Ardını oxu...
Redaksiyamıza daxil olan ilginc məlumatlara əsasən, Valeh Qasımzadə adlı şəxs Yasamal rayonunda qanunsuz fəaliyyətlə məşğuldur. O, özünü Yasamal Rayon İcra Hakimiyyətinin əsas fiqurlarından biri kimi təqdim edir və rayon ərazisində aparılan tikintilərə birbaşa nəzarət etdiyini iddia edir.

Lakin apardığımız araşdırmalar göstərir ki, Valeh Qasımzadə İcra Hakimiyyətinin heç bir rəsmi işçisi deyil. Əldə edilən məlumatlara görə, o, əslində Yasamal Mənzil İstismar Sahəsinin (JEK) sadə bir mühəndisidir. Buna baxmayaraq, şəxsin özünü icra başçısının "əsas adamı" kimi qələmə verməsi, tikinti sahəsində rüşvət topladığına dair iddialar maraqlı suallar doğurur.

Saysız-hesabsız mülklər və qanunsuz tikinti

İddialara görə, Valeh Qasımzadə vətəndaşlardan tikintilər üçün rüşvət topladığını və bu pulların guya icra başçısına çatdırıldığını bildirir. Lakin bu iddianın nə qədər həqiqətə uyğun olduğu sual altındadır.

Araşdırmalar zamanı məlum olub ki, Valeh Qasımzadənin Yasamal rayonunda, xüsusən Yeni Yasamal ərazisində çoxsaylı mülkləri var. Bu mülklərdən biri də Yeni Yasamal-1, bina 1 ünvanında yerləşən və tamamilə qanunsuz tikinti olduğu iddia edilən obyektlərdən biridir. SSRİ dövründən mövcud olan bir binanın tam ortasından kənar istiqamətə uzanan bu qeyri-qanuni tikili açıq-aşkar göz önündədir.

Məsələ burasındadır ki, nə İcra Hakimiyyəti, nə də digər aidiyyəti qurumlar bu tikintini dayandırmaq üçün hər hansı addım atmayıb. Əgər bu qanunsuz tikinti göz önündədirsə və dövlət orqanları bunu görməzlikdən gəlirsə, bunun arxasında himayə edən şəxslərin olub-olmaması sual doğurur.

Sıradan bir mühəndis necə bu qədər əmlaka sahib ola bilər?

Ortaya çıxan əsas sual budur: Sadə bir Mənzil İstismar Sahəsinin mühəndisi bu qədər mülkü hansı vəsaitlə əldə edib? Yasamal rayonunda onun himayə olunduğuna dair iddialar dolaşır.

Məlumatlara görə, Valeh Qasımzadənin fəaliyyətindən ya İcra Hakimiyyətinin rəhbərliyinin xəbəri yoxdur, ya da bu məlumatların onlara çatdırılmasının qarşısı süni şəkildə alınır.

Qanunsuzluqlarla bağlı araşdırma lazımdır

Mövcud vəziyyətdə Yasamal rayonunda qanunsuz tikintilərə icazə verən, rüşvət iddialarında adı keçən Valeh Qasımzadənin fəaliyyəti ciddi araşdırılmalıdır. Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin bu məsələ ilə bağlı araşdırma aparması vacibdir.

Əgər iddialar təsdiqlənərsə, bu, təkcə bir şəxsin yox, ümumilikdə rayonun tikinti sektorunda sistemli korrupsiyanın olmasına işarə edir.

Redaksiya olaraq məsələnin araşdırılması üçün aidiyyəti qurumların mövqeyini öyrənməyə davam edəcəyik.
Ardını oxu...
Yanvar ayında Biləsuvar rayonunun İsmətli kəndindən keçən və milyonlarla manat xərclənmiş betonlanmış su kanalına dəmir boru atılaraq, üzərinin torpaqla örtülərək "salınan qanunsuz" "körpü"dən yazmışdıq.

Həmin vaxtı Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətindən Mia.az-a bildirilib ki, Orta Muğan kanalı üzərində yerləşən suburaxıcıdan Saatlı rayonu ərazisindəki torpaq istifadəçilərinin əkin sahələrinə su çıxarılması mümkün olmadığı üçün həmin su buraxıcının aşağı hissəsində 2(iki) ədəd boru atılaraq torpaqlanmış, səviyyəqaldıran yaradaraq suyun verilməsi təmin olunub: "Həmin ərazilərə su verildikdən sonra torpaqlanmış səviyyəqaldırıcı təmizlənərək, kanal əvvəlki vəziyyətinə gətirilib və həmin ərazidə səviyyəqaldıran paylayıcı tikilməsi nəzərdə tutulib".

Bəs görəsən, həqiqətən ötən bir aydan çox müddətə səviyyəqaldıran paylayıcı tikilib, yoxsa?

Bəlli olub ki, Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidməti, əslində, kustar üsulla salınmış "səviyyəqaldıran paylayıcı"nın yerində bu dəfə torpaq və borudan istifadə etməklə deyil, nisbətən "müasir" "tikinti" aparıb (Yazının sonundakı ikinci videoda fakt aydın göstərilib - Mia.az).

Halbuki, burada Şlyuz (hidrotexniki qurğu) deyilən və o qədər də çox vəsait tələb olmayan sistem qurmaq çətin deyil.

Mia.az həm əvvəlki, həm də hazırkı real vəziyyəti əks etdirən videogörüntüləri təqdim edir, ümid edir ki, qudaları ilə əl-ələ verən Agentlik sədri Zaur Mikayılov bu dəfə üzərinə düşən vəzifənin məsuliyyətini anlayacaq.


 
Ardını oxu...
Qazax rayon İcra hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğlu Elşən Babaşzadə yeni avtomobil alıb.

32gun.az-a daxil olan məlumata görə, Elşən Babaşzadənin yeni avtomobili “Range Rover”dir. Sözügedən avtomobilin bazar qiyməti orta hesabla 500 min manatdır

Bahalı avtomobilləri ilə gündəm olan E.Babaşzadənin yeni “Range Rover”i nömrəsi ilə də diqqət çəkib. – 77-RR-777…

Xatırladaq ki, Qazax Rayon İcra başçısı Rəcəb Babaşov Elşən Babaşzadə 275 min dollar (450 manat) dəyərində olan “Mercedes Benz G-63 AMG” markalı avtomobili, həm də özünün 99 FF 099 dövlət nömrə nişanlı 250 min manatlıq “Rang Rover”i ilə medianın gündəminə düşmüşdü.

