Ardını oxu...
TEREF yazır ki, poçtumuza bir xanımdan şikayət daxil olub . Şikayətçi Rzayeva Gülnarə xanımdır. Şikayətin çox ilginc olduğunu nəzərə alaraq məktubun nöqtə vergülünə toxunmadan oxuculara təqdim edirik:.Gülnarə xanım şikayətində yazır:
"Dediyimki kimi Nərimanov icra hakimiyyətinin keçmiş birinci müavini bax belə mənim həyatımnan oynayıb indidə eşyalarımı geri qaytarmir. Köməkçisi Ağamir mənə mesaj yazibe sumkani hara göndərək, esyalarini indidə göndərir. Sizdən çox xahiş edirəm mənə kömək edin.
Şahmar İbadovun nömrəsi 050 211.. ... Sizdən kömək istəyirəm. Danışın deyin eşyalarımı qaytarsın. Mən Türkiyədəyem və hal hazırda qalmışam belə. Bilmirəm nə edim, çox xahiş edirəm mənə kömək edin."
Daha sonra Gülnarə xanım bəzi detallara vararaq yazır ki, o xəstə anası ilə Şahmar İbadovun himayəsində H. Əliyev pros 101 mən 74-də 3 il yaşayıb. Mənzil binanın 11-ci mərtəbəsində yerləşib.
TEREF olaraq Şahmar İbadovla əlaqə saxladıq. Xanımın iddiaları ilə onu tanış etdik. Şahmar İbadov elə bir adamı tanımadığını dedi.
Gülnarə Rzayevanın şikayətinin səs qaydlarıda əlimizdə var. Onuda bloqumuzda yerləşdirəcəyikk.
Araşdırmamız davam edir.
Ardı var
 
Ardını oxu...
Bir neçə gün bundan öncə Tribunainfo.az olaraq “Aztelekom” MMC ilə apardığımız araşdırma barədə geniş məlumat vermişdik. Həmin məlumatlarda qeyd olunurdu ki, 2024-cü ildə 24 tender keçirən sözügedən qurum ümumilikdə 8 milyon 849 min 90 manatlıq satınalma müqaviləsi imzalayıb.
Araşdırma zamanı o da bəlli olmuşdu ki, “AzTeleKom” MMC bu vəsaitlərin 4 milyon 488 min 652 manatını təkcə bir şirkətlə alqı-satqıya xərcləyib. Orada söhbət “MOTOR CLINIC” MMC ilə il ərzində bağlanmış iki müqavilədən gedirdi.
Dünən isə məlum olub ki, “AzTeleKom” MMC-nin keçirdiyi tenderlərlə bağlı bəzi məhdudiyyətlər tətbiq olunub. Belə ki, Tural Pirverdiyevin rəhbərlik etdiyi qurum “Əlavə mütəxəssislərin işə cəlb olunması” layihəsini həyata keçirmək istəyini reallaşdıra bilməyib. 21 milyon 770 min 655 manat olan bu müsabiqənin ləğvinin səbəbi iştirakçı sayının az olması göstərilib. Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti MMC-nin müsabiqə zamanı “Dövlət satınalmalar haqqında” qanunun bəzi maddələrini pozduğunu aşkarlayıb.
Lakin ayrı-ayrı mənbələrdən gələn xəbərlərdə məsələnin təkcə bununla bağlı olmadığı da deyilir. İddia olunur ki, qurumun rəhbəri Tural Pirverdiyevin bəzi tender işlərinə qismən qadağalar tətbiq olunub. Bu qadağaların konkret olaraq hansı qüsura görə, tətbiq edildiyi isə hələlik məlum deyil.
Bundan başqa, Tural Pirverdiyev həmçinin paralel olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin balansında olan “Azintelecom”un əsas əshmdarı olduğu “Azercell”in də idarəçiliyini həyatra keçirir. Məhz bu səbəbdən də onun “AzTeleKom”a az vaxt ayırdığı, əsasən “Azercell”də olduğu bildirilir. Bu səbəbdən də sözügedən dövlət qurumunda bəzən anlaşılmaz, bəzən isə məqsədyönlü problemlər meydana çıxır. Hətta iddialar var ki, MMC daxilində rəhbərlik uğrunda mübarizə aparan bir neçə qruplaşma belə var. Lakin bunun nə dərəcədə doğur olduğunu hələlik dəqiqləşdirə bilməmişik.
 
