Naxçıvanda qablaşdırılmış "Badamlı" və "Sirab" sularının qiyməti təxminən iki dəfə bahalaşıb
Bu suları istehsal edən zavodlar yerli yüksək vəzifəli məmurların nəzarətindədir. Yerli sakinlərin „Gündəlik Naxçıvan“a verdikləri məlumata görə, əvvəllər 40 qəpiyə satılan bir litrlik sular indi 70-80 qəpik arasında qiymətə təklif olunur.
Bu bahalaşma xüsusilə Naxçıvan şəhərində yaşayan ailələrin büdcəsinə ciddi təsir edir, çünki şəhərdə içməli su çox çirkli olduğundan sakinlər qablaşdırılmış su almağa məcbur olurlar.
Şəhər sakini Mərdan Məmmədov deyir ki, əvvəlki illərdə həftədə 9-10 manat verib 20 litr su alırdı. Lakin qiymətlər bahalaşdıqdan sonra hər həftə 17 manat ödəməli olur:
"Şəhərə verilən sudan nə içmək, nə də mətbəxdə istifadə etmək olar. Ona görə də hər kəs ya "Badamlı", ya da "Sirab" suyu alır. Minlərlə insana hər ay ziyan dəyəcək və nəticədə Naxçıvan rəhbərliyinin cibinə daha çox pul axacaq. Mən özüm məcburam ki, içməli suya hər ay 30 manat artıq ödəyəm. Yeni hakimiyyət su zavodlarını yaxın iş adamlarına verib.
Bu su, Allahın bizə verdiyi nemətdir. Naxçıvan əhalisinin də bu sərvətdə payı olmalıdır. Suyun öz axarı ilə çıxması üçün heç bir xərc tələb olunmur. Sadəcə qablaşdırıb gətirib satıb pul qazanırlar. Daşınma xərci ilə Naxçıvandan kənara başa düşmək olar, amma bizdə nə üçün qiymət qalxır, bunu başa düşmədik."
Digər sakin Ceyhun Vəliyev də təbii qaynaq sularının qiymətinin əsasız olaraq artırılmasından şikayətlənib:
"Benzinin, qazın qiymətini qaldırdıqları kimi indi də suyun qiymətini artırıblar. Əhali heç düşünülmür. Bir litr suyun qiyməti az qala benzinin qiyməti ilə eynidir. Halbuki, bu sular Naxçıvanın özündə çıxan sudur və çıxması üçün heç bir xərc tələb olunmur. Amma gözləri doymur, az xərc çəkib, çox qazanmaq istəyirlər. Ən azı Naxçıvanda qiymətə güzəşt edilməlidir. Əvvəl Talıbovlar boğazımıza keçmişdi, indi də yeni hakimiyyət. Dəyişiklik olduğunda sevindik, amma vəziyyət daha da ağırlaşdı. Gör hansı vəziyyət yaranıb ki, camaat Talıbovu arzulayır"
 

Bölmənin digər xəbərləri

12 Aprel 2025 Son bir ildə ölkədə hansı məhsullar bahalaşıb?- SƏBƏBLƏR
12 Aprel 2025 AMB ən çox şikayət olunan bankların adını açıqladı – SİYAHI
12 Aprel 2025 Elmin Zamanovun rəhbəri olduğu qurumun 4 milyon vergi borcu var
11 Aprel 2025 Mərkəzi Bank ənənəvi addımından niyə imtina etdi? – Birmənalı qarşılanmayan qərar
11 Aprel 2025 Tramp Çinə qarşı rüsumları 145%-ə qaldırdı
11 Aprel 2025  Bazara təzə kartof da gəldi, qiymət nəinki enir, əksinə, qalxır - AXI NİYƏ?..
10 Aprel 2025 “Diadem” şirkətinin rəhbərləri ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
10 Aprel 2025 "Bakı Kart"ın nizamnamə kapitalı kəskin azaldılır
10 Aprel 2025 Çinli investorlar qızıla üz tutdular - 1 milyard dollar sərmayə...
10 Aprel 2025 Vəliyevin Rusiyadakı şirkətlərindən biri qazanc, digəri zərər edib - FOTO
09 Aprel 2025 Neft qiymətləri 40 dollara qədər düşə bilər – Goldman Sachs
09 Aprel 2025 Tariflər Azərbaycandan Amerikaya yumurta ixracını dayandırıb? - AÇIQLAMA
09 Aprel 2025 İlon Mask sürətlə kasıblaşır - “Bloomberg”
09 Aprel 2025 Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
08 Aprel 2025  Bakıda köhnə binaların sökülməsindən sonra mənzillər bahalaşacaq? - AKTUAL
08 Aprel 2025 Qlobal maliyyə bazarı trilyonlarla dollar itirdi - “Bloomberg”
07 Aprel 2025 Gürcüstanda kənd təsərrüfatı məhsullarının qiyməti və....
07 Aprel 2025 Alça və çiyələyin qiyməti əl yandırır - VİDEO
07 Aprel 2025 Çubaysın hesablarına həbs qoyuldu
07 Aprel 2025 Rusiya dünyanı fəth edəcək... VİDEO

Dünyapress TV

Xəbər lenti