Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın Baş naziri Corciya Meloni ilə danışıqlar aparıb.
“RBC-Ukraina” xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının teleqram kanalında məlumat verilib.
Müzakirə mövzularından biri Ukrayna hərbçiləri üçün hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükü olub.
“Həmrəyliyə və “Ukraynaya hərtərəfli dəstəyə görə Corciya Meloniyə təşəkkür etdim. İtaliya hökumətinin əlavə 10 milyon avro yardım ayırmasını alqışladım. Corciya Meloni Ukrayna səmasını qorumaq üçün hava hücumundan müdafiə sistemlərinin verilməsi məsələsinə baxılacağını açıqladı. “Sülh formulu”nu müzakirə etdik”, - V.Zelenski qeyd edib.