
Elm və Təhsil Nazirliyinin daha bir təhsillə əlaqəsi olmayan kadrosunun təhsil sahəsində tətbiq etdiyi yeniliklərin möhtəşəm yekunları…
UNEC nəzdində Sosial-İqtisadi Kollecində qış imtahan sessiyasında 1414 tələbəmiz iştırak edibdir. Ortada 800-dən çox kəsir, 64 imtahana buraxılmayan binəva tələbə, yaranmış vəziyyəti görüb oxumaqdan imtina edən əlavə 40 tələbə və cəmi-cümlətani 12 əlaçı ilə yekunlaşan imathan prosesi. Bu nəticədirmi yoxa məqsəd?
Kollecdə belə nəticə son 10 ildə olmamışdır. Bu il kəsilən tələbələrin sayı ötən ilin qış imatahan sessiyasında kəsirlərin sayı iki dəfədən də çoxdur. Kollecdə tək köklü dəyişiklik isə yeni təyin olunan direktor məsələsidir ki,öz qayda-qanunu ilə belə nəticə ortaya qoyubdur. Bu məsələni cəmiyyətlə bölüşməkdə ciddi faydanı onda görürəm ki, təhsil millətə bağlı məsələdir və bu sturukturda təsadüfi proses ola bilməz. Baş verənlər ümimi təhsil siyasətinin bir parçasıdır, bir hissəsidir, lakin bizlərə yaxşıheç nə verə bilməz.
Əvvala yuxarda sadaladığım faktların nədən qaynaqlandığına nəzər yetirək!
Nə məsələdir?
Sizcə bu qədər kəsirlərin səbəbi nədir? Bəlkə bütüvlükdə təshil sistemində müşahidə edilən, lakin adını hələ heç kimin dəqiq qoya bilmədiyi hansısa bir prosesin elementləridir? O prosesin ki, xeyli sayda məktəblər bağlanır, mümkün qədər müəllim və digər pedaqoji personal ixtisara salınır, büdcəyə əlavə yollarla vəsaitlər cəmlənir, həm də bu prosesi təhsil sahəsinə aid olmayan Azərsun, Azqranat, Azərçay, dost, yüksəliş kimi kadroların əli ilə həyata keçirir?
Yəqin xatırlayırsınız, Rəis Rəcəb Tayyib Ərdoğan maraqlı bir müraciət formasından istifadə edirdi. Rəqiblərinə, rəqiblərindən xalqa səsləniş edəndə “Eyyy CHP, Eyyy Kılıcdaroğlu” və.s formasında səslənir, ardınca sözlərini, fikirlərini çatdırardı. Ölkəmizdə elə əndrabadi hadisələr baş verir ki hətta cənab Ərdoğanın nədən belə heybətli hayqırışını,başqa yol tapa bilmədiyini anlayırsan. Adi müraciət formasında inanmırsan ki, kimsə bu vurhavurda kiminsənin dərdini anlaya, kitabını oxuya. Odur ki nəhayət sizə səslənirəm:
Eyyy cənab Bakanımız Emin Əmirullayev!
Bu, Bakı şəhərində Bakıxanov qəsəbəsində olan UNEC nəzdində Sosial-İqtisadi Kollecinə kadro təyin edəndə əcəba niyə baxmadınız ki, bu adam bircə gün də olsa dərs deyibmi?,
müəllim işləyibmi?,
müəllimlərin, millətin balalarının yaşayış vəziyyətini anlaya biləcəkmi? Təhsil müəsissəsini, azərsunun “kadrolar idarəsi” ilə qarışdırmayacaq ki?
Cavan, laçın bir oğlanı Sosial-İqtisadi kollecə direktor təyin etmisiniz. Bu arada adı da Şəhriyar Laçınovdu. İnsafən heç kim deyə bilməz ki, imtahan prosesində kimsədən nəsə alınıb və.s. Amma, kollecə gələndən gününü əsasən Azərsundan əxz etdiyi, özünün də qeyd etdiyi kimi “nümunəvi iş təcrübəsi” ni müəllim və əməkdaşlardan birindən digərinə qarşı “xidməti izahat” almaqla keçirir. Kollec olub sözün əsl mənasında az qala “dövləti cinayətlər üzrə istintaq idarəsi”. Hamının başı qarışıb intizam komissiyasının iclaslarna “xidməti müəlumat”lar, izahatlar və sair yazmağa.
Direktor təyin olunandan cəmi 8-9 ay keçib. Baxmayaraq onun da 3 aya yaxını yay tətilinə, 1 ayı da cop -29 düşüb, lakin, maşallah da yenilikləri olubdur ki, bu yeniliklərlə sizi tanış edim.