Həmçinin ötən illərdə Elşən Babaşzadə 275 min dollar (450 min manat) dəyərində olan avtomobilinə dövlət nömrə nişanı almaqla gündəm olmuşdu.

Bildirilib ki, E.Babaşzadə “Mersedes Benz G-63 AMG” markalı maşının 10 LL 077 nömrə nişanını 77 LL 077 ilə əvəzləyib. 77 LL 077 Elşən Babaşzadənin öz adına qeydiyyata alınıb.

İcra Hakimiyyətindən bununla bağlı münasibət öyrənməyə çalışsaq da, mümkün olmayıb.

PS: Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

 
Ardını oxu...

Şəmkir Rayon İcra Hakimiyyəti 382 hektar qış otlaq sahəsini mal-qarası olmayan şəxsə icarəyə verib.

"DogruXeber.az" bildirir ki, bu barədə Qaynarinfo-ya Şəmkirdə fermer təsərrüfatı ilə məşğul olan Rasim Bayramovun nümayəndəsi Ədalət Müseyibov bildirib.

Onun sözlərinə görə, Rasim Bayramovla otlaq sahəsinin icarəyə verildiyi Suliddin Abdullayev adlı şəxs arasında borc mübahisəsi yaşanır. Mübahisənin kökündə sözügedən otlaq sahəsi ilə bağlı alqı-satqı dayanır:

"Suliddin Abdullayev həmin sahəni Rasim Bayramova satıb. Lakin sonradan məlum olub ki, bu məsələdə qanunsuzluq var. Ona görə də Rasim Bayramov pulunu geri istəyib. Təsəvvür edin, 382 hektar örüş sahəsi mal-qarası olmayan bir şəxsə icarəyə verilib. Özü də saxta yolla.
Əraizinin Suliddin Abdullayevə icarəyə verilməsini rəsmiləşdirmək üçün Eynullayev Hafiz Rüstəm oğlunun barəsində tərtib olunmuş AKT-dan istifadə olunub (yəni həmin AKT-ın Suliddin Abdullayevə ümumiyyətlə heç bir aidiyyatı yoxdur). Həmin AKT kiril əlifbası ilə tərib edilib və yalnız AKT-n sonuncu abzasından əvvələ zorla latın qrafikalı əlifba ilə "Abdullayev Suliddinə satılsın”, imza hissəsində də "A.Suliddin” sözləri yazılıb".

Ədalət Müseyibov əlavə edib ki, Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, birqayda olaraq, 10 ildən 15 ilədək verilə bilər:

"Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. Yenə həmin Məcəllənin 5-ci maddəsinə əsasən qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı olaraq, hər hektara 1-4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar nəzərdə tutulur. Göründüyü kimi qış-otlaq sahəsi mütləq heyvandarlıqla məşğul olan şəxslərə verilir. 382 hektar örüş sahəsi də Suliddin Abdullayevə verildiyi üçün onun yuxarıda qeyd olunan Məcləllənin tələbinə əsasən ən azı 1380 başdan yuxarı xırda buynuzlu heyvanı olmalıdır".

Onun sözlərinə görə, Şəmkir rayon Satatistika İdarəsinin 11 iyun 2024-cü il tarixli məktubunda Suliddin Abdullayevin 1136 baş xırda buynuzlu heyvanı ollduğu qeyd olunub. Şəmkir rayon Qılıncbəyli kənd İcra Nümayədəliyinin arayışında isə Suliddin Abdullayevin cəmi 3 baş iribuynuzlu heyvanı olduğu yzılıb.

"Göründüyü kimi Suliddin Abdullayevin əslində 3 baş iribuynuzlu heyvanı var. Bu halda ona 382 hektar örüş sahəsinin icarəyə verilməsi mümkün deyil. Həmin ərazini ona vermək üçün rəsmi sənədlərə yalan məlumatlar daxil edilib. Guya ki, Suliddin Abdullayevin 1136 baş xırdabuynuzlu heyvanı var. Çoxsaylı şikayətlərimizdən sonra Şəmkir rayon Statistika İdarəsi bizə 13 yanvar 2025-ci il tarixli rəsmi məktub göndərib. Həmin məktubda heyvanların sayı barədə Suliddin Abdullayev tərəfindən onlayn məlumat verildiyi və hazırda onun heyvanları satması qeyd olunub. Qeyd edim ki, Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeyd hissəsinə əsasən, Suliddin Abdullayev vəzifəli şəxs sayılır (çünki o sahibkardır və heyvanların sayı barədə məlumatları da sahibkar kimi hesabat verib)".

Ədalət Müseyibov deyir ki, Suliddin Abdullayevin əslində heyvanı olmaması barədə Şəmkir Rayon İcra Hakimiyyətinə dəfələrlə məlumat verilib.
İcra Hakimiyyəti isə Rasim Bayramova ünvanladığı məktubda qeyd edib ki, Suliddin Abdullayevin sözügedən torpağın başqasına icarəyə verməsi məsələsi araşdırılır. Əlavə edilib ki, bundan sonra məhkəməyə müraciət ediləcək:

"Təsəvvür edin, biz dəfələrlə icra hakimiyyətinə müraciət etmişik, qanunsuzluq barədə məlumat vermişik. Amma bunlar işin guya araşdırıldığını deyir. Hər şey ortadadı, burada hansı araşdırmadan gedir?!".

Ədalət Müseyibov qeyd edib ki, məsələ ilə əlaqədar yuxarı instansiyalara da müraciət etmək niyyətindədir.

Qaynarinfo məsələ ilə əlaqədar Şəmkir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan əməkdaşımızı hüquq şöbəsi ilə əlaqə saxlamağı tövsiyyə ediblər. Lakin hüquq şöbəsindən əznglərimizə cavab verən olmayıb.

Yazıda adı keçən Suliddin Abdullayevlə də əlaqə saxlamaq mümkün olmayıb.