 

 


Ardını oxu...
Vilayət Vəliyev qadınlara qarşı xüsusi tərbiyəsizliyi ilə tanınır. Bir xanıma deyib ki, səni “iti qovan kimi qovacağam unversitetdən”. Qızı da unversitetdə təkbaşına 3 vəzifə aparır…

Bu iddialar Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevin fəaliyyəti ilə bağlı redaksiyamıza daxil olmuş növbəti yazıda yer alır. Təəssüf ki, səslənən iddialarla bağlı bu təhsil ocağından cavab almaq mümükünsüz olub(?)

Aktuallığını nəzərə alıb, müəyyən düzəliş və ixtisarla yazını dərc edirik:

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev dələduzluq, moşenniklik və müxtəlif şirnikləndirici vədlərlə Unversitetə çağırıb gətirdiyi ziyalılara kiçik işlərdən başlamaqla unversitetin çatışmazlıqlarını düzəltməyi tapşırır və bildirir ki, nə xərc çəkəcəksən qaytarılacaq. İşlər yerinə yetirildikcə, azğınlaşır, daha böyük xərcli işlər tapşırılır. Sonrada, “işlərin öhdəsindən gələ bilmirsən” deyilərək, ziyalılara nə pulu qaytarır, onları həm də işdən azad edir. Əməkdaşların vəsaitlərini mənimsədiyinə görə onlarda “Atam mənə kor deyib, hər gələni vur deyib” məsəlini dəyişib “Mən rektoram oğruyam, Mən həmişə doğruyam” kimi səsləndirirlər. İnsanların “işə” cəlb olunmasında isə hətta prorektorlar, “seçilmiş” dekan və kafedra müdirləri iştirak edirlər. Tam bir qapalı “moşenniklik” sxemi qurulmuşdur. Təzyiq vasitəsi kimi, müxtəlif “oyunlar“ qurur və bu çirkin oyunlara Unversitetdəki öz adamlarını cəlb edir. Odur ki, Unversitetdə təhsil, elm qalıb bir yanda, “oyunbazlıqla” məşğuldur.

İşdən çıxarma yöntəmlərini də “təkmilləşdirir”. Əvvəlcə guya yaxşı işləyirsən deyə bir başqa iş adıyla digər işə keçirir, sonra qısa müddətə bağlanmış müqavilənin müddətini uzatmır (Bu üsul o qədər “effekt” verib ki, indidə tədris köməkçi heyətə tətbiq edir). Beləliklə aldadılmış onlarla ziyalını çöldə qoymuşdur. Bu fırıldaqlar baş tutmayanda, vəzifəni guya vakant kimi müsabiqəyə çıxarır və sonra da çirkin oyunlarla, yüz xahişlə unversitetə gətirdiyi, vəsaitlərini mənimsədiyi ziyalını müxtəlif yollarla çöldə qoyur. Türklərin dedikləri kimi onun “mənfur bizans oyunları” bitmir ki, bitmir. Aldatdığı ziyalıları işdən uzaqlaşdırmaq üçün hər dəfə bir “komissiya” yaradır. Harda unversitetdə adı mənfi işlərdə hallananlar var, yığır “komissiyaya”. Unversitetdə tam bir əks fazaya doğru irəliləyiş gedir, vaxtilə düşdüyü bataqlığa doğru yenidən sürüklənir.

Elə kafedralar var ki, 10-a qədər 1,5 ştat müəllim var, bəzilərinə isə heç birinidə icazə vermir. Soruşanda da şər, böhtanla qabaqdan gəlmişlik edib özünü borclu çıxarır.

Qadınlara qarşı xüsusi tərbiyəsizliyi ilə tanınır. Bir xanıma deyib ki, səni “iti qovan kimi qovacağam unversitetdən”. Xanım da tərbiyəsinə sığınıb ərizəsini yazıb. Axı bu kəlmə xalqımızın dilində ermənilərə qarşı brendə çevrilmişdi. Vilayət Vəliyev isə xalqın məsul nümayəndəsinə, özü də bir azərbaycanlı xanıma qarşı o ifadəni işlədir. Vilayət Vəliyevin qızı da unversitetdə təkbaşına 3 vəzifə aparır, ona qarşı bu ifadəni işlətsələr hansı hissləri keçirər? Çıxışlarında utanmadan bildirir ki, işdən uzaqlaşdırdığı insanlar bir daha yaxşı iş tapa bilmir. Ona deyən lazımdı, əlbəttə tapa bilməyəcəklər, çirkin oyunlarınla insanları işindən-gücündən edib, unversitetə gətirirsən, sonra da min oyunla yola salırsan. Bu oyunlarına elə don geyindirir ki, həmişə vəziyyətdən çıxmağı bacarır.

