Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Ötən həftə Mədəniyyət Nazirliyinin tabeliyində “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağdaş rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18” Açıq Səhmdar Cəmiyyəti ilə 819.990,68 manat məbləğində satınalma müqaviləsi bağlaması barədə məqalə yaymışdıq.

Qeyd etmişdik ki, “Əsaslı Tikinti və Təchizat” MMC son dörd ayda “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ümumi dəyəri 1728074 manat olan üç satınalma müqaviləsi bağlayıb.

“Əsaslı Tikinti və Təchizat” MMC İsmayıllı şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əsaslı təmiri işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18″ASC ilə 320.093,91 manat məbləğində satınalma müqaviləsini 07.11.2024-cü ildə bağlayıb.

“Əsaslı Tikinti və Təchizat” MMC Goranboy şəhər Heydər Əliyev Mərkəzinin əsaslı təmir işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18″ASC ilə 587.991,22 manat məbləğində satınalma müqaviləsini 03.10.2024-cü ildə bağlayıb.

Həmçinin onu da qeyd etmişdik ki, açıq mənbələrdə “ŞƏMKİR TİKİNTİ-18″ASC ilə bağlı heç bir məlumat yoxdu. Yalnız Dövlət Vergi Xidmətinin rəsmi məlumatlarından başqa “ŞƏMKİR TİKİNTİ-18″ASC h

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ŞƏMKİR TİKİNTİ-18” (VÖEN: 8500131791) Açıq Səhmdar Cəmiyyətinin 25.11.2004-cü il tarixdə 14 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 64458.00 manat olan MMC-nin hüquqi ünvanının, ŞƏMKİR RAYONU, DƏLLƏR ŞTQ, qanuni təmsilçisi kimi isə Abdullayev Vaqif Çingiz oğlu qeyd olunub.

Qeyd edək ki, Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “ŞƏMKİR TİKİNTİ-18″ASC digər dövlət qurumları ilə də bir neçə satınalma müqaviləsi bağlayıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Bakı şəhəri, Binəqədi şossesi 53 ünvanında Agentlik üçün texniki bazanın tikintisi işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə 1.147.146,03 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsi isə “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə Mənzil-kommunal və təmir xidmətinin inzibati binasının əsaslı təmir işlərinin satınalınması üzrə 2.886.440,49 manat məbləğində müqavilə bağlayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin inzibati binasının tikintisi üzrə hələ 2022-ci ildə “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə 8.834.801,39 manat məbləində satınalma müqaviləsi bağlayıb.

Bu məlumatlardan da göründüyü kimi, “ŞƏMKİR TİKİNTİ-18” ASC hər il yüksək məbləğdə tenderlər udub.

Qeydn edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı var.

Həmin qərarın 5-ci ( İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının dərc edilməsi) bəndində göstərilir ki,

5.1. “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur:

5.1.1. qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması;

İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “ŞƏMKİR TİKİNTİ-18” Açıq Səhmdar Cəmiyyətinin son illər büdcədən müəyyən səlahiyyətlərin yerinə yetirməsinə baxmayaraq illik maliyyə hesabatları barədə heç bir məlumat tapa bilmədik.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Qanunla təchizatçı olaraq “ŞƏMKİR TİKİNTİ-18” ASC Qanunun 23.4.2-ci maddəsində qeyd olunan tələb üzrə – son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış təqdim etməlidir.

Çox maraqlıdır ki, satınalan təşkilat olaraq yuxarıda adları çəkilən dövlət qurumları təchizatçı olaraq “ŞƏMKİR TİKİNTİ-18” ASC -nin uyğunluq göstəricilərini hansı sənədlərlə qəbul ediblər.

Daha maraqlısı isə odur ki, Dövlət Vergi Xidmətinin məlumatlarında hüquqi ünvanı Şəmkir rayonu Dəllər qəsəbəsi göstərilən “ŞƏMKİR TİKİNTİ-18” ASC-ni tanıyan yoxdu. Hətta İcra nümayəndəliyi belə qəsəbədə belə şirkətin mövcud olmasından xəbərləri olmadığını bildirdilər. Hətta şirkətin sahibi və qanuni təmsilçisi kimi təqdim olunan Abdullayev Vaqif Çingiz oğlunu da tanımadıqlarını dedilər. Beş min nəfər əhalisi olan Dəllər qəsəbəsində dövlət satınalmaları yolu ilə milyonlarla manat qazanan şirkəti tanıyan yoxdusa şübhələnməyə də ciddi əsalar var.

Aktualinfo.org
 
 
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...
17 Aprel 2025 BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ – Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video
17 Aprel 2025 Burda təkcə TƏHSİL ZAY DEYİL... - NARAZILIQ VAR...
17 Aprel 2025 “DEDİ Kİ, İSTƏYİRSƏN PREZİDENTƏ YOX, LAP SƏDDAM HÜSEYNƏ ŞİKAYƏT ET...” – Nazir Rəşad Nəbiyev tapşırıq verdi, işçiləri əməl etmədi
17 Aprel 2025  “Azərlotereya”nın baş sponsor oyunbazlığı - Bəs nooldu “Misli” Premyer Liqanın baş sponsoru idi?
17 Aprel 2025 Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI

Dünyapress TV

Xəbər lenti