Ardını oxu...
“Ukrayna ordusunun Kursk istiqamətindəki hərbi əməliyyatlarına 60 min nəfərlik şəxsi heyət cəlb edilib”.
APA-nın xəbərinə görə, bunu “RAI News 24” telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.

O əlavə edib ki, Avropa və ABŞ-dən olan tərəfdaşlar ordunun Kursk istiqamətində hərbi əməliyyatlara başlayacağı barədə məlumatlandırılıb.
 
Ardını oxu...
Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın Ramşteyn aviabazasında qrupun 25-ci iclası çərçivəsində ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyld Ostin ilə görüşüb.

TNS xəbər verir ki, Zelenski bu barədə "X"də yazıb.

"Lloyd Ostin ilə görüşərək Ukraynaya dəstək məsələsini müzakirə etdim", - Zelenski bildirib.

Ukrayna lideri bildirib ki, tərəflər döyüş meydanındakı vəziyyəti, həmçinin ölkəsinin pilotsuz uçuş aparatlarına olan ehtiyacını müzakirə ediblər:

"Biz həmçinin Ukraynanın havadan müdafiəsinin gücləndirilməsi və digər ölkələrdən əlavə hava hücumundan müdafiə sistemlərinin alınması perspektivləri barədə fikir mübadiləsi apardıq".
 
Ardını oxu...
Rusiya ordusunda xidmət edən azərbaycanlı zabitin meyiti tapılıb.

TEREF Publika.az-a istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü Məhəmmədqulu Sabir oğlu Səmədov bu ilin avqust ayında itkin düşüb. Onun haqqında xəbər almaq mümkün olmayıb.

1967-ci ilin iyun ayının 21-də Salyan rayonunda anadan olmuş kəşfiyyatçı zabitin meyiti bu gün tapılıb. Onun nəşinin Rostov vilayətindəki morqda olması məlum olub.

Qeyd edək ki, həlak olan həmyerlimiz “Sibir Mamed” ləqəbi ilə tanınıb.
Ardını oxu...
Bu barədə Böyük Britaniyanın "Sky news" televiziya kanalı öz mənbələrinə istinadən bildirib.

Mənbəyə görə, Pasxa bayramına qədər sülhün əldə edilməsi mümkündür.

İddiaya görə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp göstərilən tarixə qədər tərəflər arasında sülhə nail olmağa çalışacaq: “Bu, Ukrayna üçün çox çətin olacaq. Əsas məsələ Rusiyanın nəyi qurban verməyə və Ukraynanın nədən imtina etməyə hazır olmasındadır”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl müharibənin 2025-ci ildə bitəcəyinə ümid etdiyini bildirib.
 
Ardını oxu...
Çeçenistanın “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri Apti Alaudinov neonasistlərin “Rusiç” batalyonunun rəhbəri Aleksey Milçakovla görüşüb.

ArbatMedia saytı xəbər verir ki, “Rusiç” teleqram kanalının məlumatına görə, danışıqlar zamanı birlikllər arasında qarşılıqlı fəaliyyət və münaqişəli vəziyyətlərin qarşısının alınması məsələləri müzakirə olunub.

Alaudinov Milçakovu vətənpərvər kimi səciyyələndirərək onun ölkəsinə və xalqına bağlılığını qeyd edib. O, millətlərarası və konfessiyalararası münaqişələrin qarşısının alınmasının vacib olduğunu vurğulayıb. Milçakov öz növbəsində tərəflərin qarşılıqlı anlaşma əldə etdiklərini və ümumi maraqlar çərçivəsində əməkdaşlıq edəcəklərini bildirib.

Bununla belə, Milçakovun şəxsiyyəti ictimaiyyətin ciddi qəzəbinə səbəb olur. O, keçmişdə açıq şəkildə özünü nasist adlandırıb və heyvanlara qarşı qəddarlığı, o cümlədən bir it balasını öldürərkən çəkilmiş fotolarını yayımlaması ilə məşhurlaşıb. Həmçinin 2023-cü ildə o, nasizm haqqında broşürada fotosunun istifadəsinə görə təzminat tələb edərək Rusiya Xarici İşlər Nazirliyini məhkəməyə verib.

“Rusiç” Telegram kanalı görüşün batalyonun “Axmat” hərbi birləşməsinun tərkibinə keçidi ilə bağlı olmadığını və Alaudinovun dəvəti ilə baş tutduğunu vurğulayıb. Görüşlə bağlı paylaşıma 8 mindən çox mənfi reaksiya gəlib.

Bundan əlavə, daha bir qalmaqal “Rusiç” batalyonu ilə bağlıdır: qrupun keçmiş komandiri Yan Petrovski (Vojislav Torden kimi tanınır) Finlandiyada hərbi cinayətlərdə, o cümlədən ukraynalı hərbi əsirlərin qətlində ittiham olunur.
 
