləri bura şikayət göndəriblər gölün kəndə ziyanlar vurmasını müqavilənin ləğv edilməsini xahiş edirlər” sualına bələdiyyə sədri cavab olaraq bildirib ki, yox artıq kənd sakinləri razılığa gəliblər şikayətçi deyillər.
Bununlada subut olundu ki, bələdiyyə sədri kənd sakinlərinin haqlı şikayətlərini yox iş adamı Vidadi Əsgərovun qanuna zidd mövqeyini müadiə edirmiş.
Çaxırlı bələdiyyəsinin sədri Fərhad Mehdiyev bu əməlləri ilə biz sakinlərə ziyanların vurulmasının davam etdirilməsinə rəvac vermiş oldu.
Onuda qeyd edək ki, həmin torpaq sahəsində gölün qanunsuz qazılmasına görə dövlət qurumları tərəfindən aktlar tərtib edilib və sənədlər təqdim olunub.
Çaxırlı kənd sakinləri bələdiyyə sədri Fərhad Mehdiyevin belə qanuna zidd hərəkətlərindən çox narahat olub mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Prezidentin köməkçisi cənab Zeynal Nağdəliyevə, Ədliyyə Naziri cənab Fərid Əhmədova və digər orqan rəhbərlərinə müraciət edərək Çaxırlı bələdiyyəsinin sədri Fərhad Mehdiyevin barəsində qanunu və ciddi tədbirlər görülməsini xahiş edirik.

Məmmədov Tərxan Qüdrəddin oğlu şəhid atası
Əsgərov Ramin Zahid oğlu Əlaqə telefonu; 050 829 -86- 93 Mürsəlov Mehman Sadıq oğlu
Mürsəlov Lətif Mehman oğlu
Mürsəlov Vüsal Mehman oğlu
Şərifov Rəşad Famil oğlu
Rəsulov Ceyhun Vəliyəddin oğlu
Sadiqov Elvin Mahir oğlu
Əsgərov Xətai Zahid oğlu
Əsgərov Samir Zahid oğlu
Məmmədov Rahil Surəddin oğlu
Sadıqov Dəyanət Mahir oğlu
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Rusiyanın “Rossotrudniçestvo” təşkilatının fəaliyyəti dayandırıldıqdan və qurum Üzeyir Hacıbəyli küçəsində yerləşən ofisdən çıxdıqdan sonra mərhum gənclər və idman naziri Azad Rəhimovun qaynı olan iş adamı Elçin Həsənovun əl-ayağa düşərək “Russkiy dom” üçün yeni ofis axtarışına çıxdığı barədə xəbər verilib.

Bununla yanaşı, onun da üzv olduğu və Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin rəhbərlik etdiyi Rusiyanın Azərbaycandakı şəbəkəsi barədə də ötən gün “Qafqazinfo”da məlumat paylaşılıb. Düzdür, Ramiz Mehdiyev və keçmiş xarici işlər naziri Elmar Məmmədyarov bu məlumatı təkzib etməyə çalışıblar. Amma onların arqumentsiz açıqlamaları çətin ki, ictimai rəydə dönüş yarada bilə.

Dünən material dərc olunduqdan sonra “Qafqazinfo”ya Elçin Həsənovun fəaliyyəti ilə bağlı müxtəlif mənbələrdən yeni məlumatlar daxil olmaqdadır. Onları ümumiləşdirdikdən sonra gəldiyimiz qənaət belə oldu ki, E.Həsənov və onun mənsub olduğu şəbəkə Rusiyanın Azərbaycanda mövqelərinin möhkəmlənməsi üçün əllərindən gələni edirlər.

İlk növbədə onu qeyd edək ki, Elçin Həsənov Rusiya vətəndaşıdır, uzun müddət orada yaşayıb və mebel istehsalı ilə məşğul olan “Альтернатива” şirkətində işləyib. Azad Rəhimov 2006-cı ildə gənclər və idman naziri təyin olunandan sonra, o, Bakıya gəlib. Sabiq nazir qohumunu rəhbərlik etdiyi qurumun işlərinə cəlb edib. İş o yerə çatıb ki, 2015-ci ildə E.Həsənov nazirliyin tabeliyində olan Su idman sarayının direktoru da təyin olunub. Özü də Rusiya vətəndaşı ola-ola.