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...
Tovuzun icra başçısı Məmməd Məmmədov rayonun Ağdam və Vahidli kəndlərinin bir-birinə düşmən edir. Bununla bağlı Vahidli kənd sakinləri Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və ölkənin aidiyyatı orqanlarının rəhbərlərinə müraciət ünvanlayıblar.
AFN.az həmin müraciəti olduğu kimi təqdim edir:

Çox möhtərəm cənab prezident!
Çox hörmətli Mehriban xanım!
Çox hörmətli rəhbərlər!

Bununla yazıb məlumunuz edirik ki, Tovuz rayonunun Vahidli kəndi 12(on iki) km bir məsafədə Ermənistanla dövlət sərhəd zolağında yerləşir.

Xatırladırıq ki, yağı düşmənlərin torpaqlarımıza hücumlarının qarşısını almaq üçün ilk milli müdafiə batalyonlarından birinin yaradıcıları və iştirakçıları məhz Vahidli kənd sakinlərinin igid oğulları olmuşdur. Kənd sakinləri yağı düşmənlərin aramsız hücumlarına cəsarətlə sinə gərərək, iri çaplı silahlardan atılan mərmilər başlarına tökülsə də kəndi tərk etməmişlər, düşmənlərlə mərdliklə vuruşaraq vətən torpaqlarını göz bəbəyi kimi qorumuşlar. Eyni zamanda müqəddəs Qarabağ torpaqlarının işğaldan azad olunmasında, antiterror əməliyyatlarında Vahidli kəndinin igid oğulları bir çox qəhrəmanlıqlar və igidliklər göstərmişlər.
Onu da məlumunuz edirik ki, vətənimizin bütövlüyü uğrunda gedən qanlı döyüşlərdə Vahidli kənd sakinlərinin 106(bir yüz altı) nəfəri müharibə veteranı statusu almış, 4(dörd) nəfəri şəhid olmuş, 4(dörd) nəfəri isə əlil olmuşdur.
Böyük Vətən müharibəsi illərində (1941-1945) qanlı döyüşlərdə çoxsaylı Vahidli kənd sakinləri həlak olmuş, itkin düşmüş, 44(qırx dörd) nəfər isə sağ qalaraq müharibə veteranı statusu daşımışdır.
Tovuz rayonunun Vahidli kəndi qədim türk elatı olmaqla yanaşı, çox böyük tarixi dəyərə malik yeraltı və yerüstü maddi və mədəniyyət abidələri ilə zəngin olan bir ərazidə yerləşir.
Belə ki, həmin ərazidə orta əsr aran memarlıq abidələrinin nadir nümunələri, qədim oğuz tayfalarının yurd yerləri, Səfəvilər dövlətinin Tovuz rayonununda yeganə yadigarı olan məscid-mədrəsə, qədim qala yeri, qala divarları, memarlıq və tikinti mədəniyyəti baxımından orta əsr Azərbaycan inşaatçılarının yüksək mühəndis düşüncəsinin çox dəyərli örnəklərindən sayılan məşhur Sultan körpüsü, qədim qəbiristanlıq, daş plastikasının gözəl nümunələri, qədim bazar yeri, aşıq ozanlarının qədim qəbir abidələri və eləcə də ulularımızın gələcəyə yadigar naxışları olan tarix mədəniyyət abidələrimizi yaşadaraq gələcək nəsillərə daşıyan çoxsaylı maddi mədəniyyət abidələri vardır.
Məlumat üçün onu da nəzərinizə çatdırırıq ki, haqqında bəhs edəcəyimiz ərazi xalqımızın, eləcə də Türk-İslam mədəni irsinin tarixi pasportu hesab edilən, tarix və memarlıq abidələri baxımından çox böyük dəyərə malik olan “Qala düzü” abidələr kompleksi 5200 inventar nömrəli məhşur Sultan körpüsü, 5201 inventar nömrəli Məscid-mədrəsə, 6044,6045,6046 inventar nömrələri ilə qeydə alınmış “Qala yeri”, “Qədim Oğuz tayfalarının yurd” yerləri və “Qədim qəbirstanlıq” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə Tovuz rayonunun Vahidli kəndinin ərazisi kimi dövlət qeydiyyatına alınmışdır. (Ağdam kəndinin ərazisi kimi yox)
Məlumat üçün nəzərinizə çatdırırıq ki, Vahidli kəndi Sovet dövründə uzun illər qonşu Ağdam kəndi ilə eyni sovetliyə daxil olub, bir sovxozda fəaliyyət göstərib və hətta sovxoz bir olsa da da hər iki kəndin sakinləri öz inzibati əraziləri hüdudlarında təsərrüfat işləri ilə məşğul olmuşlar. Dövlət tərəfindən sənədləşdirilmiş, hüquqi dövlət aktları, fotoplanalma və 1936-cı ildə SSRİ rəhbərliyi dövründə təsdiqlənmiş xəritədə Ağdam və Vahidli kəndinin inzibati ərazisi sərhədləri dəqiq müəyyən olunmuşdur. Hər iki kənd öz torpağının inzibati ərazilərini tanıyır və bu müzakirə mövzusu ola bilməz.
Azərbaycan Respublikası müstəqil olduqdan sonra, hər iki kənddə mövcud olmuş öz inzibati ərazi hüdudları daxilində ayrılıqda İcra Hakimiyyətinin yerli nümayəndəliyi formalaşdırılıb.
Daha sonra 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin mövcud fərmanı, “Torpaq islahatı” haqqında qanunun tələbləri və Milli Məclisin qərarı ilə kəndlərin 1965-ci ilə qədər olan inzibati ərazilərinin sərhədləri dəyişdirilməzdir prinsipi əsasında 1999-cu ildə hər iki kəndi birləşdirən S.Ağamalı oğlu adına sovxozda da torpaq islahatının aparılması qərara alınmışdır.
Onu da nəzərinizə çatdırırıq ki, Tovuz rayonu keçmiş S.Ağamalı oğlu adına sovxoz təsərrüfatında da vahid təsərrüfat bazası üzrə torpaq islahatı aparılmış və təsərrüfat üzrə 614(altı yüz on dörd) ailənin adına (Ağdam kəndi üzrə 323(üç yüz iyirmi üç) ailə, Vahidli kəndi üzrə 291(iki yüz doxsan bir)ailə) “Torpağın mülkiyyət hüququna dair Dövlət aktı” hazırlanaraq vətəndaşlara paylanmışdır.
Xatırladırıq ki, “Torpağın mülkiyyət hüququna dair Dövlət aktı” ailələrə paylandıqdan sonra, torpaq paylarının plan ölçülərinin naturada tanıdılması zamanı məlum olmuşdur ki, sakinlərə verilən torpaq payları parça-parça edilərək 4(dörd) və 5 (beş) yerdən verilmiş, su tutar torpaqlar yerli aqrar islahat komisiyasının maraqlarına uyğun olaraq, öz dostlarına və yaxın bildiyi sakinlərə paylanmış və 50(əlli) ailənin həyətyanı torpaq sahələri nəzərə alınmadan onlara pay torpaqları verilmişdir. Eyni zamanda bir çox torpaq əraziləri sovxozun balansında olsa da islahatdan kənarda saxlanılmışdır. Bu isə əksəriyyət pay hüququ olan sakinlərin arasında ciddi narazılığa səbəb olmuşdur.
Bu zamanda fürsətdən istifadə edən bir qrup Ağdam kənd sakinləri və eləcə də pay hüququ olmayan, 01 avqust 1996-cı ilə qədər kənd qeydiyyatında olmayan şəxslər birləşərək çoxluq təşkil edərək islahata etiraz etmişlər.
Əslində pay hüququ pozulan şəxslərin etirazının səbəbi torpaq islahatının dayandırılması məqsədini daşımırdı, sakinlərin əsas məqsədi qüsurlu aparılmış torpaq islahatında kobud şəkildə buraxılmış səhvlərin düzəldilməsi və ədalətli bölgü prinsipinin həyata keçirilməsi, eyni zamanda torpaq islahatında yol verilmiş qüsurların aradan qaldırılaraq qismən dəyişikliklərin edilməsi şərti ilə aktların yenidən paylanması tələbi idi.
