Ardını oxu...
Şirvanda yaşıllıqların məqsədli şəkildə məhv olunaraq yerində obyektlərin inşa edilməsi artıq sistemli hal almaqdadır. Şəhərində yaşıllıqlar bir-birinin ardınca məhv edilir. Kəsilən hər ağacın yerində ya obyekt tikilir, ya da yollar salınır. İctimai maraqlara zidd olan bu proses sanki şəhər rəhbərliyi tərəfindən görməzdən gəlinir. Halbuki istənilən adi vətəndaş həyətində bir ağacı budayarkən belə inzibati cəza ilə üzləşir. Bəs necə olur ki, şəhərin mərkəzində, göz önündə yaşıl zolaqlar yox edilir, amma cavab verən yoxdur? "DogruXeber.az" xəbər verir ki, növbəti “ağac qətliamı” şəhərin Naxçıvan küçəsində qeydə alınıb. Heydər Əliyev prospekti ilə Naxçıvan küçəsinin kəsişməsindən irəlilədikcə, yolun sağ kənarında çoxsaylı ağacların kəsildiyi, hətta kötüklərinin betonlanaraq izlərinin silinməyə çalışıldığı müşahidə olunub. Rayon sakinlərinin szlərinə görə, “ağac qətliamı” Şirvan şəhər icra hakimiyyəti başçısının müavini Orxan İbrahimovun atası, Əhmədağa İbrahimovun “əl işidir”, bu işlər onun göstərişi və tapşırığı ilə aparılır. Sakinlər bildirir ki, kəsilmiş ağacların yeri betonlanıb. Bunu da heç bir rayon sakini özbaşına edə bilməz. Xüsusilə də rayonun mərkəzində. Məsələ burasındadır ki, adıçəkilən Əhmədağa İbrahimov dövlət vəzifəsi daşıyır. O, Baş Şirvan Kollektorunun istismarı idarəsinin rəisi vəzifəsində çalışır. Həmçinin onun Şirvan və Sabirabad rayonlarında çoxsaylı obyektlərinin olması da məlumdur. Ən təəccüblüsü isə odur ki, bu miqyasda bir ağac kəsimi və torpaq üzərində tikinti prosesi şəhər rəhbərliyi – xüsusilə də icra başçısı İlqar Abbasovun diqqətindən yayınıb. Maraqlıdır, doğrudanmı bu proseslər onun razılığı və ya xəbəri olmadan baş verib? Halbuki rayonda bir vətəndaş həyətində ağac budamaq və ya daşı-daş üstünə qoymaq istəsə, dərhal inzibati reaksiya ilə qarşılaşır. İndi isə şəhərin mərkəzində yaşıllıqlar kəsilir, kötükləri betonlanır, lakin icra hakimiyyəti susur. Deməli, adi vətəndaşın həyətində olanları izləyən gözlər, yaşıllığın ortasında baş verənləri “görmür”. Mövzu ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətinin də mövqeyini öyrənməyə çalışdıq. Yazı hazır olduğu halda, açıqlama gəlmədiyi üçün bir müddət gözlədik. Lakin artıq iki həftədən çox vaxt keçməsinə baxmayaraq, İcra Hakimiyyəti ünvanladığımız sorğuya cavab verməyib. Görünür, ya bu məsələ onları maraqlandırmır, ya da ümumiyyətlə vətəndaş və media sorğuları cavablandırılmır. Qeyd edək ki, yazıda adı keçən bütün şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.

 
Ardını oxu...
Nizami rayonunun Coşqun Cəbrayılov sınağı. Paytaxtın ən "gəlirli", rəhbərlik üçün əlverişli rayonlarından birinin Nizami rayonu olduğu gerçəyi danılmazdır. Uzun zamandır ki, yerli saytlarda bunu bu cür də aşkar edən məlumatların ardı-arası kəsilmir. Əsasən də rayonun müxtəlif ərazilərində yaşıllıq ağaclarının məhv edilib yerində yaşayış evləri, yaxud iaşə obyektlərinin tikildiyi barəsindəki məlumatlar şanslı rayon rəhbərliyinin "qaz vurub, qazan doldurduğu"nu deyir. Bunu elə təkcə "Neftçilər " metrostansiyasının ətrafına nəzər saldıqda da aydın görmək mümkündür. Hətta, iş o, yerə çatıb ki, Novruz bayramı ərəfəsində Qara Qarayev prospektində 61 nömrəli tam orta məktəbin ərazisində ağacların kəsilib, yerində iaşə obyektinin tikintisinə başlanıldığına dair görüntülər paylaşıldı. Bəli, Coşqun Cəbrayılov "sərgüzəştlər"i çoxşaxəlidir... Yazdıqca bitməz. Odur ki, çox uzatmadan, rayonun "səfasını sürən" icra başçısının, "gen-bol yararlandığı" rayonun sakinlərinə, xüsusilə də qazilərə, veteranlara münasibətinə diqqət çəkmək istəyirik. Bir neçə gün əvvəl Nizami rayonu Cəmşid Naxçıvanski 6. mənzil 62 ünvanında 32 ildir kirayə yaşayan birinci qrup müharibə əlili Quliyev Atif Əyyub oğlu "DogruXeber.az" informasiya agentliyinə müraciət edərək, rayon rəhbərliyinin laqeydliyi ucbatından cana doyduğunu bildirdi. Qazi müraciətində qeyd edir ki, "Naxçıvan qeydiyyatında olsam da, 32 ildir geniş tərkibli ailəmlə birlikdə Nizami rayonu ərazisində kirayədə yaşayıram. İllərdir yaşadığım rayonun ərazisində mənə torpaq sahəsi ayrılması üçün dəfələrlə Nizami rayon icra hakimiyyətinə müraciət etmişəm. Bugünə qədər də müraciətlərim nəticəsiz qalıb. İcra hakimiyyətində mənə deyirlər, "başçı bu vəzifəyə gəlməyib ki, vətəndaşlara xidmət eləsin"." Atif Quliyevin narazılıqlarını daha ətraflı öz dilindən aşağıdakı linkdə izləyək :

