Ardını oxu...
Göygöl rayon Xəqani kənd uşaq məktəbində gərginlik yaşanır.
Reportyor.info-ya daxil olan məlumata görə, gərginliyə səbəb məktəbin direktoru Nərgiz Həsənlinin fəaliyyətidir.
Bildirilir ki, Nərgiz Həsənli bu ilin aprelində direktor təyin edilib. Direktor kimi fəaliyyətə başladığı ilk gündən məktəbdə qalmaqal yaradıb.
“Sizə bəla gəlmişəm” deyən direktor elə ilk gündən müəllimlərə qarşı kobud davranış sərgiləyib.. Bu isə kollektivlə onun arasında mübahisəyə səbəb olub. Vəziyyət o həddə çatıb ki, Nərgiz Həsənli Xədicə Abbaslı adlı müəlliməni itələyərək yerə yıxıb. Həmin müəllimə hamilə olduğundan halı pisləşib. Müəllimlər dərhal təcili tibbi yardım çağırıb. Xədicə Abbaslı Göygöl Rayon Xəstəxanasına çatdırılıb. Orada ona ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərindəki Abbas Səhhət adına xəxtəxanaya aparılıb.
Sözügedən xəstəxanada Xədicə Abbaslıya hemotoma diaqnozu qoyulub.
Məlumata görə, hadisə baş verəndən sonra müəllimlər polisə məlumat verib. Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları dərhal əraziyə gəlib.
Faktla bağlı cinayət işinin başlandığı və iş materiallarının Göygöl Rayon Prokurorluğuna göndərildiyi bildirilir.
Bundan sonra prokurorluq məktəbdə 5 illik yoxlamaya başlayıb. Yoxlamanın nəricəsi olaraq müəllimlərin çoxu cərimələnib.
Amma Xədicə Abbaslı ilə bağlı iş araşdırılmamış qalıb.
Müəllimlərin cərimələnməsi və müvəqqəti olaraq işdən kənarlaşdırılmaları Nərgiz Həsənli üçün əlavə fürsətlər yaradıb.
O, işdən kənarlaşdırılan müəllimlərin yerinə işçi götürüb. Digər müəllimlərin isə dərs yükünü azaldaraq özünün işə götürdüyü müəllimlərə verib.
Bildirilir ki, Nərgiz Həsənlinin fəaliyyətindən narazı olan müəllimlər yaxın günlərdə Bakıya gələrək yuxarı orqanlara şikayət etmək niyyətindədirlər.
Reportyor.info bu iddialarla bağlı Nərgiz Həsənlinin də mövqeyini öyrənməyə çalışıb. Lakin bu, mümkün olmayıb.

 
Ardını oxu...
"19 saylı Uşaq Poliklinikasında qanunsuzluqların sayı günü-gündən artır. Bu isə nəzarətsizliklə bağlıdır". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Poliklinikanın baş həkimi Aidə Bayramovanın sayəsində illərdir özbaşınalıq hökm sürür. Aidə Bayramova təxminən 2000-ci ildən baş həkim işləyir. O, dövlət tərəfindən ayrılan inventarları mənimsəyib, saxta əlilliklərin düzəldilməsini təşkil edib, xəstələrə ayrılan dərmanları mənimsəyir, əlavə iş saatı yazıb pulunu özü alır, poliklinikada xeyli sayda adamın adı işçi kimi qeyd olunub, lakin həmin işçilər işə çıxmayaraq maaş alırdılar. Ancaq müvafiq yoxlamalardan sonra bu işi “səliqə-səhmana” salıb”.

Görünəni odur ki, TƏBİB-in heç nədən xəbəri yoxdur. Bütün bunlara etiraz edən həkimləri işdən azad etməklə hədələyir. TƏBİB-ə müraciət etdikdə deyilir ki, bizə anonim müraciət etməyin, anonim məktubu onsuz da qeydə almırıq..."

Qeyd edək ki, müraciətdə əlavə ittihamlar da var ki, əslində bu da daha çox TƏBİB üçün araşdırma mövzusu ola bilər... Əgər istəsələr...
Ardını oxu...
“Azəravtoyol” ASC-nin tabeliyində olan 38 saylı Yol İstismar MMC-nin 47 saylı Füzuli Yol İstismar İdarəsində rüşvət və qanun pozuntusu, dövlət əmlakının mənimsənilməsi faktı ilə bağlı “Yeni Müsavat”ın redaksiyasına ilginc məlumatlar daxil olub. Dia-az.İnfo bildirir ki, musavat.com-a müraciət edən Mahir Bayramov 1992-ci ilə kimi həmin idarədə sürücü kimi işlədiyini deyib.

