Ardını oxu...
NATO-nun baş katibi Yens Stoltenberq oktyabrın 12-13-də keçiriləcək NATO Müdafiə Nazirləri Toplantısı öncəsi Brüsseldə mətbuat konfransı keçirib.

Ovqat.com-un məlumatına görə, Stoltenberq mətbuat konfransında “Şimal axını-1” və “Şimal axını-2” boru kəmərlərinin yerləşdiyi Baltikdə və Şimal dənizində NATO hərbi dəniz qüvvələrinin iki dəfə artırıldığını açıqlayıb.

Stoltenberq bəyan edib ki, alyans bu qərarı “Şimal axını” boru kəmərlərinin “təxribatından” sonra bölgədəki NATO infrastrukturunu qorumaq üçün qəbul edib. “Biz Baltik və Şimal dənizlərində mövcudluğumuzu patrul təyyarələri və sualtı imkanları olan 30 gəmiyə çatdırmaqla ikiqat artırdıq”, - Stoltenberq deyib.

«Şimal axını» boru kəmərlərində son sızmaların səbəbi tam aydın olmasa da, araşdırmalar «qəza»ların əslində təxribat olduğunu göstərir.

Bazar ertəsi səhər Rusiyanın Ukraynanın müxtəlif şəhərlərinə, o cümlədən ölkə paytaxtına raket hücumlarına toxunan Stoltenberq, NATO-nun Kiyevə dəstəyini "davam etdirməyə" qərarlı olduqlarını vurğulayıb.

"Dünən gördüklərimiz (Ukraynaya endirilən raket zərbələri-Ovqat.com) əslində Rusiyanın zəifliyinin əlamətidir, çünki o, faktiki olaraq döyüş meydanında irəliləyişə nail ola bilmir. Rusiya faktiki olaraq döyüş meydanında uduzur", - deyən Stoltenberq əlavə edib: "Onlar bu vəziyyətdə Ukraynaya qarşı dinc əhali-hərbçi ayrıseçkiliyi etmədən şəhərlərə və kritik mülki infrastruktura hücumlar edərək cavab zərbələri endirirlər."

Baş katib NATO-nun illik nüvə cavabı manevri kimi xarakterizə olunan “Sabit Günorta” təlimlərinin planlaşdırıldığı kimi gələn həftə keçiriləcəyini təsdiqləyib: “Bu, çəkindirmə gücümüzü təhlükəsiz və effektiv etmək üçün hər il keçirdiyimiz müntəzəm təlimdir”.

Stoltenberq həmçinin bildirib ki, NATO Rusiyanın nüvə təxribatlarına cavab olaraq “Sabit Günorta” (“Steadfast Noon”) təlimlərini ləğv etməyəcək, çünki bu, pis presedent yarada bilər.

Ardını oxu...
Ötən il oktyabrda keçirilən “Sabit Günorta” təlimlərinin xəritəsi

O, Rusiyanın “gizli nüvə təhdidləri”nə toxunaraq vurğulayıb: “Rusiya bilir ki, nüvə müharibəsində qalib gəlmək olmaz. Rusiyanın nüvə güclərini yaxından izləyirik. İndiyə qədər Rusiyanın mövqeyində bir dəyişiklik görməmişik, bununla belə, yenə də ayıq-sayıqlığımızı qoruyuruq».

“Sabit Günorta” adlı hərbi təlimlər hər il keçirilir və adətən bir həftə davam edir. Buraya nüvə başlıqları daşıya bilən döyüş təyyarələri daxildir, lakin heç bir canlı bomba daxil deyil. Adi reaktiv təyyarələr, müşahidə və yanacaq dolduran təyyarələr təlimlərdə müntəzəm iştirak edirlər.

Fevralda Rusiyanın Ukraynaya təcavüzündən əvvəl planlaşdırılan təlimə NATO-ya üzv 30 ölkədən 14-ü cəlb olunacaq. NATO rəsmiləri bildiriblər ki, manevrlərin əsas hissəsi Rusiyadan 1000 kilometr (625 mil) uzaqlıqda keçiriləcək.
 
