Ardını oxu...
"Ermənistanın təxribatları davam edəcək. Azərbaycan unutmamalıdır ki, söhbət düşmən ölkədən gedir".
TEREF.AZ bildirir ki, bu sözləri "Sherg.az"a hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, ərazilərimiz 44 günlük savaşın pik nöqtəsi hesab edilən noyabr ayına qədər davamlı şəkildə Ermənistanın atəşinə məruz qalacaq:

"Azərbaycanın Silahlı Qüvvələri qarşı tərəfin bütün təxribatlarına hazırdır. Ordumuzun qorxmaz iradəsi, bacarığı hesabına düşmənin törədə biləcəyi istənilən provokasiyanın qarşısı vaxtında və sərt şəkildə alınacaq. Eyni zamanda igid əsgərlərimiz düşmənin ritorikasını aşağı salmaq üçün lazım olan qədər əks addımlar atacaqlar. Buna heç kimin şübhəsi olmasın. Baş verənlər mənim üçün hər hansı bir təəccüb doğurmur.

Guya Ermənistan ərazisinə beynəlxalq missiya göndərilib. Amma təxribatlar beynəlxalq güclərin gözü qarşısında yenə də davam etməkdədir. Avropa İttifaqının müşahidə missiyası təəssüf ki, hələ də rəsmi İrəvanın məlum fitnələrini görməzdən gəlir.

Lazımi qərarları vermir, tədbirləri həyata keçirmirlər. Ümid edirəm ki, proses uzun zaman çəkməyəcək. Ermənistan sonda məcbur qalıb, Azərbaycanın həm ərazi bütövlüyü ilə bağlı indiyə qədər demədiyi, həm də Praqada səsləndirdiyi fikirləri artıq sənəddə də öz imzası ilə təsdiq edəcək.

Nəhayət düşmən ölkə başa düşəcək ki, bölgədə sülhün və əmin-amanlığın bərpa olunması üçün Azərbaycan və qardaş Türkiyə ilə bir araya gəlməlidir. Doğru-dürüst qərarlar yalnız rəsmi Bakı və ya rəsmi Ankaranın deyil, eyni zamanda Ermənistanın da müəyyən maraqlarına xidmət edə bilər".

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 20-si gecə saatlarında Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Zəylik və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.
 
Ardını oxu...
Ukraynaya qarşı nüvə silahından istifadə riski azdır, lakin NATO bunu ciddi qəbul etməlidir.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq Berlində Xarici Siyasət Forumunda çıxışı zamanı deyib.

“Ukraynaya hər hansı nüvə hücumu və ya nüvə silahından istifadə riski azdır, lakin təbii ki, mümkün nəticələr böyükdür. Ona görə də belə bir riskə ciddi yanaşmaq lazımdır”, – Stoltenberq bildirib.

Stoltenberqin sözlərinə görə, Rusiya Ukraynada nüvə silahından istifadə etsə, ciddi fəsadlarla üzləşəcək.

“Rusiyaya xatırladırıq ki, nüvə müharibəsində qalib gəlmək olmaz”, – baş katib vurğulayıb.

Alyans rəsmisi söyləyib ki, NATO Rusiyanın hərəkətlərini diqqətlə izləməkdə davam edir:

“Biz hadisələrin istənilən mümkün inkişafına hazır olmalıyıq”.
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putinin bütün dünyanı dəhşətə gətirən nüvə sualtı qayığı “Belqorod” Şimal qütbünə yaxın yerləşən Severodvinsk limanında görüntülənib.

Cebhe.info xəbər verir ki, bu barədə HABERLER.COM yazıb.

Bildirilir ki, NATO sərhədinə son dərəcə yaxın olan limanda "qiyamət günü" adlandırılan sualtı qayığın görünməsi Qərbə xəbərdarlıq olaraq qiymətləndirilir.

Döyüşün gedişatını tamamilə dəyişdirə biləcək xüsusiyyətlərə malik olan silah Qərb mediasının manşetlərində də öz yerini tutub.

Sualtı qayığın Rusiyanın Kola yarımadasının yerləşdiyi dənizində aparılan gizli əməliyyatdan sonra bir müddət geri qayıtdığı güman edilir. Bildirilir ki, silah sunami yarada və düşmən sahillərini məhv edə bilər. Nüvə torpedalarını daşıyan sualtı qayığın Ukrayna müharibəsində istifadə olunacağından ehtiyat edilir. Buna görə sualtı qayığa “şəhər qatili” də deyilir.
 
Ardını oxu...
Almaniya ilin sonunadək Ukraynaya zirehli avtomobillər, körpüdöşəyən tanklar, haubitsalar və antidron sistemlər verəcək.

APA-nın Ukrinforma istinadla xəbərinə görə, bunu Almaniyanın müdafiə naziri Kristina Lambrext deyib.

Nazir qeyd edib ki, Ukraynaya silah təchizatında Berlin üçün qırmızı xətt yoxdur.
 
 
 
Ardını oxu...
Rusiya İranla kamikadze-dronlardan əlavə, “yer-yer” tipli ballistik raketlərinin tədarükü ilə bağlı razılığa gəlib. “Report” “Reuters”ə istinadən xəbər verir ki, Rusiya ilə İran arasında saziş oktyabrın 6-da İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər, İran İnqilabı Keşikçiləri Korpusunun iki yüksək rütbəli rəsmisi və Milli Təhlükəsizlik Ali Şurasının bir nümayəndəsinin Rusiya ilə silah tədarükü ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya səfər etdiyi zaman bağlanıb.

“Rusiyalılar daha çox pilotsuz uçuş aparatı və yüksək dəqiqliyə malik ballistik raketlər, o cümlədən “Fateh” və “Zolfaghar” raketlərini istəyib”, - məlumatda deyilir.

Qeyd olunur ki, raketlər 2-3 partiyada Rusiyaya göndərilə bilər.

Digər iranlı diplomat isə onların maksimum 10 günə göndəriləcəyini bildirib.
Ardını oxu...
Ukrayna yaxın günlərdə NATO-dan Rusiyanın dinc şəhərlərə hücum etmək üçün fəal şəkildə istifadə etdiyi İranın kamikadze dronlarına qarşı vasitələr alacaq.

Axar.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Berlin Xarici Siyasət Forumunda müzakirələr zamanı deyib.

“Heç bir dövlət Rusiyanın Ukraynaya qarşı qanunsuz müharibəsini dəstəkləməməlidir”, - deyə alyans rəhbəri vurğulayıb.
Ardını oxu...
Hərbi təlimlər barədə xəbərləri hər gün oxuyuruq. Elə bu gün də biri var: “ABŞ və Cənubi Koreya birgə hərbi təlimlər keçirəcək”.

Hər kəs bilir ki, bu təlimlərin məqsədi günaşırı Sakit okeana bir ballistik raket fırıldadan Şimali Koreyanı “ağıl-kamal”a dəvət etməkdir.

Şimali Koreya da tez-tez öz “qardaş”ının – Cənubi Koreyanın sərhədlərinin yaxınlığında geniş miqyaslı hərbi təlimlər keçirir, ona güc göstərir.

Hindistan 75 ildir konfliktdə olduğu Pakistanın sərhədlərinə yaxın ərazilərdə vaxtaşırı hərbi təlimlər keçirir, qarşı tərəfə mesaj verir. Çox keçmir ki, Pakistan da öz ordusunun 100 minlik birləşməsi ilə Hindistanın sərhədinə yaxın poliqonda eyni şeyi edir.

Belə hadisələr Yaxın Şərqdə, Afrika ölkələrində də çox və tez-tez olur.

Avropa dövlətləri bir-birinin sərhədinin yaxınlığında hərbi təlimlər keçirmirlər. Ehtiyacları yoxdur. Onların təlimləri NATO-nun poliqonlarında olur. NATO-nun hədəfi isə bəllidir.

Həmin hədəf – Rusiya hərbi təlimlər keçirməkdə daha pərgardır. Bu dövlət də MDB və KTMT-dən olan müttəfiqlərini başına yığaraq, tank ötüşdürür, şərti hədəfi artilleriya qurğuları ilə vurur, NATO-ya göstərir ki, ölməyib, sağdır, gücü də var.

Bir dövlətin silahlı qüvvələri varsa, o, müntəzəm olaraq hərbi təlim keçirməlidir. Başqa cür mümkün deyil, adi haldır.

Hər dövlətin isə hərbi təlim keçirmək üçün onlarla poliqonu olur, ancaq o dövlət ölkənin mərkəzini qoyub, ucqar bir yerdə, xüsusilə də intriqada olduğu və ya çəkişməyə başladığı dövlətin sərhədindəki məkanı seçirsə, üstəlik, bunun üzərində böyük media təbliğatı qurursa, bu, pis niyyətdən xəbər verir.

Buna başqa don geydirmək riyakarlıqdan başqa bir şey deyil. Prinsipcə, İran öz ordusuna təlimi Xuzistan ostanında keçirməli, gücünü heç cür yollaşıb yola gedə bilmədiyi ərəb ölkələrinə göstərməliydi.

Yaxud da Əfqanıstanı idarə edən “Taliban” rejimini hansısa təcavüzkar niyyətllərdən çəkindirmək üçün hərbi təlimlərin məkanı Xorasan ostanı seçilə bilərdi. Bax, budur, xəbər yayılıb ki, bu gün “talib”lərlə İran sərhədçiləri arasında 1 saatlıq atışma olub.

Yox, məqsəd İsrailə xox gəlməkdirsə İran Suriyadakı qoşunlarını uzun illərdir İsrailin əlində olan Colan təpələrinə yaxınlaşdırıb orada “sionist rejim”ə hədə biçərdi – birbaşa və daha effektiv.

Ancaq bu dövlət gəlib-gəlib 27 ildən sonra işğaldan azad edilmiş ərazilərimizin qulağının dibində son 2 ildə 3-cü dəfə hərbi təlim keçirirsə, bunun adı nə qardaşlıqdır, nə ümmətçilikdir, nə də dindaşlıqdır.

İranın Ermənistana nədən bu qədər yaxınlaşmasının, Azərbaycanla isə intriqaya girməsinin səbəbləri, demək olar ki, yüzdəyüz dəqiqliklə bəllidir, ancaq bu dövlətin rəsmiləri, təbliğatçıları və ölkəmizdəki tərəfdarları bəzən əsas arqument kimi “İsrail faktoru”nu göstərirlər. Guya ki, Azərbaycan İranın düşməni İsraillə bu qədər yaxınlaşmasa, İran da Ermənistanla mehriban olmaz.

Əsassız və tənqidə dözümsüz arqumentdir. İran Ermənistanla dost-qardaş olanda Azərbaycan müstəqil dövlət deyildi, öz xarici siyasəti yox idi ki, İsraillə və ya başqa bir dövlətlə müttəfiqlik büsatı qursun. Azərbaycanla İsrailin münasibətləri uzun illərdən sonra bir yerə qədər istiləşməyə başladı. Ölkəmizin İsraildə səfirliyi hələ də yoxdur.

İran və Ermənistan isə qarşılıqlı diplomatik əlaqələrə, ciddi ticarət tərəfdaşlığına, hərbi, mədəni, turizm sektorunda işbirliyinə malikdir. Bu dövlətin rəsmilərinin qarşılıqlı səfərlərinin ardı-arası kəsilmir. Eyni zamanda Ermənistan dünyada yeganə ölkədir ki, həm ABŞ-ın “gözünün işığı”dır, həm də İranın.

İranın son iki ildəki sancısı isə Ermənistanın Mehri rayonundan keçməsi nəzərdə tutulan “Zəngəzur dəhlizi” ilə bağlıdır. Bu dəhliz türk dövlətlərini birləşdirəcək və İran bunu qətiyyətlə istəmir.

Hazırda görüntü belədir ki, əslində Ermənistan öz ərazisindən Naxçıvana başqa yollar vermək fikrindədir, amma dəhlizin Mehridən keçməsinə sırf İranın iradəsinə görə qarşıdır.

Bizə isə dağ-dərədən, aşırımlı yollardan keçəsi avtomobil yolu lazım deyil, həm də əsas məsələ yüklərin daşınacağı dəmiryol xəttdir, bu isə Mehridən keçir.

İran Rusiya, Türkiyə, Çin kimi böyük dövlətlərin, eləcə də Orta Asiya respublikalarının qol qoyduğu bir layihəni əngəlləmək istəyir.

Araz qırağında keçirilən hərbi təlimlərin hədəfi budur.
dunyanisesi
 
Ardını oxu...
Ukrayna İran istehsalı olan dronlarla mübarizə aparmaq üçün İsraildən kömək istəyib.

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, İran PUA-ları ilə mübarizə vacibdir: “Ukraynaya hücum edən İran istehsalı olan pilotsuz uçuş aparatları, ehtimal ki, İsrailə hücum etmək üçün istehsal edilib. İsrail terrorçularla mübarizənin nə olduğunu hamıdan yaxşı bilir. İsraildən bizə hava hücumundan müdafiə sistemləri və müdafiə silahları verməsini xahiş edirik. Onlar terrorçularla mübarizə zamanı çox vacibdir”.

Qeyd edək ki, bundan əvvəl İsrailin Diaspor İşləri naziri Naxman Şey tviterdə “İsrail ABŞ və digər NATO ölkələrindən nümunə götürərək Ukraynaya hərbi yardım göstərməyə başlamalıdır” yazmışdı.

“Bu səhər xəbər verildi ki, İran Rusiyaya ballistik raketlər ötürür. Artıq İsrailin bu qanlı münaqişədə hansı tərəfdə dayanacağına heç bir şübhə yoxdur. ABŞ və NATO ölkələrinin verdiyi kimi, Ukraynanın da İsraildən hərbi yardım almasının vaxtı çatıb”, – o, qeyd edib.
 
Ardını oxu...
“Belarus hücumun qarşısını almaq və ya silahlı münaqişəni zərərsizləşdirmək üçün strateji çəkindirmə üzrə qabaqlayıcı tədbirlər görmək hüququnu özündə saxlayır”.

“Report” xəbər verir ki, bunu Belarus Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, polkovnik Valeri Revenko xarici hərbi diplomatlar üçün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Belarus bütün mövcud vasitələrdən, o cümlədən hərbi gücdən istifadə etməklə milli maraqlarını müdafiə edəcək.

Belarus Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, rəsmi Minski Polşanın Müdafiə Nazirliyinin yaxın 3-10 il ərzində müharibəyə başlamağa hazır olması ilə bağlı bəyanatları fonunda adıçəkilən ölkənin hərbi potensialını artırması narahat edir.
 
Ardını oxu...
Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib.

APA-nın Moskva müxbirinin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, 110 nəfər Rusiyaya, 108 nəfər Ukraynaya qaytarılıb.

“Danışıqlar prosesi nəticəsində Kiyev rejiminin nəzarətində olan ərazidən 72 nəfər mülki dənizçi olmaqla 110 Rusiya vətəndaşı geri qaytarılıb.

108 ukraynalı qadın hərbçi Ukrayna tərəfinə təhvil verilib. Mübadilədən əvvəl iki ukraynalı qadın Ukraynaya qayıtmaqdan imtina edərək könüllü olaraq Rusiya Federasiyasında qalmaq istəyiblər”, - deyə məlumatda qeyd olunub.

Dünyapress TV

Xəbər lenti