Ardını oxu...
Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun məhkəməsi gedir. Onlar əvvəlcə dövlət vəsaitlərini mənimsəmə və vəzifə səlahiyyətlərini aşma ittihamı ilə həbs edilmişdilər.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxslər elə ilkin istintaqda mənimsəmə epizodu ilə dövlətə dəymiş ziyanı tam şəkildə ödəyiblər. Bu, həmin ittihamın aradan qaldırılmasına səbəb olsa da, məsələni tamamilə həll etməyə imkan vermir.

Məmmədov və Laçınov həbsdən azad edilsələr də, vəzifə səlahiyyətlərini aşma cinayətinə görə məhkəmədə mühakimə edilirlər. Bu maddənin sanksiya həddi minimum 3, maksimum 7 il həbs cəzasıdır. Amma işin hallarından asılı olaraq həbslə bağlı olmayan cəza da təyin edilə bilər.

Amma işdə qalmaqallı məqam başqadır.

Əldə etdiyimiz məlumata görə, müdafiə nazirinin müavini - Maddi Texniki Təminat İdarəsinin rəisi işləmiş general-leytenant Nizam Osmanov da bu cinayət işi üzrə dindirilib. General müstəntiqin çağırışı ilə prokurorluğa gəlib, bir neçə epizod üzrə sorğu-sual edilib. Bizə məlum olan budur ki, Osmanov işlə bağlı ətraflı danışmayıb. O, ifadəsində Elman Məmmədov və Rəhim Laçınovun təqsirləndirildikləri vəzifə cinayətlərindən xəbərsiz olduğunu deyib.

İstintaq orqanı generalın dedikləri ilə kifayətlənib. Onun əlavə ifadəsinə ehtiyac görülməyib. Beləliklə, keçmiş nazir müavininin adı məhkəmədə ifadə verməli olacaq şahidlər siyahısına daxil edilməyib. Səbəb isə Nizam Osmanovla təqsirləndirilən şəxslərin bir-birilərinə qarşı ifadə verməməsidir. Təqsirləndirilən şəxslərin hər ikisi deyib ki, onların əməlindən general Osmanovun xəbəri olmayıb. Buna baxmayaraq, məhkəmə gedişində ehtiyac yaranarsa, N.Osmanov əlavə şahid kimi hakim qarşısında dindirilə bilər.

Yaxın günlərdə E.Məmmədov və R.Laçınovun işi üzrə Bakı Hərbi Məhkəməsində baxış iclasları başlayacaq.

Qeyd edək ki, Nizam Osmanov 2023-cü ilin yayına kimi müdafiə nazirinin müavini-Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. Mənzil İstismar İdarəsi də həmin baş idarənin tabeliyində idi. General Osmanov vəzifəsindən azad edildikdən sonra postu da ləğv edilib.
Ardını oxu...
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Moskvanın Vnukovo hava limanına eniş edib.

“Report” xəbər verir ki, eniş məlumatları “Flightradar24” saytı tərəfindən dərc olunub.

Təyyarədə Donald Tramp tərəfindən əfv edilən Rusiya vətəndaşı, kriptovalyuta investoru Aleksandr Vinnikin olduğu güman edilir.

Xatırladaq ki, Vinnik 2017-ci il iyulun 25-də ABŞ-ın tələbi ilə həbs edilib. Həmin vaxt o, Yunanıstanda tətildə olub. FTB bildirib ki, rusiyalı 2010-2011-ci illərdə "BTC-E" vasitəsilə 4 milyard dollardan çox pul yuyulan cinayətkar təşkilatın liderlərindən biri olub. Vinnik özü ittihamları rədd edib və yalnız birja ilə məsləhətləşdiyini iddia edib.
 
Ardını oxu...
Rusiyanın müdafiə xərclərində artım Avropanın analoji xərclərini ötüb.

"Report" "Politico"ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatında bildirilir.

Məlumata görə, Avropa ölkələrinin müdafiə büdcələrini artırmasına baxmayaraq, Rusiyanın müdafiə xərcləri Avropanı üstələyib.

