Ardını oxu...
“Putin nüvə şantajına ona görə əl atır ki, başqa dəlilləri qalmayıb…”

“1990-cı ildən nüvə sınaqları keçirməyən Putin nüvə silahından necə istifadə edə bilər ki?..”

“ABŞ Rusiyanın gerçək niyyətindən xəbərdar olacaq və preventiv zərbə endirəcək…”

Putin hər vasitə ilə göstərmək istəyir ki, o, hələ ağlını tam itirməyib və onunla danışığa getmək olar. Əsirlərin dəyişdirilməsi bunu sübut etməli olub.

Sozcu.az xəbər verir ki, bu barədə “QORDON” internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində rusiyalı politoloq Stanislav Belkovski bəyan edib.

“O, hər vasitə ilə sübut etməyə cəhd göstərir ki, ağlını hələ büsbütün itirməyib və onunla danışığa getmək olar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın vasitəçiliyi ilə əsirlərin mübadiləsi bunu göstərməli olub”, – Belkovski deyib.

Onun sözlərinə görə, Putin “imic nöqyeyi-nəzərdən özü üçün əlverişsiz razılaşmalara nail olub onlara ciddi əməl edə bilər, ona görə də onun Ərdoğan vasitəsilə Qərbə təklif etdiyi paket tamamilə aydındır”.

“Bu, faktiki və, əlbəttə ki, qeyri-formal olaraq Ukrayna ərazisinin 20 faizinin ilhaqının etiraf edilməsidir. Bu, energetika sahəsində əməkdaşlığın bərpa edilməsidir, bu isə “Qazprom” üzərindən texnoloji sanksiyaların ləğv edilməsini tələb edir. Bu, Putin üçün həlledici, ağrılı məsələdir. Üçüncüsü, aktivlər mübadiləsidir. Qərb Rusiyanın 320 milyard dollarlıq aktivlərini blokadadan çıxarır, Rusiya isə öz ərazisində formal olmasa da, faktiki olaraq həbsdə olan bütün xarici mülkiyyəti blokdan çıxarır”, – Belkovski deyib.

O, hesab edir ki, Putin nüvə şantajına ona görə əl atır ki, başqa dəlilləri qalmayıb. Artıq bunun psixoloji təsiri yoxdur, hamı bu təhdidlərə alışıb, Belkovski vurğulayıb.

O, qeyd edib ki, Sovet İttifaqı dağılandan sonra Rusiya nüvə silahını sınaqdan keçirməyib, bununla bağlı Putinə müraciət edib.

“Yaxşı, nüvə bombanı partlat. Haradadır sənin bomban? 1990-cı ildən sınaqdan keçirməmisən. Sınaqdan keçirmədən bunu edəcəksən? Bəlkə, Putinin dediyi kimi, “külək gülü” istiqamətinini dəyişib”, – ekspert qeyd edib.

Bu zaman o, hesab edir ki, psixoloji nöqteyi-nəzərdən Putin taktiki nüvə silahından istifadə etməyə hazırdır.

Putin nüvə silahından keçmişdə istifadə edilməsinə bel bağlayır, düşünür ki, bu, onun şərtlərinin Ukrayna tərəfindən qəbul edilməsinə gətirib çıxaracaq.

“O,1945-ildə Yaponiya presedentinə əsaslanır. O zaman ABŞ-ın Xirosima və Naqasakiyə nüvə zərbələri SSRİ-ni qorxutmaq üçün deyil, qurbanların sayının az olması istəyi ilə bağlı olub. Xirosima və Naqasaki qurbanlarının sayı 200 min nəfərdir, adi silahlardan istifadə edilsəydi, ən azı 1, 2 milyon insanın tələf olması ilə nəticələnə bilərdi, onların 400 min nəfəri amerikalılar təşkil edəcəkdi”, – ekspert izah edib.

Bu zaman Belkovski deyib ki, Putinin gerçəkdən nüvə silahından istifadə etməyə hazır olması barədə ABŞ məlumatlı olacaq və Rusiya ərazisinə preventiv qeyri-nüvə zərbəsi endirəcək.

