İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"

Şəmkir Rayon İcra Hakimiyyəti 382 hektar qış otlaq sahəsini mal-qarası olmayan şəxsə icarəyə verib.

"DogruXeber.az" bildirir ki, bu barədə Qaynarinfo-ya Şəmkirdə fermer təsərrüfatı ilə məşğul olan Rasim Bayramovun nümayəndəsi Ədalət Müseyibov bildirib.

Onun sözlərinə görə, Rasim Bayramovla otlaq sahəsinin icarəyə verildiyi Suliddin Abdullayev adlı şəxs arasında borc mübahisəsi yaşanır. Mübahisənin kökündə sözügedən otlaq sahəsi ilə bağlı alqı-satqı dayanır:

"Suliddin Abdullayev həmin sahəni Rasim Bayramova satıb. Lakin sonradan məlum olub ki, bu məsələdə qanunsuzluq var. Ona görə də Rasim Bayramov pulunu geri istəyib. Təsəvvür edin, 382 hektar örüş sahəsi mal-qarası olmayan bir şəxsə icarəyə verilib. Özü də saxta yolla.
Əraizinin Suliddin Abdullayevə icarəyə verilməsini rəsmiləşdirmək üçün Eynullayev Hafiz Rüstəm oğlunun barəsində tərtib olunmuş AKT-dan istifadə olunub (yəni həmin AKT-ın Suliddin Abdullayevə ümumiyyətlə heç bir aidiyyatı yoxdur). Həmin AKT kiril əlifbası ilə tərib edilib və yalnız AKT-n sonuncu abzasından əvvələ zorla latın qrafikalı əlifba ilə "Abdullayev Suliddinə satılsın”, imza hissəsində də "A.Suliddin” sözləri yazılıb".

Ədalət Müseyibov əlavə edib ki, Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, birqayda olaraq, 10 ildən 15 ilədək verilə bilər:

"Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. Yenə həmin Məcəllənin 5-ci maddəsinə əsasən qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı olaraq, hər hektara 1-4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar nəzərdə tutulur. Göründüyü kimi qış-otlaq sahəsi mütləq heyvandarlıqla məşğul olan şəxslərə verilir. 382 hektar örüş sahəsi də Suliddin Abdullayevə verildiyi üçün onun yuxarıda qeyd olunan Məcləllənin tələbinə əsasən ən azı 1380 başdan yuxarı xırda buynuzlu heyvanı olmalıdır".

Onun sözlərinə görə, Şəmkir rayon Satatistika İdarəsinin 11 iyun 2024-cü il tarixli məktubunda Suliddin Abdullayevin 1136 baş xırda buynuzlu heyvanı ollduğu qeyd olunub. Şəmkir rayon Qılıncbəyli kənd İcra Nümayədəliyinin arayışında isə Suliddin Abdullayevin cəmi 3 baş iribuynuzlu heyvanı olduğu yzılıb.

"Göründüyü kimi Suliddin Abdullayevin əslində 3 baş iribuynuzlu heyvanı var. Bu halda ona 382 hektar örüş sahəsinin icarəyə verilməsi mümkün deyil. Həmin ərazini ona vermək üçün rəsmi sənədlərə yalan məlumatlar daxil edilib. Guya ki, Suliddin Abdullayevin 1136 baş xırdabuynuzlu heyvanı var. Çoxsaylı şikayətlərimizdən sonra Şəmkir rayon Statistika İdarəsi bizə 13 yanvar 2025-ci il tarixli rəsmi məktub göndərib. Həmin məktubda heyvanların sayı barədə Suliddin Abdullayev tərəfindən onlayn məlumat verildiyi və hazırda onun heyvanları satması qeyd olunub. Qeyd edim ki, Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeyd hissəsinə əsasən, Suliddin Abdullayev vəzifəli şəxs sayılır (çünki o sahibkardır və heyvanların sayı barədə məlumatları da sahibkar kimi hesabat verib)".

Ədalət Müseyibov deyir ki, Suliddin Abdullayevin əslində heyvanı olmaması barədə Şəmkir Rayon İcra Hakimiyyətinə dəfələrlə məlumat verilib.
İcra Hakimiyyəti isə Rasim Bayramova ünvanladığı məktubda qeyd edib ki, Suliddin Abdullayevin sözügedən torpağın başqasına icarəyə verməsi məsələsi araşdırılır. Əlavə edilib ki, bundan sonra məhkəməyə müraciət ediləcək:

"Təsəvvür edin, biz dəfələrlə icra hakimiyyətinə müraciət etmişik, qanunsuzluq barədə məlumat vermişik. Amma bunlar işin guya araşdırıldığını deyir. Hər şey ortadadı, burada hansı araşdırmadan gedir?!".

Ədalət Müseyibov qeyd edib ki, məsələ ilə əlaqədar yuxarı instansiyalara da müraciət etmək niyyətindədir.

Qaynarinfo məsələ ilə əlaqədar Şəmkir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan əməkdaşımızı hüquq şöbəsi ilə əlaqə saxlamağı tövsiyyə ediblər. Lakin hüquq şöbəsindən əznglərimizə cavab verən olmayıb.

Yazıda adı keçən Suliddin Abdullayevlə də əlaqə saxlamaq mümkün olmayıb.

İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"

İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"

İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...
17 Aprel 2025 BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ – Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video
17 Aprel 2025 Burda təkcə TƏHSİL ZAY DEYİL... - NARAZILIQ VAR...
17 Aprel 2025 “DEDİ Kİ, İSTƏYİRSƏN PREZİDENTƏ YOX, LAP SƏDDAM HÜSEYNƏ ŞİKAYƏT ET...” – Nazir Rəşad Nəbiyev tapşırıq verdi, işçiləri əməl etmədi
17 Aprel 2025  “Azərlotereya”nın baş sponsor oyunbazlığı - Bəs nooldu “Misli” Premyer Liqanın baş sponsoru idi?
17 Aprel 2025 Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI
17 Aprel 2025 İş yeri satılan xadimədən direktora RÜŞVƏT İTTİHAMI - Əmrullayevin də xəbəri var...
17 Aprel 2025 Lökbatan qəsəbəsindəki "VİP LOMBARD" vətəndaşa fırıldaq gəlib - ŞOK FAKTLAR (VİDEO)

Dünyapress TV

Xəbər lenti