Ardını oxu...
Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna kəşfiyyatının Krım körpüsündə partlayışa necə hazırlaşdığını əks etdirən foto və videolar yayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, FTX-nın məlumatında terror aktının təşkilində iştirak edənlərin fotoşəkilləri, gömrük postunda yük maşınının içindəkilərin rentgenoqrafiyası, yükün çatdırılması üçün sənədlər də var.

FTX-nın İstintaq Komitəsi ilə birgə açıqladığı məlumata görə, Krım körpüsündə terror aktının təşkilatçısının Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsi və onun rəhbəri Kirill Budanov, əməkdaşları və agentləri olduğu müəyyən edilib.

“Müəyyən olunub ki, ümumi çəkisi 22,77 ton olan partlayıcı 22 ədəd tikinti polietilen plyonka ilə rulonlarda kamuflyaj edilib və Translogistik UA MMC arasında 02/08/2022 saylı müqavilə əsasında avqustun əvvəlində Odessa limanından Bolqarıstanın Ruse şəhərinə göndərilib. Sentyabrın 29-dan oktyabrın 3-dək İrəvanda Transalyans terminalında yük Avrasiya İqtisadi Birliyi qaydalarına uyğun rəsmiləşdirilib, sənədlər dəyişdirilib, bundan sonra yükü göndərən “GU AR GROUP” MMC (Ermənistan, Alaverdi şəhəri), alıcı isə "Lider" MMC (Moskva) olub.

Gürcüstan qeydiyyatında olan DAF markalı avtomobilində yük oktyabrın 4-də yük Yuxarı Lars vasitəsilə Rusiya-Gürcüstan sərhədindən keçib və oktyabrın 6-da Krasnodar diyarındakı Armavir topdansatış bazasına çatdırılıb və boşaldılıb.

Oktyabrın 7-də Ukrayna vətəndaşı Solomko Vladimir Vasilyeviç Zlobun (1987-ci il) və digər 5 nəfər Rusiya vətəndaşının köməkliyi ilə yükün sənədləri yenidən dəyişdirilib, göndərici “TEK-34” MMC (Ulyanovsk) göstərilib və alıcı isə Krımda mövcud olmayan bir şirkət olub. Həmin gün yüklər Simferopola yola düşmüş Rusiya vətəndaşı Mahir Yusubovun (1971-ci təvəllüdlü) yük maşınına yüklənib və oktyabrın 8-də saat 06.03-də Krım körpüsündən keçərkən partlayış baş verib.

Yüklərin bütün marşrut üzrə hərəkətinə və cinayət sxeminin iştirakçıları ilə əlaqəyə nəzarəti Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, özünü İvan İvanoviç kimi təqdim edən şəxs həyata keçirib. Yükün göndərilməsinə Ukrayna vətəndaşları Mixail Vladimiroviç Tsyurkalo (1975-ci il təvəllüdlü), Denis Oleqoviç Kovaç (1979) və Roman İvanoviç Solomko (1971), Gürcüstan vətəndaşları Sandro İnosaridze və Levan adlı broker və Ermənistan vətəndaşı Artur Terçanyan (1985) cəlb olunublar. Cinayətin hazırlanmasında iştirak edən 5 Rusiya, 3 Ukrayna və Ermənistan vətəndaşı saxlanılıb.
İstintaq davam edir, bütün təşkilatçılar və iştirakçılar, o cümlədən əcnəbilər Rusiya qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar”, deyə FTX və İstintaq Komitəsinin birgə məlumatında qeyd olunub.
Ardını oxu...
12 oktyabr saat 8.40-dan 8.58-dək Ukraynanın cənubunda Silahlı Qüvvələrin hava əleyhinə raket bölmələri Rusiyanın ən azı dörd hücum helikopterini (Ka-52) məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

İlkin məlumata görə, işğalçılardan azad edilmiş əraziyə bir helikopter düşüb, qalanları toqquşma xəttindədir.

