"Evlərin kvadratları təxminən 20-25 kvadratmetr az yazılıb..." - ÖZBAŞINALIQ!
Müğənni Nura Suri yaşadığı binanın Mənzil-Tikinti Kooperativindən (“Yapı İnşaat” MTK) narazıdır.

"DİA-AZ" xəbər verir ki, bu barədə danışan Nura Suri açıqlamasında deyir ki, MTK kommunal xərcləri ödəməyən bir neçə qonşuya görə digər bina sakinlərini də kommunal xidmətlərdən məhrum edir.

“Kommunal xidmətləri ödəməyənlərə görə biz, ödəyən sakinlər əziyyət çəkirik. Tez-tez suyu kəsirlər. Artıq bir həftədir ki, lift bağlıdır. Komendant da deyir ki, liftin platası yanıb, təmir üçün 900 manat lazımdır”, – Nura Suri deyir.

Onun sözlərinə görə, kommunal xərclər, liftdən istifadə və bu kimi məsələlərə daha sonra biri də əlavə olunub:

“Bir gün xəbər tutduq ki, binamızın qarajını satıblar. Halbuki qaraja görə hər ay pul ödəyirdik. MTK uşaq meydançası üçün nəzərdə tutulan ərazini ödənişli dayanacaq etdi. Artıq 16 ildir ki, bu binada yaşayıram. İllərdir bu kimi problemlərlə üzləşirik”.

Binanın problemlərdindən danışan Nura Suri dərdlərini kimə danışacaqlarını bilmədiyini deyir:

“Sadaladığım problemlərlə əlaqədar MTK-ya zəng edirəm, məni komendanta yönəldirlər. Firdovsi adlı komendant da deyir ki, sənədlə binanı təhvil almamışam. Bizi axmaq yerinə qoyurlar. Davamlı olaraq pul alırlar. Lakin binanın istismarı, həyətin abadlaşdırılması və s. kimi işləri görmürlər. Kommunal ödənişlərdən əlavə bizdən müxtəlif bəhanələrlə pul yığırlar. Kommunalı ödəməyən qonşulara görə gah suyu kəsirlər, ya da lifti bağlayırlar. Başımıza oyun açırlar. MTK iş adamı Şahmar Vəliyevindir. Heç kim ona nəsə deyə bilmir. Hamı qorxur ki, başına bir iş gələr, ya da nəsə olar”.

Müğənni daha bir məsələyə toxunub, bildirib ki, mənzili MTK-dan müqavilə əsasında alıb. Sonradan əmlak çıxarışı alarkən görüb ki, sənəddə mənzilin kvadratı az göstərilib:

“Bütün çıxarışlarda evlərin kvadratları təxminən 20-25 kvadratmetr az yazılıb. Əlimdə bunu sübut edəcək sənəd- müqavilə də var. Belə çıxır ki, mən evimi satanda, 20-25 kvadratmetrə görə pul itirəcəyəm. Hüquqşünaslarla danışdım, dedilər ki, bu hal məhkəmə predmetidir”.

Nura Suri deyir ki, bina sakinləri mövcud problemlərlə əlaqədar məhkəməyə müraciət edəcəklər:

“Bəzi qonşularla danışıb, məhkəməyə müraciət etməyi təklif etdim. Onlar da razıdırlar. Sadəcə, bizə yaxşı hüquqşünas lazımdır. Elə bir hüquqşünas olsun ki, sabah kimsə ona zəng edib, qorxudanda geri çəkilməsin, işi yaxşı aparsın, ört-basdır etməsin”.

“Yapı İnşaat” MTK-dan isə KİV-ə bildirilib ki, binanın mülkiyyətçiliyi artıq onlarda deyil.

“Bina sakinləri özlərinin Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaradıblar. Mənzillərin çıxarışlarında sahənin az göstərilməsinə gəlincə, bununla əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etsinlər”, – MTK-dan bildirilib.

Binanın komendantı ilə əlaqə saxlamaq mümkün olmayıb.
 

Bölmənin digər xəbərləri

21 Fevral 2025 Balababa Rzayevin qardaşı oğlunun şirkəti fəhlələrin əmək haqqını vermir – KÜTLƏVİ NARAZILIĞIN VİDEOSU
21 Fevral 2025 “MedAura”nın həkimi Kəmalə Mirzəyevanın yanlış əməliyyatı problem yaradıb – VİDEO
21 Fevral 2025 Zakir Fərəcovun bacısı oğlu və qohumu Sumqayıtda “fironluq” edir – Şikayət
21 Fevral 2025 Balakən sakinləri tibbi sığortadan yararlana bilmir: "AYMED" Klinikasında ödənişli xidmətlərə məcbur edilirlər -DE-FAKTO
20 Fevral 2025 Bərdədə işıqsız qalan məktəb bağlanıb - başçı və nazirlik mürgüləyir... VIDEO
20 Fevral 2025 Məmurlar camaata ZÜLM VERİR-SABRABAD SAKİNLƏRİ ETİRAZ EDİR VİDEO
20 Fevral 2025 Abşeronda tikinti-söküntü xaosu - qanunları heçə sayan kimlərdir?
20 Fevral 2025 7.6 milyon vergi borcu dövlət qurumlarını hərəkətə gətirəcək Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir
20 Fevral 2025 Azelekom” 9 milyonun yarısını maşınlarına xərcləyib: MMC-nin “Motor Clinik”lə qəribə tender anlaşması
20 Fevral 2025 Yardımlıda "yaşıl soyqırım" - Yaşıllığı məhv edərək yerində istirahət mərkəzi tikmək nəzərdə tutulmuşdur
20 Fevral 2025 Kənd təsərrüfatı mütəxəssisi naziri “yıxıb-sürüdü” – PREZİDENTƏ MÜRACİƏT
19 Fevral 2025 Yasamalda başçının adından toplanan QALAQ-QALAQ PULLAR... - İTTİHAM VAR...
19 Fevral 2025 Yasamal rayonunda qanunsuz fəaliyyət: Valeh Qasımzadə Kimdir? ARAŞDIRMA
19 Fevral 2025  Zaur Mikayılov işinin öhdəsindən gəlmir...
19 Fevral 2025 Rəcəb Babaşovun oğluna “77-RR-777″nömrəli “Range Rover” doğum günü hədiyyəsi…-Video
19 Fevral 2025 İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"
19 Fevral 2025 İcra başçısı Məmməd Məmmədov Tovuzun iki kəndini bir-birinə düşmən edir
18 Fevral 2025 Sağlam adamı 15 min manat müqabilində xidmətdən saxladılar - SHXÇ Dövlət Xidmətinə ittiham
18 Fevral 2025 Nəsimidə "JEK" rəisi olan qardaşlar milyonluq mülkü necə əldə edib? - FOTO
18 Fevral 2025 179 min manatlıq tenderi nazir müavininin qardaşı udub? - SƏNƏDLƏR

Dünyapress TV

Xəbər lenti