Mərkəz qeyd edib ki, ötən il Rusiyanın hərbi xərcləri 2023-cü illə müqayisədə 42 faiz artaraq 13,1 trilyon rubl təşkil edib və bu, alıcılıq qabiliyyəti pariteti üzrə 462 milyard ABŞ dollarına ekvivalentdir.

Avropanın 2024-cü il üçün ümumi müdafiə xərcləri isə 457 milyard dollar təşkil edib, bu isə 2023-cü ildən 11,7 faiz çoxdur.
 
Ardını oxu...
Danimarka Müdafiə Kəşfiyyat Xidməti (DDIS) yaxın 5 il ərzində Avropada "genişmiqyaslı müharibə" təhlükəsi barədə xəbərdarlıq edən hesabat yayıb.

Xidmətin qiymətləndirməsinə görə, əgər Rusiya NATO-nu həm hərbi, həm də siyasi cəhətdən zəifləmiş hesab edərsə, alyansın bir və ya bir neçə ölkəsinə qarşı güc tətbiq edə bilər.

“Cebheinfo.az” xəbər verir ki, “Politico”-nun yazdığı kimi, hesabatda ABŞ-nin roluna xüsusi diqqət yetirilir. DDIS hesab edir ki, Rusiya ABŞ-nin təcavüz halında Avropalı müttəfiqlərini dəstəkləyə bilməyəcəyi və ya dəstəkləmək istəmədiyi qənaətinə gələrsə, hərbi münaqişə ehtimalı artacaq.

Hesabatda, həmçinin vurğulanır ki, Moskva NATO ilə potensial qarşıdurmaya hazırlıq məqsədilə öz hərbi potensialını fəal şəkildə artırır.

DDIS proqnozu ABŞ Prezidenti Donald Trampın Ukraynadakı müharibəni dayandırmağa çalışdığı bir vaxta təsadüf edir. Sənəd münaqişənin bitməsi və ya dondurulması halında üç mümkün ssenarini araşdırır.

Eyni zamanda, bütün variantlar Rusiyanın bir neçə ölkəyə qarşı eyni vaxtda müharibə aparmağa qadir olmadığını güman edir.

Təqdim olunan hesablamalara görə, altı ay ərzində Rusiya adı açıqlanmayan “qonşu dövlət”lə lokal silahlı münaqişəyə başlaya biləcək. İki ildən sonra Baltikyanı ölkələrdə regional qarşıdurma başlaya bilər. Beş ildən sonra NATO zəifləsə və ABŞ qəti addımlar atmasa, Rusiya Avropaya qarşı genişmiqyaslı müharibəyə başlaya bilər.

Eyni zamanda, hesabatda qeyd olunur ki, proqnozda NATO ölkələrinin müdafiə potensialının mümkün gücləndirilməsi nəzərə alınmayıb.
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələrinin (USQ) qismən nəzarətində olan Kursk vilayətində sentyabr ayından bəri yerli sakinlərin tələb etdiyi humanitar dəhliz nəhayət açıla bilər. Bundan əvvəl Moskva və Kiyev bu məsələ üzrə razılaşmaq istəmədiklərinə görə bir-birini günahlandırırdı.

Qaynarinfo xəbər verir ki, çərşənbə axşamı Rusiya İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bu istiqamətdə işlərin artıq başladığını "İnterfaks"a bildirib.

"Biz bu məsələ ilə bağlı Ukrayna ilə ən sıx şəkildə, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birlikdə çalışırıq. Müsbət həllə ümid var", – deyə o bildirib.

Bundan əvvəl Moskalkova dekabr ayında Ukrayna tərəfinə humanitar dəhlizin açılması ilə bağlı müraciət etdiyini iddia edib. Onun sözlərinə görə, döyüş bölgəsində qalan kursklular "adətən" zirzəmilərdə və ya isitilməyən dağıdılmış evlərdə yaşayır və onlara humanitar yardımın məqsədyönlü şəkildə çatdırılması mümkün deyil. Moskalkova əlavə edib ki, müxtəlif hesablamalara görə, bu ərazilərdə təxminən 2000 nəfər qalır, onların arasında əlillər və ahıllar da var.

