Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
"Dünya hər gün dəyişir və əgər biz dəyişən dünyaya uyğunlaşa bilməsək, sadəcə ondan kənarda qalacağıq”. Bunu aprelin 17-də parlamentdə çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.

“İqtidardakı çoxluq və şəxsən mən bəyan edirik ki, Qarabağ hərəkatının davam etdirilməsinə yönəlmiş istənilən cəhd dağıdıcı xarakter daşıyır, çünki bu cəhdlər əvvəllər olduğu kimi, indi də Ermənistanın dövlətçiliyinin, müstəqilliyinin və suverenliyinin qarşısını almaq üçün alətə çevrilib. Təəssüf ki, biz bunu çox gec dərk etdik.

Müxalifət isə əslində belə bir fikir irəli sürür ki, Ermənistan dövlətçiliyi əvvəl də, indi də yalnız bir məqsədə və məzmuna malik olub – Qarabağ hərəkatı, Qarabağ məsələsi, bu səbəbdən, hər hansı nəticədən asılı olmayaraq, Qarabağ hərəkatı davam etməlidir. Amma mən bu yanaşma ilə nəinki razı deyiləm, eyni zamanda geriyə baxanda bir məqamı görürəm və indi artıq onu açıqlaya bilərəm.

Ermənistanda xalqın 2018-ci ildə başladığı zorakılıqsız “məxməri inqilabı” nəticəsində hakimiyyətə gələn siyasi komanda amansız sınaqlar və zərbələr qarşısında intuisiyasını və cəsarətini nümayiş etdirərək, addım-addım və hissə-hissə belə bir reallığa qarşı dayanmağı bacardı: Qarabağ hərəkatı obyektiv baxımdan artıq çoxdan başa çatıb və bu hərəkatı davam etdirməyə yönəlmiş kollektiv səylərimiz yalnız Ermənistanın onsuz da zəifləmiş müstəqilliyinə və dövlətçiliyinə son qoymaq üçün istifadə olunur”, – deyə Paşinyan vurğulayıb.

“Biz deyirik: Ermənistan və Azərbaycan arasında yeni eskalasiya və yeni müharibə olmayacaq, sülh olacaq.
Niyə və necə? Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, güc tətbiqinin və güc hədələrinin yolverilməzliyini tanıyıblar. Bu isə təkcə siyasi deyil, həm də hüquqi müstəvidə baş verir. Belə ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının birgə fəaliyyət qaydaları artıq hər iki ölkə üçün ali hüquqi qüvvəyə malik sənəddir. Həmin sənəddə demarkasiya üçün əsas prinsip kimi Alma-Ata Bəyannaməsi qəbul olunub.

Ermənistan və Azərbaycan, əslində, münasibətlərin tənzimlənməsi üçün qəbul etdiyi Alma-Ata Bəyannaməsində əsas prinsiplər bunlardır: sovet respublikalarının sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyünün qarşılıqlı tanınması, daxili işlərə qarışmama, gücdən istifadə və güclə hədənin yolverilməzliyi.

Ermənistan və Azərbaycan sülh və dövlətlərarası münasibətlərin qurulması barədə saziş layihəsini razılaşdırıblar, bu layihə üzrə danışıqlar başa çatıb və mən 15 aprel tarixli məruzəmdə göstərdiyim kimi, sazişin imzalanmasına heç bir maneə yoxdur. Müqavilənin mətni razılaşdırılıb.

Ermənistan və Azərbaycan arasında eskalasiya və müharibəni unudun. Biz birlikdə Cənubi Qafqaz tarixində yeni bir səhifə açmalıyıq və biz həm sülh sazişini, həm də ATƏT-də Minsk qrupunun strukturlarının buraxılması ilə bağlı birgə Ermənistan-Azərbaycan bəyanatını imzalamağa hazırıq”, – deyə Paşinyan bildirib.

Beləliklə, iki əsas məqam ön plana çıxır: Paşinyan Ermənistan daxilində “Qarabağ hərəkatı” adlanan istənilən fəaliyyətin tamamilə dayandırılmasını istəyir və əminliklə bildirir ki, Azərbaycanla yeni müharibə olmayacaq.