Bundan başqa, E.Əhmədov A.Rəhimovun müxtəlif tapşırıqlarını icra etməyə başlayıb və nazirlikdə kadr təyinatlarında söz sahibinə çevrilib. O, həyat yoldaşının adına yaratdığı şirkət vasitəsilə Gənclər və İdman Nazirliyinin balansında olan və Heydər Əliyev prospektində yerləşən binaları müxtəlif şirkətlərə yüksək məbləğlərlə icarəyə verib.
Ardını oxu...
Fotoda: Heydər Əliyev prospektindəki binalar

Əldə olunan vəsaitlər isə E.Həsənov vasitəsilə Rusiyaya çıxarılıb və orada çoxsaylı daşınmaz əmlak alınıb. Məsələn, Moskvada Rublyovskoye şosse 97 saylı, İstrinskaya küçəsi 3 saylı və digər binalarda E.Həsənova məxsus çoxlu sayda mənzil var.

Rusiya şəbəkəsinin üzvü olan Elçin Həsənovun əmlaklarının siyahısı
Fotoda: Moskva, Rublyovskoye şosse, 97 saylı bina
Ardını oxu...
Fotoda: Moskva şəhəri, İstrinskaya küçəsi, 3 saylı bina

E.Həsənov təkcə Moskvada və Rusiyanın digər şəhərlərində deyil, həmçinin Bakıda da daşınmaz əmlaklar əldə edib, biznes qurub. Məsələn, Babək prospektində yerləşən “Sun Cars” avtosalonunun ona məxsus olduğu bildirilir.
Ardını oxu...
Yenidən şəbəkə məsələsinə qayıdaraq qeyd edək ki, Rusiya xüsusi xidmət orqanları ilə yaxın olan yüksəkçinli məmurlar hələ də var. Onların sifarişləri ilə bəzi layihələr həyata keçirilir, hesabatlar hazırlanır, ictimaiyyətə yalan və bəzən də şişirdilmiş məlumatlar verilir. Təbii ki, bunların da ifşa olunmasına çox qalmayıb.

Mövzu ətrafında araşdırmalarımız davam edir.
 
Ardını oxu...
Naftalan şəhər icra Hakimiyyətinin başçısı Vüqar Novruzov yaxın günlərdə vəzifədən azad ediləcək.

AzFakt.com saytının əldə etdiyi məlumata görə icra başçısının vəzifədən azad edilməsinə səbəb ölkənin digər regionları ilə müqayisədə Naftalan şəhərinin sosial-iqtisadi vəziyyətinin inkişaf etmək əvəzinə, daha da ağırlaşması, bu şəhərdən yuxarı instansiyalara ünvanlanan şikayətlərin ardı-arasının kəsilməməsidir.

Naftalan şəhərinin bugünkü durumu aidiyyatı qurumlarda, ali instansiyalarda müzakirə edilməkdədir. Bu müzakirələrin sonucu olaraq yaxın günlərdə V.Novruzovun postundan alınacağı bildirilir.

Məlumata görə Vüqar Novruzov ötən il Naftalan şəhər Hakimiyyəti başçısının 1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Naftalan şəhərinin daxili yollarını əsaslı təmir etmək üçün keçirdiyi 349 min manatlıq satınalmada baş verən qanunsuzluqlara görə Nazirlər Kabinetinin qəzəbinə tuş gəlmişdi. Sonradan bu tender aidiyyatı orqan tərəfindən ləğv edildi.

Qeyd edək ki, Vüqar Novruzov 5 ildən artıqdır ki, Naftalana rəhbərlik edir.

Bu illər ərzində Naftalan şəhərinin sosial inkişafı yönündə heç bir addımın atılmadığı bildirilir.

Bildirilir ki, bu saat demək olar ki, naftalanlıların sosial vəziyyəti şəhərdə fəaliyyət göstərən 3-4 sahibkardan asılıdır. Bu barədə narazı sakinlər bir müddət əvvəl yazırdılar:

"Şəhər icra hakimiyyəti demək olar ki, əhalinin sosial rifahı üçün heç bir səmərəli addım atmayıb. İcra Hakimiyyətinin üşü-gücü ancaq mərkəzi küçələri abad saxlamaqdan ibarətdir. Bir də ancaq çoxlu şəkil çəkdirirlər. İcranın saytına baxan olsa elə bilər ki, burada gecə-gündüz quruculuq-tikinti işləri gedir. Day demirlər ki, hər şey görüntü, şəkil çəkib icranın saytında yaymaq üçündür"-deyə, bildirilir.
 