Fevral ayında Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi Kursk vilayəti sakinləri üçün humanitar dəhlizin açılması ilə bağlı Rusiyadan rəsmi müraciət daxil olarsa, bu məsələdə əməkdaşlıq etməyə hazır olduqlarını bildirmişdi. Lakin indiyə qədər Kiyevə belə bir müraciət olunmadığını və Kremlin bu məsələyə həqiqətən maraq göstərdiyinə şübhə etdiklərini əlavə ediblər. Bundan qısa müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov humanitar dəhlizin yaradılmasının hərbi kanallar üzrə əlaqələrdən asılı olduğunu və bu cür əlaqələrin "ictimai formada həyata keçirilə bilməyəcəyini" demişdi.

Rusiya ilə razılığa gəlməyin mümkünsüzlüyü səbəbindən USQ Kursk vilayəti sakinlərini Ukraynaya təxliyə edib, oradan isə onları Belarus vasitəsilə yenidən Rusiyaya qaytarıb. Noyabrın 22-də Moskalkova bu sxemlə 46 nəfərin, o cümlədən 12 uşağın geri döndüyünü bildirmişdi.

Rusiya və Ukrayna orduları arasında Kursk vilayətində döyüşlər avqustun 6-dan bəri davam edir – həmin vaxt USQ hücuma keçərək iki həftə ərzində 100 yaşayış məntəqəsini və təxminən 1300 km² ərazini ələ keçirib. Regionda terrorla mübarizə rejimi və fövqəladə vəziyyət elan edilib. Yanvarın sonuna olan məlumata görə, Ukrayna qüvvələrinin nəzarətində təxminən 440 km² ərazi qalırdı. Kiyevin qiymətləndirməsinə görə, həmin ərazilərdə hələ də 1500-dən çox insan yaşayır.

Vladimir Putin dəfələrlə Ukrayna qüvvələrinin Rusiyanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğulasa da, 2025-ci ilin yanvarından etibarən Kursk vilayətindəki vəziyyəti açıq şəkildə xatırlatmır. Bu isə həmin istiqamətdə çətinliklərin olduğunu göstərə bilər. Yanvarın əvvəlində USQ yeni hücuma cəhd edərək Berdin kəndi istiqamətində üç kilometr irəliləmiş, fevralda isə Sucanın cənub-şərqində – Mehnovka və Çerkasskaya Konopelka kəndləri yaxınlığında Rusiyanın müdafiə xəttini yararaq Kolmakov və Fanaseyevka kəndlərini nəzarətə götürüb.
 
Ardını oxu...
Yəmənin “Ənsar Allah” hərəkatından olan husi üsyançıları İsrailin Qəzza zolağında döyüşləri bərpa edəcəyi təqdirdə onlara qarşı hücumları bərpa etməyə hazırdır.

TASS xəbər verir ki, bu barədə üsyançıların lideri Abdel Malik əl-Husi bildirib.

“Barmağımız tətikdədir və düşmən İsrail Qəzza zolağına qarşı təcavüzü bərpa edərsə, onlara dərhal cavab verməyə hazırıq”, - o deyib.
 
Ardını oxu...
 

Ermənistanın eks-prezidentinin dedikləri hüquqi məsuliyyət yaradır; STM-in icraçı direktoru: “Ölənə qədər bilməlidir ki, hər an yaxalana bilər”

Ermənistanın keçmiş prezidenti, Azərbaycana qarşı çoxsaylı cinayətlərin iştirakçısı, Xocalı soyqırımında və digər insanlıq əleyhinə cinayətlərdə rəhbər şəxs kimi iştirak etmiş Robert Köçəryan öz xatirələrində Azərbaycan torpaqlarının necə işğal edildiyini, beynəlxalq təzyiqləri azaltmaq üçün hansı hiylələrə əl atdıqlarını və işğalın məqsədli şəkildə genişləndirildiyini açıq şəkildə etiraf edib. Musavat.com-un məlumatına görə, onun “Jizn i svoboda” adlı xatirə kitabında yazdıqlarından aydın olur ki, Ermənistan hökuməti Kəlbəcər işğal edildikdən sonra beynəlxalq təzyiqlə üzləşdiyi üçün diqqəti yayındırmaq məqsədilə Ağdamı da işğal etmək qərarına gəlib.

