Kamerunun cənub-qərbində fulani icmasından olan silahlı qrupun hücumu nəticəsində bu ölkənin 5 hərbçisi ölüb, daha 3 nəfər itkin düşmüş hesab edilir.
AYNA xəbər verir ki, bu barədə "Alwihda" xəbər portalı məlumat yayıb.
Məlumata görə, silahlılar Akvaya şəhəri yaxınlığındakı hərbçilərin postuna hücum edib. Hücumun səbəbi hələlik müəyyən edilməyib.
Qeyd edək ki, fulani icması ilə fermerlər arasında toqquşmalar tez-tez baş verir. Qarşıdurmanın mərkəzində torpaq hüquqları və su ehtiyatlarına çıxışla bağlı mübahisələr dayanır.
Kamerun hakimiyyəti icmalar arasında gərginliyin yarandığı bölgələrə ordu hissələri göndərir.
Ukrayna prezidenti Volodimir Zelenski Şimali Koreya əsgərlərinin Kursk bölgəsində dəhşətli itkilər verdiyini bildirib.
Ukrayna prezidenti qeyd edib ki, yanvarın 3 və 4-də Rusiya Federasiyasının Kursk vilayətinin Maxnovka kəndi yaxınlığında yerləşən və ruslar tərəfdən döyüşən Şimali Koreya əsgərləri, eləcə də, rus paraşütçülərindən ibarət piyada batalyonuna məhv edilib.
“Bu gün Ali Baş Komandan Sırski cəbhədəki fəaliyyətlərimizlə bağlı ətraflı məlumat verdi. Şiddətli döyüşlər bütün cəbhə xətti boyunca davam edir. Ən qızğın döyüşlər isə, Pokrovski istiqamətində gedir. İşğalçı öz hücumları ilə öz xalqının ağılsız bir hissəsini itirməkdə davam edir... Ali Baş Komandan Kursk vilayətindəki vəziyyət haqqında da məlumat verdi. Xüsusilə, bu gün və dünən Kursk vilayətinin yalnız bir - Mahnovka kəndi ərazisində gedən döyüşlərdə Şimali Koreya əsgərləri və rus paraşütçülərindən ibarət piyada batalyonunu məhv edilib" - , deyə Zelenski qeyd edib.
“İzvestiya”nın ştatdankənar müxbiri Aleksandr Martemyanov Ukrayna pilotsuz təyyarəsinin Donetskdə mülki avtomobilə endirdiyi zərbə nəticəsində aldığı xəsarətlərdən ölüb.
Bu barədə RİA Novosti məlumat yayıb.
Zərbə nəticəsində həmçinin RİA-nın əməkdaşı Maksim Romanenko və digər 4 jurnalist yaralanıb.
“Bu vaxta qədər Rusiya tərəfi itkin düşən 50 mindən çox hərbçi ilə bağlı müraciət edib”.
UNİAN xəbər verir ki, bunu Ukraynanın Hərbi Əsirlərlə bağlı Müraciətlər üzrə Qərargahının Katibliyinin rəisi Boqdan Oxrimenko deyib.
O əlavə edib ki, əldə olunan məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsində itkin düşən rusiyalı hərbçilərin ümumi sayı 100 min nəfərdir:
“Bu göstəriciyə əvvəllər itkin düşmüş qismində qeydiyyata alınıb, sonradan öldüyü təsdiqlənən şəxslər daxil deyil. Biz bu məsələ ilə bağlı xüsusi telefon xətti yaratmışıq. Hazırda yalnız bunu deyə bilərəm ki, onların çoxunun meyitləri ölkəmizin çöllərindədir”.
İsrail Ordusu 2024-cü ilin sentyabrın 8-də Suriya ərazisinin dərinliklərində diversiya əməliyyatı keçirdiyini açıqlayıb.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əməliyyatın məqsədi Suriyanın qərbindəki Həma əyalətinin Masyaf şəhəri yaxınlığında yerləşən dəqiq idarə olunan raketlər istehsal edilən yeraltı obyekt olub.
Bildirilib ki, əməliyyat Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə “Şaldaq” xüsusi təyinatlıları tərəfindən həyata keçirilib.