Yaranmış vəziyyətin qarşısında çıxılmaz durumda qalan yerli aqrar islahat komissiyası çıxış yolunu “Torpaq islahatı haqqında” Qanunun 24-cü maddəsini əsas gətirərək təsərrüfatın ərazisində torpaq bölgüsünün dayandırılması, özəlləşəcək torpaqların məlum hadisələr nizama salınanadək təxirə salınması haqqında Respublika Dövlət Aqrar İslahat Komissiyasına müraciət etmişdir.
Respublika Dövlət Aqrar İslahat Komissiyası Aqrar İslahat Komissiyasının rəyini nəzərə alaraq 09.04.2001-ci il tarixində, Qarabağ münaqişəsi həll olunana qədər islahatın müvəqqəti dayandırılaraq, pay hüququ olan sakinlərə torpaq payları qədər istifadə hüququ vermişdir.
Bu əsassız qərar vətəndaşların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına və torpaq mülkiyyətçisinə çevrilməsinə ciddi maneçilik törətdi. Belə ki, biz bununla da beynəlxalq və yerli qurumların maliyyə yardımından, dotasiya, subsidiya, investisya yatırımından və eləcə də güzəştli kreditlərdən kənarda qalaraq sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmədik.
Vahidli kənd sakinləri Axıncı çayı boyunca yerləşən dədə-baba torpaqlarını əkib-becərməyə davam edərək güzəranlarını təmin etmişlər. Ötən müddət ərzində Vahidli kəndinin suvarma imkanı olan torpaqlarının xeyli hissəsi inşa olunan Tovuzçay su dəryaçasının sututarına düşdüyündən dövlət ehtiyacları üçün geri alınmış, hal-hazırda sakinlərin istifadəsində cuzi torpaq sahəsi qalmış, bu isə sakinlərin güzaranının pisləşməsi ilə nəticələnmişdir.
Bir müddət əvvəl bizə məlum olmuşdur ki, kəndimizin suvarılma imkanı olan torpaqlarının hamısının yerləşdiyi ərazi sakinlərin heç bir xəbəri olmadan, hansısa fırıldaqçılıq və saxtakarlıq yolu ilə Ağdam kəndinin inzibati ərazisinə daxil edilib. Bir qrup Ağdam kənd sakinlərinin iddia edərək, xəritələşdirərək öz inzibati ərazilərinə daxil etmək niyyətində olduğu həmin torpaq ərazisi, keçmiş zamanlarda və sonrakı dövürlərdə, rəsmi dövlət aktı əsasında, 1936-cı il inzibati ərazi xəritəsində və hərbi xəritələrində Vahidli kəndinin inzibati ərazisi kimi öz əksini tapmışdır(1936-cı il xəritəsi məktuba əlavə olunur).
Keçmiş S.Ağamalı oğlu adına sovxozun vahid bazası əsasında aparılmış dövlət orqanları tərəfindən möhürlənmiş islahat xəritəsi və hər iki kəndin ayrı-ayrılıqda bələdiyyə xəritələri vardır. Həmin xəritələrdə də Ağdam sakinlərinin iddia etdiyi ərazi birmənalı olaraq Vahidli kəndinin inzibati ərazisi kimi qeyd edilib.
Hal-hazırda iddia olunan ərazidə 22(iyirmi iki) Vahidli kənd sakini öz ailəsi ilə yaşayır, həmin ərazidə Vahidli kənd sakinlərinin pay torpaqları yerləşir və bu torpaq sahələri sakinlərə məxsusdur. Bu ailələrin əksəriyyəti Sovet dövründə-hər iki kənd bir Sovetlikdə fəaliyyət göstərən zaman rəsmi torpaq ayrılması, sənədi əsasında həyətyanı torpaq sahələri əldə edərək evlərini tikib, artıq 50-60 ildən çoxdur ki, orada yaşayırlar.Təəcüblüsü və dəhşətlisi odur ki,ortada bu qədər dövlət tərəfindən tanınan hüquqi sənədlər,subut və fakları olan Vahidli kəndinin bir hissəsinin ərazisinin,Ağdam kəndinin inzibati əazisi kimi göstərilməsidir.Belə qanunsuz əməl vətəndaşların dövlətə olan inam sütunlarını kökündən laxladır,vətəndaşlarla dövlət arasında dərin uçurumlar yaradır və vətəndaşları dövlətdən narazı salır.
İndi bir qrup Ağdam kənd sakinləri həmin ailələri öz evlərindən qovmağa, didərgun salmağa çalışırlar. Bundan əlavə, Vahidli kənd sakinlərini onilliklər boyu əkib-becərdikləri torpaqlara buraxmaq istəmir, əraziyə gedən şəxslərə hücum edərək,bizləri təhqir və təqiblərə məruz qoyurlar.
Biz, çoxsaylı Vahidli kənd sakinləri olaraq 4(dörd) dəfə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun qəbulunda olub, Axınca çayının sol sahilinin, Vahidli kəndinin böyük bir ərazisinin (təxminən 500 hektardan çox bir ərazinin) qeyri-qanuni olaraq elektron kadastr baza məlumatlarında plan ölçülərinin naturada nə üçün dəyişdirildiyini müzakirə etdik. Eyni zamanda qəbul zamanı adı çəkilən problemlə bağlı 217(iki yüz on yeddi) nəfər sakinin rəsmi imzası ilə cənab Prezidentə, digər ali dövlət orqanlarına və eləcə də Tovuz rayon İcra Hakimiyyətinin başçısına 45(qırx beş) gündən çox bir müddətdə müraciət ünvanladığımızı və bu günə qədər heç bir əsaslandırılmış cavab almadığımızı bildirdik və bizə rəsmi cavab verilməsini tələb etdik. Lakin biz bu günə kimi Tovuz rayon İcra Hakimiyyətindən hələ də rəsmi cavab ala bilməmişik. Bu qanun pozuntusunun məsuliyyətini yəqin ki, başçı və onun heyəti dərk etmir.
Eyni zamanda bir qrup Ağdam kənd sakininin və onların himayədarlarının bu çirkin işğalçılıq əməllərini nifrətlə qarşıladığımızı, bu qanunsuz əməl bütün Vahidli kənd sakinlərinin dövlət tərəfindən tanınan sosial hüquqlarının kobud şəkildə pozulması, qürur və ləyaqətinə toxunulması kimi qəbul etdiyimizi başçının nəzərinə çatdırdıq.
Lakin Tovuz rayon İcra Hakimiyyətinin başçısı sakinlərin qaldırdığı ciddi mübahisənin mahiyyətini əsaslı şəkildə araşdırıb cavab vermək əvəzinə, əsas hədəflərdən yayınaraq yanlış və yarıtmaz cavab verdi. Daha sonra biz Vahidli kənd sakinləri olaraq bu qanunsuz əməllə (işğalçılıqla) heç vaxt barışmayacağımızı bildirdik və etiraz əlaməti olaraq iclas zalını tərk etdik.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı və onun məmur korpusu Azərbaycan Respublikası “Vətəndaşlarının Müraciətlərinə baxılması haqqında” qanunun 7.5-ci maddəsinin (müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa, kollektiv müraciət edən şəxslərdən birinə əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur) tələbini kobud şəkildə pozaraq bu günə qədər müraciətimizə cavab verməyib.
Azərbaycan Respublikasının “Vətəndaşlarının ərizə və şikayətlərinə baxılması haqqında” qanunun 16-cı maddəsinə görə, bu qanunun tələbini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar, Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Bu isə məmurların cənab Prezidenti və xalqı aldadaraq cəmiyyətin və xalqın xidmətçisi rolundan uzaqlaşaraq vətəndaşı və bütövlükdə xalqı aldadaraq, ona sayğısızlıq göstərməsinin və öz şəxsi kommersiya maraqlarına xidmət etməsinin bariz nümunəsidir.

