Elmi Cərrahiyyə Mərkəzində rəzalət
Səhiyyə sistemində hökm sürən qanunsuzluqlar barəsində dəfələrlə yazılmasına baxmayaraq hələ də xəstələrə potensial qazanc mənbəyi kimi yanaşan “ağ xalatlılar” çoxdur. İnsan talelərinə, həyatına biganə olan, pulsuz xəstələrə gözünün ucuyla belə baxmayan tibb işçiləri hətta puldan ötrü xəstə talelərini təhlükə altında da qoyurlar. Dövlətin səhiyyə xidmətlərinin yüksəldilməsi istiqamətində fasizləsiz tədbirlər görməsinə rəğmən belə “ağ xalatlı qara qüvvələr” öz əməlləriylə bu siyasətə zərbə vururlar.

Redaksiyamıza müraciət edən Sədaqət Verdiyeva (ad şərtidir.) adlı xəstənin yaxınları M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində baş verən qanunsuzluqlardan şikayət edir. Onun bildirdiyinə görə burada hər şey pulun iradəsinə tabedir. Pullu xəstələrin başına pərvanə kimi dolanan həkimlər nədənsə pulsuz xəstələrə baxmaq belə istəmir. Hətta kasıblarla danışanda Mərkəzin həkimlərinin səs tonu da dəyişr. Pululara qarşı şəfqət, nəzakət dolu intonasiyada danışan tibb personalı bütün mənfi enerjilərini pulsuz xəstələrin üzərinə tökürlər. Böyük Sabirin sözlərinə bir az düzəliş etsək M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi üçün fəaliyyət devizi kimi istifadə etmək olar:

“Kasıb, özünü sən də bir insanmı sanırsan,

Pulsuz xəstə, xəstəliyi asanmı sanırsan?”

Redaksiyamiza müraciət edən xəstənin yaxınları bildirir ki, xəstə Sədaqət Verdiyeva (ad şərtidir.) M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin reanimasiya şöbəsində ağır vəziyyətdə müalicə alır. Mərkəzə müraciət etdikləri ilk gündən addım başı onlardan pul tələb edilib. Xəstənin ağır vəziyyətdə olmasından istifadə edən Mərkəzin tibb personalı onun yaxınlarını kifayət qədər “soyublar” . Şikayətçi bildirir ki, artıq verməyə pulları qalmayıb. Bütün qohum-əqraba səfərbər olaraq indiyə qədər köməklik etsə də artıq gündən-günə artan məbləği ödəməyə kimsənin gücü qalmayıb. Xəstə yaxınlarından pul ala bilməyən ECM həkimləri isə artıq xəstənin çıxarılmasını tələb edirlər. Onun vəziyyətinin ağır olması, həyatının təhlükə qarşısında qalması isə həkimləri qətiyyən maraqlandırmır. Tələb qətidir: “Xəstəni çıxarın!” Xəstə yaxınları onun həyatının təhlükədə olduğunu bildirsələr də Mərkəzin əməkdaşlarının tələbi dəyişməyib.

Şikayəti araşdırmaq üçün M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi ilə əlaqə saxlamağa çalışdıq. 4321830 nömrəli telefona zəng edərək Mərkəzin direktoru Rauf Ağayevlə danışmaq istədiyimiz bildirdik. Telefona cavab verən direktorun katibəsi bizimlə elə bir tonda danışdı ki, orda olan xəstələrə yazığımız gəldi. Katibə kobud şəkildə bildirdi ki, direktor danışmaq istəmir. Kiçik dialoqumuzdan ECM-də nəinki xəstələrə, hətta medya mənsublarına olan münasibət bizə tam aydın oldu. Görünür R. Ağayevin medyaya münasibətini yaxşı bilən katibəsi bizimlə bu tonda danışdı. Necə deyərlər uzaqdan görünən şəhərə bələdçi nə lazımdır?