Şikayətçi qeyd edib ki, hər gün işə gedib-gəlib, maaş alıb. 1-ci Qarabağ Müharibəsi başladığı vaxtlarda bütün digər qarabağlılar kimi o da işindən, evindən məhrum olub. Həmin idarə də işğal olunan torpaqlarda olduğuna görə düşmən tərəfindən dağıdılıb. Bura kimi hər şey məlumdur. Lakin əsas və maraqlı məsələ burdan başlayır. Həmin illərdə düşmən tərəfindən işğal olunan bir çox yol istismar idarələri birləşdirilir və 38 saylı Yol İstismar MMC-nin 47 saylı Füzuli bazasında Yol İstismar İdarəsi yaradılır. İdarəyə isə Mədət Əlif oğlu Hacıyev rəis təyin edilir.

Mahir Bayramov bildirib ki, 32 ildir eyni vəzifədə işləyən Mədət Hacıyev elə həmin illərdən də qanunsuz fəaliyyətlərini həyata keçirməyə başlayıb:

“Dövlət əmlakı olan 100-dən artıq texnikanı satıb mənimsəyib. Dövlət tərəfindən ayrılan vəsaitləri şəxsi maraqları naminə xərcləyir. Lakin bununla da kifayətlənməyən Mədət Hacıyev işğal nəticəsində respublikanın müxtəlif rayonlarına səpələnən əməkdaşların adlarını işdə saxlayaraq adlarına maaş yazır. Həmin maaşları da özü alaraq xərcləyir. Bunun nəticəsində də milyonlarla manat dövlət vəsaitini ələ keçirir”.

Mahir Bayramov deyib ki, onun adına 150 min manatdan çox maaş yazılıb:

“Heç bir işçinin adına maaş yazılmasından bu illər ərzində xəbəri olmayıb. Əfqanıstan müharibəsi veteranıyam, təsadüfən öyrəndim ki, adıma 32 ildir dövlətdən maaş alınır. Yazılan maaşların hamısı da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında öz əksini tapıb. Adına maaş yazılan və maaşı mənimsənilən işçilərin sayı onlarladır. Bu isə milyonlarla manat vəsait deməkdir”.

Mahir Bayramov məsələ ilə bağlı Mədət Hacıyevə müraciət edib:

“Mədət Hacıyev adımıza maaş yazıldığını təkzib etmir. Deyir ki, guya indiyə kimi aldığı maaşların hamısını “yuxarıya” ötürüb. “Yuxarı” dedikdə o, Füzuli rayon rəhbərliyini, yoxsa “Azəravtoyol” rəhbərliyini nəzərdə tutduğunu dəqiq deməyib. Amma görünən odur ki, Füzuli rayonunda baş verən belə böyük bir korrupsiya faktını həyata keçirmək üçün Mədət Hacıyev tək fəaliyyət göstərməyib, bu işdə ona həm idarənin digər əməkdaşları, həm də Füzuli rayonunda söz sahibi olan şəxslər yaxından yardım edib”.

Həmçinin şikayətçinin adına qanunsuz imzalar çəkilib, adına olan bank kartları bankdan götürülüb, bütün bunlardan Mahir Bayramovun 32 il ərzində xəbəri olmayıb. Deyir ki, heç latın qrafikalı əlifbanı belə bilmir, adına yazılan əmək müqavilələri, yazılan maaşlar, bank kartları və sairdən ötən ay xəbər tutub. Qeyd edir ki, Mədət Hacıyev dövlət qulluğunda olmanın son yaş həddinə çatmağına baxmayaraq hələ də eyni vəzifəsində qalmaqda davam edir:

“Yəqin ki, kimlərsə onun bu vəzifədə qalmasında maraqlıdır”.

Qarşı tərəf də, öz sözünü deyə bilər, onu dinləməyə biz də hazırıq.
 
 
 
Ardını oxu...
İki il dalbadal işıqlandırılmasına cəmi 300 000 manata yaxın vəsait xərclənən rayon mərkəzinin “gecəsi ilə gündüzünün fərqi olmamalıdır”...

