Tramp ermənilərə “xəyanət etdi” və hayları ciddi xəyal qırıqlığına uğratdı
Aprelin 24-də ermənilər qondarma “soyqırımılarının” 110 illiyini qeyd etdilər. Yubiley tarixinə baxmayaraq, “günahsız” vətən xainləri üçün ümumerməni fəryadları xeyli səngimişdi. İstər Ermənistan vətəndaşları arasında, istərsə də dünya erməniləri arasında, ümumiyyətlə, heç bir təmtəraq və ilham müşahidə olunmurdu. Ya haylar anlamağa başlayıblar ki, dünya dəyişir və az adam erməni nağıllarına inanır, ya da ABŞ Prezidenti Donald Tramp ermənilərin “sümüklər üzərində rəqs” bayramını məhv edib.

Həmin gün erməni dünyası nəfəsini tutaraq Trampın ağzından “soyqırımı” kəlməsini eşitməyi çox arzulayırdı. Amma gözləntiləri doğrulmadı. Ağ Evin rəhbəri ermənilərə “xəyanət” etdi - hayların kürt toyuq kimi onilliklər boyu hay-küy saldığı yersiz “soyqırımı” sözünü işlətmədi.

Ermənistanın Baş naziri Nikol Paşinyan özü keçmiş günlərin hadisələrini yenidən düşünməyə, özlərini uydurma və nağıl əsarətindən azad etməyə çağırırsa, Amerika rəhbəri niyə “əzabkeş” xalqın nümayəndələrini sevindirsin? Ola bilər ki, Paşinyan bunu açıq deməsin, amma ən azı cəhd edir.

Lakin “soyqırımı” ilə bağlı erməni, fransız və Kanada mantrasını təkrarlamaqdan imtina edən Trampın bəxti gətirmədi. O, Amerika Erməni Milli Komitəsinin (ANCA) özü tərəfindən şiddətlə qınandı.

“Biz Prezident Donald Trampın Türkiyənin təzyiqi altında ABŞ tərəfindən “erməni soyqırımı”nın (dırnaq işarəsi AYNA.AZ-a məxsusdur) tanınmasından biabırçı şəkildə geri çəkilməsini, hətta Ağ Evin illik bəyanatında “erməni soyqırımı” ifadəsini belə xatırlatmasını qətiyyətlə pisləyirik. Prezident Trampın ABŞ-ın “erməni soyqırımı”nı tanımasından geri çəkilməsi Türkiyənin təhdidləri qarşısında utancverici bir təslimiyyətdir – Birləşmiş Ştatların Azərbaycanın və Türkiyənin xristian ermənilərə qarşı davam edən “soyqırımı” təcavüzünün qarşısını almaq məsuliyyətindən utancverici bir şəkildə geri çəkilməsini ifadə edir”, - deyə ANCA-nın icraçı direktoru Aram Qambaryan bildirib.

“Azərbaycanın “Artsax”ın (dırnaq işarəsi AYNA.AZ-a məxsusdur) yerli xristian erməni əhalisinə qarşı etnik təmizləməsi və onun erməni məhbuslara qarşı davam edən zorakılığı, erməni xristian irsinin dağıdılması və suveren Ermənistanın işğalı fonunda Prezident Tramp nəinki vicdanla və həqiqətlə “erməni soyqırımı”nı tanımalıdır, hətta bu “soyqırımın” davam etməsinin qarşısını almağa borcludur”, – deyə o söyləyib.

Prezident Tramp 2024-cü il prezidentlik kampaniyası zamanı sosial mediada “Cənubi Qafqazda sülhü bərpa edəcəyini, zorakılıq və etnik təmizləməni dayandıracağını” vəd etmişdi. Qəmbəryan hesab edir ki, onun xarici təzyiq altında “soyqırımı” sözünü işlətməkdən imtina etməsi bu vədlə birbaşa ziddir.

Qəmbəryanın belə qəzəbli, eyni zamanda, axmaq bəyanatından sonra Trampın vicdan əzabı çəkib-çəkmədiyini bilmirik, lakin bu sözlərin istənilən adekvat insanı güldürməsi danılmaz faktdır. Aydındır ki, ABŞ-ın əvvəlki Prezidenti Co Baydenin verdiyi “soyqırımı halvası”nın şirin dadı hələ də ermənilərin ağzındadır. Yalnız Tramp Bayden deyil və bütün gözlənilməzliyinə baxmayaraq, sağlam düşüncə onu tərk etməyib.

Donald Tramp geosiyasi baxımdan nəinki dünyada, hətta Cənubi Qafqaz regionunda heç bir maraq kəsb etməyən Ermənistan naminə Türkiyə ilə münasibətlərin korlanmasının siyasi qeyri-ciddiliyin zirvəsi olduğunu anlayan praqmatikdir. Efemer keçmişə güvənmək və gələcəyi təhlükə altına atmaq Trampın üslubu deyil.