Çox möhtərəm cənab Prezident!
Çox hörmətli Mehriban xanım!
Çox hörmətli rəhbərlər!

Bildiririk ki, bu işlərin arxasında Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz rayon İcra Hakimiyyətinin ərazi idarə etmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Fuad Rzayev (xatırladırıq ki, Fuad Rzayev, Arif Süleymanovla yaxın qohumdur), Ağdam kənd sakini, hazırda Tovuz rayon Mərkəzi Bazarının sahibi Süleymanov Arif Cavad oğlunun şəxsi biznes maraqları dayanır. Tovuz rayon mərkəzi bazarını zəbt etmiş ailə, Ağdam kənd sakinlərinin maraqlarına deyil, öz şəxsi maraqları naminə Vahidli və Ağdam kənd sakinlərini qarşıdurmaya sürükləyir. Çünki yüz illər boyu Vahidli kəndinə məxsus olmuş torpaqlarımızın zəbt edilməsi ilə heç bir halda barışmayacağıq.
Biz Vahidl kənd sakinləri olaraq bəyan edirik ki, adı çəkilən qurumların və şəxslərin əsassız və qanunsuz tələbləri bizim mülkiyyət hüquqlarımızın kobud şəkildə pozulması ilə nəticələnə bilər, bu isə kəndlə-kənd arasında qardaş qırğınına və qanlı toqquşmaların əsasını qoya bilər.
Bütün qeyd etdiklərimizi nəzərə alaraq, Sizdən iki kənd arasında mümkün qarşıdurmaların qarşısının vaxtında alınmasını, Vahidli kəndinin qanunsuz zəbt olunmuş torpaqlarına mülkiyyət hüququnun bərpa olunması üçün, bu işdə əli olan şəxslərin və onların himadarlarının ciddi cəzalandırılması haqqında zəruri tədbirlərin görülməsini xahiş edirik.
Xahişimizə diqqətlə yanaşılacağına əminliklə əvvəlcədən Sizə öz dərin təşəkkürlərimizi bildiririk.