Qeyd edək ki, qazinin iddiaları ilə bağlı tərəfimizdən ötən həftə Nizami rayon icra hakimiyyətinə rəsmi sorğu göndərilib, lakin hələ də cavabsız qalıb. Sizin bu uzunmüddətli susmağınızı necə qiymətləndirək, hörmətli Coşqun müəllim? Rayonun ərazisində "görülən işlər" və Coşqun Cəbrayılov fəaliyyətinin görünməyən tərəfləri barəsində daha ətraflı növbəti yazımızda təqdim edəcəyik. Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az
Ardını oxu...
Milli Məclisin plenar iclasları nə qədər sakit görünsə də, əslində, bəzi deputatların "saman altından su yeritmələri" salondan deyil, elə jurnalistlərin əyləşdiyi foyedən də aydın görünür.

Mia.az-ın məlumatına görə, adətən savadsız, nitq qabiliyyəti kasad, fikirləri dolaşıq və ya "lal deputat"lar heç vaxt əks üstünlüyü olan deputatları həzm edə bilmir. Onların bir çoxu Milli Məclisə savadını, ölkəyə töhfəsini deyil, dəcəl və ya ərköyün uşaqlar kimi saatını, geyimini, maşınını göstərməyə gəlir.

Məsələn, bir ara saytlarda Milli Məclisin plenar iclaslarına qatılan bəzi deputatların layihə müzakirələrindən daha çox, fotosessiya etmələri haqda xəbərlərlə tirajlanmışdı. O xəbərdən sonra bir çox deputatlar özlərini yığışdırsa da, bəziləri hələ də kəmhövsəlilik edir, yaxud fitrətindəki kin-küdurəti, qısqanclıq və yaltaqlıq duyğularından vaz keçəmmir.

Hələ bir qrup deputat var ki, həmkarları çıxış edərkən, öz arşınları ilə guya onlara "ilişir", yaxud uşaq kimi çığallıq edərək yerdən müdaxilə etməyə, kiminsə sözünü kəsməyə, yaxud həmkarının fikrini yayındırmağa can atır.

Mia.az-ın məlumatına görə, belə deputatlardan biri də İmamverdi İsmayılovdur. O, çıxışa hazırlaşan, yaxud yenicə başlamış deputatların fikirini bitirməmiş yerdən "artıq bəsdir, yorulduq, səsə qoyulsun" sözlərinə artıq vərdiş edib. Bilmək olmur, o, bununla 30 il qapazladığı mandatdan yorulub, yoxsa parlamentdən?

Bəlkə bilmədiyimiz başqa nəsə var?

Hər halda 1958-ci il təvəllüdlü deputatın özünü 2008-ci ilin yeniyetməsi kimi aparması anlaşılan deyil.

Belə yerdə rəhmətlik Cəlal Əliyev yada düşür. Axı, o, vaxtilə belə deputatlara əla dərs verirdi..

Deyəsən, belə getsə, İmamverdi İsmayılov da dərsdə danlanan və ya güncə qoyulan dəcəl şagirdin "dramı"nı yaşayacaq...

Samir MUSAYEV

MİA.AZ
Ardını oxu...

DogruXeber.az: - Azərbaycanda təhsilin məlum durumunu hamımız yaxşı bilirik. Orta məktəblər gözümüzün qarşısında, direktorların əməlləri, aldıqları-verdikləri məlum, ali təhsilə qəbul zamanı biabırçı qəbul balları ortada, kolleclərdəki sistemsizlik və sairə barədə nə qədər istəsəniz danışmaq olar.

Bütün bunlarla yanaşı təhsilin çox vacib bir hissəsi də var ki, bunun adı - Peşə Təhsilidir.

Yəni müasir dövrün tələblərinin birləşdiyi, bütün dünya dövlətlərinin hazırda əsas diqqət mərkəzində saxladığı, inkişafın çıxış yolu hesab olunan və Azərbaycan kimi ölkələrə hava, su kimi lazım olan peşə təhsili.

Niyə Azərbaycan kimi ölkələrə peşə təhsili daha çox lazımdır? Çünki biz qeyri neft sektorunu inkişaf etdirməliyik ki, zamanla neftdən asılılığımız azalsın, sənaye, istehsalat sahələri yaradılsın və burda işləyən bacarıqlı işçi qüvvəmiz formalaşsın. Bu qüvvə də peşə təhsili məktəblərində hazırlanmalıdır.

Dövlət son illərdə peşə təhsilinin inkişafına olmazın pulunu xərcləyir, avadanlıqlar alınır, gənclərin bu sahəyə marağını artırmağa çalışır, amma icraedici qurumlar bunu heçə endirməkdə davam edir.

Uzun müddətdir Azərbaycanda peşə təhsili sistemini, burda baş verən yaxşı və neqativləri araşdırmaqda davam edirik.

Bu günə kimi çoxlu sayda qaranlıq qalan suallara cavab axtarmaq üçün Peşə Təhsili üzrə Dövlət Agentliyinə saysız sorğular göndərmişik. Gec də olsa sorğulara cavab verilib.

Cavabların da hamsı peşə təhsili qanunundan, təlimatdan çıxarışlar formasında olub - "bu belədir, o da belə, təlimat bunu deyir, qanun da onu", vəssalam.

Yəni, bunu cavab hesab etmək olmaz. Çünki, faktlar kifayət qədər ciddidir və araşdırılmaq üçün əsaslar yaradır. Təbii ki, rəsmi qurumdan bundan başqa cavab gözləmək də mümkün deyil. Durub deməyəcək ki, filan peşə məktəbində filan problemimiz var. Bu gün elə bir qurum yoxdur ki, problemini etiraf etsin.