1. Kollecdə dərslər Azərbaycan Himni ilə başlardı. Daha başlamır. Təzə direktor icazə verməyibdir, Azərbaycan Himnin kollecdə səsini qəti olaraq kəsiblər.
2. Kollecdə bu günlərdə keçirilən Pedaqoji şuranın iclasında səslənən məlumatlara görə imtahana 1414 nəfər qatılıb ki, onlardan da kəsilən tələbələrin sayı barədə hesabat verənin çox tələsik və sürətli oxuması ucbatından bir sıra faktları qeyd etmək mümkün olmadı.Məncə həm də məlumatlar qeyri səhih idi. Amma həm də məlum oldu ki, kəsirlərin sayı 800 dən xeyli çoxdur. 60 nəfər də imtahana buraxılmayıbdır, 40 nəfər tələbə isə sosial vəziyyətlərinin ağırlığından, təhsil xərclərini ödəyə bilməməsi səbəbindən (1000 manat) və kollecdə kəsilmək etimallarının yüksək olduğundan oxumağın daşını atıb və sənədlərini kollecdən geri alıbdır. Yəni 900 - dən çox kəsir yaranıb və ya kəsilib, ya da bu və digər səbəblərdən təhsildən kənarda qalıblar. 1414 nəfərdən isə cəmi 12 tələbə əlaçı olub. Bu 12 nəfər tələbədən də bir neçəsi yəqin ki qiyabi tələbələrin payına düşür. 181 tələbəmiz isə A.B.C qiymətlər alıb. Oda bildirildi ki, kollecdə son illərdə heç vaxt bu qədər tələbə kəsilməyibdir. Ötən illə müqayisədə iki dəfədən çox kəsir olubdur. Nəticədə ümidini təqaüd almağa bağlayan tələbələrin nakam ümidləri də puç oldu. Təzə direktorumuz bu məsələni də beləhəll etdi. Ümumiyyətlə Kollecdə müəllimlərin maaşı kimi tələbələrin təqaüdü də çox aşağıdır, müəllimin maaşı 463, tələbənin təqaüdü isə 70 manatdır. Bu məsələyə növbəti yazılarımda qayıdacağımdan başqa daha əlaqəli məsələlərə toxunmaq istəyirəm.
3. Bir daha sualımı təkrarlıyaraq soruşmaq istəyirəm, tələbələrin bu qədər çox kəsilməsinin səbəbi nədir?
Bəlkə tələbələr elə kollecə qəbul olandan savadsız idilər?
Bəlkə Kollecə qəbul olandan sonra oxumadılar?
Ola bilərmi ki, müəllimlər dərs keçməsinlər?
Yoxsa bilmədiyimiz daha mübhəm səbəblər var?
Qeyd edim ki, bizim millətimiz savadsız deyildir, əksinə zəkidir, çalışqandır, onlara ürəklə, həvəslə oxumaq nə üçün həyati əhəmiyyətlidir məsələsini anlatsaq, izah etsək tələbələrin mütləq əksəriyyəti oxuyacaqdır və ciddi nəticələr ortaya qoyacaqdır.
Məni tanıyan xeyli dost-tanışlar bilir ki, Bakı Dövlət Universitetinə qəbul olandan sonra ailəmizin 10 nəfərdən çox üzvü Universitetin tarix, hüquq fakultələrinə qəbul oldular. Onları mən hazırladım. Bu gün də hər biri çox nümunəvi müəllim və ya mütəxəsis kimi çalışırlar. Kollecdə olan tələbələrimin içərisindən də öz evimdə təmənnasız olaraq hazırladığım tələbələr ciddi uğurlar əldə etdilər, kollecin verdiyi balla deyil, köhnə illərin məzunu kimi imtahan verib BDU-nun hüquq, tarix fakultələrinə qəbul olublar. Millətimizin övladlarında savadla bağlı heç bir problemi yoxdur.
Problem isə başqa məsələlərdədir ki, əslində sizinlə, adiyyatı qurumların səlahiyyətli şəxsləri ilə bu məsələləri bölüşmək istəyirəm. Nümunə üçün bildirim ki, bu il Azərbaycan tarixi üzrə dərs dediyim qiyabi şöbənin 2304 qrupunda imtahan verən tələbələrimin biri də kəsilməyibdir. Niyəsini təkrar bildirirəm ki, sonrakı yazılarımda mütləq aydınlıq gətirəcəyəm.
Zənnimcə Azərbaycan təhsilində yaşanan bu tipli problemlər olduqca ciddi amillərdən qaynaqlanır və onun əsas səbəvləri aşağdakılardır.
1. Ardı var
Qelender Muxtarli
TEREF