Ardını oxu...
Azərbaycan vətəndaşlarının yanvarın 1-dən müddətli həqiqi hərbi xidmətə növbəti çağırışı başlayıb.

Bu gündən 18 yaşı tamam olmuş, Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları bu gündən yanvarın 30-dək ehtiyata buraxılırlar.
 
Ardını oxu...
İsrail hərbçiləri Qəzza zolağında radikal Fələstin təşkilatı "İslami Cihad"ın hərbi qanadının raket bölməsinin komandirini məhv ediblər.
TEREF xəbər verir ki, Oxu.Az bu barədə ordu mətbuat xidmətinin məlumatına əsasən xəbər verir.

Məlumata görə, məhv edilən Ənəs Məhəmməd Səədi Məsri İsrail mülki vətəndaşlarına və Müdafiə Qüvvələrinin hərbçilərinə qarşı çoxsaylı hücumlara rəhbərlik edib. İsrail ordusunun məlumatına görə, o, 7 oktyabr 2023-cü ildən etibarən İsrailin cənub rayonlarını atəşə tutan raketçilərə komandanlıq edib.

O, dekabr ayının əvvəlində kəşfiyyat məlumatları əsasında İsrail Hərbi Hava Qüvvələrinin dəqiq zərbəsi nəticəsində Qəzza zolağının şimalında məhv edilib. Ordu bildirib ki, zərbədən əvvəl yerli mülki əhaliyə ziyan vurulması riskinin minimuma endirilməsi üçün tədbirlər görülüb.
Ardını oxu...
Co Baydenin dövründə ABŞ-dan Kiyev rejiminə hərbi yardımın həcmi 66 milyard dolları ötüb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

ABŞ Müdafiə Nazirliyinin bəyanatında deyilir:

“Birləşmiş Ştatlar Ukraynaya 66 milyard dollardan çox yardım edib”.

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyinin rəhbəri Canet Yellen bildirmişdi ki, ABŞ hakimiyyəti Ukraynaya 3,4 milyard dollar məbləğində büdcə yardımı göstərməyi öhdəsinə götürüb.

ABŞ dondurulmuş suveren Rusiyanın aktivləri hesabına Ukraynaya 15 milyard dollar göndərəcək.
 
Ardını oxu...
ABŞ Müdafiə Nazirliyi Ukraynaya yüz minlərlə artilleriya sursatının və minlərlə raketin ötürülməsi prosesindədir.
İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

O qeyd edib ki, Vaşinqton Kiyevin münaqişədə mövqeyini gücləndirmək üçün yorulmadan çalışmağa davam edəcək:

"Müdafiə Nazirliyi yüz minlərlə artilleriya patronu, minlərlə raket və yüzlərlə zirehli texnikanın çatdırılması prosesindədir ki, bu da qışın gəlişində Ukraynanın mövqeyini gücləndirəcək".
 

         
Ardını oxu...
Ruslar Çeçenistan ərazisində olan və AZAL-a məxsus təyyarəni vuran "Pantsir-S" HHM sistemini Qroznıdan çıxardılar.

Axar.az xəbər verir ki, bu barədə məlumatı tarixçi alim Zaur Əliyev paylaşıb.

“Pantsir-S” sisteminin çıxarıldığını əks etdirən foto da yayan alim bunun izi itirmək üçün edilə biləcəyini də vurğulayıb.

“Pantsir-S” sistemi Qroznıya Ukrayna PUA-larının “Əhməd” xüsusi təyinatlılarının bazasına zərbə endirildikdən sonra gətirilmişdi.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələrinin bölmələri Donetskin Krasnoarmeysk vilayətində əks-hücum üçün bir neçə uğursuz cəhd edib.

Axar.az xəbər verir ki, bu barədə Donetsk "respublikasının" qondarma rəhbəri Denis Puşilin məlumat verib.