Qeyd olunub ki, təsdiqlənmiş vurulan helikopterlərin sayının artma ehtimalı yüksəkdir.
 
Ardını oxu...
“Oktyabrın 3-5-də KTMT-nin baş katibi Stanislav Zas Bişkekdə uğurlu təmaslar, o cümlədən Qırğızıstan Prezidenti Sadır Japarov ilə danışıqlar aparıb. Danışıqların nəticələri Mərkəzi Asiya regionunda təhlükəsizlik və sabitliyin təmin edilməsində KTMT-nin rolunun gücləndirilməsi istiqamətində ümumi səylərin olduğunu göstərir”.

Bunu bu gün keçirilən brifinqdə News.ru müxbirinin Qırğızıstanın KTMT təlimlərindən imtinası ilə bağlı sualına cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Qırğızıstan Rusiyanın MDB-də mühüm tərəfdaşıdır və gələn ildən bu ölkə bu təşkilatda sədrliyə keçəcək. Hazırda isə Bişkek MDB-nin nizamnamə orqanlarının işində yüksək səviyyədə iştirak edir.

“Oktyabrın 12-də Qazaxıstanda keçiriləcək MDB sammitində Qırğızıstan prezidentinin və xarici işlər nazirinin iştirakı da planlaşdırılır”, – deyə Zaxarova əlavə edib.

 
 
 
Ardını oxu...
Oktyabrın 10-da Rusiya qoşunları Ukrayna ərazisini 84 qanadlı raket və 24 pilotsuz uçuş aparatları-kamikadzelərlə atəşə tutub. Onların orta ümumi dəyəri 400-600 milyon dollar təşkil edir.

TEREF.AZ-ın yazdığına görə, Moderator.az xəbər verir ki, bu barədə "Forbes-Ukraina" nəşri yazıb.

Hər tip raketin sayı dəqiq bilinmədiyindən, buraxılan raketlərin dəyəri geniş diapazonda qiymətləndirilir.

Bu gün miqyası dəyərləndirilən dünənki atəşlər zamanı rusiyalı hərbçilər "X-101", "X-555", "Kalibr", "İsgəndər", "C-300", " Tornado-C" raketlərindən istifadə edib.

"Forbes" hesablamalarını belə güman əsasında aparıb ki, raketlərin əksəriyyəti bahall və yüksək dəqiqli "X-101" və taktiki mənzilli "C-300" və "Tornado-C" olub, qalanları HHM sistemlərinin yayındırılmasına yönəlib.

Bir "X-101" raketinin dəyəri 13 milyon, "Kalibr" 6, 5 milyon, "İsgəndər" 3 milyon, "Oniks" 1, 25 milyon, "X-22" 1 milyon, "Toçka-U" 300 min dollaradır.

10 oktyabrda bütün buraxılan Rusiya dronlarının ümumu dəyəri bir neçə milyon dollardır.

Ukrayna qoşunları və HHM sistemləri tərəfindən 13 PUA və 43 raket vurulub.

Atəşlər nəticəsində 19 ukraynalı həlak olub, daha 105 nəfər yaralanıb.

Son istirahət günləri rusiyalı hərbçilər Ukraynanın daha çox şəhərlərini güclü atəşlərə məruz qoyub.

"Forbes"in hesablamalarına görə, 25-26 iyunda Rusiya və Belarus tərəfdən ümumi dəyəri 150-220 milyon dollar olan 60-80 uzaqvuran raketlər buraxılıb.

Təkcə Kiyevə buraxılan raketlərin dəyəri 50-60 milyon dollar təşkil edib.

Müharibənin ilk iki ayı ərzində rusiyalılar Ukraynaya 1300 raket buraxıb, "Forbes"in hesablamalarına görə, onların dəyəri 7, 5 milyard dollar təşkil edib.

Ukrayna müharibənin yarım ilində (24 fevral-24 avqust) dəyəri 16, 6 milyard olan Rusiya texnikasını məhv edib.

Rusiyalılar 12142 vahid texnika (raketlər sayılmadan), 2000-dək tank, 234 təyyarə və 15 gəmi itirib.