Ağsu Rayon İcra Hakimiyyətinin başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Ağsu şəhərində 2024-cü ildə aparılacaq işıqlandırma işləri ilə bağlı tenderə yekun vurub. 18.09.2024-cü il tarixdə yekunlaşan müsabiqəyə görə Nümayəndəlik "Topxana Layihə İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) 135 582 manat ödəməli olacaq. Qarışılığında da Ağsu şəhərinin qaranlıq küçələri işıqlanmalıdır…

Bu istiqamətdə Yenixeber.org-a daxil olmuş məlumatlarla bağlı müəyyən araşdırmalar apara bilmişik.

İlk diqqəti çəkən Ağsu Rayon İcra Hakimiyyətinin eyni iş üzrə-küçələrin işıqlandırma işləri ilə bağlı-eyni şirkətlə-"Topxana Layihə İnşaat" MMC ilə ötən il də 154 934 manatlıq müqavilə bağlamasıdır(?) Təkcə bu fakt kifayət qədər ciddi suallar doğurur: Ağsu nə boyda şəhərdir, hansı sayda küçələri var ki, hər il işıqlandırma ilə bağlı dövlətin yüzminləri xərclənsin? Həm də niyə, hər dəfə “Topxana Layihə İnşaat" MMC…? Yoxsa, arada bir “Centlemen razılaşması” var? Və.s.

Ağsudan oxucularımızın Yenixeber.org-a bildirdiklərinə görə son illər bu şəhərin küçələrində işıqlandırma ilə bağlı hansısa bir yenilik görünmür. İki il dalbadal işıqlandırılmasına cəmi 300 000 manata yaxın vəsait xərclənən rayon mərkəzinin bəlli mənada “gecəsi ilə gündüzünün fərqi olmamalıdır”. Nə yazıq ki, gerçəklik kökündən fərqlidir: Hər il dövlətin yüzminləri xərclənən Ağsu şəhərinin küçələri aydınlığa çıxmır ki, çıxmır…

Digər faktor isə Ağsu Rayon İcra Hakimiyyətinin başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin “Topxana Layihə İnşaat" MMC ilə əməkdaşlığına dair Dövlət Satınalmaların Vahid İnternet Portalının “Ətraflı” bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?) Baxmayaraq ki, görüləcək işlər və miqdarlar göstərilir…

Biz Yenixeber.org olaraq toxunduğumuz məqamlarla bağlı qarşı tərəf kimi Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdəndə mövqe öyrənmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu…Bizimlə telefon söhbətində mühasib suallarımıza cavab verə bilməyəcəyini və bu haqda Ağsu Rayon İcra Hakimiyyətinin başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlham Nurəhmədova məlumat verəcəyini desə də, nəticə olmadı.

***

Digər tərəf - “Topxana Layihə İnşaat" MMC ilə isə əlaqə yaratmaq mümkün olmadı… Maraqlıdır ki, dövlət satınalmalarında öncül şirkətlərdən sayılan, dövlətin yüzminlərlə pulunun etibar edildiyi -“Topxana Layihə İnşaat"ın nəinki saytına, hansısa əlaqə vasitəsinə də rast ola bilmədik.

Google üzərindən öyrənə bildiyimiz o oldu ki, "Topxana Layihə İnşaat" MMC 17 aprel 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 110 010 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Cavanşir küçəsi, ev 27, mənzil 39-da yerləşir. MMC-nin qanuni təmsilçisi Ələkbərov Fuad Vaqif oğludur.

"Topxana Layihə İnşaat” MMC 2021-ci ilədək RRT LTD Firması adı altında fəaliyyət göstərib. Maraqlıdır ki, bu şirkətin qeydiyyata alınma tarixi ilə "Topxana Layihə İnşaat" MMC-nin qeydiyyata alınma tarixi arasında ziddiyyət var. Reyestr məlumatlarında görünür ki, RRT LTD Firması 2007-ci ildə qeydiyyata alınıb. 2021-ci ildə isə adı dəyişdirilərək "Topxana Layihə İnşaat” MMC qoyulub. Bu halda ortaya ziddiyyət çıxır. Əgər "Topxana Layihə İnşaat” MMC RRT LTD Firmasının varisidirsə və sözügedən firma 2007-ci ildə qeydiyyata alınıbsa, o zaman necə olur ki, "Topxana Layihə İnşaat" MMC-nin 1996-cı ildə qeydiyyata alınır?
Sonda qeyd edək ki, "Topxana Layihə İnşaat" MMC təkcə ötən 54 tenderin qalibi seçilib.