“Biz görürük ki, bir sıra yaşayış məntəqələri ələ keçirilib və mən deyərdim ki, Krasnoarmeyskin işıqlandırılması davam edir. Düşmən əks-hücuma keçməyə çalışdı, bu cəhdlərin bir neçəsi onların itkiləri ilə nəticələndi. Bizim tərəfdə vəziyyət lokallaşdırılmışdı”, - separatçı rəhbər qeyd edib.
 
Ardını oxu...
“Suriyadan texnika daşımalı olan iki Rusiya yük gəmisi Aralıq dənizində sıradan çıxıb və onlardan biri batıb. İndi ruslar təcili olaraq onlara əvəzedicilər axtarırlar. Təbii ki, bu bizim üçün xoş xəbərdir, amma başqa bir vacib cəhət də var: mahiyyət etibarı ilə kiçik olan bu hadisə Rusiyanın Üçüncü Dünya müharibəsinə hazırlığının bir növ lakmus sınağıdır. Nə indi, nə də beş il sonra Putin və ya ondan sonra gələn hansısa şəxsin ordusu NATO ilə döyüşməyə hazır olacaq”. Bu fikirləri ukraynalı politoloq Vadim Denisenko yazdığı analitik məqaləsində qeyd edib.

“Sadəcə, hamı başa düşsün: Rusiya bugünkü hərbi əməliyyatlara on dörd ildir - 2008-ci ildən, Gürcüstandakı müharibədən sonra hazırlaşır. Ona görə də kimsə deyəndə ki, 4-5 illik möhlətdən sonra Rusiya güclənəcək, bu, mifdir”, - deyə analitik əlavə edib.

Politoloqun qənaətincə, Rusiyanın hazırkı maliyyə vəziyyətini, texnologiya çatışmazlığını, təyyarə və gəmiqayırmada uğursuzluqları nəzərə alında, bu ölkənin Üçüncü Dünya müharibəsinin favoriti olacağı absurddur: “Rusiyanın edə biləcəyi yeganə şey qarışıqlıq yaratmaqdır. Axı bu, Moskvanın indiyə qədər nisbətən uğurla etdiyi işdir”.

“Ancaq hər şey o qədər də sadə deyil. Əgər kollektiv Qərb indi İranın belini qıra bilsə, Rusiyanın yalnız bir hərbi müttəfiqi qalacaq – Şimali Koreya. Çin öz oyununu oynamağa davam edəcək, burada müharibə və hərbi əməliyyatlar ən yaxşı istifadə olunmayan son “kozır” olaraq qalacaq. Şimali Koreya isə həmişə oyun oynayıb: bizə daha çox pul verin”, - Denisenko əlavə edib.

Politoloq yazıb ki, başqa bir mühüm cəhət də var: ruslar üçün Ukrayna müharibəsi hələ də bütün təbliğat cəhdlərinə baxmayaraq, ekzistensial müharibə deyil: “Bunun üçün isə müharibədən pul qazanmağa öyrəşmiş orduda ciddi dəyişikliklər etmək lazımdır. Bir sözlə, bir neçə vacib məqamı başa düşməliyik. Birincisi, yaxın gələcəkdə 1914 və ya 1939-cu ildə baş vermiş formada Üçüncü Dünya müharibəsi olmayacaq. Təbii ki, biz bir sıra yerli müharibələrin içindəyik. Amma onlar bundan əvvəl də var idilər, bundan sonra da var olacaqlar. İkincisi, indi gözlənilən Üçüncü Dünya müharibəsinin nəticəsi barədə söz açanlar dörd kateqoriyaya bölünür: axmaqlar - bu haqda çox danışdıqları üçün inanırlar, informasiya dalğasını tutanlar: bu dalğada özlərini qorxudanlar və ətrafdakıları qorxudanlar, bundan siyasi üstünlük əldə etmək istəyənlər. Təəssüf ki, biz bütün bu hekayənin ortasındayıq. Ona görə də biz gələcək danışıqlardan danışarkən yadda saxlamalıyıq ki, virtual və ortamüddətli perspektivdə demək olar ki, qeyri-real Üçüncü Dünya müharibəsi Ukrayna üzrə gələcək razılaşmaların, yaxud qeyri-razılaşmaların real hissəsinə çevrilir”.