Onun çirkin oyunları son vaxtlar mətbuatda işıqlandırıldıqdan sonra faktlardan ancaq birinə reaksiya verdi . Guya AzTU-dan qovulanların siyahısında qeyri dəqiqlik vardır. Böyük ehtimalla sonradan hansısa düzəlişlər edilib, necə ki, eyni məsələ üçün gündə bir “komissiya” yaradır. Bir də o faktlardan ancaq birinin doğru olmadığını bildirdi, onda belə çıxır ki, qalan faktlar düzdür.

Bütün işləri kompleksləşdirmişdir və Unversitetə götürdüyü kadrların təhsildən xəbəri yoxdur. Onları zorla pedaqoq eləməyə çalışır, hansı ki, o adamlar adi sillabus hazırlaya bilmir, bir saat auditoriya təcrübələri yoxdur.

Vilayət Vəliyev AzTU-ya özünə kimdənsə qalmış mirası kimi baxır və bəzi yandaşlarıda bunu dönə-dönə xatırladır. Yaxşı elə idisə nə üçün ermənilərə qarşı bütün Vətən oğulları Ali Baş Komandanın başçılığı altında vuruşanda Vilayət Vəliyev öz oğlunu gizlətdi. Bunlar ermənilər üzərində vətən oğullarının qazandığı qələbənin qürur hissini nə onda yaşaya bildi, nə də indi. Bunların vətən müharibəsi iştirakçılarına və onların yaxınlarına qarşı xain münasibətinin əsl səbəbi onların qürur hissindən kəsad qalmasıdır. Xalq artisti Fəxrəddin Manafov şəhidlərimiz, qazilərimiz və veteranlarımız haqqında gözəl demişdir: “Müharibədən qayıtmırlar, müharibədən qayıtmaq mümkün deyil, yəni fiziki olaraq əlbəttəki şükür Allaha, qayıdanlar var, ama düşüncə ruhu ilə onlar ordadırlar hər zaman”. Görün iş nə yerə çatıb ki, Vilayət Vəliyev şəhid, veteran yaxınlarını üz-üzə qoymaq üçün min çirkin oyundan çıxır. Onların “stress” halından mənfurcasına məharətlə istifadə edir.

Ali Baş Komandanımız Möhtərəm İlham Əliyev, 1-ci Vitse president Mehriban xanım Əliyeva bu gün də müharibə atəşinin bürüdüyü şəhidlərimizdən, qazilərdən, veteranlardan danışanda kövrəlir. Nə üçün? Çünki, o odlu-alovlu günləri onlarda Vətən oğulları ilə, yaxınları ilə birgə yaşadı. Ancaq AzTU-nun yuxarıda adı keçən “moşenniklər”i bunu heç vaxt başa düşməyəcəklər. Qürur hissindən məhrum qalmaq belə şeydir. Ona görə günahlarını özlərində deyil vətən oğullarında görəcəklər./yenixeber.org
 
Ardını oxu...
Millət vəkili və Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva geyim tərzi ilə yenidən gündəmə gəlib.

32gun.az-ın məlumatına görə, deputatın yayılan fotosunda məşhur "Balenciaga" brendinə məxsus kəmər taxdığı görünür.
Ardını oxu...
Araşdırma zamanı məlum olub ki, sözügedən aksesuarın bazar qiyməti orta hesabla 840 manatdır. Bu markaya məxsus kəmərlərin qiymətləri isə 700 manatdan 1000+ manata qədər dəyişir.

Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib

Son dövrlərdə bəzi deputatların geyim tərzi və istifadə etdikləri bahalı aksesuarlar ictimaiyyət arasında maraq doğurur.
Ardını oxu...
Qeyd edək ki, Könül Nurullayeva Millət vəkili və Atletika Federasiyasının vitse-prezidenti olmaqla yanaşı, ISSA İcraiyyə Komitəsinin üzvü və Qiymətləndirmə və Təftiş Komissiyasının sədridir. (Şəkil 2023-cü ilə aiddir, həmin dövrdə federasiya ISSA yox, ISSF adlanırdı.)