O, istisna etmir ki, ABŞ zərbəni Rusiyanın özünün deyil, Ukraynanın işğal edilən ərazilərinə endirə bilər, məsələn, Qara dəniz donanmasına, bu zaman beynəlxalq hüquqa görə, o, Rusiyanın ərazisi hesab edilmir və Rusiya iddia qaldırmamalıdır.

Qordonun Kremldə Putinin kabinetinə daxil olub onu həbs edə biləcək və ya “Jirinovskinin yanına göndərə biləcək” adamların olub-olmaması barədə sualına ekspert belə cavab verib:

“Aydındır ki, belə adamlar var. Sadəcə, bunun baş verməsindən öncə bizim heç vaxt onlar haqda məlumatımız olmayacaq.

O, həmçinin bəyan edib ki, “Moskva Kremli” dövlət qoruq-muzeyinin saytında “nədəndə” XVII əsrin İsveç tütün qabısı “peyda olub”. Politoloqun fikrincə, bu, “hansısa çox güclü eyhamdır”.

Belkovski güman edir ki, ola bilsin, bir azdan muzeyin saytında “İntibah dövrünün şarfı” da peyda olsun.
 
 
 
Ardını oxu...
Qondarma Donetsk Xalq Respublikasının keçmiş müdafiə naziri və FSB-nin əməkdaşı İqor Girkin Ukraynaya qarşı döyüşmək üçün rusiyayönlü qüvvələrə qoşulub.
Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik qərarından sonra Girkin könüllü olaraq orduya yazılıb.

Onun Ukrayna cəbhəsində bir bölməyə qərargah rəisi təyin edildiyi bildirilir. Bu xəbərin ardınca Ukrayna Kəşfiyyatı Girkinin başına 100 min dollar mükafat qoyulduğunu açıqlayıb.

Hollandiya mətbuatının yazdığına görə, Girkin avqust ayında Xerson şəhəri yaxınlığında öz təşəbbüsü ilə cəbhəyə yollanmaq istəsə də, buna icazə verilməyib və o, saxlanılaraq yenidən Moskvaya göndərilib.

Xatırladaq ki, Girkin 2014-cü ildə Malayziya Hava Yollarına məxsus təyyarənin Ukraynanın şərqində vurulması işində əsas şübhəli şəxs qismində mühakimə olunur. Beynəlxalq araşdırma qrupunun məlumatına görə, 298 nəfərin ölümü ilə ntəicələnən qəza Rusiya istehsalı olan BUK raketi ilə vuruldub.

Bu hadisədən sonra Rusiya Donbas bölgəsindən Girkin və digər rəsmiləri Moskvaya geri çağırıb. Haaqada ömürlük həbs cəzası ilə qiyabi mühakimə olunan Girkinin ekstradisiyası tələbinə Moskva heç bir cavab verməyib.
 
Ardını oxu...
Belqorod vilayətinin Soloti kəndindəki poliqonda baş verən qətliam dini münaqişənin tərkib hissəsi ola bilər.

Bu barədə özünü hadisənin şahidi adlandıran hərbçiyə istinadən məlumat yayılıb.

Onun sözlərinə görə, münaqişə üç əsgərin - bir dağıstanlı, bir azərbaycanlı və bir adıgeyin “artıq xidmət etmək istəmədikləri barədə hesabat yazmaq istəməsi” ilə başlayıb. Etirazçılar bu müharibənin onalara aid olmadığını bəyan ediblər.

Bundan xəbər tutan, mənbənin polkovnik-leytenant Andrey Lapin adlandırdığı, komandirlərdən biri guya “hamını başına yığıb” və “bu, müqəddəs müharibədir”, - deyə bildirib. Bundan sonra tacik əsilli hərbçilər müqəddəs müharibənin müsəlmanların kafirlərə qarşı müharibəsi olduğunu bəyan ediblər. Polkovnik-leytenantın cavab olaraq Allahı “zəif” və ya “qorxaq” adlandırdığı iddia edilir ki, bu da orada olanların çoxunu “şoka salıb”. Belə ki, zabitlər arasında başqırdlar və tatarlar kimi müsəlmanlar da olub.