Bütün bunlara rəğmən bu araşdırmalar zamanı saysız faktlar toplanıb, bununla bağlı sistemli, ətraflı məqalələr yazılacaq.
Amma bu dəfə fərqli bir vəziyyət barədə "yol üstü" rastlaşdığımız, qısa araşdırma zamanı ortaya çıxan olduqca maraqlı bir hadisə barədə yazacam.

Çünki bu faktları insanlar, cəmiyyət bilməlidir. İnsanlar anlamalıdır ki, övladları harda, kimin nəzarəti altında və hansı şəraitdə təhsil alır. Hələ bu böyük marağın artdığı Peşə Təhsili sistemidirsə...

Beləliklə başladıq!

Bu günlərdə sosial şəbəkələrdə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Vüsal Hüseynov adlı təlim ustasının bir videosu yayılıb. Videoda Vusal adlı bu şəxs açıq aşkar bildirir ki, onu işdən çıxarıblar və üstəlik intihar həddinə də çatdırıblar. İlk öncə onu deyim ki, peşə məktəblərində intihar həddinə çatdırılan xeyli sayda müəllim və təlim ustaları var və bu şəxslər artıq beziblər. Əksər peşə təhsili müəssisələrində vəziyyət eynidir. Bu barədə də gələcək məqalələrdə geniş, ətraflı və adlarla məlumat verəcəm.

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin işdən çıxarılan Vüsal Hüseynov adlı ustası videoda onu işdən çıxaran şəxsin adını çəkir - Direktor əvəzi Əlağa Kərimov...

Qısa xatırlatma edim - Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Bakıxanovda (keçmiş Razin) yerləşir. Bu Mərkəzdə baş verənlər barədə peşə təhsilində işləyənlər yaxşı xəbərdardır. Üstəlik bu barədə ölkə mətbuatında xeyli məlumatlar da yer alıb.

Qısacası, Mərkəzin əvvəlki direktoru Mətləb Hüseynov adlı şəxs, əlaltəları ilə birlikdə təhsil ocağını çapıb talayıb və iş hazırda məhkəmədə araşdırılır. Cinayət işində zərərçəkmiş qismində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb. 2 ilə yaxındır davam edən məhkəmə çəkişməsi hələ də davam edir. Yaxın günlərdə bitməsi gözlənilir.

Elə bu səbəbdən də Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi direktorsuz qalıb. Yəni, qanuna görə, məhkəmə davam etdiyi üçün təhsil ocağına direktor təyin edilməyib və qanunla bu müddətdə edilə bilməz.

Başqa bir xatırlatma - Peşə Təhsili üzrə Dövlət Agentliyi tabeliyində olan peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin qəbulu mərkəzləşmiş imtahan və müsabiqə qaydaları ilə həyata keçirilir. Yəni, direktor, müavin olmaq üçün imtahan verməlisən.

Amma, 2025-ci ilin yanvar ayında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, yəqin ki, Ceyhun Kərəmov Əlağa Kərimov adlı şəxsi Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor səlahiyyətlərini icra edə biləcək qədər ödülləndirərək təyinat həyata keçirib. Yəni, Əlağa Kərimov dolayısı ilə imtahansız, müsabiqəsiz müvəqqəti direktor əvəzi təyin edilib.

Hansı ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin 2025-ci ildə direktor vəzifəsi üzrə işə qəbulun müsabiqə əsasında aparılacağı peşə təhsili müəssisələrinin və vakansiyalarının siyahısında Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nə direktor, nə də direktor müavinləri postu vakant vəzifə olaraq çıxarılmayıb. Üstəlik qəbul elanı yanvar ayında verilib, nəticələr də hələ bəlli deyil.

Əlağa Kərimov da yanvar ayında Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor əvəzi və ya birinci müavin təyin olunub. Yəni, bu hal təsdiq edir ki, bu postlar üçün nəinki (direktor və ya müavin vəzifələrinə) imtahan verilməyib, ümumiyyətlə, post vakant olaraq çıxarılmayıb. Elə isə bu təyinatın hansı əmrlə, hansı qayda və qanuna əsaslandırılaraq verilib?

Bu barədə də daha sonra...

Hələliksə, gəlin Əlağa Kərimovun kim olduğunu, bu vəzifəyə hardan gətirildiyini və bu post üçün nə qədər təcrübəyə malik olub-olmadığını bilək.

Qısa araşdırma zamanı bəlli olur ki, Əlağa Kərimov Bakının Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Abşeron Binə Peşə Liseyində dərs hissə müdiri olaraq işləyib. Abşeron Binə Peşə Liseyində keçirilən tədbirlərin foto və videolarına baxdıqda bu açıq-aydın bəlli olur. Nə deməkdir dərs hissə müdiri? Bir qədər bunu aydınlaşdırım ki, qaranlıq heç nə qalmasın.

Peşə təhsili sistemində dərs hissə müdiri vəzifəsinə təyinat imtahansız həyata keçirilir və direktorun əmri ilə təsdiqlənir. Yəni bu vəzifə direktor, müavin kimi imtahan və müsabiqə tələb etmir, direktorun əmri və istəyi ilə həyata keçirilir.

Dərs hissə müdiri dərs saatlarının bölünməsinə və sair kimi işlərə nəzarət edir. Yəni, rəhbər vəzifə deyil. Əlağa Kərimov da bu posta Abşeron Binə Peşə Liseyinin direktoru tərəfindən təyin olunub. Yəni, direktor və ya müavin olaraq heç vaxt işləməyib, bu işdə təcrübəsi də yoxdur. Və nəhayət bu ilin yanvar ayında gözlənilmədən Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor əvəzi təyin olunub.

Oluna bilərmi? Qanun və qaydalar buna imkan verirmi? Əgər elədirsə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin keçirdiyi imtahanın effektivliyi, şəffavlığı hara getdi?

Ən nəhayət, Abşeron Binə Peşə Liseyində dərs hissə müdiri işləyən Əlağa Kərimov necə oldu ki, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor əvəzi təyin olundu?

Elə ən böyük sual da budur...