Mövzunun davamı olacaq.



Mənbə: Yenixeber.org
 
Ardını oxu...
19 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin müdiri Nazim Eynallı ətrafında yaranan qalmaqal daha da dərinləşir. İddialara görə, uzun müddət Eynallının katibəsi olaraq işləyən Z. Atakişiyeva (qadının adı şərti verilib) onunla zorla cinsi əlaqədə olduğunu və bu münasibətin nəticəsində bir övlad dünyaya gətirdiyini açıqlayıb. Bu hadisə ilə bağlı danışan qadın öz hüquqlarının tapdalandığını və Nazim Eynallının gücündən istifadə edərək ona təzyiq göstərdiyini vurğulayıb.

Atakişiyevanın sözlərinə görə, Eynallı ona qarşı fiziki və psixoloji zorakılıq tətbiq edib, onun istəyi olmadan cinsi əlaqədə olub. Bu münasibət nəticəsində qadın hamilə qalıb və bir övlad dünyaya gətirib. Lakin bu məsuliyyətli vəziyyətdə Eynallı uşağa sahib çıxmayıb, nə qanuni olaraq, nə də maddi və mənəvi baxımdan heç bir dəstək göstərməyib.

Qadın, sosial və hüquqi müstəvilərdə mübarizə aparmağa hazır olduğunu bildirib və səlahiyyətli orqanlara müraciət edəcəyini vurğulayıb. O, Nazim Eynallının vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bu vəziyyətdən qaçmağa çalışdığını, lakin hadisəni ictimailəşdirməklə ədalətin təmin olunmasını istəyir.

Bu iddialar geniş ictimai müzakirələrə səbəb olub və məsələnin necə inkişaf edəcəyi maraqla gözlənilir. Hazırda hüquq-mühafizə orqanları və müvafiq qurumlar bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama verməyib, lakin yaxın zamanda daha ətraflı məlumatların veriləcəyi gözlənilir.

Cəmiyyət bu qalmaqalın arxasında nə qədər həqiqət olduğunu, xüsusilə Eynallının davranışları ilə bağlı iddiaların hüquqi təqib edilib-edilməyəcəyini gözləyir.

QEYD: Bu xəbəri dərc etməklə müəssisənin işgüzar nüfuzunu zədələmək niyyətimiz olmadığını bir daha bəyan edir, Nazim Eynallıya və ya əlaqəli qurumlara qarşı hər hansı qərəzli mövqeyimizin olmadığını vurğulayırıq .Məqsədimiz yayılan məlumatları obyektiv şəkildə işıqlandırmaq və ictimaiyyətin məlumatlandırılmasıdır. Qarşı tərəfin fikrini öyrənmək və obyektivlik prinsiplərinə sadiq qalmaq bizim üçün önəmlidir.

 
 
 

Ardını oxu...
Bakıda 13 yaşlı yeniyetmənin 8 gündür ki, Xətai rayonunda yerləşən 3 nömrəli Uşaq evindən qaçaraq küçələrdə yaşadığı haqda məlumatlar yayılıb.

Gundeminfo.az qafqazinfo-ya istinadla xəbər verir ki, özünü Ramal kimi təqdim edən yeniyetmə ARB TV-də yayımlanan “Səni axtarıram” verilişinə gələrək ağır ittihamlar səsləndirib.

O iddia edib ki, həmin müəssisədə uşaqları kamera olmayan yerlərdə - dəhlizdə və tualetdə döyürlər, təhqir edirlər. Xüsusən bunu uşaq evindəki digər uşaqlara tapşırırlar: “Mən orada qalmaq istəmirəm, bizi hər gün “veşalka” ilə döyürlər. Bizə tərbiyəsiz şeylər göstərirlər. Orada Elvin adlı uşaq var, müəllim ona tapşırdı ki, get bunun ayağını qır gəl. O da gedib uşağın ayağını qırdı. İlahə müəllimə 3 uşağı ikinci mərtəbədən aşağı atıb...

