Uzunmüddətli sülh real beynəlxalq təhlükəsizlik zəmanətləri tələb edir.
Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.
O qeyd edib ki, Ukrayna üçün hərbi kontingentin göndərilməsi təklifi hazırlanır:
“Biz koalisiyamızı gücləndiririk, mart təkliflərinə uyğun olaraq kontingentin formalaşdırılması üzrə təklif hazırlayırıq. Bu iş tərəfdaşlarla gündəlik aparılır”.
Nüvə silahına malik iki dövlət arasında günlərlə davam edən sərhəd toqquşmalarından sonra Hindistan Pakistan sahillərinə səsdənsürətli qanadlı raketlərlə silahlanmış döyüş gəmiləri göndərib.
Bu barədə "The Telegraph" məlumat verib.
Hindistanın Müdafiə Nazirliyindən olan mənbə bildirib ki, Dehli öz Qərb donanmasını Ərəbistan dənizinin şimal hissəsində, Pakistanın ən böyük limanı olan Kəraçiyə atəş məsafəsində yerləşdirib.
Zərbə qrupuna aviadaşıyıcı, esmineslər, freqatlar və sualtı qayıq əleyhinə gəmilər daxildir.
Gəmilərin bəziləri 300 kiloqramlıq döyüş başlığı daşıyan 500 mil məsafədəki hədəfləri vura bilən, Rusiya ilə birgə istehsal olunmuş "BrahMos" raketini daşıyırlar.
Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Lıptsi kəndi yaxınlığındakı mövqelər üzərində nəzarəti bərpa edərək, “Berlin” adı ilə tanınan meşə massivini Rusiya qüvvələrindən azad edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Xarkov” operativ-taktiki qrupunun sözçüsü Pavel Şamşin milli telemarafonun efirində məlumat verib.
Onun sözlərinə görə, 5,5 ay davam edən əməliyyat Ukrayna Milli Qvardiyasının “Xartiya” 13-cü briqadası və 92-ci ayrı-ayrı hücum briqadasının hərbi qulluqçularının fəaliyyəti nəticəsində uğurla başa çatıb.
“Massiv təxminən 200 hektar və ya 2 km²-dən artıq ərazini əhatə edir, lakin onun əhəmiyyəti ölçüsündən qat-qat böyükdür. Lıptsi kəndi ətrafında yerləşən əsas yüksəkliklərdən Xarkovun şimal rayonları, o cümlədən Saltovka açıq havada aydın görünür”, – deyə Şamşin bildirib.
O qeyd edib ki, Lıptsi və bu yüksəkliklər Rusiya ordusunun ötən il mayın 10-da başladığı hücumun əsas hədəflərindən biri olub. Bu döyüş zamanı ruslar 1500 hərbçi, eləcə də çoxlu sayda silah və hərbi texnika itiriblər.
“Dünən Ukrayna hərbçiləri Lıptsinin şimalındakı “Berlin” massivini tamamilə azad etdilər. Bu, Rusiya qoşunlarını Lıptsini ələ keçirmək kimi strateji məqsədlərindən uzaqlaşdıran mühüm taktiki uğurdur”, – deyə sözçü vurğulayıb.
“Azərbaycanda bəzi vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılmırlar. Bu istisnalar “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 22-ci maddəsində öz əksini tapıb”.
TEREF xəbər verir ki, bu fikirləri konkret.az-a açıqlamasında hüquqşünas Turan Abdullazadə deyib.
“Qanuna əsasən hazırda cəza çəkən şəxslər – ictimai, islah işləri, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası alanlar müddətli hərbi xidmətə çağırılmırlar. Həmçinin barəsində cinayət işi aparılan və ya məhkəmə baxışında olan şəxslər də hərbi xidmətə müvəqqəti cəlb olunmur. Daha əvvəl qəsdən cinayət törədərək azadlıqdan məhrum edilmiş və məhkumluğu hələ də qüvvədə olan şəxslər də hərbi xidmətə çağırılmayanlar sırasındadır. Ağır və xüsusilə ağır cinayətlərə görə azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası alanlar isə ümumiyyətlə xidmətə cəlb edilmir”, – o bildirib.
Vəkil qeyd edib ki, qanunla müəyyən olunan digər hal isə məhkumluğun silinməsi ilə bağlıdır:
“Əgər şəxs məhkumluq müddətini başa vurub və rəsmi şəkildə bu statusdan azad olunubsa, onun hərbi xidmətə yararlılığı xüsusi komissiya tərəfindən dəyərləndirilir. Bu yanaşma həm təhlükəsizlik, həm də sosial adaptasiya baxımından nəzərə alınır. Qanunvericilikdə bu məsələ Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə də tənzimlənir”.
ABŞ tərəfi hesab edir ki, Çinin nüvə arsenalındakı başlıqların sayı 600 ədədi ötür.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisinin müavini Endryu Qebara deyib.
“Bir il əvvəl bu komitə qarşısında sonuncu çıxışımdan bəri Çin öz arsenalına 100-dən çox nüvə silahı əlavə edərək, ümumi arsenalını 600-dən çoxa çatdırıb”, - o, Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinə bildirib.
Qebara həmçinin bildirib ki, Çin nüvə qüvvələrini kütləvi şəkildə genişləndirir, modernləşdirir və şaxələndirir. “Çin 2030-cu ilə qədər 1000-dən çox nüvə başlığına sahib olmaq yolundadır”, - o əlavə edib.
"Pakistan xalqı mayın 7-nə keçən gecə Hindistan Hərbi Hava Qüvvələrinin irimiqyaslı hava hücumlarını dəf edərkən peşəkarlıq, vətənpərvərlik və nizamlılıq göstərən milli Silahlı Qüvvələrin böyük qələbəsi ilə fəxr etməlidir".
"Geo TV" xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Hindistan ötən gecə 80 qırıcı təyyarənin köməyilə Pakistanın altı müxtəlif rayonuna hava zərbələri endirməyə çalışıb:
"Lakin Pakistan Hərbi Hava Qüvvələri Hindistanın üçü "Rafale" qırıcısı olmaqla, beş təyyarəsini, habelə bir neçə pilotsuz uçuş aparatını məhv edib".