Ardını oxu...
Yəmənin üsyançı "Ənsar Allah" hərəkatının husiləri Qırmızı dənizdə ABŞ-nin "USS Harry Truman" aviadaşıyıcısına raket və dronlarla hücum edib.

"Report" Yəmənin "Al Masirah" telekanalına istinadən xəbər verir ki, bu barədə husilərin yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya deyib.

“Yəmənin raket və pilotsuz sistem qüvvələri birgə hərbi əməliyyat keçirərək, Qırmızı dənizin şimalında ABŞ-nin “USS Harry Truman” aviadaşıyıcısına iki qanadlı raket və dörd dronla hücum edib”, – hərəkatın sözçüsü bildirib.

Hücumun nəticələri barədə hələ ki məlumat yoxdur.
 
 
 
Ardını oxu...
Ukrayna Rusiyanın gələcək hücumlarını dəf etmək üçün silahla təmin olunmaq şərti ilə atəşkəslə razılaşacaq.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski podkastçı Leks Fridmana müsahibəsində deyib.

"Atəşkəs işə yarasa, heç kim bu silahlardan istifadə etməyəcək. Lakin ABŞ-yə hörmətimizə baxmayaraq, əvvəlki kimi deyil, silahlar qalmalı olacaq", - o bildirib.

Onun sözlərinə görə, o, münaqişənin başlanğıcında Qərbin silah təchizatının azalması ilə bağlı vəziyyətin təkrarlanmasını istəmir. Zelenski, həmçinin vurğulayıb ki, Ukrayna NATO-ya qoşularsa, alyans Kiyevin nəzarətində olan ərazilərdə fəaliyyət göstərə biləcək. O qeyd edib ki, bu barədə razılaşmaq olar.
 
Ardını oxu...
Kursk vilayətində tanınmış serb muzdlu döyüşçüsü və Rusiya Federasiyasının 150-ci alayının hücum bölüyünün komandiri Bratislav Jivkoviç məhv edilib.

UNİAN xəbər verir ki, Bratislav Jivkoviç 2014-cü ildən Ukraynaya qarşı mübarizə aparırdı.

Məlumata görə, Jivkoviç əvvəllər Serbiya milli-şovinist çetnik təşkilatının komandiri olub və 2017-ci ildə Rumıniya tərəfindən Rusiyanın xeyrinə casusluq etdiyi üçün “persona non-grata” elan edilib.

Jivkoviç daha sonra Serbiyada xarici dövlətin tərəfində hərbi əməliyyatlarda iştirak etdiyinə görə mühakimə edilib.

Ukraynada isə onun barəsində xarici vətəndaşları Ukraynaya qarşı müharibədə iştirak etməyə cəlb etməsi ilə bağlı cinayət işi açılıb.
Ardını oxu...
Rəsmi Vaşinqton hesab edir ki, Ukraynanın gələcəkdə Rusiya ərazisinə hücumlar üçün Amerika istehsalı olan ATACMS raketlərindən istifadə etməsi sual altındadır.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Bloomberg” xəbər agentliyi məlumat yayıb.

Beləliklə, ABŞ Rusiya Federasiyasına raket hücumlarının dayandırılmasına icazə verir.

"Kiyevin gələcəkdə raketlərdən istifadə etməsi sual altındadır", - materialda qeyd edilir.

Yanvarın 5-də irlandiyalı jurnalist Çey Bouz “X” sosial şəbəkəsindəki profilində yazmışdı ki, oyun qaydalarını dəyişdirməli olan Amerika ATACMS raketləri “Leopard” və “Abrams”la birlikdə “rüsvay edilmişlər” siyahısına daxil edilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 3-də Ukrayna Silahlı Qüvvələri Amerikanın ATACMS raketləri ilə Belqorod vilayətini atəşə tutmağa cəhd edib. Bütün döyüş başlıqları Rusiyanın hava hücumundan müdafiəsi tərəfindən vurulub. Müdafiə Nazirliyi Rusiyanın cavab tədbirləri görəcəyini deyib.
 
Ardını oxu...
Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində genişmiqyaslı hücuma başlaması barədə məlumatları təsdiqləyib.

TNS xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bunu Rusiya qoşunlarının irəliləməsini dayandırmaq üçün əks-hücum kimi qiymətləndirib.

Qeyd edilib ki, Moskva vaxtı ilə saat 09:00 radələrində Rusiya qoşunlarının Kursk istiqamətində irəliləyişini dayandırmaq üçün Ukrayna Silahlı Qüvvələri əks hücuma keçib.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri Kursk vilayətinin Berdin xutor yaşayış məntəqəsi istiqamətində hücuma cəhd edən Ukrayna Silahlı Qüvvələrinin iki tank və hərbçilərlə birlikdə 12 zirehli texnikadan ibarət hücum qrupunu darmadağın edib.

Ukrayna qoşunlarının hücumunun dəf edilməsi əməliyyatının davam etdirildiyi açıqlanıb.
 

Dünyapress TV

Xəbər lenti