Piştaxta-kassa uyğunsuzluğu davam edir. Əslində bunun adına müştərinin aldatmaq deyirlər. XALQ.AZ xəbər verir ki, artıq marketlərimizin piştaxtada bir qiymət, kassadan çıxan qəbzdə isə başqa bir qiyməti göstərməsi ənənə halını alıb. Günü-gündən artan müştəri gileyləri isə aidiyyatı qurumlar tərəfindən qulaqardına vurulduğundan marketlərimizin də durmaq fikri, hansısa məsuliyyətə gəlmək kimi yanaşması görünmür. XALQ.AZ növbəti vətəndaş şikayətini təqdim edir. Bu dəfə narazılıq yenədə “Bazarstore” dir. Belə ki , müştəri super kart ilə aldığı məhsulu endirimsiz qəbzlə vurublar və ödənişinidə alıblar. “Bazarstore” bu barədə heç bir açıqlama almaq mümkün olmadı. Qarşı tərəfində fikirlərini dərc etməyə hazırıq.