Əməliyyat bir neçə ay ərzində planlaşdırılıb. Nəticəsədə İsrail hərbçiləri vacib avadanlıqları, kəşfiyyat üçün qiymətli sənədləri ələ keçirib, kompleksi məhv edib və İsrail ərazisinə qayıda biliblər.
İslam Respublikasının nüvə proqramını dayandırmaq üçün danışıqlarda tez bir zamanda nəticə əldə edə bilməsə, ABŞ tezliklə İrana hücum edə bilər.
Musavat.com bildirir ki, bu barədə ABŞ-ın İran üzrə xüsusi elçisinin keçmiş müavini Riçard Nefyu “Foreign Affairs” jurnalı üçün yazdığı məqalədə yazır.
Diplomat Tehrana qarşı hərbi əməliyyatı “məcburi tədbir” adlandırır.
"Hərbi fəaliyyətlə bağlı riskləri nəzərə alaraq, Birləşmiş Ştatlar Tramp administrasiyasının əvvəlində Tehranın nüvə proqramını dayandırmaq üçün danışıqlara vicdanla son bir cəhd etməlidir. Amma əgər Birləşmiş Ştatlar İranın olduğu bir dünyada yaşamağa hazır deyilsə - hansı ki, İran tezliklə nüvə silahı əldə edə bilər - İrana hücum etməkdən başqa çarə yoxdur", - Nefyu deyib.
Eks-məmurun sözlərinə görə, ABŞ-ın problemi diplomatik yolla həll etməyə çalışmaq üçün çoxlu səbəbləri var. Onun sözlərinə görə, çünki Amerika rəsmiləri hərbi əməliyyatın uğurlu nəticəsinə əmin deyillər. Bundan əlavə, o, hesab edir ki, nüvə dövlətinin İrana hücumu Tehranı yalnız nüvə silahı yaratmağa sövq edə bilər və Tehrana qarşı tam hərbi kampaniya ABŞ üçün ağır nəticələnə bilər.
Kiyevdəki hədəflərə hücum edən Rusiya qüvvələrinə məxsus pilotsuz təyyarələr az qala Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisini vuracaqdı. Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Maryana Bezuqlaya öz Teleqram kanalında məlumat verib. "Şahid"lər hava hücumundan müdafiəni keçərək az qala Ukrayna Prezidentinin Ofisini vuracaqdı. Bu, Ukrayna qüvvələrində hərbi idarəetmə ilə bağlı sistemli, uzun müddətdir davam edən problemlərin nəticəsidir", - o bildirib. Qeyd edək ki, yanvarın 1-də Rusiya kamikadze dronlarının Kiyevə hücumu nəticəsində iki nəfər həlak olub, azı 7 nəfər xəsarət alıb.
Bu gün şəhid Milli Qəhrəman general-mayor Polad Həşimovun doğum günüdür.
Polad Həşimov 1975-ci il yanvarın 2-də Qəbələnin Vəndam qəsəbəsində anadan olub. Sonradan ailəsi ilə birlikdə Sumqayıta köçüb. Polad Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.
General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alınarkən qəhrəmancasına şəhid olub.
İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələnin Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri xiyabanda polkovnik İlqar Mirzəyevlə yanaşı dəfn olunub.
2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə Polad Həşimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Şəhidimizin iki oğlu və bir qızı bizə yadigar qalıb.
"Husi üsyançılarının nəzarətində olan Yəmənin paytaxtı Səna hava hücumlarına məruz qalıb. Bu barədə "Al-Masirah" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, ümumilikdə 8 hava zərbəsi endirilib. "Al-Arabiya" telekanalının verdiyi məlumata görə, hücum ABŞ və Böyük Britaniya Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, ABŞ ordusu dekabrın 30 və 31-də husilərin hədəflərinə bir sıra zərbələr endirib.
Azərbaycan vətəndaşlarının yanvarın 1-dən müddətli həqiqi hərbi xidmətə növbəti çağırışı başlayıb.
Bu gündən 18 yaşı tamam olmuş, Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları bu gündən yanvarın 30-dək ehtiyata buraxılırlar.