Tezliklə üç müqaviləli tacik əsgəri - baş cavuş Bikzot, kiçik cavuş Ami (o, qaçmağa müvəffəq olub) və Anuşa digər müsəlmanlara kənara çəkilmələrini söyləyərək, pulemyotlarını götürüb polkovnik-leytenant Lapinin və fərq qoymadan atəş açaraq daha 29 nəfərin həyatına son qoyublar. Atışma səsini eşidən Semyonov adlı gizir iki taciki öldürüb, üçüncüsü isə yaralanaraq qaçıb.
 
Ardını oxu...
Belqorod vilayətinin Soloti kəndindəki poliqonda baş verən qətliam dini münaqişənin tərkib hissəsi ola bilər.

Bu barədə özünü hadisənin şahidi adlandıran hərbçiyə istinadən məlumat yayılıb.

Onun sözlərinə görə, münaqişə üç əsgərin - bir dağıstanlı, bir azərbaycanlı və bir adıgeyin “artıq xidmət etmək istəmədikləri barədə hesabat yazmaq istəməsi” ilə başlayıb. Etirazçılar bu müharibənin onalara aid olmadığını bəyan ediblər.

Bundan xəbər tutan, mənbənin polkovnik-leytenant Andrey Lapin adlandırdığı, komandirlərdən biri guya “hamını başına yığıb” və “bu, müqəddəs müharibədir”, - deyə bildirib. Bundan sonra tacik əsilli hərbçilər müqəddəs müharibənin müsəlmanların kafirlərə qarşı müharibəsi olduğunu bəyan ediblər. Polkovnik-leytenantın cavab olaraq Allahı “zəif” və ya “qorxaq” adlandırdığı iddia edilir ki, bu da orada olanların çoxunu “şoka salıb”. Belə ki, zabitlər arasında başqırdlar və tatarlar kimi müsəlmanlar da olub.

Tezliklə üç müqaviləli tacik əsgəri - baş cavuş Bikzot, kiçik cavuş Ami (o, qaçmağa müvəffəq olub) və Anuşa digər müsəlmanlara kənara çəkilmələrini söyləyərək, pulemyotlarını götürüb polkovnik-leytenant Lapinin və fərq qoymadan atəş açaraq daha 29 nəfərin həyatına son qoyublar. Atışma səsini eşidən Semyonov adlı gizir iki taciki öldürüb, üçüncüsü isə yaralanaraq qaçıb.
 
Ardını oxu...
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Cabbarov MirSaleh Təhməz oğlunun 15 oktyabr 2022-ci il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.
Bunu Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
 
 
 
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Zaporojye vilayətinin 7 yaşayış məntəqəsindəki mövqelərinə zərbələr endirib.
Ukrayna mətbuatı xəbər verir ki, silah-sursat anbarları, eləcə də S-300 kompleksləri sıradan çıxarılıb.

Ümumilikdə son 3 gün ərzində Berdyansk qəsəbəsi ərazisində dörd S-300 sistemi məhv edilib, sursat anbarı dağıdılıb və 20-dən çox hərbçi yaralanıb. Tokmakda 10 hərbi texnika vurulub, 40-a qədər hərbçi xəsarət alıb. Kamenets-Dneprovskayada 7 hərbi texnika məhv edilib, düşmənin 40-a yaxın hərbçisi yaralanıb. Orexov, Horse Rozdory və Tokmak yaşayış məntəqələri ərazilərində 100-ə yaxın hərbçi zərərsizləşdirilib.

 
Ardını oxu...
"Rusiya artıq dəqiq idarə olunan raket ehtiyatlarının üçdə ikisindən çoxunu istifadə edib".

Bu barədə Müdafiə naziri Aleksey Reznikov Telegram -da məlumat verib.

Eyni zamanda o, düşmənin yüksək dəqiqlikli uzaqmənzilli raketlərdən istifadə etməsi ilə bağlı statistik rəqəmlərə istinad edib: 1844 raket Rusiya tərəfindən istifadə olunub, 609-u qalıb.