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində hər kəs danışır ki, Əlağa Kərimov bu posta Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fizuli Talıbovun dəstəyi ilə gətirilib.

Daha bır xatırlatma: Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2018-ci ilin noyabrında sabiq Baş nazir Novruz Məmmədovun qərarı ilə təsdiqlənib. Qərara əsasən Aviasiya Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb və Abşeron Binə Peşə Liseyi də bu Mərkəzə birləşdirilib.

Rəsmi mənbələrdə qeyd olunur ki, 2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2024-cü ildə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki "Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi"ni dövlət qeydiyyatına alıb. Mərkəzə də Fizuli Talıbov direktor təyin edilib. Yəni, Fizuli Talıbov hazırda bir Mərkəzin və bir neçə peşə məktəb və liseyin direktorudur. Bir sözlə, əli uzun adamdır.

Elə buna görə də, yəqin ki, F.Talıbov çalışıb ki, sahibsiz qalan Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini də öz nəzarətinə alsın. Görünür istəyinə çatıb da. Hələ Abşeron Binə Peşə Liseyində yayılan başqa bir məlumatda qeyd olunur ki, Əlağa Kərimovun bu posta aparılması üçün Fizuli Talıbov həmişə hər yedə adını çəkmədiyi qohumu kimi qələmə verən generaldan dəstək alıb.

Deyilənə görə, bu generalla qohum olan Fizuli Talıbov hər kəsi onunla qorxudur.

Bildirilir ki, Fizuli Talıbov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi Arzu Rəhimovla qudadır və bütün gücü, dəstəyi də guya ondan alır.

Ən nəhayət, peşə təhsili Məkrəzlərinin koridorlarında pıçıltı ilə eşidilən məlumata görə, Əlağa Kərimovun Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə əvvəlcə direktor əvəzi, daha sonra direktor təyinatı üçün "təşəkkür" də edilib.

Yəqin ki, hörmətli, gənc kadr Ceyhun Kərəmov buna aydınlıq gətirəcək və səslənən iddialara hansısa cavabı olacaq. Gənc və perespektivli kadrlar haqqında belə iddiaların səslənməsi həqiqətən də ürəkaçan deyil. Amma ortada olan hallar, imtahansız təyinat açıq qalmış müəmmalar kimi görünür, pıçıltılar üçün əsas yaradır.

Təəssüflər olsun ki, belə söz-söhbətlər danışılır və aidiyyatı qurumlar buna cavab vermək əvəzinə bəzən susmağa üstünlük verirlər.

Başqa bir maraqlı nüansı da qeyd edək.

Sosial şəbəkə platformalarında Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fizuli Talıbov barədə çoxsaylı xoşagəlməyən fikirlərə də rast gəlinir.

"Youtube" platformasında onlarla video və narazı insanlar onun insanları necə işdən çıxartdığını, kimlərlə və necə qorxutduğunu açıq aydın danışırlar, kömək istəyirlər. Hər kəs bu sualı verir - bir təhsil Məktəzinin direktoru haqqında səslənən fikirlər, onun əməlləri, narazı insanların müraciətləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov tərəfindən niyə araşdırılmır

Həqiqətənmi, qurum rəhbəri bu faktları, şikayətləri görmür?

Bu zaman suallar da yaranır, həqiqətənmi bir neçə ildir Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru işləyən Ceyhun Kərəmov Peşə Təhsili Mərkəzlərinə bacarıqlı, təcrübəli kard formalaşdıra bilməyib?

O qədər təcrübəli, bu sahəni bilər, illərini bu sahəyə qoyan peşəkarları niyə yola salıb, narazı qoyub uzaqlaşdırıblar?

Peşə Mərkəzlərinin "Facebook" səhifələrinə diqqət etdikdə onların necə idarə olunduğu, direktorların hansı təcrübəyə malik olduqları açıq aydın görünür.

Təsəvvür edin, Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və Abşeron Binə Peşə Liseyinin sosial şəbəkə platformalarında onlarla tədbir videosu var, amma heç birində Mərkəz rəhbəri Fizuli Talıbovun səsi gəlmir. Bir kəlmə belə danışmır.

Videolardan birində görünür ki, hər səhər tələbələr sıra düzülüşündə hərbi müəllimin "düzlən, fərəqət, azad" komandası ilə salamlaşır. Sırada da qadın müəllimlər, təlim ustaları dayanır. Onlar da bu hərəkətləri təkrarlamaq zorundadır. Abşeron Binə Peşə Liseyi hərbi təmayülli məktəbdir, yoxsa texniki lisey?

İndi bu məktəbin dərs hissə müdiri olmuş Əlağa Kərimovu imtahansız, olduqca böyük Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edib "düzlən, fərəqət, azad" əmrlərini buramı daşımaqmı istəyirsiz? Budurmu, sizin uğurlu Peşə siyasətiniz, Ceyhun Kərəmov? Bu kadrlarla peşəkar peşəçilər hazırlamaq istəyirsiz? Açığı deyim, mümkün deyil...

Məlumata görə, imthanlardan sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun əmri ilə imtahan verməyən Əlağa Kərimov Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyinatı gözlənilir.

Bununla da onsuz da illərdir şübhə ilə yanaşılan "imtahan"lar məsələsinə son nöqtə qoyulacaq! İmtahansız direktor təyinatı varsa, deməli, imtahan daha lazım deyil...

Nə deyək, bazar olsun! // mediatv.az

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...
Lənkəranda işləyən müəllimlərin qanunsuzluqlarla LDU univeristetində əyani əsaslarla magistratura oxuduğunu və dərsləri yola verdiyini, o cümlədən bu qərarın tamamilə qanunsuz olduğunu bildirmişdir. Tək Günel Kazımova deyil, Lənkəranda və yaxın ərazilərdə bu halın kütləvi xarakter daşıdığını bildirdik. Belə bir qanunsuzluğa qarşı heç bir addım atılmadı. Eynilə həmin müəllim ARTİ təlimçisi kimi fəaliyyət göstərir. Qanunsuz iş fəaliyyətinə bir də ARTİ təlimini əlavə edir. Üstəlik 2 təlimi birlikdə idarə edir. Qanunsuz şəkildə 30 saata yaxın dərsi olması, 2 növbə çalışması, həmçinin magistraturada 2-ci kursda oxuyub praktikaya getməsi azmış kimi, həm Bilbacar, həm də Cerebry layihələrini idarə edir. Bu QƏHRƏMANIMIZA bu ŞƏRAİTİ kim yaradır???