 
 
 
Ardını oxu...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin işdən azad etdiyi Fərid Hüseynov bu qurumun nəzdində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayev tərəfindən yenidən işə götürülüb. Bu barədə redaksiyamızı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, Ramin Abdullayevin “sağ əli” olan və Tikintiyə nəzarət şöbəsinin rəisi olan Fərid Hüseynov işdə yol verdiyi kobud nöqsanlara görə bir müdət bundan öncə Anar Quliyev tərəfindən işdən azad edilmişdi. Məlumat üçün qeyd edək ki, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinin girişində Ulu öndərin guşəsinə hörmətsizlik edərək rüşvət qarşılığında qanunsuz tikinti buraxan şəxs də Ramin Abdullayevin qara kassası Fərid Hüseynov olub.
Ardını oxu...
Ramin Abdullayevdən Anar Quliyevi heçə sayan addım…

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev tərəfindən qovulan şəxsin Anar Quliyevə tabeçiliyi olan Ramin Abdullayev tərəfindən işə götürülməsi sonuncunun öz rəhbərinin qərarını heçə saydığını göstərir. Bu fakt onu deməyə əsas verir ki, Ramin Abdullayev çalışdığı qurumun daxilində öz imperiyasını yaradıb və onu istədiyi şəkildə idarə edir. Fərid Hseynovu yenidən işə götürməsində səbəb isə sözügedən şəxsin Ramin Abdullayevin “qara işlərində” xüsusi fəallıq göstərməsi, “qara kassa” kimi öz fəaliyyətini ideal səviyyədə qurmasıdır.

Eldar Əzizov və Kamil Məmmədov Fərid Hüseynovun himayədarı qismində

Mənbənin bildirdiyinə görə, Fərid Hüseynovun yenidən qayıdışı Ramin Abdullayev və onun Bakı Şəhər İcra Hakimiyyətindəki əlaqələri ilə bağlıdır. Belə ki, Ramin Abdullayev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, xüsusilə də başçının müşaviri Kamil Məmmədovla olan əlaqələrindən istifadə edərək Fərid Hüseynovun yenidən işə qəbulunu təmin edib. Xüsusilə Kamil Məmmədov bu məsələdə Ramin Abdullayevə ciddi dəstək verib.

Xatırladaq ki, həm Ramin Abdullayev, həm də Fərid Hüseynovun adı Gəncə, Abşeron, Qarabağ və digər bölgələrlə bağlı çoxsaylı korrupsiya əməllərində hallanır. Bu isə hər iki şəxslə bağlı hüquqi araşdırmanın aparılmasını vacib edir. Ümid edirik ki, əlaqədar qurumlar adları daim rüşvət və korrupsiya ilə gündəmə gələn Ramin Abdullayev və Fərid Hüseynovla bağlı rəsmi araşdırmaya start verəcək, məlum araşdırma çərçivəsində bu şxəslərin qara əməllərində yer alan digər şəxslər də aşkar edilərək məsuliyyətə cəlb olunacaq.

cumhuriyyet.az
 
 
 
Ardını oxu...
Neftçala rayon İcra Hakimiyyəti Neftçala rayonunda abadlıq və mənzil fondunun əsaslı təmir işləri üzrə 27.11.2024-cü ildə başladığı açıq tenderə yekun vurub. Keçirilmiş 102201 nömrəli müsabiqənin qalibi “AVTOYOLTIKINTISERVIS” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 1.254.237,76 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 21.02.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, bu Neftçala rayon İcra Hakimiyyətinin adıçəkilən şirkətlə ilk müqaviləsi deyil. Dövlət satınalmalarının portalına yerləşdirilmiş məlumatlara görə tərəflər arasında buna qədər bir neçə satınalma müqaviləsi bağlanılıb.

Neftçala rayonunda daxili yolların və büdcədənkənar vəsait hesabına daxili yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 01.11.2024-cü ildə başlanılmış 99904 nömrəli müsabiqədə də qalib “AVTOYOLTIKINTISERVIS” MMC seçilib və tərəflər arasında 1.254.237,76 manat məbləğində müqavilənin bağlanılması barədə məlumat 29.12.2024-cü ildə dərc edilib. Müsabiqədə ehtimal olunan qiymət 978.519,00 manat müəyən edilib.

Neftçala rayon İcra Hakimiyyəti Neftçala rayonunda daxili yolların və büdcədənkənar vəsait hesabına daxili yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 01.11.2024-cü ildə başladığı, ehtimal qiyməti 978.519,00 manat olan, 99904 nömrəli müsabiqənin də qalibi “AVTOYOLTIKINTISERVIS” MMC seçilib və 963.234,32 manat məbləğində müqavilənin bağlanılması barədə məlumat 12.12.2024-cü ildə dərc edilib.