Bizə uşaq evində hər gün makaron, quru çörək verirlər. Ət verəndə içindən qurd çıxır. Yeyə bilmirik, qabağımıza atırlar. Uşaq evinə təzə müdir gəlib, adı Gülnarə xanımdır. O da belə şeylər edir”.

Ramal bütün bunlara dözməyərək qaçdığını, uşaq evinə qayıtmağa da qorxduğunu deyib.

Sadalanan faktla bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirdi ki, artıq bağlı araşdırmalara başlanılıb: “Yetkinlik yaşına çatmayan şəxs polis və aidiyyəti dövlət qurmlarının əməkdaşları tərəfindən digər sığınacağa yerləşdirilib. Onun səsləndirdiyi iddialarla bağlı müvafiq araşdırma aparılır”.

Xatırladaq ki, sözügedən uşaq evi ilə bağlı daha əvvəl də analoji ittihamlar yayılmışdı. Ötən il uşaq evinin yeniyetmə sakinlərindən biri həmin müəssisədə uşaqlar üçün ayrılan ərzağın onlara çatmadığını bildirmişdi. Qeyd etmişdi ki, əti bişirərək, sümüyünü uşaqlara verirlər, özünü isə evlərinə aparırlar. Ondan sonra o, 1 saylı Respublika Psixiatriya xəstəxanasına yerləşdirilmişdi. Müəssisənin direktoru Məhbubə Hüseynova isə işdən çıxarılmışdı.



 
Ardını oxu...
Xətai rayonunda yerləşən 7 saylı Şəhər Poliklinikasının həkim-terapevti Rəna Bayramova adıçəkilən tibb müəssisəsinin baş həkimi Şəlalə Səfərovanı onun hüquqlarını pozmaqda, qanunsuz olaraq məhkəmənin qərarını yerinə yetirməməkdə ittiham edir.

“AzPolitika”-ya müraciət edən həkim bildirir ki, baş həkim onu işdən çıxarmağa çalışır.

Bildirir ki, məhz bu məqəsdlə də 10.10.2023-cü il tarixdə Əmək Məcəlləsini pozaraq, onun xəbəri və razılığı olmadan əmək müqaviləsinə dəyişiklik edib: “Belə ki, məni 2212000300 təsnifat kodlu terapevt/həkim terapevt vəzifəsindən 2211000500 təsnifat kodlu həkim ümumi/ həkim terapevt vəzifəsinə kecirib”.

R.Bayramova baş həkimin əməlindən məhkəməyə şikayət edib. Xətai Rayon Məhkəməsində işə baxıldıqdan sonra 31.05.2024-cü il tarixdə onun xeyrinə qərar cıxarılıb və əvvəlki vəzifəsinə bərpa edilib: “Qərarda əmək funksiyamın həkim terapevtin nümunəvi vəzifə təlimatına əsasən müəyyən edilməsi göstərilib. Lakin Şəlalə Səfərova yenidən Əmək Məcəlləsini pozaraq 17.08.2024 tarixdə mənim xəbərim və razılığım olmadan, elektron olmayan bu müqavilədə dəyişiklik edib və sistemə saxta müqavilə vurub. Bu müqavilədə yalniz rəqəm olaraq 2212000300 kodu bərpa olunub. Əmək funksiyası, iş saatları, əmək haqqı isə həkim ümumi/həkim terapevtə uyğun saxlanılıb”.

Rəna Bayramova media vasitəsi ilə ölkə Prezidenti İlham Əliyevə, eləcə də tibb qurumlarının rəhbərlərinə müraciət edərək sözügedən məhkəmə qərarının tam icra olunması və hüquqlarının bərpa edilməsi üçün yardım göstərilməsini xahiş edir.

“Saxta icranın ləğv edilməsi, məhkəmə qərarının ədalətli şəkildə icra olunması üçün cənab Prezidentimiz İlham Əliyevdən kömək istəyirəm” – deyə, müraciətdə bildirilir.

Şikayətdə qeyd olunalarla bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq
 
Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman qaçqın və məcburi köçkünlərə yuksək həssaslıqla yanaşıb. Azərbaycanın hər köşəsində tikilən Avropa standartlarına uyğun müvəqqəti məskunlaşma binaları və evləri dediklərimizə misaldır. 44 günlük müharibədən əvvəl bu qayğını hiss etməyən köçkün qalmamışdı. Amma çox şükür ki, artıq ölkəmizdə məcburi köçkün termini tarixə qovuşub . Azərbaycan ordususu rəşadəti və canı bahasına Qarabağı düşməndən azad etdikdən sonra köçkünlər doğma yurd yuvalarına dönəcəyi günü iplə çəkməyə başladı və nəhayət ilk köçlər başladı.

