Adil Əliyev Qarabağ qazisinə SAVAŞ AÇIB
Bir zamanlar, "Hələ mən deputat ola-ola bir qapı açmaq üçün icra başçısı məndən 30 min manat rüşvət istəyirsə, gör vətəndaşlar nə çəkir" deyə, mətbuata gileylənən Adil Əliyev barəsində narazılıqlar bu gün davam edir. Amma biraz fərqli formada.

Adil Əliyev indi özü də icra başçısıdır və bir neçə vətəndaşlar tikinti aparmağa icazə vermək üçün Suraxanı icra hakimiyyəti əməkdaşlarının onlardan rüşvət tələb etdiyini deyirlər.

"DogruXeber.az" xatırladır ki, tikinti apara bilməsi üçün yerli icra hakimiyyəti işçisinin ondan rüşvət tələb etdiyini, bir neçə il əvvəl tikdirdiyi hasarı, "qanunsuzdur" deyə, icra hakimiyyətinin uçurtduğunu deyən şəhid qardaşı İlqar Şahmurovun və bu kimi problemlər içində çırpınan digər Suraxanı sakinlərinin məlumatlarını yayımlamışdıq.

Təəssüf ki, narazı Suraxanı sakinlərinin çoxu da da ailə başçısı olmayan qadınlar, eləcə də qazi və şəhid ailələrindən ibarətdir.

Yuxarıda şəhid qardaşı - Suraxanı sakini İlqar Şahmurovun adını çəkdik.

Xatırlayırsınızsa, İlqar Şahmurov mediada yayılan səs yazısında 2016-cı ildə 18 min manat pul ödəyərək satın aldığı və ətrafını üst-üstə qoyulmuş tikinti daşları ilə hasara aldığını, Adil Əliyev sözügedən rayona icra başçısı təyin edildikdən sonra onun torpağının əlindən alındığını və hasarının dağıdıldığını iddia edirdi. Bu səs yazısı yayıldıqdan sonra o, icra hakimiyyəti tərəfindən torpağının özünə qaytarıldığını, hətta tikinti üçün qum və daş köməkliyi olunduğunu dedi. Amma, nə hikmətsə Suraxanı icra hakimiyyəti onun bu sevincini yenə qursağında qoydu. O, jurnalist Veysəl Əylisli ilə telefonla danışarkən, yenə tikintisinin qarşısının alındığını deyib.

Onu da vurğulayaq ki, şəhid qardaşı onun icra hakimiyyəti tərəfindən əlindən alınan torpaq sahəsinin Adil Əliyevin dayısının istifadəsində olduğunu bildirib.

Yeri gəlmişkən, jurnalist Veysəl Əylisli özü də Suraxanı rayonunda tikinti aparmaq istədikdə İcra hakimiyyəti işçisinin ondan 12 min manat pul tələb etdiyini iddia edir. Hətta, bildirir ki, buna etiraz etdiyinə, sosial platformada yayımladığına görə Adil Əliyev onu xüsusi ittiham qaydasında məhkəməyə verib.

Qeyd edək ki, Adil Əliyevin onu məhkəməyə verdiyini deyən daha bir suraxanı sakini də qazi Ceyhun Ağayevdir. Ceyhun Ağayev isə iddia edir ki, Suraxanı rayonu Əmircan qəsəbəsində apardığı tikintisi pul vermədiyinə görə Suraxanı rayon icra hakimiyyəti tərəfindən dağıdılıb. Halbuki, həmin ərazidə hazırda 10-larla tikintilər aparılmaqdadır.

Qazinin sözlərinə görə, o, həmin tikintilərin də görüntüsünü şəxsi sosial hesabında paylaşdıqdan sonra Adil Əliyev onun da barəsində xüsusi ittiham qaydasında məhkəmə iddiası qaldırıb.

Belə yerdə deyiblər, "oğru elə bağırdı, doğrunun bağrı yarıldı".

Gördüyünüz kimi, Adil Əliyevin adını çəkmək kifayət edir ki, Suraxanı sakinlərinin dərdi açılsın. Elə, adlarını qeyd etdiyimiz Veysəl Əylisli və Ceyhun Ağayevin Adil Əliyev barəsində paylaşdlqları videoların şərh bölməsində yazan istifadəçilər də müxtəlif məlumatlar qeyd ediblər.

