Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə paytaxtın Həsən Məcidov küçəsində piyadaların yaşadığı səki problemi barədə məlumat verilib.
Qeyd edilib ki, ərazidə piyadaların hərəkəti üçün səki demək olar ki, mövcud deyil.
"Küçədə səki yalnız kəsintili şəkildə bir neçə yerdə var. Yolun kənarında, hətta zibil yeşiklərinin önündə park edənlər isə şəraiti daha da çətinləşdirirlər. Həm də səkidə park edənlərə qarşı ciddi tədbir görülməlidir. Üstünlüyü avtoyuma və təmir məntəqələrinin təşkil etdiyi bu küçədə piyada təhlükəsizliyi tamamilə unudulub", - deyə əlavə edilib.