Ancaq ortada bəzi suallar var.
Birincisi, Paşinyan doğrudanmı bu “Qarabağ hərəkatı”na son qoymaq gücündədir? Axı İrəvanda hələ Şahramanyanın rəhbərlik etdiyi “Artsax prezidenti ofisi” fəaliyyət göstərir və “Artsax parlamenti” də bu həftə orada iclas keçirib.
İkincisi, Paşinyan artıq yeni müharibə təhlükəsi olmayacağı ilə bağlı belə əminlik haradan peyda olub? Axı bir müddət əvvəl onun özü də, komandasının üzvləri də, müxalifət də Azərbaycanın Ermənistana hücum ehtimalını qəbul edirdi.

Mövzu ilə bağlı Pressklub.az-a danışan müstəqil siyasi ekspert Nəsimi Məmmədli bildirib ki, erməni cəmiyyətində Qarabağ hərəkatına diqqət və dəstək əvvəlki səviyyədə deyil.

“Hərəkat əhəmiyyətli dərəcədə zəifləyib və bu istiqamətdə siyasi prosesi davam etdirmək artıq çətindir. Müxalifət, eləcə də daxildəki və xaricdəki müəyyən millətçi dairələr zəifləyən siyasi mövqelərini qorumaq üçün Qarabağ məsələsindən istifadə etməyə çalışırlar. Lakin əhalinin əksəriyyəti anlayır ki, bu yol uğura aparmır. Əgər yeni müharibə təhlükəsi hiss olunsa, erməni gəncliyi ölkəni tərk edəcək. Onsuz da miqrasiya Ermənistan üçün ciddi problemə çevrilib.

Paşinyan hökuməti revanşist qüvvələrin yeni siyasi gündəlik yox, öz ənənəvi mövzuları ilə məşğul olmasında maraqlıdır. Paşinyan əmindir ki, Qarabağ hərəkatı əhalidən dəstək almayacaq. Son 4 ildə aydın oldu ki, Ermənistan cəmiyyətində revanşistlərin ictimai-siyasi dayaqları artmayıb. Paşinyan hökuməti Azərbaycanla sülh sazişi imzalanmadığı müddətcə Qarabağ məsələsini tam bağlamaq istəməz. O vaxta qədər həm ölkə daxilində, həm də xaricdə bu məsələdən müəyyən dividentlər əldə etmək imkanı qalır”, – analitik izah edir.

O, dünyada iqtisadi, siyasi və hüquqi münasibətlər sisteminin dərin böhran içində olduğunu da xatırladır.
“Qlobal və regional şərait qeyri-müəyyən və sabit deyil. Xüsusilə, ABŞ-ın Cənubi Qafqaz siyasətinin hansı istiqamətdə inkişaf edəcəyi hələlik bəlli deyil. ABŞ bu regionda əvvəlki kimi Avropa İttifaqı ilə sinxron siyasət aparmaq istəmir. Əgər Tramp administrasiyası regionda Rusiyanın siyasi və müdafiə maraqlarını nəzərə almağa razı olsa, bu, həm Ermənistan, həm də Azərbaycan üçün yeni problemlər yarada bilər.

Eyni zamanda hazırda Azərbaycanın müttəfiqi olan Türkiyə də Cənubi Qafqazda yeni müharibə istəmir. Hazırda Türkiyənin diqqəti daha çox Yaxın Şərqə yönəlib.
Avropa İttifaqı isə Ermənistan və Azərbaycan sərhədində xüsusi missiya həyata keçirir. Bundan əlavə, bu ilin yanvarında ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. İran da belə bir müharibəni qəbul etmir.

Beynəlxalq və regional şərtlər, o cümlədən Bakı ilə İrəvan arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi müharibə ehtimalını azaldıb”, – deyə Nəsimi Məmmədli fikirini yekunlaşdırır.

Bölmənin digər xəbərləri

20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO
18 Aprel 2025 Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum imzalayıb
18 Aprel 2025 CHP ilə bağlı açıqlama verən jurnalist tutulub
18 Aprel 2025 Dünya "Təbii fəlakət" deyib qıraqdan baxır? - Onlar belə önləyici tədbirlər alırlar...
17 Aprel 2025 Tramp və Ərdoğan arasında strateji anlaşma: ABŞ və Türkiyə yeni qlobal güc mərkəzi qurur
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 Fransadan Azərbaycana böyük pislik - Bakı bağışlamayacaq!
17 Aprel 2025 Anar Əlizadəyə Serbiya pasportunu kim və niyə verdi: Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir - SENSASİYA

Dünyapress TV

Xəbər lenti