Lənkəran rayonu Ləj kəndi Natiq Aslanov adına tam orta məktəb Günel Kazımova riyaziyyat müəlliməsi LDU magistraturasında 2-ci kursda oxuyur, həm Bilbacar Lahiyəsi, həm də Celebry lahiyəsi ona verilib.
Celebry lahiyəsində orta məktəbin dərslər tam qurtarandan sonra bu lahiyə üçün əlavə dərs saatına salınmalıdı amma Dövlət tədris etdiyi dərs yerinə lahiyə icra etmək kimi imzalı cədvəl yaradıb.
Celebry riyaziyyat
IX sinif 1ci gün 2 saat riyaziyyat dərsləri
X sinif 3cü gün 5ci saat riyaziyyat dərsləri
Celebry təbiət
IX sinif 4cü gün 6cı saat
Təbiət X sinif 1ci gün 5ci saat
Bunları P.Məmmədli öz imzası ilə təsdiq edib N.Aslanov adına tam orta məktəb direktor .

IX sinif 1ci gün 2 saat riyaziyyat dərsləri
X sinif 3cü gün 5ci saat riyaziyyat dərsləri
IX sinif 4cü gün 6cı saat coğrafiya
X sinif 1ci gün 5ci saat Kimyadı

Cədvələ əsasən öz tədris etdiyi dərsləri kənara qoyub var əsas qoyub öz dərsləri əvəzinə lahiyəni icra edirlər. Bu nə dərəcə doğrudur?
Ardını oxu...
Günel Kazımovanın lahiyə cədvəli tamamilə qanunsuzdur çünki 9-cu sinif və 10-cu siniflər tam dərsləri qurtarmalıdır, sonra əlavə vaxtlarda lahiyəni keçirtməlidir. Amma cədvəl tam əksini iddia edir.
Ardını oxu...
Tofiqə müəllimə kimya müəlliməsi 05.04.2025 toyu olub, bakıya gedib. Layihə ortada qalıb!

Deməli, LDU, Lənkəran Təhsil Sektoru Müdiri, Lənkəran Astara Regional Təhsil İdarəsi, ETN, ARTİ əlbir olub belə qanunsuzluqlar edirlər. Yaxşı bilmək olarmı kimlərə yaşıl işıq yanır???

Çünki maddi vəziyyətinə görə müəllimlər magistratura oxuya bilmir. Onlara da deyək oxusunlar.

Dərsdən əlavə hamı gəlir istəyir, onlara da deyək 2 ayrı layihəyə qoşulsunlar.

Bu qədər qanunsuzluğa niyə göz yumurlur???
/tehsilmedia.az
 
Ardını oxu...
Şirvan şəhərində yaşıllıqların qəsdən məhv edilməsi, onların yerində obyektlərin inşa olunması artıq sistemli xarakter almaqdadır.

XALQ xəbər verir ki, növbəti “ağac qətliamı” şəhərin Naxçıvan küçəsində qeydə alınıb. Heydər Əliyev prospekti ilə Naxçıvan küçəsinin kəsişməsindən başlayaraq irəlilədikdə, yolun sağ kənarında çoxsaylı ağacların kəsildiyi, hətta kötüklərinin betonlanaraq izlərinin silinməyə çalışıldığı aşkarlanıb.

Maraqlıdır, bu qədər yaşıllığın qurban verilməsi hansı zərurətdən doğub? Bu ağaclar kimin yoluna “maneə” olub ki, onları bu cür məhv edirlər? Sözügedən yerdə araşdırma aparan “vətənpərvərlər tv.az” üzə çıxarıb ki, “ağac qətliamı” Şirvan şəhər icra hakimiyyəti başçısının müavini Orxan İbrahimovun atası, Əhmədağa İbrahimovun “əl işidir”.
Belə ki, kəsilmiş ağacların yerində betonlanmış yol İH başçısının müavini O.İbrahimovun atası Ə.İbrahimovun obyektinə doğru istiqamətlənir. Məsələ burasındadır ki, adıçəkilən Əhmədağa İbrahimov dövlət vəzifəsi daşıyır – o, Baş Şirvan Kollektorunun istismarı idarəsinin rəisi vəzifəsində çalışır. Həmçinin onun Şirvan və Sabirabad rayonlarında çoxsaylı obyektlərinin olması barədə mətbuatda dəfələrlə məlumat da dərc edilib.

Təəccüblüdür ki, bu miqyasda bir ağac kəsimi və torpaq üzərində tikinti prosesi şəhər rəhbərliyi, xüsusilə də Şirvan şəhər icra başçısı İlqar Abbasovun diqqətindən necə yayınmış ola bilər? Yaxud doğrudanmı bu proseslər onun razılığı və ya göstərişi olmadan baş tuta bilərdi?
Halbuki rayonda bir sakin həyətində daşı daş üstünə icazəsiz qoya bilmir, həyətində aşan ağacı icazəsiz budaya bilmir. Çünki indi “yaşıl qətliam”ı gözü görməyən icra hakimiyyəti, icra hakimiyyətinin başçısı İ.Abbasovun gözündən rayon sakininin həyətində etdiyi iş qaçmır. Ancaq indi yaşıllıqların məhv edilməsi, üstünün betonlanmasını görməzdən gələ bilirlər.