R.Köçəryan bildirir ki, Ağdamın işğalı Kəlbəcəri “arxa plana keçirmək” üçün həyata keçirilib. Onun sözlərinə görə, 1993-cü ilin iyul ayında Ağdama hücum planı Ermənistan hökumətindən gizlədilib və əməliyyat yalnız Qarabağdakı separatçı rəhbərlik tərəfindən təşkil olunub. Bildirilir ki, 1993-cü ilin aprelində BMT-nin 822 saylı qətnaməsi qəbul edildi. Bu qətnamə Kəlbəcərin işğaldan azad olunmasını tələb edirdi və bu, Ermənistan üzərində ciddi beynəlxalq təzyiqlər yaratmışdı. O dövrdə Ermənistanın prezidenti Levon Ter-Petrosyan və Rusiya prezidenti Boris Yeltsin də Kəlbəcərin qaytarılmasını tələb edirdi. Köçəryan etiraf edir ki, Ermənistanın həm hökumət, həm də Rusiya tərəfindən Kəlbəcəri qaytarmağa məcbur edilməsi separatçı rejimi çıxılmaz vəziyyətə salmışdı. Bu səbəbdən onlar Kəlbəcəri saxlamaq üçün diqqəti yayındırmaq qərarına gəldilər və Ağdama hücum etdilər.

R.Köçəryanın dediklərinə əsasən, Ağdama hücum iyulun ortalarında başlayıb: “Ermənistan hökumətindən gizli şəkildə həyata keçirilən əməliyyatda məqsəd şəhəri tamamilə boşaltmaq idi. Şəhər əvvəlcə cənub və şimaldan mühasirəyə alındı, sonra isə ermənilər əhaliyə xəbər göndərdilər ki, yaxın günlərdə hücum olacaq. Bu, yerli əhalidə təşviş yaratdı və şəhər sürətlə boşaldı. İyulun 23-də isə erməni qoşunları Ağdama daxil oldu”. Köçəryan qeyd edib ki, Ağdam işğal ediləndən sonra Ermənistan hökumətinə 2 gün yalan məlumat veriblər. O dövrdə Ermənistan parlamentinin sədri Babken Ararktsyan və digər rəsmilər dəfələrlə Ağdamda nə baş verdiyini soruşublar, lakin Köçəryan və komandası şəhəri ələ keçirdiklərini gizlədiblər.

Köçəryan yazıb: “Babken Ararktsyan mənə zəng edib əsəbi halda soruşurdu: "Qulaq as, bilmək istəyirəm, orada nə baş verir? Azərbaycan qəzetləri yazır ki, erməni separatçıları Ağdamı tutublar. Siz indi haradasınız?" Ona yalan danışdım: “Yox, elə bir şey baş verməyib, sadəcə bir-iki təpəni tutub şəhəri müşahidə edirik. Nəyə görəsə camaat Ağdamı tərk edir”. Bu açıqlamalar erməni işğalçı siyasətinin hiyləgərliyini və beynəlxalq ictimaiyyəti aldatmaq üçün tətbiq etdikləri manipulyasiya taktikasını açıq şəkildə sübut edir. Köçəryan Ağdam işğal edildikdən sonra Azərbaycan tərəfinin rus vasitəçi Kazimirov vasitəsilə onlardan əməliyyatları dayandırmağı xahiş etdiyini bildirir.