Bundan başqa, Türkiyə Xarici İşlər Nazirliyi 1915-ci ilin faciəli hadisələri ilə bağlı baxışını açıqlayan bəyanat yayıb: “Biz 1915-ci il hadisələri ilə bağlı tarixi faktlara və beynəlxalq hüquqa zidd olan bəyanatları qəti şəkildə rədd edirik. Keçmişin ağrılarından siyasi məqsədlər üçün istifadə etməyə yönəlmiş bu cür cəhdlər tamamilə etibarsızdır. Türkiyə qlobal miqyasda və regionda sülhün, dialoqun, qarşılıqlı anlaşmanın və ümumi rifahın gücləndirilməsinin tərəfdarı olub”.

Buna əsaslanan Türkiyə arxivlərini açaraq, 1915-ci il hadisələrinin ədalətli və elmi şəkildə araşdırılması üçün Birgə Tarix Komissiyasının yaradılmasını təklif etdi: “Biz bildiririk ki, radikal dairələrin tarixdən düşmənçilik çıxarmaq cəhdləri təşviq edilməməlidir və Türkiyə ilə Ermənistan arasında davam edən münasibətlərin normallaşması prosesini dəstəkləməyə çağırışımızı bir daha təkrar edirik”.

Doğrudan da, əgər Ermənistan və onun ölkədən kənardakı himayədarları “erməni soyqırımı”na bu qədər əmindirlərsə, onda İrəvan bir neçə ildir ki, niyə birgə komissiya yaratmaqdan imtina edir? Axı bu, Osmanlı İmperiyasının erməniləri etnik zəmində qəsdən məhv etdiyini sübut etmək üçün ən təsirli üsuldur, elə deyilmi?

Lakin İrəvanın Ankaranın təklifini rədd etməsi artıq onu göstərir ki, qısa müddət ərzində 20-ci əsrin ən böyük hiyləsi üzə çıxacaq. Özlərinə məxsus bir şey olmadığından yaradılmış mif ətrafında birləşən ermənilərin mənəvi bağı məhv olacaq. ABŞ Prezidenti də bu faktı yaxşı bilir.

Ona görə də Qəmbəryanın açıqlaması boş söhbətdən başqa bir şey deyil. Xüsusən də ermənilərin xristian dininə işarə edərək Trampın ürəyini yumşaltmağa çalışdığı hissədə.

Guya, o, “Cənubi Qafqazda sülhü bərpa edəcəyini, zorakılıq və etnik təmizləməni dayandıracağını” vəd edib. Beləliklə, Tramp öz sözlərindən dönmür. Etnik təmizləmənin harada baş verdiyini ona göstərin...

Ayna.az

Bölmənin digər xəbərləri

27 Aprel 2025 Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı
27 Aprel 2025 Ukrayna şərtlərini açıqladı: Krım heç vaxt Rusiya ərasizi kimi tanınmayacaq
26 Aprel 2025 Tramp Romada Zelenski ilə görüşə bilər
26 Aprel 2025 İran hökümətinin birinci hədəf aldığı "düşmən" Azərbaycan dövlətidir - ÇÜNKİ...
26 Aprel 2025 Çin Avropa İttifaqına sanksiyaları ləğv edəcək
25 Aprel 2025 İlham Əliyev Kaya Kallası qəbul edib
25 Aprel 2025 İlham Əliyev Firidun Sinirlioğlunu qəbul etdiFOTO
25 Aprel 2025 Yerdən göyə qədər tərəfdaşlıq... - Azərbaycan Çinlə necə və nədə anlaşdı?
25 Aprel 2025 Mühüm səfərin pərdəarxası: Pezeşkiandan sonra Netanyahu Bakıya gəlir? - NƏ BAŞ VERİR?
24 Aprel 2025 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində
24 Aprel 2025 TÜRK BİRLİYİ ARXA PLANA KEÇİR? - Türkiyə, Pakistan, Azərbaycan ittifaqı YENİDƏN GÜNDƏMDƏ...
23 Aprel 2025 Azərbaycanla Çin arasında mühüm sənədlər imzalandı
23 Aprel 2025 İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi oldu
23 Aprel 2025 Şahbaz Şərif Türkiyədə - Ərdoğanla görüşdü
23 Aprel 2025 Kaya Kallas Azərbaycana səfər edəcək
23 Aprel 2025 Bakının “düşməni” bu dəfə İsraili qəzəbləndirdi – Milyonlarla müsəlmana görə…
22 Aprel 2025 Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"
21 Aprel 2025 ABŞ-dan sonra ikinci müttəfiq: İsraili Bakı ilə nə birləşdirir? - “Regnum”
21 Aprel 2025 Hakan Fidan Avropanın ikili standartlarını ifşa etdi
21 Aprel 2025 Londonda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyəti də iştirak edəcək

Dünyapress TV

Xəbər lenti