Mövzunu işləyərkən Şirvan şəhər İcra Hakimiyyətinin də mövqeyini öyrənməyə çalışdıq. Üstəlik yazı hazır olsa da, İH-dən açıqlama gəlmədiyi üçün bir qədər də gözlədik. Ancaq artıq 2 həftədən çox vaxt keçməsinə baxmayaraq icra hakimiyyəti onlara ünvanladığımız sorğunu cavablandırmayıb. Görünür, İH sualı cavablandırmağa ya maraqlı deyil, ya da göndərilən sorğulara ümumiyyətlə baxılmır.

Yazıda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Ardını oxu...
İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində satışa çıxarılan evlərlə bağlı bir sıra sui-istifadə halları barədə iddiaların sayı artmaqdadır. Əmlak satışı ilə məşğul olan müxtəlif saytlarda Fondun kirayə mənzillərinin yüksək qiymətə satışa çıxarılması diqqətdən yayınmır. Sosial şəbəkələrdəki məlumatları və şikayətləri araşdırdıqda belə bir mənzərə ortaya çıxır ki, saniyələr içində satılan mənzillərin çoxu naməlum şəxslər tərəfindən alınır, sonradan qat-qat yüksək qiymətə satılır.

Pravda.az xəbər verir ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 6978 kirayə müqaviləsi bağlanıb. Son olaraq mayın 7-də İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində daha 150 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir. Lakin diqqət çəkən məqam budur ki, satış bitdikdən sonrakı mərhələ hər kəsə qaranlıqdır. Krediti kimlər əldə edir, həmin şəxslərin evə ehtiyacları varmı və s. kimi suallar havada qalır. Bu isə ən çox elə işbazların “işinə” yarayır. Təəssüf ki, dövlət layihəsindən sui-istifadə nəticəsində “kəsə” yolla pul qazanmağa çalışanların sayı artıqca ehtiyaclı vətəndaşların bu mənzillərdən yararlanmaq imkanları əldən çıxır. Problemin həlli yollarını mütəxəssislərlə araşdırmağa çalışdıq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov təsdiqləyib ki, Fondun satışa çıxardığı mənzillər işbazlar tərəfindən alınır:

“Həmin mənzillər İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin olunan dəyərdən baha satışa çıxarılır. Mənzillərin belə satışı qadağandır, lakin yenə də aparılan mübarizə kifayət etmir. Düşünürəm, bu sahədə təyin olunan cəza və cərimələr artırılmalıdır ki, işbazlar vətəndaşların almaq üçün sıraya dayandıqları mənzillərdən gəlir mənbəyi olaraq istifadə etməsinlər. İpoteka və Kredit Zəmanət Fondunun 2020-ci ildən bəri “kirayə mənzillər layihəsi” var. “Kirayə mənzillər layihəsi” ilə minlərlə vətəndaş ev sahibi olub. Binalar fondun sifarişi ilə tikilir və yaxud tikinti şirkətlərindən alınır. Bu evlərə sahib olmaq vətəndaşlar üçün asandır. Çünki adi ipoteka kreditində tələb olunan sənədlər toplusu çoxdur, Fondun təklif etdiyi evlərdə isə tam fərqli qaydada vətəndaşın təkcə öz aylıq gəliri deyil, ailə üzvlərinin aylıq gəlirləri, hətta pensiya təqaüdləri də nəzərə alınır. Buna görə də satış şərtləri sadələşir. Digər tərəfdən, ilkin ödənişlər minimaldır. Yəni mənzilin aylıq kirayə qiyməti nə qədərdirsə, ilkin ödəniş onun 12 mislidir. Aylıq tələb edilən ödənişlər həmin ərazilərdə olan mənzillərin kirayə qiymətlərinə uyğun tələb edilməsi də bu sistemi daha da cəlbedici edir. Lakin vətəndaşlar bu mənzillərə elə də asanlıqla sahib olmur, hətta satış 3 dəqiqə ərzində belə reallaşa bilir”.

Problemin həlli yolu nədir?

Sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli də bildirib ki, ipoteka sahəsində anormallıq, “alver” barədə çox məlumatlar alır:

“Tamah məqsədilə insanlar aldadılırlar. Fond layihəsi çərçivəsində daha ucuz qiymətə, məsələn, 15 min manata alına bilən mənzillər işbazlar tərəfindən ələ keçirilir, daha baha qiymətə satılır. Ümumiyyətlə, sistemə girib, ipoteka krediti ilə mənzil almağın çətinliyi barədə də tez-tez eşidirik. Çünki satışa məhdud sayda mənzil çıxarılır. Başqasının adına keçirmə, özününküləşdirmə ilə bağlı da 1 il müddət müəyyən olunur. Belə hallar çoxdur. İki ildən artıq müddətə kreditlə satışa çıxarılan evlərin 40-50 min manata satışa çıxarılması haqqında da olduqca çox məlumatlar var. Bunu həqiqət, yaxud şayiə hesab etməliyəm? Məlumatların kifayət qədər çox olması əsas verir ki, deyim “həqiqətdir”. Çünki öz yaxınlarım arasında da hazırda ipoteka krediti almağa çətinlik çəkirlər, eyni hallarla qarşılaşırlar. Çətin məsələdir və qarşısını almaq lazımdır. Lazım gəlsə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, hüquq-mühafizə orqanları, ümumilikdə, hökumət məsələ ilə məşğul olmalıdır. Hər kəs öz vəzifəsinə vicdanla yanaşmalıdır, əks halda, vəzifədən kənarlaşdırılmalıdır. Bu sahəyə nəzarət olunmalıdır. Onda sual olunur ki, ipoteka krediti verən Fondun işinə kim nəzarət edir? Nə üçün bu məsələlərə göz yumur? Əgər öz şəxsi və ya maddi marağı yoxdursa! Hökumət ciddi şəkildə məsələni ortaya qoymalıdır. Belə halların qarşısını ala bilmirsə, hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Əks halda vətəndaşlarımız əziyyət çəkəcəklər. Ehtiyacı olanlar ipoteka krediti almağa müvəffəq ola bilməyəcəklər. Əvəzində isə işbazlar dəfələrlə öz adlarına keçirdikləri, yaxud müxtəlif adlarda qeydiyyatda olan xeyli mənzili başqalarına daha yüksək qiymətə satacaqlar. Bu isə həm korrupsiyaya yol açır, həm də vətəndaşlarımızın mənzil təminatını çətinləşdirir”.

