b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_2e8962a6c7bf56ce6de7ffdd38e30c70.jpg
  

İlk yayım saatı: 16.05.2025, saat 14:25

8-ci kilometr bazarı təkcə alış-veriş məkanı deyil, həm də şəhər sakinlərinin gündəlik həyatının bir parçasıdır. Burada həyat günün erkən saatlarından başlayır. Bazarın bir tərəfində süd və süd məhsulları satan qadınlar məhsullarını düzür, digər tərəfində isə ət və ət məhsulları kəsilir, çəkilir. Tərəvəz bölməsində göyərtinin hər çeşidinə rast gəlmək olar. Fərqli bölgələrdən gətirilmiş pomidor, xiyar, badımcan, kartof, soğan və digər məhsullar piştaxtaları bəzəyir. Yay fəsli hələ başlamasa da, meyvə piştaxtalarında yay mövsümünün meyvələri artıq yerini alıb.

Bazarın içi çölündən ciddi fərqlənmir. Ərzaq məhsullarının qiymətlərində gündəlik baş verən dəyişikliklərdən alıcılar qədər də satıcılar narazıdır.

b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_A.KÖŞƏLƏR_YENİ_DİZAYN_ali_WhatsApp_Image_2025-05-16_at_13.46.43.jpeg

“Bu aralar badımcanın qiyməti neftin qiyməti kimi oynaqdır. Bir həftə əvvəl 3 manata satırdıq, indi 2 manatadır. Dolmalıq badımcanın qiyməti “ətli” badımcanın qiymətindən az fərqlənir. Alan da var, almayan da, amma şükür, dolanırıq. Pomidorlar Salyandan, Ucardan, Xaçmazdan tutmuş ölkənin hər yanından gəlir. Qiyməti 1 manat 70 qəpikdən başlayır. 2 manat 50 qəpiyə lap əlası, dadlısıdır”, - satıcı qadın belə deyir. 

Satıcılardan fərqli alıcıların üzü gülmür. Ucuz məhsul axtaran, piştaxtalardakı qiymətləri incələyənlər çoxluqdadır.

b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_A.KÖŞƏLƏR_YENİ_DİZAYN_ali_WhatsApp_Image_2025-05-16_at_13.47.56.jpeg

Onlardan biri deyir: “Bütün bazarı gəzirik ki, ən ucuz malı tapaq. Kim harada bir az ucuz satır, oradan alırıq. İndi hər şey bahalaşıb. Əvvəl 10 manata 5 kilo məhsul alırdıq, indi o pulla çətinliklə 2 kilo ala bilirik. Hər şeyə qənaət etməyə çalışırıq”.

Bazarda gəzdikcə bu sözlərin təsdiqini görmək mümkündür. Kimisi almağa tərəddüd edir, kimisi qiymət endirimi üçün satıcı ilə qiymətləşir, bəziləri isə sadəcə qiymətə baxıb ötüb keçir. Tərəvəzlər kimi meyvələr də “əl yandırır”.

Satıcıların əksəri satdığı malı tərifləyir.

b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_A.KÖŞƏLƏR_YENİ_DİZAYN_ali_WhatsApp_Image_2025-05-16_at_13.47.27.jpeg

“Gəl ay müştəri, Azərbaycan bananından qalmadı”, -çağırışı da təəccüb doğurur.

Necə yəni Azərbaycan bananı? Öyrənirik ki, piştaxtalarda satılan banan daha Afrikanın hansısa banan ölkəsinin məhsulu deyil. Azərbaycanda yetişdirilən banandır. Satıcılar deyir ki, hələlik Azərbaycan bananının Afrika bananına “meydan oxuya” bilmir. Çünki bazara o qədər də yerli banan gəlib çıxmır.

“Qutuların üstündəki Azərbaycan bayrağının şəkilindən bilinir ki, yerli maldır. Afrika bananı piştaxtada 3 gün qalmamış qaralır.  Azərbaycan bananı günlərlə qalsa da, xarab olmur”, satıcı belə deyir. 

“Ay bala, təqaüdlər, maaşlar bir az qalxan kimi bizim də qiymətlər qalxır. Supermarketdə nə bahadırsa, gəlib bizim bazarda da onun havası əsir. Hamı deyir niyə ucuz deyil – bəs biz necə kirayə verək? 250-300 manat arası kirayə pulu ödəyirik ayda, özü də hər il artır. Biz də məcburuq e, ailəmizi dolandıraq, bizə də bir şey qalsın. Necə aşağı salaq qiyməti? Onsuz da qazancımız güc-bəla yetir” - piştaxtada meyvə seçən xanımın səsi bazarın səs-küyündən seçilir.

“Hər şey bahadır. 2-3 alma, yarım kilo da çiyələk almışam, bir ətək pulumu aldın”, - orta yaşlı xanım satıcıya gileyini bildirir.

8-ci kilometr bazarında giley-güzara baxmayaraq, həm satıcıların, həm də alıcıların dilində eyni söz səslənir: “Şükür, dolanırıq”.

Mənzər Novruzlu,
İnarə Hünbət,
Fotolar müəlliflərindir
Musavat.com

b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_A.KÖŞƏLƏR_YENİ_DİZAYN_ali_WhatsApp_Image_2025-05-16_at_13.48.14.jpeg
b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_A.KÖŞƏLƏR_YENİ_DİZAYN_ali_WhatsApp_Image_2025-05-16_at_13.48.29.jpeg
 
 

Bölmənin digər xəbərləri

17 May 2025 Ucuz tur təklifləri: 10 günə 9 ölkə gəzmək sərfəlidirmi?
17 May 2025 İsraildə İran “agenti” olan yeniyetmə SAXLANILDI
17 May 2025 Gənə altı yaşlı qızın gözünü dişləyib
16 May 2025 Qızıl bazarında saxta məhsullar satılır - İDDİA/VİDEO
16 May 2025 Şəmkirdə ət dükanları bağlandı - artıq pul tələb ediblər
16 May 2025 Dəhşətli hadisə - Bakıda uşaq oğurluğuna cəhd edildi
16 May 2025 "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
15 May 2025 Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb -
15 May 2025 Dəniz geri çəkilir – Xəzər ekoloji fəlakətlə üz-üzədir?
15 May 2025 Daha bir məktəbdə “Son zəng” üçün pul yığılması iddiası
15 May 2025 “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...

Dünyapress TV

Xəbər lenti