İyulun 25-dən 28-nə kimi atəşkəs elan edildi, lakin sonradan Ağdamın işğalı BMT-nin 853 saylı qətnaməsinin qəbul edilməsinə səbəb oldu. Lakin Ermənistanın işğalçılıq hərisliyi bununla dayanmadı. Ağdamın ardınca Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Horadiz də işğal edildi. Köçəryan etiraf edir ki, erməni qüvvələri bu rayonlara hücum edərkən, əsasən ələ keçirdikləri Azərbaycan silahlarından istifadə edirdilər. O yazır: “Hər dəfə tutduğumuz rayonlardan qalan silahlarla növbəti kəndlərə, rayonlara hücum edirdik. Əhali panikaya düşüb özləri kəndləri, şəhərləri tərk edirdi”.

R.Köçəryanın öz kitabında açıq şəkildə etiraf etdiyi bu faktlar Ermənistanın işğalçılıq siyasətinin əyani sübutudur. Onun dedikləri göstərir ki, işğallar beynəlxalq təzyiqləri yayındırmaq üçün ardıcıl şəkildə həyata keçirilib və Ermənistan hökuməti belə bu proseslərə tam nəzarət edə bilmirdi. Azərbaycan 2020-ci ildə Qarabağı işğaldan azad edərək, bu planları alt-üst etdi və regionda yeni reallıq yaratdı. “Yeni Müsavat” bildirir ki, Ermənistanın bu cür siyasəti isə regionda sabitliyi pozmaqdan başqa heç bir nəticə vermədi. Bu gün Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa edib və Qarabağda quruculuq işləri aparır. Ermənistan isə hələ də işğalçılıq siyasətinin ağır nəticələrini yaşamağa davam edir.

R.Köçəryanın əmin-arxayın şəkildə Ağdamın və digər ərazilərin işğalını öz üzərinə götürməsi suallar doğurur. Hər halda, onun bu etirafları hüquqi məsuliyyət yaradır, özü də anlamamış deyil. Ancaq "cani eks-prezident bu etirafları ilə nə demək istəyir" sualı da aktualdır. 

Ardını oxu...

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquşünas Sahib Məmmədov qeyd etdi ki, Ter-Petrosyandan fərqli olaraq, Köçəryan yalnız işğaldan danışır: “Petrosyan isə müharibə cinayətləri törətməklə bağlı etiraflar da etmişdi. Əslində Azərbaycan dövləti və xalqı bilir ki, Ermənistana və Ermənistanın yaratdığı separaçı qüvvələrə siyasi və hərbi rəhbərliyi həyata keçirənlər, hərbçilər və hətta erməni mənşəli mülki şəxslər Azərbaycan əhalisinə qarşı bütün müharibə cinayətlərini, o cümlədən hazırda Ermənistanın tərəfdar olduğu Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda göstərilən 4 qrup müharibə cinayətlərinin - soyqırımı, insanlıq əleyhinə hərbi və təcavüz cinayətlərinin hamısını törədiblər”. S.Məmmədov qeyd etdi ki, bu cinayətlər işğal edilən bütün ərazilərdə törədilib, amma bu cinayətlərin  eyni zamanda baş verdiyi və ən dəhşətlisi Xocalıda olub: “Xocalıda baş verən  hadisələrin beynəlxalq cinayətlər kateqoriyasına aid edilən soyqırımı, insanlıq əleyhinə və hərbi cinayətlərin hər üçü iştirak edir. Xocalıda baş verən cinayət soyqırımı cinayəti idi. Çünki məqsəd konkret ərazidə yaşayan və konkret milli mənsubiyyətə məxsus olan əhali qrupunu məhv etmək olub. Əməliyyatı hazırlayanlar, onun həyata keçirilməsinə göstəriş verənlər və onu icra edənlər öz məqsədlərinə çatıb və əhalinin əhəmiyyətli hissəsini yaş, cins tərkibinə əhəmiyyət vermədən məhv ediblər. Xocalıda baş verənlər insanlıq əleyhinə cinayət idi. Çünki əməliyyatı həyata keçirən tərəf şəhər üzərində nəzarəti təmin edərək dinc əhaliyə qarşı amansız divan tutmuş, bütün yaş qrupuna daxil olan insanları qətlə yetirmiş, işgəncə vermiş, əsir götürmüş, uzun muddət psixoloji və fiziki təzyiqlər altında saxlamış, cinsi zorlama, zorla hamilə etmə, orqanların çıxarılması kimi qəddar və hərbi əməliyyatlara aidiyyəti olmayan və mülki əhaliyə yönələn vəhşiliklər törətmişlər. Məqsəd həmçinin Qarabağ və ətraf ərazilərdən bütün Azərbaycan mənşəli əhalinin zorla və qorxu altında deportasiyasına nail olmaq idi”. Hüquqşünas qeyd etdi ki, Xocalıda baş verənlər hərbi cinayət idi: “Çünki baş verən qətllər, digər zorakı hərəkətlər, şəhərin tamamilə yerlə yeksan edilməsi hərbi məqsədlərə çatmaq üçün zəruri olan hədlərdən çox kənara çıxırdı. Həyata keçirilən əməliyyatın məqsədi təkcə bir inzibati ərazi vahidinin işğal olunması deyildi, həm də bu şəhərin sakinlərinin və özünün məhvi idi. Əslində bu cinayətlərin baş verməsi ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarında kifayət qədər istintaq materialları toplanıb. Həmçinin bu cinayətlərdə iştirakda təqsirləndirilən bir qrup şəxs tutulub ədalət mühakiməsi qarşısına çıxarılıb”.