Bu dəfə problemi araşdırmaq üçün Səhiyyə nazirliyi ilə əlaqə yaratmağa çalışdıq. Bizə cavab verən nazirliyin mətbuat xidmətinin Elvin adlı əməkdaşı bildirdi ki, onlar yalnız xəstə yaxınlarının, yaxud xəstənin özünün nazirliyin qaynar xəttinə şikayətindən sonra məsələni araşdıra bilərlər. Bu məntiqlə həyatı təhlükə qarşısında olan xəstənin yaxınlar işini-gücünü atıb, xəstələrini taleyin ümidinə buraxıb nazirliyin qaynar xətti ilə əlaqə saxlamalıdırlar. Həm də bu məntiqlə M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yolu düşən xəstələr özləri üçün bir nəfəri mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin etməlidirlər. Bu nə məntiqdir? Bir insanın həyatı təhlükə qarşısındadır, pulu olmadığına görə reanimasiya şöbəsindən, xəstəxanadan qovulur, Səhiyyə nazirliyi qaynar xəttə şikayət tələb edir. Görünür mərkəzin əməkdaşları bütün qanunsuzluqları elə bu münasibətə arxayın olaraq törədirlər. “Kəndxudanı gör kəndi çap” məsəli adamın yadına düşür.

/Azerbaycanreallığı
 

Bölmənin digər xəbərləri

12 Aprel 2025 Ş VAXTI BAŞINA 40 KİLOQRAMLIQ DƏMİR DÜŞDÜ, ŞİRKƏT MÜALİCƏSİNİ YARIMÇIQ SAXLADI... - Şəki sakini “Körpü-Bina-Tikinti” MMC-dən şikayətçidir
12 Aprel 2025 Kosmetoloq Aygün Ömərova lisenziyasız nece inyeksiya prosedurlarını həyata keçirir?
12 Aprel 2025 QHT Agentliyindən qrantları deputatlar və hökumət nümayəndələri necə udurlar? – RƏZALƏT
12 Aprel 2025 Balakəndə bələdiyyə sədri və biznesmen əmiləri polisə tabe olmayaraq içkili halda mübahisə yaratdılar
12 Aprel 2025 Yasamaldakı TİKİNTİ XAOSU davam edir... - NƏ BAŞ VERİR?
12 Aprel 2025 “Embawood” MMC keyfiyyətsiz mebellərini daha çox kimlərə satır - İLGİNC FAKTLAR..
12 Aprel 2025 Ketrinq xidməti göstərirdi, indi isə... - Mahir Abbaszadənin 1,8 milyonluq tender verdiyi şirkət kimindir?
12 Aprel 2025 Xırdalan şəhər 1 saylı orta məktəbin xanım direktorundan qeyri-etik sözlər - “Ala, bilirsən nə var? Bas bayıra!” VİDEO
11 Aprel 2025 Anar Əliyev məhkəmə qərarını niyə icra etmir? - Keçmiş baş əmək müfəttişinin işə bərpası dalana dirənib
11 Aprel 2025 Xətai rayonundakı ölümcül səkilər: Tədbir görən yoxdur-Video-Foto
11 Aprel 2025 Gəncədə məktəbdə insident olub, şagirdlər müəllimə xəsarət yetiriblər - TƏFƏRRÜAT
11 Aprel 2025 Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki zəhərli,çirkab maddələrini gölə axıdır- Video
11 Aprel 2025 Abşeronda Şollar su kəməri ətrafında qanunsuzluq-Video
11 Aprel 2025 Daha bir tibb cinayəti: Zaur Ramixanov xəstənin həyatını məhv etdi
10 Aprel 2025 Yardımlıda ŞOK OLAY - Başçının müavini bu işin harasındadır?
10 Aprel 2025 2 gündə 3 İcra Hakimiyyətinin tenderini udan sirli şirkət - Kimindir?
10 Aprel 2025 “DGK ölkəni Kubaya, Şimali Koreyaya çevirib” -
10 Aprel 2025 “Vialon” “Kubinka“nı darmadağın edir: Damı uçurulan qadının fəryadı - ŞOK GÖRÜNTÜ
10 Aprel 2025 Səhiyyə Nazirliyinin baş psixiatrı 19 yaşlı gəncə “anadangəlmə əlil” diaqnozu qoydu, amma... – ABŞERON SAKİNİNİN İDDİASINA RƏSMİ REAKSİYA
10 Aprel 2025 ŞƏHİD QIZI TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNDƏN ŞİKAYƏTÇİDİR - Prezidentə müraciət

Dünyapress TV

Xəbər lenti