Neftçala rayonunda avtomobil yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 22.08.2023-cü ildə başlanmış açıq tenderdə də qalib “AVTOYOLTIKINTISERVIS” MMC seçilib və tərəflər arasında 405.395,25 manat məbləğində müqavilənin bağlanılması barədə məlumat 14.03.2024-cü ildə dərc edilib. Satınalmaların portalında müsabiqənin başlanma tarixi 29.12.2024-cü il, bitmə tarixi 31.12.2024-cü ilə müəyyən edildiyi göstərilir.

Dövlət satınalmalarının portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi, Neftçala rayon İcra Hakimiyyəti eyni gündə başlamış 99904 nömrəli müsabiqə üzrə “AVTOYOLTIKINTISERVIS” MMC ilə iki satınalma müqaviləsi bağlayıb. Satınalmalar haqında qanuna görə eyni predmet üzrə təşkil olunan satınalma iki yerə bölünə bilməz. Onda sual yaranır. Neftçala rayon İcra Hakimiyyəti tərəfindən ehtimal olunan qiymət 978.519,00 manat müəyən edilmiş tenderi “AVTOYOLTIKINTISERVIS” MMC 1.254.237,76 manata necə uda bilər.

Satınalmaların portalına 12-29 dekabr 2024-cü ildə yerləşdirilmiş məlumatda Neftçala rayon İcra Hakimiyyətinin “AVTOYOLTIKINTISERVIS” MMC ilə ümumi dəyəri 2 217 471 manat məbləğində iki satınalma müqaviləsinin bağlanıldığı göstərilir. 21.02.2025-ci ildə yekunlaşdırılmış tenderi də bunun üzərinə gəlsək, bu son üç ayda Neftçala rayonunda avtomobil yolların əsaslı təmirinə 3 milyon yarım manata qədər dövlət vəsaitinin ayrılması deməkdir. Bu rəqəmlərin nə qədər şişirdildiyini aidiyyəti qurumlar araşdırsa ortaya çıxara bilər.

Maraqlı burasıdır ki, Neftçala rayon İcra Hakimiyyəti tərəfindən Neftçala rayonunda avtomobil yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 22.08.2023-cü ildə başlanmış açıq tenderdə təmir işlərinin hansı yollarda aparılacağı açıqlanıb. Burada təmir işlərinin Asif Səlimov-Vüqar Soltanov küçəsində, Babək küçəsində, Rövşən Əliyev küçəsində, Məmməd Əmin Rəsulzadə küçəsində aparılacağ açıq göstərilir. Amma İcra Hakimiyyətini 99904 nömrəli müsabiqə üzrə bağladığı müqavilələrdə bu açıq göstərilmir.

Neftçala rayon İcra Hakimiyyətinin işbirliyində olduğu şirkətə gəlincə.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AVTOYOLTIKINTISERVIS” (VÖEN: 1904350701) Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.03.2020-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏLİYAR ƏLİYEV, ev 195, m. 6, qanuni təmsilçisi kimi isə Məmmədov Ramin Adil oğlu qeyd olunub.
Dövlət Vergi Xidmətinin reystr məlumatlarına edilən dəyişiklikdə isə göstərilir ki, MMC -nin təsisçisi və ilk qanuni təmsilçisi İsgəndərov Etibar Eyvaz oğlu olub. MMC ilk dəfə BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, Q YAŞAYIŞ SAHƏSİ ( YENİ GÜNƏŞLİ QƏS.), ev 13, mənzil 39 ünvanında dövlət qeydiyyatına alınıb. MMC-nin hazırki günə 154839.17 manat vergi borcu var.

“Avtoyoltikntiservis” MMC populyar şirkət olmasa da, tenderlərdə fəal iştirak edir. Dövlət satınalmalarının elektron portalına yerləşdirilən məlumatlardan aydın olur ki, şirkətin əsas sifarişçiləri icra hakimiyyətləri və onlara tabeli qurumlardır. MMC 2022-2025-ci illərdə 33 tenderin qalibi seçilib. Bu tenderlər əsasələn yol təmirləri və abadlıq işləri ilə bağlı olub. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 9 341 264,44 manat olub.