Bankla Fond əlbir olar bilər?

Hüquqşünas Əkrəm Həsənov məsələyə fərqli kontekstdən yanaşıb:

“Burada iki məqam ola bilər. Satışa çıxarılan mənzilləri vətəndaş alıb, sonra özü satmaq qərarına gəlib. Bəlkə, də əvvəldən bu fikirdə olub - alım, sonra yüksək qiymətə satım. Yaxud mənzilləri satışa çıxaranlar, həqiqətən, elə işbazlardır. Əvvəldən bilə-bilə bankla, Fondla əlbir olublar və mənzilləri əldə ediblər. Bu mövzunu dəfələrlə qaldırmışam. Təkcə kirayə evlər yox, ümumilikdə, ipoteka kreditlərinə, digər güzəştli kreditlərə dair məsələlər... Məsələn, kənd təsərrüfatı sahəsində, eyni zamanda Sahibkarlığın İnkişafı Fondunun kreditləri var. Bu kreditlər güzəştli faizlərlə verilir. Hətta Mərkəzi Bankın uçot dərəcəsindən də aşağıdır. Mərkəzi Bankın uçot dərəcəsi əslində Azərbaycanda pulun qiymətidir. Çünki banklar həmin faizlə Mərkəzi Bankdan kredit götürə bilirlər. Güzəştli kreditlərin faiz dərəcəsi bundan da aşağıdır. Əlbəttə, bu da belə bir stimul yaradır ki, kimlərsə sui-istifadə etsinlər. Əslində, həmin krediti ipoteka evi almaq üçün yox, sadəcə pulu çıxarmaq, hansısa biznes sahəsinə yerləşdirmək üçün götürürlər. Ucuz kreditdir. Ola bilər, bu məsələdə bank və Fond əlbirdirlər. Şərtlər özü işbazlara şərait yaradır, amma bunu ifşa etmək çətin məsələdir. Yəqin ki, həmin vətəndaşlardan soruşsaq, deyəcəklər ki, yox, mən mənzili aldım, indi isə pul lazımdır, buna görə də mənzili satışa çıxarmışam. Məhz bu səbəbdən məhdudiyyətlər olmalıdır. Birincisi, şəffaflıq mütləqdir. Hər zaman təklif etmişəm ki, güzəştli şərtlərlə verilən kreditlərdə bank sirri ola bilməz. Bank sirrinə riayət olunmasını istəyirsənsə, get, banklardan konvensiya şərtlərinə uyğun kredit götür. Yox, əgər dövlətdən bizim hamımızın pulu hesabına güzəştli şərtlərlə kredit götürürsənsə, burada sirr ola bilməz. Fondun saytında açıqlanmalıdır - krediti kim götürür, niyə götürür, niyə onu seçiblər, digər şəxsi yox... Doğrudan da, evə ehtiyacı varmı? Bütün bunları artıq mətbuatın və ictimaiyyətin araşdırmaq imkanı olacaq. Mən demirəm ki, hamı araşdıracaq. Amma ən azından qorxacaqlar ki, birdən kimsə məsələni qurcalamağa başlayar, görərlər, axı evim var. Yəni ictimai nəzarət üçün şəffaflıq olmalıdır. Şəffaflıq olmadığı üçün heç nəyi sübut edə bilməyəcəyik”.
 
Ardını oxu...
"Bakı" çörəyinin içindən naməlum qırıntılar və tük çıxıb.

Bu barədə "Sitat.info"ya vətəndaş məlumat verib.

Vətəndaşın dediyinə görə, mağazadan aldığı çörəyin içindən iyrənc məhlul çıxıb.

Onun sözlərinə görə, artıq bir neçə dəfədir ki, "Bakı" çörəyində belə ürəkbulandıran hadisə baş verir.
Ardını oxu...
Çörəyin qablaşdırmasının üzərində istehsalçının Səbail Əzimov olduğu qeyd olunur. Ünvan isə Abşeron rayonu, Məhəmmədli kəndidir.

Əlaqə nömrəsi olmadığından məsələ ilə bağlı istehsalçı ilə əlaqə saxlaya bilmədik.

Sitat.info-ya göndərilən videonu təqdim edirik:

 
 
 
Ardını oxu...
Beyləqan rayon sakini Kərimova Həmidə Əli qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. İcra başçısı tərəfindən təhdid olunan şikayətçi saytımız vasitəsilə səlahiyyətli qurumlara müraciət edir.

“Mən, Kərimova Həmidə Əli qızı, yazaraq bildirirəm ki, çarəsiz vəziyyətdəyəm. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məni təhdiq və təhqir edir.

Bildirim ki, 2018-ci ildə sosial yardım alırdım. 2 ay sonra mənə ayrılan müavinət kəsildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedib bunun səbəbi ilə maraqlandım. Mənə bildirdilər ki, sənin adın “Kamxoz” idarəsində işçi kimi gedir.

Məsələ ilə bağlı “Kamxoz”un müdiri Arzu Bəndəliyevin qəbuluna getdim. O, məni qəbul etdi, şikayətimi bildirdikdə isə, təhqir edərək otaqdan qovdu. Halbuki, mən ona “burada işləmirəmsə, necə olur, adım burada işçi kimi gedir?” – deyə sual etmişdim. O isə “yalandı” deyib, məni qovdu.

Oradan çıxdıqdan sonra gedib prokurorluğa şikayət etdim. Arzu müəllimi ora dəvət etdilər. Məşğulllq Agentliyinin mənə verdiyi sənədi də prokurorluğa təqdim etdim. Onlar da gördülər ki, həmin idarənin işçisi kimi qeyd olunmuşam. Guya, 9 ay 8 gündür həmin idarədə işçiyəm. Maaşı isə Arzu müəllimin özü alıb.