Amma Prezidentin bu həssas və qayğıkeş əməlindən istifadə edib yurduna geri dönən keçmiş köçkünlərin bir çoxu yurdunda başqa mənzərə görəndə ümidləri cilikləndi.

Bir necə gün əvvəl əslən Cəbrayıl rayonundan olan, şəhid oğlu, həmkarım Zaur Əhmədin bir paylaşımı diqqətimi cəlb etdi.

Həmkarım yazır:”Şəhid qanıyla müqəddəsləşən Qarabağda harama bulaşanlar…
Ardını oxu...
Azərbaycanda əksər dövlət layihələrindən narazılıq var. Bunun bir səbəbi odur ki, heç bir layihə ictimai müzakirədən keçmir, insanların fikri öyrənilmir. İşğaldan azad olunan ərazilərdə evlər tikilir, amma rayon ziyalılarından, ağsaqqallarından, elə gənclərin özündən soruşan yoxdur ki, yeni rayonunuzu, kəndinizi, evinizi, necə görürsünüz?
Bu gün Yeni Qarabağın layihəsini bir gün Qarabağda olmayan adamlar, avrotəhsillilər cızır. Onlar da selin hardan gəldiyini, küləyin hayandan əsdiyini, əkini harda əkərlər, qoyun quzunu harada otararlar bilmədən “çertyoj” çəkirlər. Ona görə də nəticədə kəllə-mayallaq vəziyyət yaranıb.

Qubadlıda, Cəbrayılda və digər rayonlarda kənd evlərinin əksəri ikimərtəbəli olub. Birinci mərtəbədən əsasən “əl damı” kimi istifadə olunub. Kəndçi əkdiyi, biçdiyi məhsulu, qış azuqəsini birinci mərtəbəyə yığardı, yuxarıda da özü qalardı. Amma indi Qubadlının Mahruzlu kəndində ev tikiblər, evlər yerlə birdir. Kənd evini də elə tikərlərmi? Özü də yalın ətəyində, dərənin dibində, selənlikdə o cür evmi olar? Bu adamlar bir iki cərgə kubikə qənaət ediblər, yoxsa avropa təhsilli, Qarabağdan xəbərsiz memarların çəkdiyi layihə elə budur? Hər nədirsə, ortada olan, tikilən evlər göz qabağındadır…
Ardını oxu...
İndi sorğu sual etsən deyəcəklər ki, bəs ağsaqqallar şurasının rəyini də öyrənmişik. Hansı ki, o ağsaqqallar şurasının üzvləri icra başçısının, yaxud o biri məmurların tapşırığı ilə “dejurnı ziyalı” obrazında çıxış etməkdən başqa iş görmürlər. Heç kim inciməsin, olanı yazıram. Ola bilsin ki, məsələ bir az böyüsə, o ağsaqqalları yenə üstümüzə qaldırıb “sən hələ uşaqsan, belə şeyləri bilməzsən” kimi bəyanat da verdirsinlər.

Amma kimsə üstümüzə kəmçirəcək deyə doğrunu yazmaqdan geri durası deyilik.
Bir müddət əvvəl Cəbrayılda aparılan tikinti ilə bağlı da fikrimi yazmışdım. Narazılığım o idi ki, yer qıtlığı olmaya-olmaya niyə binalar yaxın tikilib. Köhnə Cəbrayıl şəhərinin kiçik də olsa, modelini yaratmaq olmazdımı?
Amma Cəbrayılda tikilən binaların bir-birinin qarnına girdiyini yazanda da üstümə yüngül səlib yürüşü oldu.
Guya mən o boyda qələbəni görmürəm. Vallah, yazdıqlarıma ağız büzənlərin əksəriyyətinin vətənpərvərliyi, milli heysiyyatı mənim qarşımda diz çöküb tövbə edər, yəni, o qədər cılızdırlar.
Ardını oxu...
Mən minlərlə qəhrəmanımızın, şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı, ordumuzun şücaəti hesabına işğaldan azad olunan Qarabağımızda hər şeyin ən gözəlini arzulayıram, istəyirəm, belə haqqım da çatır ki, tələb edəm.
Bu tələbi Ali Baş Komandan, Dövlət başçısı da edir. Min bir dəngə quraraq, iqtisadi siyasət apararaq, milyonlar nədi, milyardlar ayıraraq azad olunan torpaqlarımızda cənnətməkan qurmağı əsas hədəf qoyub. Amma… İş icraçıları nə qələbəyə, nə də qələbədən sonrakı siyasətə uyğun davrana bilmirlər.