MMC-nin “Facebook” sosial şəbəkəsindəki səhifəsi var ki, ilk və son paylaşımlar 2020-ci ilin aprelində olub. Paylaşımda MMC-nin magistral yolların yenidən qurulması və asfaltlanması, qeyri-yaşayış obyektlərinin və inzibati binaların ərazisində yolların yenidən qurulması və asfaltlanması işlərinin gördüyü göstərilir. Lakin son illər aldığı dövlət sifarışləri ilə bir dənə də olsun paylaşım olmayıb. Bu da MMC-nin fəaliyyəti barədə şübhələr doğurur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.

Qeyd edək ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı 1989-cu il təvəllüdlü Mirhəsən Seyidovdu. O, Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncama əsasən 5 mart 2020-ci ildə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Prezident tərəfindən verilmiş sərəncamdan da göründüyü kimi yaxın günlərdə Mirhəsən Seyidovun Neftçalada rəhbərliyə başlamasının beş ili tamam olacaq. Neftçalanın gənc icra başçısının bu beş il ərzində nə kimi işlər görməsi barədə məlumat almaq üçün internet axtarış sistemləri üzərindən Mirhəsən Seyidov yazmaq kifayət edər.

Aktualinfo.org
 
 
 
Ardını oxu...
Göyçay rayonu Bığır kənd sakini Məmmədov Camaləddin Cəmaləddin oğlu tərərfindən

ŞİKAYƏT

Bu şikayətimdə yazıb Sizə bildirirəm ki, Göyçay rayon sakini İlhamə Babayeva mənə hədə qorxu gəlib özümə və övladlarımın başına oyun açdıracağı ilə hədələyir.
Mən İlhamə Babayevadan 12000 manat yüksək faizlə sələmiyə pul almışam. Həmin pulun 12000 manatı və faiz kimi 9000 manat İlhamə Babayevaya qaytarsamda məndən əlavə 17000 manat pul tələb edir. Buna etriraz etdiyim üçün İlhamə Babayeva mənim evimə gəlib arxamda vəzifəli şəxslər dayanıb sənin və övladlarının başına oyun açdıraram deyib hədə-qorxu ilə pul tələb edir.Buna görə qorxu və həyacan işində yaşamağa və qonşu Ağdaş rayonunda yaşamağa məcbur olmuşuq.
Bu barədə bütün aidiyyatı qurumlara şikayət ərziələri göndəmişəm.
Mətbuat vasitəsi ilə xahiş edirəm şikayətimi obyektiv araşdırıb sələmçi İlhamə Babayevanın barəsində qanunu və ciddi tədbirlər görəsiniz.
İmza; Məmmədov Camaləddin Cəmaləddin oğlu

 
 
 
Ardını oxu...
Bir onu bilirəm ki,hər gün bu oyunu oynayanlara "ALQIŞ" oxuyuruq.Allah onlara..............Amin!!!!
TEREF yazır ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-nin rəhbəri Mirvari Gahramanli deyir. Daha sonra Mirvari xanım aşağıdakı şikayəti diqqətimizə çatdırdı:
Малахат Гусейнова
Azəriqaz İB Sumqayıt QİS(Qaz İstismar Sahəsi)-dəki vəziyyəti izah edim.Xəbər gəldi ki,struktur dəyişikliyi olacaq.Yeni Regional idarə yaranır və Sumqayıt QİS ayrıca.Bizim şöbə,yəni TQQ və SŞ ləğv olunur.Eyni zamanda şöbənin texnik ştatları da ixtisara düşür.Bəs necə olacaq?Dedilər sizə çilingər yeri təklif olunur.İstəmıyənə yol açıqdı.Gedə bilər.Əvvəl dedilər ümumiyyətlə texnik ştatı yoxdur.Sonra 1 texnik metrologiyada,2 texnik inzibati şöbədə,2 texnik kargüzarlıqda peyda oldu.Nə staja baxdılar,nə təhsilə.Metrologiya ilə inzibati şöbə texnikləri sakit-səssiz yerləşdirildi.Kargüzarlığa da bir nəfər ştata oturdu.Aləm qarışdı.Dedilər 1 yer qalıb.Qalan texniklər getsin o yerə imtahan versin.16 nəfər texnikə dəvət gəldi 1 yer kargüzarlığa.Nə əlaqə bilmirəm.Nəysə.Məlum idi ki,bu imtahan gözdən pərdə asmaq idi.Cəmi 4 nəfər getdi imtahana.İmtahan nəticələri qaldı bir qıraqda ora da bir məfər yerləşdirildi.Yaranan yeni idarələrin ştat cədvəlləri gizli saxlanıldı.Və bu gün məcburiyyətdən qalan texniklər keçdi çilingər.20-40 il texnik işləyən müxtəlif yaşlarda olan qadınların çilingər olmasını təsəvvürünüzə gətirin.Yerində olmayan adamın gördüyü işin səmərəsini də fikirləşin.Niyə bizim başımıza bu oyunu açdılar hələ də bizə bəlli deyil.Bir onu bilirəm ki,hər gün bu oyunu oynayanlara "ALQIŞ" oxuyuruq.
Mirvari Gahramanli
TEREF
 