Təkcə İlan adasında Rusiya dəyəri 900 milyondan artıq olan texnika itirib.
Ardını oxu...
Oktyabrın 11-də Almaniya vəd edilmiş dörd “IRIS-T” hava hücumundan müdafiə sistemindən (SLM) birincisini Ukraynaya təhvil verib.

Bu barədə Spiegel” xəbər verib.

Alman nəşrinin məlumatına görə, ötürmə oktyabrın 11-də Ukrayna-Polşa sərhədi yaxınlığında baş verib. Bu sistemə istehsalçı ölkədən sonra sahib olan ilk ölkə Ukrayna olub.

Qeyd edək ki, “IRIS-T”nin tədarükü noyabrda başlamalı idi, lakin oktyabrın 10-da Almaniyanın müdafiə naziri Kristin Lambrext Rusiya qoşunlarının Ukrayna ərazisinə kütləvi raket hücumundan sonra yaxın bir neçə gündə təhvil veriləcəyini açıqlamışdı.

“IRIS-T” (SLM) hansı üstünlüklərə malikdir?

“IRIS-T “Almaniyada istehsal edilən ən qabaqcıl hava hücumundan müdafiə sistemidir. Bu hava hücumundan müdafiə sistemlərinin inkişafı yalnız 2014-cü ildə tamamlandı. Onlar ilk növbədə mülki əhalini raket zərbələrindən qorumaq üçün nəzərdə tutulub.

Raket

“IRIS-T” raketi onu hədəfə doğru istiqamətləndirən infraqırmızı başlıqla təchiz edilib. Eyni zamanda, buraxılan zaman arxada heç bir iz qoymur və varlığını ortaya çıxarmır. Raket 40 km-ə qədər olan hədəfi vura bilər.

Radar

Almaniyanın Ukraynaya verdiyi “IRIS-T” sistemləri, ehtimal ki, alman TRML-4D radarları ilə təchiz olunub. Onlar real vaxt rejimində 500-dən çox hədəfi izləyə bilirlər. 250 km məsafədə radar artıq təyyarəni aşkar edir, 120 km-də isə artıq hədəfi müşayiət edir və raketləri istiqamətləndirir./publika.az
Ardını oxu...
 
Ardını oxu...
«Son bir neçə həftə ərzində Azərbaycan Ukraynaya onlarla ton müxtəlif silah və sursat göndərib».

DİA.AZ ovqat.com-a istinadla xəbər verir ki, bir müddət əvvəl erməni mediasının yaydığı bu tipli məlumatlar indi rus nəşrlərində yer almağa başlayıb.

Rusiyanın hərbi dairələrinə yaxınlığı ilə tanınan Avia.pro saytının iddiasına görə, Ukrayna hərbçilərinin Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinə rus işğalçılarına zərbələr endirmək üçün fəal şəkildə istifadə etdiyi yüksək dəqiqlikli silahlar, raketlər, artilleriya sursatları, patronlar və s. kimi hərbi ləvazimatlar guya Azərbaycandan tədarük olunub.

«Bu günə kimi Azərbaycanın Ukraynaya aktiv şəkildə BK-3 bombaları, 120 mm-lik minalar, Qrad MLRS üçün raketlər, 7,62x39 və 5,45x39 çaplı patronlar, həmçinin sovet istehsalı olan FAB-250 və FAB-500 kimi sərbəst düşən bombalar tədarük etdiyi məlumdur. Olduqca diqqətəlayiq olan tədarüklər son vaxtlara qədər Rusiyanın Afrikadakı müttəfiqi hesab edilən Sudan vasitəsilə həyata keçirilir ki, bu da Xartumun bənzər hərəkətləri ilə bağlı kifayət qədər suallar doğurur», - məlumatda bildirilir.