Kimisi Adil Əliyevin Hövsan qəsəbəsində də xeyli ərazini zəbt etdiyini, kimisi Bülbülədə yaşıllıq ərazini məhv edərək, özü üçün şərait yaratdığını, kimisi də Binə qəsəbəsində ev tikməyə icazə verməsi üçün hər kəsin yerli icra hakimiyyətinə 7000 (yeddi min) manat rüşvət verdiyini və sair qeyd ediblər.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-03_1740984263_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-03_1740984264_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-03_1740984264_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-03_1740984264_4.jpg
Heyrətləndirən məqamlardan biri də budur ki, yazanlar arasında "Suraxanının tası 20 mindir", "Sənə hörmət edib 12 min deyiblər, orda ev tikmək 20 mindir" deyə cümlələr qeyd ediblər.

Hətta, şərh bölməsində müxtəlif şəxslər tərəfindən "qoçular idarəçiliyi"nə də toxunulub ki, bu da təsadüfi deyil. Adil Əliyev idarəçiliyindən narazı olan Veysəl Əylisli də, Ceyhun Ağayev də, İlqar Şahmurov da paylaşılan videoçıxışlarında "qoçular"la təhdid edildiklərini deyirlər.

"Qoçu" mövzusu da illərdir Adil Əliyevdən bəhs edən məlumatların demək olar ki, sujet xəttini təşkil edir.

P.S: Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsində aparılan qanunsuz tikintilərlə bağlı göndərdiyimiz rəsmi sorğular nə Suraxanı rayonu icra hakimiyyəti, nə Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi, nə də Şəhərsalma və Arxitektura komitəsi tərəfindən bugünə qədər də cavablandırılmayıb, hər hansı bir qanuni tədbir görülüb-görülmədiyinə dair redaksiyamıza heç bir məlumat verilməyib.

Mövzunu davam etdirəcəyik.
 

Bölmənin digər xəbərləri

04 Mart 2025 Musa Kılıç saxta diplomla çalışır? –Pasiyentlər şikayət yazdı…..
04 Mart 2025 "Bu şəxslər direktora arxalanıb İSTƏDİYİNİ EDİR..." - ÖZBAŞINALIQ!
04 Mart 2025 Deputat Əlibala Məhərrəmzadənin Qubadakı qanunsuz tikililəri: Qanunlar güclüdür yoxsa sizin ehtiyaclarınız? – REPORTAJ
04 Mart 2025 149 saylı məktəbdə pul yığımına start verildi- Rəhilə Baxşiyeva nə tapşırıq verib?
04 Mart 2025 Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib - ARAŞDIRMA
04 Mart 2025 Adil Vəliyev dünya-aləmi oğluna PEŞKƏŞ EDİB... - VƏTƏNDAŞ KİMDİR Kİ?..
04 Mart 2025 “İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil” - Şəhid və Qazi anasından Prezidentə şok müraciət
03 Mart 2025 Mətin Eynullayev sahibkarın BAŞINA OYUN AÇIR... - Prezidentə MÜRACİƏT OLUNDU
03 Mart 2025 Qazax şəhər icra nümayəndəsi Akif Vəliyevin məmur oğlu Elvin Vəliyevin dəbdəbəli həyatı- Fotolar
03 Mart 2025 " 'Balım' Uşaq Bağçası pulumu aldı, 2 yaşlı uşağıma baxmadı..." - İTTİHAM VAR...
02 Mart 2025 Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq
02 Mart 2025 Sumqayıt məktəblərindən şikayətlərin ardı kəsilmir - İndidə 16 nömrəli məktəbdən şikayətlər gəlir
02 Mart 2025 231 nömrəli məktəbin direktoru müəllimləri təhqir edib? - Araşdırma aparılır
02 Mart 2025 Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... - İLGİNC FAKTLAR...
02 Mart 2025 248 saylı orta məktəbdə nə baş verir?
02 Mart 2025 Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir - Sürücülərə niyə qəbz verilmir?
01 Mart 2025 BİZƏ ƏDALƏTLİ QƏRARLAR VERİN!..
28 Fevral 2025 Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir – TƏFƏRRÜAT
28 Fevral 2025 Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir - İLGİNC FAKTLAR...
28 Fevral 2025 Xətai rayonunda yeni tikilən “SƏNƏDSİZ OBYEKT" hansı vəzifəli şəxsindir? - FOTOLAR

Dünyapress TV

Xəbər lenti