Tayvan rəhbərliyi Çinin mümkün hücumlarından müdafiə olunmaq üçün yeni qərar qəbul edib. Bakupost.az xəbər verir ki, ölkə başçısı Tsai İnq-ven 2024-cü ilin yanvarın 1-dən etibarən hərbi xidmət müddətinin 4 aydan 1 ilə qədər artırıldığını açıqlayıb. Tayvan lideri bəyan edib ki, hərbi xidmət keçənlərə ödənilən aylıq əmək haqqı 6 510 Yeni Tayvan dollarından (təxminən 212 dollar) 20 min 320 Yeni Tayvan dollarına (təxminən 661 dollar) qədər artırılacaq. Bu qərarın 2005-ci il yanvarın 1-dən sonra doğulmuş Tayvan vətəndaşlarına şamil ediləcəyi bildirilib.