Nəşr iddiasına görə, Ukrayna hərbçiləri artıq Azərbaycanın göndərdiyi silah-sursatlardan fəal şəkildə istifadə edir və bu da iki dövlət arasındakı münasibətlərə mənfi təsir göstərə bilər: «Ukrayna Hərbi Hava Qüvvələrinin daha əvvəl Azərbaycanın MiQ-29 qırıcılarını qəbul etdiyini nəzərə alsaq, Bakı ilə Kiyev arasında belə əməkdaşlıq, şübhəsiz ki, Azərbaycanla Rusiya arasındakı münasibətlərə ciddi zərbə vuracaq.

«Bir sıra məlumatlara görə, yaxın gələcəkdə Azərbaycan hətta Ermənistanla silahlı münaqişədə kifayət qədər fəal şəkildə istifadə olunan kamikadze pilotsuz təyyarələrinin bir partiyasını Ukraynaya da verə bilər», - nəşr qeyd edir.

İşin maraqlı tərəfi odur ki, rus nəşrinin adını çəkdiyi silahların heç biri Azərbaycanda istehsal olunmur və Moskvanın təhriki ilə hər gün erməni təcavüzünə məruz qalan ölkəmizin özünün həmin silahlara ciddi ehtiyacı var. Ən əsası, dünyanın super gücü tərəfindən ən müasir hərbi ləvazimatlarla silahlandırılan Ukraynanın da Azərbaycan tərəfindən tədarük ediləcək silah-sursata ehtiyacı yoxdur və heç Kiyev də bizdən belə köməklik gözləmir. Biz Ukraynaya uzaqbaşı yanacaq və qida məhsulları verə bilərik ki, bu da humanitar dəstək kateqoriyasına daxildir və rəsmi Bakı bu cür yardımlarını gizlətmir də. Bütün bunlara baxmayaraq, Azərbaycan barəsində inandırıcılıqdan uzaq belə iddiaların irəli sürülməsi Moskvanın hansısa bəd niyyətindən qaynaqlana bilər. Bənzər iddiaların bir müddət əvvəl ermənilər tərəfindən irəli sürülməsi də bu baxımdan təsadüfi görünmür.

Zənnimizcə, Rusiya hərbi dairələrinə yaxın nəşrin bu cür dezinformasiya yaymasının bir başqa səbəbi Azərbaycanda son zamanlar başlanacağı gözlənilən «5-ci kolon»a mübarizənin Moskvada doğurduğu narahatlıqla bağlı ola bilər. Sirr deyil ki, Rusiya Ukraynada zəiflədikcə, Azərbaycan öz daxilindəki «rusqafalılar»dan qurtulma siyasətini gücləndirir. Bir müddət əvvəl işindən uzaqlaşdırılmasına baxmayaraq, tez-tez media orqanlarına çıxıb «mən də varam» havası atan Ramiz Mehdiyevin bir müddət əvvəl son qalası sayılan Naxçıvanda peyda olması, ardınca da Muxtar Respublikada hərtərəfli təftişlərin başlaması rəsmi Bakının «5-ci kolon»la aktiv mübarizəsinin ilkin təzahürü kimi qiymətləndirilir. Yəqin ki, bu təftişçilik siyasətləri yaxın zamanlarda Bakıya da sıçraya bilər. Görünür, artıq «5-ci kolon»unun qulağının burulacağından ehtiyatlanan Moskva rus hərbi sənaye kompleksinə bağlı nəşrlər vasitəsilə Azərbaycana əba altından zopa göstərməyə çalışır. Ancaq bu zopa göstərilərinin zərrə qədər qiyməti yoxdur. Əksinə, rəsmi Bakını bir an öncə «rusqafalılar»dan yaxa qurtarmasını, bununla da təhlükəni beşikdə boğmasını tətikləyə bilər.
Ardını oxu...
Məlum sentyabr döyüşlərində Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizə müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutmuşdur.Məhz buna görədə Azərbaycan SQ tərəfindən adekvat cavab tədbirləri görülərkən çoxlu sayda əsgər və zabitlərimiz xəsarətlər almasına baxmayaraq təxris olunmuş əsgərimizin müalicəyə ehtiyacı var.
Bu barədə oktyabrın 10-da Azərbaycan Müdafiə Nazirliyinin laçın korpusunda xidmət keçmiş sabiq döyüşçüsü Səxavət Tağıyevin atsı tərəfindən Dünyanınsəsi.Az müraciət etmişdir.
Şəmkir rayonun Mehirli Kənd sakini Məqsəd Tağıyev saytımıza bildirmişdir ki, onun oğlu S.Tağıyev bu yaxın günlərdə xidmət keçdiyi hərbi hissədən təxris edilib.Buna baxmayaraq onun bədənində hələ də çoxsaylı qəlpə yaraları tam müalicə olunub qutramayıb.Hazırda onun müalicəyə ehtiyacı olduğunu bildirir.