S.Məmmədov bildirdi ki, Birinci Qarabağ müharibəsi dövründə baş vermiş müharibə cinayətlərinin hamısına siyasi rəhbərliyi o zamankı prezident Ter-Petrosyan həyata keçirib: “İcraçılar sırasında sonrakı iki prezident Köçəryan və Sərkisyan bilavasitə iştirak edib və bunu sübut edən minlərlə material var. İndi bu şəxslərin həyasızlığı o qədərdir ki, hətta bu cinayətləri törətdiklərini etiraf etməkdən çəkinmirlər. Müharibə cinayətlərinə müddətlər tətbiq olunmur. Əslində bizimlə sülh danışıqları aparan Ermənistan hakimiyyəti bu şəxsləri Azərbaycan xalqına qarşı törətdikləri müharibə cinayətlərinə görə mühakimə etməlidir. Beynəlxalq Qırımızı Xaç Komitəsinin rəsmi veb səhifəsində 2015-ci il 15 dekabr tarixində yayılan press-relizdə 4,496 şəxsin girov, əsir və itkin düşməsinə dair məlumat var. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının son məlumatlarında hazırda 3 979 nəfər barədə məlumatın olmadığı bildirilir. Bu şəxslərin bir çoxunun girov və əsirlikdə olması barədə məlumatlar var idi. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri onlarla görüşmüşdü də. Amma o şəxslər barədə sonradan heç bir məlumat verilmədi. İndi işğaldan azad edilən ərazilərdə tapılan kütləvi məzarlıqlarda bu adamların qalıqları müəyyən edilir. Bu cinayətləri kim törədib? Əlbəttə, Ter-Petrosyan, Köçəryan və Sərkisyanın siyasi rəhbər olduğu Ermənistan hakimiyyətinin vəzifəli şəxsləri və icraçılar. İndiki rəhbər-baş nazir Paşinyanın dövründə, konkret olaraq İkinci Qarabağ müharibəsi dövründə də hərbi cinayətlər törədilib. Döyüş əməliyyatı zonalarından 50-100 km uzaqda olan şəhərlərə ballistik raketlərin atılması, qadağan olunmuş silahlardan istifadə, mina terroru və s. Xalqımıza qarşı müharibə cinayətləri törədənlər mütləq cəzalarını almalıdır. Bu cinayətlərə müddətlər tətbiq olunmur. Nə vaxt yaxalanmaqlarından asılı olmayaraq belə cinayət törətmiş şəxsləri mühakimə etmək mümkündür. Köçəryan canilərdən biridir, ölənə qədər bilməlidir ki, hər an yaxalana bilər”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 
 