Ardını oxu...
Bakıya qar yağıb.

Elə hər il olduğu kimi, bu dəfə də qar yağanda ortaya yeni problemlər çıxıb və bəlli olur ki, nədənsə, qara heç cür hazır ola bilmirik.

Hər dəfə qışa hazır olduğumuz deyilsə də, hər cür şəraitimizin, texnikamızın olduğu vurğulansa da, qarlı günlərdə bunun şahidi olmuruq. Texnika dedikləri yaşlı insanlar əlində bel ilə yol açması olur, şərait dedikləri də elə əl ilə yola süfrə duzu səpmək.

Nəzərə alsaq ki, Bakıya qar da ehtiyyatla yağır, bir çox ölkələrdə olan şaxta bizdə olmur, heç qar Allahdan dizə qədər də çatmır-bu halda belə hazır olmamaq, əslində, ölkədəki qurumların iş fəaliyyətindən xəbər verir.

Hər il tənqid olunsa da, hər dəfə hansısa biabırçılıqlar ortaya çıxsa da, yenə də çevir tatı, vur tatıdır.

Qar dizə qədər yağmasa da, biz boğaza qədər yığılmışıq.

Görəsən, dünyanın hansı ölkəsində duzu yerə əl ilə səpirlər? Özü də, süfrə duzunu. Adam istəyir, lap o duzun üstünə qənd də qoysun ki, xalq birdən qurumlarla dalaşar.

Bəs hanı xaricdən aldığımız texnikalar? Şəkilləri var, maşallah, qəşəng də görünür, bəs özü hansı? Süpriz edəcəklər? Yoxsa, icra başçıları villalarını onlarla təmizləyir?

Azərbaycan isə tək Bakıdan ibarət deyil, hətta rayonlarda vəziyyət daha da acınacaqlı ola bilir.

Məsələn, bu cür bölgələrdən biri də Allah qoymasa, turistik bölgəmiz olan Qəbələdir.

Belə ki, Qəbələdə Bakıya nisbətdə daha çox qar yağsa da, normalda tədbirlər daha yaxşı olmalı olsa da, orada da belə olmayıb.

Nədənsə, Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və tabeçiliyində olan Mənzil-Kommunal Təsərrüfatı Birliyi heç bir tədbir görməyib.

Nə yollar təmizlənib, nə qum səpilib, nə də başqa bir şey.

Bəs niyə? Bunları onların əvəzinə kim edəcək?

Bu səbəbdir ki, yol-nəqliyyat hadisələri də artıb, sürüşmə halları müşahidə olunur və bu da yaxşı nəticələnmir.

Qəbələnin turistik bölgə olduğunu nəzərə alsaq, bura axının olması da təbiidir. Belə olan halda tədbirlər daha da gücləndirilməli deyilmi?

Görəsən, icra başçısı bunu bilmirdi? Yoxsa, düşünürdü ki, qar yağıb, heç kim gəlməyəcək? Niyə hansısa xarici və ya yerli turist qar sevgisini daha çox yaşamaq üçün buraya üz tutmalı və belə bir məyusedici mənzərə ilə qarşılaşmalıdır?

Özümüz bir yana, öyrəşmişik, xaricilər ölkəyə elə məhz Qəbələni görmək üçün gəlir. Onların qarşısına belə çıxıb qorxutmaq lazımdır? Axı onlar gəldikləri ölkədə bu cür işlər ən yüksək səviyyədə təşkil olunur. Heç olmasa, bizdə də ortabab təşkil olunsa olmazmı?

Bu ağappağ qarda üzümüz niyə qara olsun?

Şair deyir:

Sənin ki, bu qədər təmizliyin var,

Bağışlamaq olar soyuqluğunu.