Nə etməli? Etməli çox iş var. Ən azı, kadr siyasətinə, kadr seçiminə, iş prinsiplərinə yenidən baxmaq olar. Mənim belə səlahiyyətim yoxdur. Gücüm gördüyümü, doğru bildiyimi yazmağa çatır, onu da edirəm.
Bir onu təvəqqe edirəm, ya da bir başa tələb edirəm: Şəhid qanıyla müqəddəsləşən Qarabağ torpaqlarında haram iş görməyin, vicdanla çalışın. Ordan haram yolla qazanılan, oğurlanan, mənimsənilən hər manatda minlərlə şəhidin qanı, yüz minlərin ahı, milyonların haqqı var…”
Zaur müəllimin bu statusundan sonra Mahruzlu kəndindəki evlərin inşasını həyata keçirən "Amal Group"dan Axar.az-a verdiyi açıqlamada tikintinin qanunvericiliyin tələbinə uyğun aparıldığı deyib: “Tikinti-quraşdırma işləri qanunvericiliyin tələblərinə uyğun, təsdiq edilmiş layihə sənədləri əsasında, ciddi dövlət nəzarəti tədbirlərinin müşayiəti ilə həyata keçirilir”
Hələlik indiyə qədər “Amal” Groupa “sel gələndə bu evlərin və burada yaşayacaq vətəndaşın halı necə olacaq deyə soruşan olmayıb. Məndən olsa həmin Amal Groupun başbilənlərini və bu layihəni onlara təsdiq edib verənləri ailəsi ilə birgə həmin evdə məcburi yaşamasını təmin etmək lazımdır. Mahruzlu evlərinin yerdən hündürlüyü ilə bizim pəyənin hündürlüyü eyni idi. Milyardlarla pul köçürülən Qarabağın BUM-unu bu günə qoymaqdansa o pulu ev sahiblərinə verəydiniz xalq öz bildiyi evini tikəydi. Bilirəm, oradan sizin qazancınız olmayacaqdı və sizə sərf etməz!
Medianews.az saytının bu ilin iyun ayındakı sayında “Laçında talanan DÖVLƏT BÜDCƏSİ: Keyfiyyətsiz təmir olunan evlər sakinlərin BAŞLARINA UÇUR” məqaləsində oxuyuruq:”Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 24 may 2023-cü il tarixdə keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da qeyd olunub ki, Laçın rayonunun işğaldan azad olunmuş ərazisində fərdi yaşayış evlərinin, modul tipli məktəblərin tikintisi və bu kimi digər zəruri xərclərin tənzimlənməsi üçün 347,6 milyon manat və ya faktiki icra olunmuş dövlət büdcəsi xərclərinin 1,1 faizi məbləğində maliyyə təminatı yaradılmaqla istifadə olunub.
Ardını oxu...
Lakin Laçına köçün birinci mərhələsindən sonra evlərin bəzisində problemlər ortaya çıxıb. Bu barədə sakinlər özləri videolar çəkərək sosial media vasitəsilə ictimailəşdiriblər. Düzgün planlamanın, layihələndirmənin olmaması, qapı və pəncərələrin tez bir vaxtda sıradan çıxması, yağan yağışın mənzilin içərisinə dolması, həmçinin digər çatışmazlıqlar işlərin heç də Prezidentə məruzə edildiyi kimi yüksək keyfiyyətdə görülmədiyini üzə çıxarıb. Gəlin bir anlıq təsəvvür edək ki, bütün bu çatışmazlıqlara görə birbaşa məsuliyyət “Laçın Abadlıq Xidməti” ASC-nindir. Elədirsə, bəs keyfiyyətsiz görülən işi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi nə üçün təhvil-təslim alıb? Hansı maraq müqabilində onlar bu çatışmazlıqlara, faktiki olaraq dövlət büdcəsindən ayrılan pulların talanmasına göz yumub, Azərbaycan Prezidentinə yalan məlumat verib, nəticə etibarilə Böyük Qayıdış Proqramına xələl gətiriblər?”