Ardını oxu...

Şikayətçi mətbuat vasitəsi ilə Müdafiə Nazirliyinin rəhbərliyindən öğlunun Şəmkir rayonun Sarıtəpə kəndi ərazisində yerləşən hərbi hosbitalda müalicə olunmasına köməkdarlıq etməsini xahiş edir.

Şəmkir sakinin müraciətinə Müdafiə Nazirliyindən dərhal reaksiya verildi

Azərbaycan Silahlı Qüvvələrin sıralarından 01 oktyabr 2022-ci il tarixdə təxris olunmuş yaralı əsgərin atası Məqsəd Tağıyev müdafiə nazirliyinin rəhbərliyinə müraciət emişdir.

Nazirliyin Baş Tibb İdarəsinin rəhbərliyi tərəfində Şəmkir sakinin müraciəti dərhal nəzarətə götürlərək aidiyyatı üzrə göstərişlər verilmişdir.

Hazırda Dünyanınsəsi.Az saytına Müdafiə Nazirliyinin Gəncə şəgətində yerləşən 230 saylı hərbi hosbitalın rəisi, tibb xidməti Polkovnik Qaçayev Hüseyn Sədaqət oğlu məlumat vermişdir ki,döyüşlər zamanı yaralanmış olan əsgərimiz Səxavət Tağıyevi hosbitala yerləşdirmişik.Tam müalicə edilib yaraları sağaldıqdan sonra sağalam vəziyyətdə evlərinə buraxacağıq.

Redaksiya olaraq Müdafiə Nazirliyinin rəhbərliyinə eləcə də 230 saylı hərbi hosbitalın rəisi, tibb xidməti polkovniki Hüseyn Qaçayevə öz təşəkkürümüzü bildiririk.

Dünyanınsəsi.Az

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Qismən səfərbərliklə kifayət qədər “başıpouqluq” hökm sürür, çoxdan yığılıb qalmış problemlər özünü göstərir.

Ovqat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin yeni seçilmiş qubernatorlarla onlayn görüş zamanı bunu etiraf edib.

O, təəssüflə qeyd edib ki, bu intizamsızlıq təkcə səfərbərliyə alınmada deyil, ordunun digər sahələrində mövcuddur.
Rusiya prezidenti bildirib ki, əgər səfərbərlik elan olunmasaydı, o zaman ordu strukturlarında uzun müddətdir yığılıb qalan kifayət qədər problemlər aşkarlanmayacaqdı.


Putinin fikrincə, artıq ortaya çıxmış bütün məsələləri həll etmək zamanıdır və bunun üçün kifayət qədər əsaslar var.
Xatırladaq ki, Rusiyada qismi səfərbərlik sentyabrın 21-də prezident Vladimir Putinin müvafiq fərmanıyla elan edilib. Səfərbərlik elan olunan gündən bir çox rus gəncləri pərən-pərən düşüb ölkədən qaçmağa başlayıblar. Bəzi məlumatlara görə, indiyədək 1 milyondan çox vətəndaş səfərbərliyə alınmaqdan yayınmaq üçün Rusiyanı tərk edib.
 
Ardını oxu...
Bazar ertəsi, oktyabrın 10-da Ukrayna ərazisinə raket hücumları nəticəsində azı 14 nəfər həlak olub. Bu barədə Ukraynanın daxili işlər naziri Denis Monastırski telemarafonun efirində açıqlama verib.

