Rusiya tərəfi Türkiyə XİN rəhbəri Hakan Fidan ilə səmərəli görüş keçirib və Ukrayna ilə bağlı mövqeyini ətraflı izah edib.
Bunu İstanbulda jurnalistlərə Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski deyib.
"Nümayəndə heyətimiz prezidentin tapşırığı ilə Ukrayna ilə ilkin şərtlər olmadan birbaşa ikitərəfli danışıqlar aparmaq üçün İstanbula gəlib. Bu gün Türkiyənin xarici işlər naziri ilə səmərəli görüş keçirərək, mövqeyimizi ətraflı izah etdik", - deyə Medinski bildirib.