Əslində köçkünlərə münasibət indi belə deyil. Hələ 2016-cı ildə Füzuli rayonunda məcburi köçkünlər üçün tikilən evlərlə bağlı narazılıq vardı. Təəssüf ki, layihədə məcburi köçkün ailələri üçün nəzərdə tutulan hamamlar tikilməmişdi. Ən pisi də o idi ki, hamam tikmək istəyənlərə layihədənkənar tikintini də aparmağa icazə vermirdilər .

Əntiqə Rəşid
 

Ardını oxu...
Neftçala Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əbülfəz Ağayev rayonun Bankə qəsəbəsində Kür ağzı deyilən ərazini zəbt edib.

Bu barədə Qaynarinfo-ya rayon sakini, Qartabağ veteranı İslam Bayramov bildirib.

Onun sözlərinə görə, həmin ərazi dövlət ehtiyat fondu torpağıdır: "Əlimdə Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini Bürcəli Ağayevin imzaladığı rəsmi sənəd var. Həmin sənəddə Əbülfəz Ağayevin zəbt etdiyi torpağın dövlət ehtiyat fondu torpağı olduğu qeyd edilir və bildirilir ki, o yerdə heç kimə torpaq verilə bilməz. Amma fakt ondan ibarətdir ki, bu gün Əbülfəz Ağayev həmin ərazidə təsərrüfat qurub".

Qarabağ veteranının sözlərinə görə, bir neçə il əvvəl onun da həmin ərazidə torpağı olub: "2021-ci ildə bizi ərazini zəbt etməkdə ittiham etdilər. Bu işə görə həbslər də həyata keçirilib. Amma Əbülfəz Ağayev işin içindən çıxa bildi. İndi məlum olur ki, o torpağı da əldən verməyib".

Şikayətçi onu da qeyd edib ki, Əbülfəz Ağayev Daş ülgədi adlanan ərazidə Kür çayının qollarını qurudaraq oranı otlaq sahəsinə çevirib. Bu işdə ona rayonun keçmiş icra başçısı, hazırda həbsəd olan İsmayıl Vəliyev yardım edib.

Əbülfəz Ağayev 2000-2002-ci illərdə Neftçalanın, 2002-2004-cü illərdə Sabirabadın, 2004-2012-ci ilərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb. Hazırda sahibkarlılqla məşğuldur. Onun Neftçalada iri təsərrüfat sahələri və fermalarının olduğu bildirilir. İslam Bayramov iddia edir ki, bu sahələrin çoxu qanunsuz yollarla əldə edilib.

Bu iddialarla bağlı Neftçala Rayon İcra Hakimiyyəti və Əbülfəz Ağayevin mövqeyini öyrənmək mümkün olmayıb.
Ardını oxu...
Azərbaybaycanda dövlət qurumlarında işləyən şəxslərin gizli və yaxud açıq formada biznes fəaliyyəti məşğul olmaları artıq adi hala çevrilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, belə şəxslərdən biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsul işçisi kimi tanınan Bəhruz Lalayevdir.

Aldığımız məlumata görə Bəhruz Lalayev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsul işçisi olmasına baxmayaraq, o həmdə bəzi dairələrdə özünü iş adamı tanıtdırır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tikinti işləri ilə məşğul olan Bəhruz Lalayevin çox ciddi imkanlara sahib olduğu bildirilir. Məlumata görə Bəhruz Lalayev var-dövlətini məhz Avtomobil Yolları Dövlət Agentliyinin hesabına qazanıb.

Onun AYDA sədri Saleh Məmmədovun komandasında olduğu və buna görə bir çox pullu işlərin Lalayevə həvalə edildiyi deyilir. Dövlət qurumu Avtomobil Yolları Dövlət Agentliyinin hesabına milyonçuya çevrilən Bəhruz Lalayevin bahalı avtomobilləri, paytaxtda bir neçə dəbdəbəli mənzili, obyektləri və Goranbay rayonunda asvalt zavodu olduğu bildirilir. (Fim.az)

Dünyapress TV

Xəbər lenti