"Ukraynadakı mülki hədəflərə qarşı yüzlərlə yüksək dəqiqlikli raketlərdən istifadə etməklə təcavüzkar dövlət hərbi hədəfləri məğlub etmək imkanlarını azaldır. İki nəticə: Rusiyanın hərbi məğlubiyyəti qaçılmazdır; Rusiya terrorçu dövlətdir", - Reznikov yazıb.
 
Ardını oxu...
Ermənistanın müdafiə naziri Suren Papikyan hökumət iclasında ölkə əhalisi üçün sensasion bəyanatla çıxış edib. Belə ki, o, ehtiyatda olan hərbçilərin üç aylıq toplanışlarının 25 günlüklərlə əvəz olunacağını bəyan edib.

Bu barədə yerli “Hraparak” qəzeti məlumat verib.

“Vətəndaşlar yeddi gün təlim keçir, 14 gün döyüş növbətçiliyindədirlər. Gələcək toplanışlar 25 günlük olacaq; biz üç aylıq toplanışlardan imtina edirik. Bu, Ermənistanın hərbi xidmətə cəlb olunan bütün vətəndaşları üçün məcburidir”, - deyə nəşrdə nazirdən sitat gətirilib.

“Hraparak”dan vurğulanıb ki, bu, əvvəllər heç vaxt hərbi xidmət keçməyən, əlində silah olmayan, 10-15-20 il əvvəl xidmət edənlər də daxil olmaqla 50 yaşdan yuxarı bütün kişilərin təlim düşərgəsinə, hətta lazım gələrsə, sərhədi qorumağa göndəriləcəyi deməkdir.
 
Ardını oxu...
NATO üzvü olan 15 Avropa ölkəsi ən yaxşı hava hücumundan müdafiə sisteminin yaradılması layihəsinə başlayıb.

Layihədə Almaniya, Böyük Britaniya, Slovakiya, Norveç, Latviya, Macarıstan, Bolqarıstan, Belçika, Çexiya, Finlandiya, Litva, Niderland, Rumıniya və Sloveniya iştirak edirlər.Bu ölkələrin müdafiə nazirləri “Səma qalxanı” adlı Avropa təşəbbüsünə dair bəyannamə imzalayıblar. Bəyannamə NATO-nun Brüsseldə keçirilən iclası çərçivəsində imzalanıb.

Layihə hazırda Avropanın qoruyucu qalxanındakı mövcud boşluqları bağlamağa kömək edəcək. Müəyyən məqamlarda problemlər mövcuddur. Məsələn, öz trayektoriyası üzrə yüksək hündürlüklərə çatan ballistik raketlərdən, həmçinin pilotsuz təyyarələrdən və qanadlı raketlərdən müdafiə ilə bağlı çatışmazlıqlar müşahidə olunur.

Diplomatların sözlərinə görə, Estoniya da layihədə iştirak etmək niyyətindədir.
 
Ardını oxu...
“Rusiyanın Ukraynaya raket hücumu cəbhədəki uğursuzluqla bağlıdır”.
Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov deyib.
Onun sözlərinə görə, Rusiyanın törətdiyi terror aktları əhalini qorxutmaq üçündür: “Lakin bu, əks-effekt verir. Fikrimcə, Rusiyanın hücumları davamlı ola bilməz. Bunun iki əsas səbəbi var. Birincisi, intensiv raket zərbələri Rusiyaya gündə ən azı 700 milyon dollara başa gəlir. İkincisi, “Kalibr” və “İskander”in ehtiyatları tükənmək üzrədir. Sanksiyalara görə yenilərini istehsal etmək isə çətindir”.
A.Yusov bildirib ki, zərbələr davam edə bilər: “Ona görə də hava hücumu siqnallarına laqeyd yanaşmaq olmaz”.
Qeyd edək ki, Rusiya oktyabrın 10-dan etibarən Ukraynanın paytaxtı Kiyev və digər vilayətləri müntəzəm raket zərbələrinə məruz qoyur.
 

Dünyapress TV

Xəbər lenti