Hörmətlə: Vahidli kənd sakinləri
aktualinfo.org
 
Ardını oxu...
Sağlam adamı 15 min manat müqabilində xidmətdən saxladılar.
7NEWS.az xəbər verir ki, bu barədə jurnalist Pərvin Abışova paylaşım edib: "Səbail Hərbi Komissarliğı Məmmədov İkramı beş ildir ki, hərbi xidmətə yararsız yazaraq xidmətdən yayınmasına rəvac verib. Sağlam adamdır, dostlarının iddiasına görə vəzifədə olan atası Elxan müəllim buna görə 15000 AZN xərcləyib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, bəlkə məsələni araşdırasınız? Kor, şikəst kasıbın çoxu xidmətə aparılır, bu sağlam oğlan niyə getməyib?"
Məsələni gündəmdə saxlayacağıq.
Ardını oxu...
Nəsimi rayonunda daha bir obyekt qanunsuz inşa edilib.

Qlobal.az-ın əldə etdiyi məlumata görə rayonun Hüseynabala Əliyev küçəsində inşa edilən 3 mərtəbəli obyekt 33 saylı Mənzil İstismar Sahəsinin rəisi Mirnazir Əliyevə məxsusdur.

Araşdırmamaız zamanı məlum oldu ki, bu obyekt Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında yoxdur.

Həmçinin, "JEK" müdirinə aid olan bu obyektin tikintisini aparılarkən sahədəki mənzillərin isidilməsi üçün nəzərdə tutulan qazanxananın - 1 saylı İstilik Sistemləri İstismar Sahəsinin 2 saylı məntəqəsinin ərazisinin bir hissəsini də obyektə qatıldığı deyilir.

Hazırda 3 mərtəbə olan zirzəmisi "Məkan" çay evi adı altında fəaliyyət göstərir.

Digər iki mərtəbə hələ ki, istismara verilməyib.

Qeyd edək ki, 33 saylı Mənzil İstismar Sahəsinin rəisi Mirnazir Əliyevin qardaşı Mirkazım Əliyev Nəsimi rayonunda 15 saylı MİS-in rəisidir.

Nəsimi rayon İcra Hakimiyyətindən məsələyə mövqe öyrənə bilmədik.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Qlobal.az
 
 
 

           

Ardını oxu...
"AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyəti cari ilin yanvar ayının 22-də sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, "AzInTelecom” MMC-nin "Müəssisə daxili tədbirlərin təşkili xidmətlərinin satın alınması" lotu üzrə yekun vurduğu satınalmada "LAGUNA GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1004604201) qalib elan edilib.

Ardını oxu...
Tenderin smetası 179.733 manat təşkil edir.

"LAGUNA GROUP" MMC 2017-ci ildə təsis edilib. Şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Əcəmi Naxçıvanı ev 27, mənzil 102 ünvanı, qanuni təmsilçisi Əsgərov Ramil Əsgər oğludur.
Ardını oxu...
Müqaviləyə görə "LAGUNA GROUP" MMC "AzInTelecom” MMC-nin bir neçə tədbirini təşkil edəəck. Bu tədbirlərin sırasında Liderlik bacarıqlarının inkişafı ilə bağlı komanda quruculuq tədbiri, Uşaqlar günü, Maraqlar klubu, Müəssisə daxili tədbir - Ramazan bayramında iftar süfrəsi, Voleybol, Bouling yarışları, Tədbirlər üçün hədiyyə kartları, Azgranata şirkətinin üzüm bağlarına ekskursiya və s. yer alır.

Qalib elan edilən "LAGUNA GROUP" MMC-nin fəaliyyət profili, lisenziyaları, maddi texniki bazası barədə açıq internet resurslarında məlumatlara rast gəlinmir.

Məlumata görə "LAGUNA GROUP" MMC nazir müavini vəzifəsində çalışan Yalçın Rəfiyevin qardaşına məxsusdur.
Ardını oxu...
Yalçın Rəfiyev

"LAGUNA GROUP" MMC-nin hüquqi ünvanında - Binəqədi rayonu, Əcəmi Naxçıvanı ev 27, mənzil 102 - də daha bir şirkət qeydiyyata alınıbdır. "My Vings” MMC (VÖEN – 1002351891) adlı bu şirkətin qanuni təmsiçisi nazir müavini Yalçın Rəfiyevin qardaşı Rəfiyev Müzadil İlqar oğludur.
Ardını oxu...
Qeyd edək ki, "AzInTelecom” MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərir.

"AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizovdur. Elxan Əzizov 2022-ci ildə bu vəzifəyə təyin edilib.

Ardını oxu...
Şirkətin fəaliyyət istiqamətləri bulud həlləri, Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan Beynəlxalq səs trafiki, Biznes həlləri, İnformasiya Təhlükəsizliyi xidmətləri, SİMA rəqəmsal həllər platforması və Mərkəzləşdirilmiş informasiya sistemlərindən ibarətdir.

Qlobal.az nazir müavinin qardaşının şirkəti ilə eyni hüquqi ünvanda olan şirkətin qalib elan edilməsi məsələsi ilə bağlı "AzInTelecom” MMC-dən möve öyrənib.

Açıqlamada deyilir:

"2024-cü il yanvarın 1-dən qüvvəyə minən "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa (budan sonra - Qanun) əsasən Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri ilə nəzərdə tutulduğu və ya dövlət təhlükəsizliyi baxımından müəyyən xarici təchizatçıların və ya müəyyən ölkələrdən (o cümlədən Azərbaycan Respublikasının diplomatik əlaqələri olmadığı ölkələrdən) olan xarici təchizatçıların satınalmada iştirak etməsinə məhdudiyyətlər qoyulduğu hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident təchizatçı Azərbaycan Respublikasında keçirilən satınalmalarda iştirak edə bilər. Qanuna uyğun olaraq təchizatçıların uyğunluq göstəriciləri təchizatçılara dair ümumi və xüsusi tələblərdən ibarətdir. Təchizatçıların uyğunluq göstəricilərinə dair tələblər şərtlər toplusunda ətraflı izah olunur və bütün təchizatçılara eyni dərəcədə şamil edilir. Həmçinin, Qanunun 8-ci maddəsinə əsasən satınalan təşkilat qanunvericilikdə öz əksini tapmış istisna hallarını nəzərə almaqla (məhkəmənin, nəzarət orqanının, Azərbaycan Respublikasının Hesablama Palatasının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qanunla müəyyən edilmiş hüquq və vəzifələrinin icrası ilə bağlı məlumatların açıqlanması halları), təchizatçıların kommersiya sirri təşkil edən və ya qanunla qorunan digər məlumatlarını açıqlamır və onları məxfi (konfidensial) saxlayır. Əlavə olaraq qeyd etmək istərdik ki, Qanunun 14-cü maddəsinə əsasən satınalan təşkilatlardan və təchizatçılardan keçirilən satınalma proseduru ilə əlaqəli sənədləri (məlumatları) tələb etmək və təkliflərin yenidən qiymətləndirilməsi və ya satınalmanın ləğv edilməsi barədə qərar qəbul etmək səlahiyyətlərini satınalma sahəsində dövlət nəzarətini nəzarət orqanı həyata keçirir".

