Amerikalı milyarder, iş adamı Bill Qeyts sərvətini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, milyarderin hazırkı sərvəti 106 milyard dollardır.
Qeyts övladları Cennifer (həkim), Rori (Çikaqo Universitetinin məzunu) və Phoebe (Stenfordda tələbə və sahibkar) haqqında təəccüblü açıqlamalar verib.
O, övladlarının öz pullarını qazanması lazım olduğu fikrini müdafiə edərək, onları texnologiya mövzusunda intizamlı yetişdirdiyini, 14 yaşına qədər smartfonları qadağan etdiyini, təhsilə böyük önəm verdiyini vurğulayıb və bildirib ki, bu məbləğin yalnız 1 faizini övladlarına miras qoyacaq.
Qeyts övladlarının öz uğurlarına nail olmasını istədiyini və qazancının böyük hissəsini xeyriyyə xərcləyəcəyini bildirib.
Sərvətinin böyük hissəsini xeyriyyəçiliyə həsr etdiyini deyən Qeyts, bütün var-dövlətini həyat yoldaşı ilə birlikdə qurduğu Qeyts Fonduna köçürəcəyini açıqlayıb.
O qeyd edib ki, qlobal səhiyyə, təhsil və yoxsulluqla mübarizə sahələrində iş aparan Qeyts Fondu ABŞ-nin ən böyük xeyriyyə təşkilatıdır.