Amma icra başçılarını qətiyyən bu cür hallara görə bağışlamaq olmaz.

Pərviz Həşimli
Gununsesi.info
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Regionlarda təhsilin bərbad vəziyyətə salınması Azərbaycan gəncliyinin sağlam və savadlı yetişməsinə vurulan ən böyük zərbədir. Valideynlər uşağın cismini, müəllimlər isə onların ruhunu tərbiyə edir, təhsil cəmiyyətin güzgüsüdür demiş aqillər. Amma və lakin bunlardan Şabranda əsər-əlamət yoxdur. İndi gəlin görək Şabran rayon məktəbləri barədə redaksiyaya ünvanlanan məlumatlarda nələr yazılıb.

Bildirilir ki, Günəşli kənd ümumi orta məktəbində davamiyyət aşağı, İstilik zəif, pedaqoji durum isə günün tələblərinə uyğun gəlmir. Direktor Xamadlı Türkanə Fərman qızı isə ancaq öz şəxsi maraqlarını güdür. Sosial şəbəkələrdə bəzi dərs saatlarını paylaşıb görüntü yaratmaqla işini bitmiş hesab edir.

Sağlam cəmiyyətin qurulması üçün fundamental nəzəriyyə uşaqların düzgün tərbiyə edilməsindən başlayır. Bu məktəbdə isə tamam başqa mənzərədir. Verilən məlumatlarda belə deyilir.
Ardını oxu...
Məktəbdə təlim-tərbiyə məsələlərinin nəzəri kökü yoxdur. Həmçinin sözügedən məktəbdə valideyn, müəllim, şagird tərbiyə dedikdə nə başa düşməlidir onu müəyyən edən yoxdur. Çünki məktəbə rəhbərlik edən hörmətli direktor Xamadlı Türkanə xanımın təhsil sahəsindən zərrə qədər təcrübəsi olmayıb. Təhsilin məzmun və keyfiyyəti barədə məlumatsızdır. İndi isə keçək məktəbin yarım ştatında işləyən texniki işçinin iş fəaliyyətinə.

Şirkətdə TIR sürücüsü, məktəbdə isə texniki işçi kimi ADI gedən görün kimdir?
Ardını oxu...
Adı məktəbdə işçi kimi qeyd olunan sürücü İlkin Zəkərəliyev başqa bir şirkətdə TIR sürür. Verilən məlumata görə, İlkin Zəkərəliyevin xanımı da həmin məktəbdə işləyir.(Bu barədə sonra…)

Bildirilir ki, adam işə gəlmir, çünki TIR sürücüsüdür. Ayın 15 və ya 20 gününü səfərlərdə keçirir. Əyər yoxlama aparılsa onun neçə gün xaricdə və ya ölkədə olmasını müəyyən edib, çirkin məınzərənin nə yerdə olduğu daha aydın görmək mümkün olar.

Düzdür, İlkin Zəkərəliyev yarım akladnan işləyir. İşləməsinə işləyir amma məktəbdə yox, şirkətdə TIR sürücüsü kimi. Yarım akladdan gələn pulun kartı isə kimdədir onu yoxlamanın nəticəsi deyə bilər. Əyər doğrudan da yoxlama aparılsa pulların bankamatdan kimlər tərəfindən götürüldüyü də müəyyən olar. Bu da sözügedən məktəbdə baş verən qanun pozuntusunun doğruluğunu ortaya qoyar. Qeyd olunur ki, məktəbin ciddi formada təmirə ehtiyacı var. Tavan çökmə təhlükəsi ilə üz-üzə qalıb. Məktəbdə davamiyyət direktorun icazəsi üzərində qurulub. Yoxlama səsi eşidən kimi uşaqlara vocapla məlumat ötürülür. Hamı bir nəfər kimi dərsə. Bu hallar əsasən yuxarı siniflərdə baş verir. Hətta məlamat verilir ki, yuxarı sinifdə oxuyanlardan bəziləri başqa yerdə ali məktəbə hazırlaşır. Tədris prosesi isə təsil haqqında olan təlimata uyğun aparılmır.

P.S.Adı olub , özü məktəbdə olmayan işçilər barədə isə araşdırmadan sonra biləcəksiniz. Qeyd edək ki, Şabran İcra Hakimiyyətinin saytında təhsillə bağlı bölümündə sözügedən məktəbin telefon nömrəsinə zəng etsək də cavab verən olmadı. qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /azia.az bloqu
 

Dünyapress TV

Xəbər lenti