Prokurorluq əməkdaşı Arzu müəllimi çağıranda cibindən çoxlu kart çıxartdılar. Onların arasında mənim adım olan kart da var idi. Prokurorluq əməkdaşı ona dedi ki, apar qadının pulunu qaytar. O isə bildirdi ki, bu pulu tək mən götürməmişəm, icra başçısı Əziz Əzizovun bu məsələdən xəbəri var”.

Beləliklə, Əziz Əzizovun məni təhdiq və təhqir etməsinin səbəbi bilindi. Mənə deyir ki, “Tik-Tok” sosial şəbəkəsində yayımladığın videonu sil və get Arzu müəllimdən üzr istə, yoxsa sənə burda yaxşı heç nə olmayacaq.

Arzu müəllim prokurorluqdan çıxanda isə mənə dedi ki, “sən məni itə-qurda saldın, gör indi sənin başına nə oyun açacam”. Həmin gündən də başıma gəlməyən oyun qalmayıb. 2 dəfə canıma qəsd etmişəm, qonşular qutarıb.

Bütün sənədlər də təsdiq edir ki, məndən xəbərsiz məni işə götürüblər, sonradan xəbərim olmadan işdən çıxarıblar. Hazırda isə iş vermirlər ki, sosial yardım alım. 1 qızım var, 175 manat alimentlə uşağımı dolandırmağa çalışıram.

Onu da qeyd edim ki, Arzu müəllimlə Əziz müəllim əlbir işləyirlər. Özü Beyləqanda yaşamayan, amma adı “Komxoz”da gedən bir çox adamlar var. İcra başçısı arxasında durub deyə, prokurorluq bu işə qarışmır”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Şəmkir rayonu, Zəyəm qəsəbəsinin sakini Vəliyev Yusif Mikayıl oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, "Bakı Beynəlxalq Avtovağzalı"nda sərnişinlərin hüquqları pozulur:

“Mən, Vəliyev Yusif Mikayıl oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, aprel ayının 3-ü, səhər saatlarında "Bakı Beynəlxalq Avtovağzalı"na gəldim. Şəmkir rayonuna getmək üçün Bakı-Ağstafa avtobusuna bilet almaq istədim. Bu məqsədlə 12-ci kassaya yaxınlaşdım. Avtobusun yola düşməsinə təxminən 15–20 dəqiqə qalmışdı. Dedim ki, xanım, zəhmət olmasa mənə Şəmkirə qədər bilet verin. Cavab verdi ki, Şəmkirə yox, Ağstafa rayonuna kimi bilet verə bilərik. Bildirdim ki, qızım, Ağstafa bizdən 60 km aralıdadır, mən Şəmkirdə düşməliyəm. Bildirdi ki, biz bileti belə satırıq. Dedim, onda belə çıxır ki, mən 60 km Ağtafaya, 60 km də geri - 120 km artıq yol getməliyəm? Dedim, siz qanunlara hörmət etmirsiniz? Cavab verdi ki, qanun da belədir, get kimə istəyirsən şikayət elə".

Şikayətçi iddia edir ki, bundan sonra kassir xanım onu təhqir etməyə başlayıb: "Sonra məni təhqir etməyə başladı, qışqırdı, səs saldı. Nəhayət, dedim ki, yaxşı, onda Ağstafaya kimi yaz, ver bileti. Bu zaman isə bildirdi ki, sənə bilet satmıram. Kameralar varsa, açıb baxa bilərlər.

Keçdim 13-cü kassaya. Orada da eyni cavabı aldım. Axırda məcbur qalıb Ağstafa biletini almaq üçün 17 manat 30 qəpik verdim. Bundan sonra keçib avtobusda oturdum. Yolda “AYNA”-nın qaynar xəttinə zəng etdim. Zəngimə opetaror Nigar xanım cavab verdi. Dedi ki, şikayətiniz araşdırılacaq. Amma aprel ayının 3-dən bu günə kimi hələ bir cavab yoxdur. 10-12 dəfə zəng vurmuşam, lakin vətəndaşın şikayətini saymırlar. Hər dəfə eyni sözü deyirlər ki, 15-30 gün ərzində şikayətinizə baxılacaq.

Avtobusda isə sürücünün köməkçisi siyahı ilə gəlib biletsiz olan 17-18 nəfərin hərəsindən 16-17 manat pul yığdı. Onları boş yerlərə oturtdular. Şəmkirə çatanda məni də istədiyim yerdə saxladılar, düşdüm. Bu zaman sürücü bildirdi ki, mənə deyərdin, biz onsuz da harda deyirlər, orada saxlayırıq. Hətta bildirdi ki, bilet almayıb minən sərnişinlərdən 17 manat pul alırıq, əvvəldən desəydin, səndən 15 manat pul alardıq.

Başa düşmədim, qayda-qanun budur? Bu, hal sərnişin hüquqlarının pozulmasıdır".

Qeyd edək ki, "Bakı Beynəlxalq Avtovağzalı"nın rəsmi qaydalarına əsasən, bilet kassası yalnız iki halda sərnişinə bilet satmaqdan imtina edə bilər:

1. Əgər avtobusda boş oturacaq yeri yoxdursa;
2. Əgər sərnişin sərxoş vəziyyətdədirsə.

Avtobusda sürücünün köməkçisinin sərnişinlərdən nağd pul yığması və biletsiz sərnişinlərin daşınması da qanunvericiliyə ziddir. Bu cür hallar sərnişin daşımalarında şəffaflığın və qanunların pozulmasına səbəb olur.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, vətəndaşların müraciətlərinə 15-30 gün ərzində cavab verilməlidir. Əgər bu müddət ərzində cavab verilməzsə, vətəndaşın məhkəməyə müraciət etmək hüququ vardır.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
 
 

Dünyapress TV

Xəbər lenti