Cahandar Laçınlı

Qlobal.az
 
Ardını oxu...
Elm və Təhsil Nazirliyinin daha bir təhsillə əlaqəsi olmayan kadrosunun təhsil sahəsində tətbiq etdiyi yeniliklərin möhtəşəm yekunları…
UNEC nəzdində Sosial-İqtisadi Kollecində qış imtahan sessiyasında 1414 tələbəmiz iştırak edibdir. Ortada 800-dən çox kəsir, 64 imtahana buraxılmayan binəva tələbə, yaranmış vəziyyəti görüb oxumaqdan imtina edən əlavə 40 tələbə və cəmi-cümlətani 12 əlaçı ilə yekunlaşan imathan prosesi. Bu nəticədirmi yoxa məqsəd?
Kollecdə belə nəticə son 10 ildə olmamışdır. Bu il kəsilən tələbələrin sayı ötən ilin qış imatahan sessiyasında kəsirlərin sayı iki dəfədən də çoxdur. Kollecdə tək köklü dəyişiklik isə yeni təyin olunan direktor məsələsidir ki,öz qayda-qanunu ilə belə nəticə ortaya qoyubdur. Bu məsələni cəmiyyətlə bölüşməkdə ciddi faydanı onda görürəm ki, təhsil millətə bağlı məsələdir və bu sturukturda təsadüfi proses ola bilməz. Baş verənlər ümimi təhsil siyasətinin bir parçasıdır, bir hissəsidir, lakin bizlərə yaxşıheç nə verə bilməz.
Əvvala yuxarda sadaladığım faktların nədən qaynaqlandığına nəzər yetirək!
Nə məsələdir?
Sizcə bu qədər kəsirlərin səbəbi nədir? Bəlkə bütüvlükdə təshil sistemində müşahidə edilən, lakin adını hələ heç kimin dəqiq qoya bilmədiyi hansısa bir prosesin elementləridir? O prosesin ki, xeyli sayda məktəblər bağlanır, mümkün qədər müəllim və digər pedaqoji personal ixtisara salınır, büdcəyə əlavə yollarla vəsaitlər cəmlənir, həm də bu prosesi təhsil sahəsinə aid olmayan Azərsun, Azqranat, Azərçay, dost, yüksəliş kimi kadroların əli ilə həyata keçirir?
Yəqin xatırlayırsınız, Rəis Rəcəb Tayyib Ərdoğan maraqlı bir müraciət formasından istifadə edirdi. Rəqiblərinə, rəqiblərindən xalqa səsləniş edəndə “Eyyy CHP, Eyyy Kılıcdaroğlu” və.s formasında səslənir, ardınca sözlərini, fikirlərini çatdırardı. Ölkəmizdə elə əndrabadi hadisələr baş verir ki hətta cənab Ərdoğanın nədən belə heybətli hayqırışını,başqa yol tapa bilmədiyini anlayırsan. Adi müraciət formasında inanmırsan ki, kimsə bu vurhavurda kiminsənin dərdini anlaya, kitabını oxuya. Odur ki nəhayət sizə səslənirəm:
Eyyy cənab Bakanımız Emin Əmirullayev!
Bu, Bakı şəhərində Bakıxanov qəsəbəsində olan UNEC nəzdində Sosial-İqtisadi Kollecinə kadro təyin edəndə əcəba niyə baxmadınız ki, bu adam bircə gün də olsa dərs deyibmi?,
müəllim işləyibmi?,
müəllimlərin, millətin balalarının yaşayış vəziyyətini anlaya biləcəkmi? Təhsil müəsissəsini, azərsunun “kadrolar idarəsi” ilə qarışdırmayacaq ki?
Cavan, laçın bir oğlanı Sosial-İqtisadi kollecə direktor təyin etmisiniz. Bu arada adı da Şəhriyar Laçınovdu. İnsafən heç kim deyə bilməz ki, imtahan prosesində kimsədən nəsə alınıb və.s. Amma, kollecə gələndən gününü əsasən Azərsundan əxz etdiyi, özünün də qeyd etdiyi kimi “nümunəvi iş təcrübəsi” ni müəllim və əməkdaşlardan birindən digərinə qarşı “xidməti izahat” almaqla keçirir. Kollec olub sözün əsl mənasında az qala “dövləti cinayətlər üzrə istintaq idarəsi”. Hamının başı qarışıb intizam komissiyasının iclaslarna “xidməti müəlumat”lar, izahatlar və sair yazmağa.
Direktor təyin olunandan cəmi 8-9 ay keçib. Baxmayaraq onun da 3 aya yaxını yay tətilinə, 1 ayı da cop -29 düşüb, lakin, maşallah da yenilikləri olubdur ki, bu yeniliklərlə sizi tanış edim.
1. Kollecdə dərslər Azərbaycan Himni ilə başlardı. Daha başlamır. Təzə direktor icazə verməyibdir, Azərbaycan Himnin kollecdə səsini qəti olaraq kəsiblər.
2. Kollecdə bu günlərdə keçirilən Pedaqoji şuranın iclasında səslənən məlumatlara görə imtahana 1414 nəfər qatılıb ki, onlardan da kəsilən tələbələrin sayı barədə hesabat verənin çox tələsik və sürətli oxuması ucbatından bir sıra faktları qeyd etmək mümkün olmadı.Məncə həm də məlumatlar qeyri səhih idi. Amma həm də məlum oldu ki, kəsirlərin sayı 800 dən xeyli çoxdur. 60 nəfər də imtahana buraxılmayıbdır, 40 nəfər tələbə isə sosial vəziyyətlərinin ağırlığından, təhsil xərclərini ödəyə bilməməsi səbəbindən (1000 manat) və kollecdə kəsilmək etimallarının yüksək olduğundan oxumağın daşını atıb və sənədlərini kollecdən geri alıbdır. Yəni 900 - dən çox kəsir yaranıb və ya kəsilib, ya da bu və digər səbəblərdən təhsildən kənarda qalıblar. 1414 nəfərdən isə cəmi 12 tələbə əlaçı olub. Bu 12 nəfər tələbədən də bir neçəsi yəqin ki qiyabi tələbələrin payına düşür. 181 tələbəmiz isə A.B.C qiymətlər alıb. Oda bildirildi ki, kollecdə son illərdə heç vaxt bu qədər tələbə kəsilməyibdir. Ötən illə müqayisədə iki dəfədən çox kəsir olubdur. Nəticədə ümidini təqaüd almağa bağlayan tələbələrin nakam ümidləri də puç oldu. Təzə direktorumuz bu məsələni də beləhəll etdi. Ümumiyyətlə Kollecdə müəllimlərin maaşı kimi tələbələrin təqaüdü də çox aşağıdır, müəllimin maaşı 463, tələbənin təqaüdü isə 70 manatdır. Bu məsələyə növbəti yazılarımda qayıdacağımdan başqa daha əlaqəli məsələlərə toxunmaq istəyirəm.
3. Bir daha sualımı təkrarlıyaraq soruşmaq istəyirəm, tələbələrin bu qədər çox kəsilməsinin səbəbi nədir?
Bəlkə tələbələr elə kollecə qəbul olandan savadsız idilər?
Bəlkə Kollecə qəbul olandan sonra oxumadılar?
Ola bilərmi ki, müəllimlər dərs keçməsinlər?
Yoxsa bilmədiyimiz daha mübhəm səbəblər var?
Qeyd edim ki, bizim millətimiz savadsız deyildir, əksinə zəkidir, çalışqandır, onlara ürəklə, həvəslə oxumaq nə üçün həyati əhəmiyyətlidir məsələsini anlatsaq, izah etsək tələbələrin mütləq əksəriyyəti oxuyacaqdır və ciddi nəticələr ortaya qoyacaqdır.
Məni tanıyan xeyli dost-tanışlar bilir ki, Bakı Dövlət Universitetinə qəbul olandan sonra ailəmizin 10 nəfərdən çox üzvü Universitetin tarix, hüquq fakultələrinə qəbul oldular. Onları mən hazırladım. Bu gün də hər biri çox nümunəvi müəllim və ya mütəxəsis kimi çalışırlar. Kollecdə olan tələbələrimin içərisindən də öz evimdə təmənnasız olaraq hazırladığım tələbələr ciddi uğurlar əldə etdilər, kollecin verdiyi balla deyil, köhnə illərin məzunu kimi imtahan verib BDU-nun hüquq, tarix fakultələrinə qəbul olublar. Millətimizin övladlarında savadla bağlı heç bir problemi yoxdur.
Problem isə başqa məsələlərdədir ki, əslində sizinlə, adiyyatı qurumların səlahiyyətli şəxsləri ilə bu məsələləri bölüşmək istəyirəm. Nümunə üçün bildirim ki, bu il Azərbaycan tarixi üzrə dərs dediyim qiyabi şöbənin 2304 qrupunda imtahan verən tələbələrimin biri də kəsilməyibdir. Niyəsini təkrar bildirirəm ki, sonrakı yazılarımda mütləq aydınlıq gətirəcəyəm.
Zənnimcə Azərbaycan təhsilində yaşanan bu tipli problemlər olduqca ciddi amillərdən qaynaqlanır və onun əsas səbəvləri aşağdakılardır.
1. Ardı var
Qelender Muxtarli
TEREF
 