Ardını oxu...
“Azpulmat” Bank Olmayan Kredit Təşkilatı (BOK) müştərilərini aldadır...

Poliqon xəbər verir ki, bununla bağlı redaksiyaya vətəndaşlardan şikayətlər daxil olub.

Şikayətçinin bildirdiyinə görə, hazırda ölkədə onlayn kredit təklif edən “Azpulmanat” ötən ilin sonunda cəlbedici kampaniyaya başlayıb. Kampaniyaya əsasən, həmişə götürdükləri kreditə görə, yüksək məbləğdə faiz ödəməli olan müştərilərə bu dəfə krediti əldə etdikdən 45 gün sonra cəmi 70 manat faiz ödəmək təklif olunub. Bu təklif “Azpulmat”ın tətbiqində hər zamankı kimi kredit götürmək üçün istifadə olunan həlqələrdə də göstərilib. Belə ki, həmişə yuxarı və aşağı dairələri çevirməklə məbləği, vaxtı və ona uyğun qaytarılacaq məbləğ göstərilirdisə, bu dəfə həlqələrin birində 500 manat, digərində isə 45 gün göstərilib və yekun 570 manat məbləğ yazılıb. Bunu yeni il kampaniyası hesab edən müştərilər təbii ki, “Azpulmat” kimi həmişə yüksək dərəcəli faizlər göstərən bir BOK-un bədəfəki təklifini göydəndüşmə hesab edib məbləği seçiblər.

Lakin ödəmə vaxtı yaxınlaşanda məlum olub ki, “Azpulmat” heç də kampaniya təşkil etməyibmiş, faiz dərəcələri də aşağı salınmayıb, həmişəki kimi qalıbmış. Misal üçün, 500 manat götürən müştəri, düşündüyü kimi 45 günün tamamında 70 manat deyil, 210 manat ödəməlidir.

Bu barədə kredit sifarişi qəbul edildikdən sonra gələn müqavilədə də yazılıbmış. Sadəcə müştərilərin əksəriyyəti pulu görmək sevinci içində heç müqaviləyə baxmayıblar. Təəssüf ki, müştərilərin bu zəif nöqtələrini bilən “Azpulmat” BOK da belə bir hiylə işlədərək müştəriləri aldadıb, necə deyərlər, qarmaq atıb, balıq tutub.

İndiki vəziyyətdə müştərilər BOK-a zəng edib aldadıldıqlarını, “Azpulmanat”ın dələduzluqla məşğul olduğunu söyləsələr də BOK-dan aydınlıq gətirmək yerinə, vətəndaşları məlum məbləği ödəməyi tələb edirlər.

Məsələ ilə bağlı “Azpulmanat”dan münasibət öyrənmək istəsək də əlaqə qurmaq mümkün olmayıb. Şikayətçi bildirir ki, əlaqədar qurumlar isə “Azpulmanat”ın bu özbaşınalığına və dələduzluğuna göz yumur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

Poliqon.info
 
Ardını oxu...
Şikayətim “Baku Electronics”dəndir. 2 ay əvvəl satıcılarının təkidi ilə VİP zəmanətli, 6 il ərzində istənilən nasazlığı aradan qaldıracaqlarının vədini verdikləri soyuducunu almışam, 2300 manata. Cəmi 2 ay keçib. soyuducunun səsi evi bürüyüb. Hər qapısını açıb bağlayanda, hər işə düşəndə səs eləyir.

Tribunainfo.az xəbər verir ki, bu problemlə üzləşən şikayətçi Rauf Osmanovdur. O, problemli məhsula baxmaq üçün “Baku Electronics”in servisinin də əlavə ödəniş istədiyini deyir:

“İlk bir ayda belə səslər gəlmirdi. Servislərindən bildirirlər ki, 25 manat ödəyin, usta gəlsin. Deyirəm axı müqavilədə istehsal qüsurlarının ödənişsiz aradan qaldırılması yazılıb. Deyir onu deyən satış şöbəsidir, biz servisik.

Deməli, mən 2300 manat verib soyuducu alıram, cəmi 2 ay sonra nasazlığı çıxır ortaya. Ona gəlib baxmağları üçün 25 manat da pul istəyirlər.

Tərəfləri dinləməyə hazırıq.

Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti