Erməni zabitlərə qadağa: Sovet generalından uzaq durun!
Ermənistanda növbəti dəfə hərbi qalmaqal yaşanıb. AzVision.az xəbər verir ki, Ermənistan ordusunun keçmiş rəhbəri, general Norat Ter-Qriqoryanç yerli mediaya diqqət çəkən açıqlama verib.
O, Nikol Paşinyanın hakimiyyəti dövründə erməni ordusunda hökm sürən anormal ab-hava və ağır vəziyyətdən danışıb.

1992-1995-ci illərdə baş qərargah rəisi, 1993-cü ildə isə müdafiə naziri olmuş Noratın bir fikri isə daha çox səs-küyə səbəb olub.


Məlum olur ki, Ermənistan ordusunun sonuncu müharibə zamanı general rütbəsi almış polkovniklərindən biri hərbi təlim zamanı erməni zabitləri Norat Ter-Qriqoryantçla görüşməməyə çağırıb. Buna səbəb isə eks-ordu rəhbərinin tez-tez Nikol Paşinyan haqqında xoşagəlməz ifədələr işlətməsidir.

"Blognews" yazır ki, erməni ordusu üçün bu taleyüklü mərhələdə faktiki olaraq rədd edilmiş, öz biliyini və dəyərli təcrübəsini xarici zabitlərlə bölüşməyə məcbur olan Norat Ter-Qriqoryança qarşı bu cür münasibət ordunun siyasiləşdirilməsindən xəbər verir.

"Hakimiyyət əslində ordunu parçalayır. Onlar silahlı qüvvələri gücləndirmək, peşəkar ordu qurmaq, zabitlərin sosial problemlərinə diqqət yetirmək görüntüsü yaradır. Azərbaycan Türkiyənin dəstəyi ilə tələsik şəkildə öz ordusunu NATO standartlarına uyğunlaşdırır və onu dişinə qədər silahlandırır, Papikyan isə bu şanlı generalları ordudan uzaq tutaraq hərb sistemimizi həddindən artıq siyasiləşdirir", - nəşr yazıb.

Qeyd edək ki, Norat Ermənistanın ordu rəhbəri olmamışdan öncə keçmiş SSRİ və Rusiya Federasiyası Silahlı Qüvvələrinin də general-leytenantı olub. Erməni general İkinci Qarabağ müharibəsindən sonra verdiyi müsahibəsində "Mənim qurduğum ordunu məğlub etdilər. Mən Ermənistan ərazisində Rusiya anklavı yaratdım, 107-ci hərbi diviziyanı burada yerləşdirərək baza qurduq. Çünki Rusiyadan başqa müttəfiqimiz yoxdur. Bizim yeganə müttəfiqimiz Rusiyadır" demişdi.O, Azərbaycan əleyhinə sərt çağırış və fikirləri ilə də seçilir.

Tural Tağıyev
 

Dünyapress TV

Xəbər lenti