Ardını oxu...
Xəbər verildiyi kimi, “Qafqazinfo” fevralın 10-da Rusiyanın Azərbaycandakı şəbəkəsinin ifşa olunması və ifşa olunanlar arasında Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov, Eldar Mahmudovun çəkilməsi böyük maraq doğurub.

Yenixeber.org: Xatırladaq ki, bu xəbərdən bir neçə gün ötməmiş sözügedən sayt Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Bakının Üzeyir Hacıbəyli küçəsində yerləşən ofisdən çıxarılmasından dıqdan sonra mərhum gənclər və idman naziri Azad Rəhimovun qaynı olan iş adamı Elçin Həsənovun əl-ayağa düşərək “Russkiy dom” üçün yeni ofis axtarışına çıxdığını iddia edib.

Bu isə Rəhimovun qohumlarınını diqqət mərkəzinə gətirib.

Maraqlıdır, bu iddialar Azad Rəhimovun qudası, oğlu Arif Rəhimovun qudası olan Gəncənin icra başçısı Niyazi Bayramovu narahat edirmi? Bu, ağır ittiham onun karyerasını bitirə bilərmi?

Mia.az bu suala Gəncə İcra Hakimiyyətindən cavab ala bilməyib.

Azad Rəhimovun oğlu Arif Rəhimovun isə ölkədə olmadığı haqda xəbərlər var.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir.

Xatırladaq ki, Niyazi Bayarmov 2018-ci ilin 28 avqust tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. O, buna qədər Mingəçevridə icra başçısı işləyib. Və elə həmin illərdə icra başçısı Niyazi Bayramov gənclər və idman naziri Azad Rəhimovla quda olub. Onun qızı Cahan Bayarmova Azad Rəhimovun oğlu Arif Rəhimovla nigaha girib.

İddia var ki, cütlük o vaxtdan İngiltərədə yaşasa da, Bkaı və digər Avropa ölkələrində də böyük daşınmaz əmlaklara sahibdirlər. Sözsüz ki, burada atalarının müstəsna "xidmətləri" var.

Bayramov-Rəhimov ailələrinin kifayət qədər böyük biznesləriin olmasıda sirr deyil.

Mövzuya qayıdacağıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
mia.az
 
 
 

Dünyapress TV

Xəbər lenti