“Üçüncüsü, bizim əsas problemimiz ondan ibarətdir ki, Putin, daha dəqiq desək, rus elitası və rusların böyük bir hissəsi indi Ukraynaya öz hərbi rüsvayçılığının əsas kompensatoru kimi patoloji fiksasiya hazırlayıb. Son 400 ildə rusların fəxr edə biləcəyi yeganə şey ordu idi. İndiki müharibə isə məhz bu ordunun tam zəifliyini göstərir. Ruslara ən azı bir növ hiperkompensasiya lazımdır. Və burada biz sırf hərbi əməliyyatlardan kənara çıxır və təbliğatla məşğul oluruq”, - Denisenko vurğulayıb.

“Dördüncüsü, məhz buna görə də indi bizim üçün üstünlük təşkil edən hərbi aspektdən əlavə, müharibənin informasiya hissəsinə də diqqət yetirmək son dərəcə vacibdir. Üstəlik, həm ölkə daxilində, həm də düşmən ərazisində”, - analitik əlavə edib.

Sonda Denisenko qeyd edib ki, müasir müharibələrdə informasiya komponenti olmadan qalib gəlmək çətindir - “hər şeydən əvvəl, düşmən ərazisində”.
 
Ardını oxu...
Rusiya yerüstü orta və daha qısa mənzilli raketlərin yerləşdirilməsi üzrə öz birtərəfli moratoriumundan imtina etməli olacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "RİA Novosti"yə müsahibəsi zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ və NATO Rusiya üçün yeni raket təhdidləri yaratsalar, Moskvanın hərbi-texniki cavab tədbirləri şəklində qəti cavab alacaqlar.

"Rusiya strateji nüvə qüvvələrinin yenidən silahlanması prosesində yeni START (Strateji silahların azaldılması müqaviləsi-red) müqaviləsində təsbit olunmuş məhdudiyyətlərə açıq şəkildə riayət edir. Vaşinqton anti-Rusiya kursundan əl çəkməyənə qədər Rusiya ABŞ ilə silahlara nəzarət üzrə heç bir danışıqlar aparmayacaq", - deyə Rusiya XİN başçısı qeyd edib.
 
Ardını oxu...
Yunanıstan Ukraynaya “FrankenSAM” tipli hava hücumundan müdafiə sistemlərində istifadə olunan bir neçə “RIM-7 Sea Sparrow” raketləri verəcək.

Bu barədə “Report” Ukrayna KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Afina hökuməti təxminən 40 ildir Yunanıstan Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin arsenalında olan və yeni hərbi standartlara uyğun olaraq operativ istifadə üçün lazımsız hesab edilən 24 ədəd “RIM-7 Sea Sparrow” raketinin Ukraynaya verilməsinə razılıq verib.

Həmçinin zenit raketlərinin verilməsinin artilleriya mərmiləri, silah və sursat da daxil olmaqla daha geniş hərbi yardımın bir hissəsi olduğu bildirilir. Qeyd olunur ki, bu tədarüklər Yunanıstanın Egey dənizindəki müdafiə qabiliyyətini heç bir halda azaltmayacaq.
Ardını oxu...
“Əfqan əsgərləri Əfqanıstan ordusuna qarşı hava hücumuna cavab olaraq Pakistanın bir neçə bölgəsinə hücum edib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi özünün “X” səhifəsində məlumat yayıb.

Qeyd olunur ki, əfqan hərbçiləri “düşmən qüvvələrin və onların havadarlarının mərkəz və sığınacaqlarına” hücum ediblər. Zərbələrin Pakistanla sərhəddən kənarda da həyata keçirildiyi vurğulanır.

“Tasnim” agentliyi Əfqanıstanın Xost və Paktiya əyalətlərinin sərhəd bölgələrində dekabrın 27-dən bəri Taliban tərəfdarları ilə Pakistan hərbçiləri arasında döyüşlərin getdiyini bildirib.
 

Dünyapress TV

Xəbər lenti