“Bu gecə Trampa daha bir rus generalın avtomobilində partladıldığını bildiriblər- o, deyib ki...”- Azərbaycanlı hərbi ekspert
“Hələ xeyli müddət öncə Ukrayna xüsusi xidmət qurumları rəsmi açıqlama veriblər ki, Ukrayna xalqına qarşı soyqırımı törədən hərbi cinayətkarlar- bizim üçün legitim hədəfdir və onlar bir-bir məhv ediləcək...”

“Heç kəs nə Krımı Ukraynaya verəcək, nə də Rusiya ilə müharibədən çəkiləcək... Döyüş bölgələrindən də yaxşı xəbərlər var... Hələ, azı bir neçə ay ağır döyüşlər gedəcəyi şəksizdir. Məhz həmin döyüşlər müharibənin, işğalçı Putin Rusiyasıyla danışıqların taleyini həll edəcək. Ona görə də yatmaq olmaz və Ukrayna uğrunda döyüşənlər yatmır”.

Moderator.az xəbər verir ki, bunu Ukraynada fəaliyyət göstərən hərbi ekspert, Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri, ehtiyatda olan polkovnik Elxan Nuriyev bu gün Kiyev vaxtilə səhər saat 6-7 radələrində“Facebook”dakı yayımında söyləyib.

Cəbhədəki vəzifələrlə bağlı Ukrayna paytaxtından 200-300 km məsafəyə - sərhəd bölgəsinə ezamiyyətə yollanan azərbaycanlı hərbi ekspert etibarlı mənbədən aldığı maraqlı bir məlumatı da çatdırıb:

“Gecə aldığım məlumata görə, Papanın dəfn mərasimində iştirak üçün Romaya gələn ABŞ prezidenti Donald Tramp təyyarəyə minəndə ona bildiriblər ki, Rusiyada daha bir yüksək vəzifəli general avtomobilində partladılaraq öldürülüb. Cavabında o deyib ki, Vaşinqtona qayıdanda bu işlə özüm məşğul olacam- Ukrayna düz etməyib. Belə çıxır ki, Amerika liderinin nəzərində hər gün 40 milyonluq ölkəni, 4-5 milyonluq paytaxtı ballistik raketlərlə, dronlarla atəşə tutub onlarla, yüzlərlə insanı öldürmək, terror etmək olar, amma həmin terroru törədənlərin başında duranları məhv etmək olmaz... Hələ xeyli müddət öncə Ukrayna xüsusi xidmət qurumları rəsmi açıqlama veriblər ki, Ukrayna xalqına qarşı soyqırımı törədən hərbi cinayətkarlar- bizim üçün legitim hədəfdir və onlar bir-bir məhv ediləcək. Əlbəttə ki, kim bu xalqa zülm edirsə, kim gecə-gündüz bu xalqın başına bombalar yağdıraraq onun on minlərlə övladını, doğmasını, əzizini məhv edirsə, şikəs edirsə, mütləq - gec-tez cavab verməli olacaq...”

Sonda Ukraynadakı soydaşımız bütün media qurumlarından bu xalqın. bu dövlətin işğalçı Rusiyaya qarşı ədalətli özünümüdafiə savaşına maksimum dəstək vermələrini xahiş edib.

Sultan Laçın
 

Dünyapress TV

Xəbər lenti