Mayın 9-na planlaşdırılan Qələbə Paradı təhlükəsizlik səbəbindən Krasnodarda keçirilməyəcək. Tribunainfo.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat verib. “Çünki bu, böyük riskdir – demək olar ki, hər gecə hava hücumu xəbərdarlığı var. Təbii ki, biz Krasnodar sakinlərini, parada gələcək iştirakçıların həyattını riskə ata bilmərik”, – region rəhbəri bildirib. Kondratyev həmçinin bildirib ki, “Ölümsüz alay” aksiyası bu il onlayn rejimdə keçiriləcək. Onlar veteranları konsert proqramı ilə təbrik etməyi planlaşdırırlar.