“Hazırda 74 raket atəşi qeydə alınıb. Təəssüf ki, 14 ölü və 97 yaralı var", - nazir deyib.

***

Rusiyanın Ukraynanın paytaxtı Kiyev və digər vilayətlərə raket hücumu məticəsində 70-ə yaxın obyektə ziyan dəyib. Nəticədə 11 nəfər ölüb, 64 nəfər yaralanıb.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, hava hucumu zamanı 29 strateji infrastruktur obyekti, 4 çoxmərtəbəli bina, 35 fərdi yaşayış evi və 1 məktəb zərər görüb.

***

Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə raket hücumu nəticəsində 10 nəfər ölüb, 60 nəfər yaralanıb. “Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polis İdarəsindən bildirilib.

***

Rusiyanın atdığı 83 raketdən 43-ü Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən vurulub. “RBK-Ukraina” xəbər verir ki, bu barədə Ukrayna Həri Hava Qüvvələrinin sözçüsü Yuri İqnat məlumat verib.

Onun sözlərinə görə, İran istehsalı olan 12 PUA-dan 9-u zərərsizləşdirilib.

Y.İqnat bildirib ki, Rusiya Ukraynaya Xəzər dənizi bölgəsindən “X-101” və “X-555” yüksək dəqiqlikli raketlər buraxıb: “Habelə “Kalibr”, “İskander”, “S-300” və “Tornodo” reaktiv yaylım atəşi sistemindən rake tlər atıb”.

***

Rusiya qoşunlarının Ukraynanın paytaxtı Kiyevi raket atəşinə tutması nəticəsində yaralananların sayı 30-a çatıb. “Ukrinform”a xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, xilasedicilər eyni vaxtda bir neçə yerdə işləyirlər. Ölənlərin sayı dəqiqləşdirilir.

Son məlumatlara görə, paytaxtdakı partlayış nəticəsində 8 nəfər həlak olub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı isə bildirib ki, Rusiyanın atdığı 75 raketdən 41-i havada vurulub.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oliksiy Arestoviç isə teleqramda yazıb ki, durum müharibənin başladığı gün-fevralın 24-də olduğu kimi qorxulu deyil: “Savaş Ukraynanın qələbəsi ilə bitəcək”

Ukraynanın paytaxtı Kiyevlə yanaşı, ölkənin üç vilayətində partlayışlar törədilib.

"RBK Ukrayna" xəbər verir ki, bu gün səhər saatlarında Jitomir, Xmelnitsk və Ternopol vilayətlərində də partlayış baş verib.

Eyni zamanda Odessaya da bir neçə raketin atıldığı bildirilib.

Ukraynanın paytaxtı Kiyevdə ard-arda partlayışlar törədilib. “Report” xəbər verir ki, bunu Kiyevin meri Vitali Kliçko bildirib.

Onun sözlərinə görə, şəhərin Şevçenko rayonunun mərkəzində bir neçə partlayış olub. V.Kliçko partlayışın detalları barədə bir müddət sonra açıqlama verəcəyini bildirib.

Partlayış nəticəsində ölən və yaralananların olub-olmaması barədə məlumatlar dəqiqələşdirilir.

Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs tviterdə yazıb ki, bu, Rusiyanın qorxaqlığının və terror dövləti olmasının təzahürüdür: “Savaşı dayandırmaq üçün Rusiyaya daha çox silah çatdırmağa ehtiyac var”.

UNIAN-da qeyd olunub ki, yerli vaxtla səhər saat 06.47-də paytaxtda həyəcan siqnalı verilib. Bundan sonra səhər saat 8 radələrində Kiyevdə 3-4 partlayış törədilib.

Qeyd edək ki, ötən gecə Zaporojyedə də partlayışlar olub. Bu partlayışlar Moskvanın ilhaq etdiyi Krım yarımadasını Rusiya ilə birləşdirən yegən körpünün partladılmasına cavab olaraq törədildiyi ehtimal olunur.
azpolitika
 

Dünyapress TV

Xəbər lenti