Bu gün “Fənərbağça”nın Ali İdarə Heyəti toplantı keçirib.
Toplantı zamanı mübahisə də yaşanıb. Belə ki, “Fənərbağça”nın sabiq futbolçusu Ümit Özatla, İdarə heyətinin sabiq üzvü Hakan Bilal Kutlualp arasında gərginlik olub. Özat Kutlualpı kluba heç bir maddi xeyir verməməkdə günahlandırıb: “Azarkeşlər bizə görə fənərbağçalı olur, sənə görə yox. Sənmi top qovdun bu klubda? Kluba bir lirə belə faydan olmayıb”. Kutlualpın “Oynamısansa, pulunu da almısan” cavabına Özat hirslə
“Fənərbağça”nın əfsanələrini misal çəkib: “Can Bartu pul almayıb? Nə danışırsan sən? Aleks maaş almayıb?”(savashmedia.az)