 
Ardını oxu...
Hindistan tədqiqatçısı Qulam Sərvər 1939-cu ildə “Şah İsmayılı tarixi” (Ghulāṃ Sarwar. History of Shāh Ismā‘īl Ṣafawī) kitabını çap edir. Kitabın linkini paylaşıram. Diqqətimi çəkən bir hissə oldu kitabda
“Qızılbaşlar arasında müqəddəs qrupların - döyüş meydanında şəhid olmaq istəyən ən fanatik gənclərdən ibarət seçilmiş dəstələri mövcud idi. Türk təəssübkeşlərinin mövcudluğunu Misir məmlüklərinin tarixçiləri də təsdiq edir, onları zirehsiz cavanlar kimi ön sıralarda yürüş edir, sonra isə əsas qoşun dəstəsindən qoparaq düşmənə birinci hücum edirdilər.
Bu bölmələr müstəsna döyüş keyfiyyətlərinə malik idi. Döyüş trans vəziyyətində onlar inanılmaz bir aqressiya dalğası, çılğın döyüş yaşadırdılar.
Elə hallar olub ki, ölümcül yaralanmış qızılbaş bir neçə rəqibini tikə-tikə edə bilib. Gənclər yalnız iki halda döyüşü dayandırdılar: ya bir nəfər də olsun canlı düşmən qalmadı, ya da gəncin özü ölürdü.
Bu bölmələrin öz çatışmazlıqları da var idi. Onları normal vəziyyətinə qaytarmaq çox vaxt çox çətin olurdu.
Məsələn, Bağdad hücumu zamanı, qarnizon artıq təslim olduqda, qəbilələrin əmirləri müqəddəs dəstələri itaətdə saxlaya bilmədilər: döyüş ekstazında şəhərə ilk girən döyüşçülər hər hansı bir hərəkət edən məxluqu sözün əsl mənasında öldürürdülər.”
https://ia802206.us.archive.org/.../119900259-History-of...
Zaur Aliyev
TEREF
 
 
 
Ardını oxu...
Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Əmir oğlu Məmmədovun vəzifəsindən azad edilməsi ilə bağlı müxtəlif mülahizələr irəli sürülür.

Məlum olduğu kimi, 2023-cü ilin yanvarında bu vəzifəyə təyin olunanadək B.Məmmədov Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb. Əldə etdiyimiz məlumata görə, o, Nazirlər Kabinetində müvafiq şəxslərin təqdimatı ilə ANAMA İH-yə sədr müavini təyin edilib.

NK-nın xətti ilə ANAMA-ya vəzifəyə gəldikdən sonra B.Məmmədov minatəmizləmə sahəsində fəaliyyətə nəzarət edib və bu istiqamətdə çalışan 4 şirkətlə işləyib. Daha doğrusu, həmin şirkətlərin idarə olunmasında vasitəçi kimi çıxış edib.

Hesablama Palatasının apardığı yoxlama nəticəsində həmin şirkətlərin fəaliyyətində ciddi pozuntu faktları müəyyən edilib.

Məsələ ilə əlaqədar B.Məmmədovun vəzifəyə təyin olunmasında rolu olan şəxslər ciddi danlanılıb. Onlar həmçinin Hesablama Palatasının yoxlaması nəticəsində müəyyən edilmiş vəsait çatışmazlığını aradan qaldıracaqlar.

Globalinfo.az
 
Ardını oxu...
Ukrayna hərbçiləri fevralın 3-də Kursk vilayətində komanda məntəqəsinə zərbələr endirib, nəticədə qarşı tərəfdən azı 20 zabit ölüb.

“RBK-Ukrayna” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Orada sadəcə, komanda məntəqəsi vuruldu. 2,5 kilometr yol getməzdən əvvəl bizimkilər Kurskdakı komanda məntəqəsini vurdular. Orada azı 20 zabit öldürülüb. Onların arasında Şimali Koreya və Rusiyanın yüksək rütbəli hərbçiləri də var”, - o deyib.
 
 
 

Dünyapress TV

Xəbər lenti