Ardını oxu...
Azərbaycan Ordusunun 4-cü Ordu birliyinə (Bakı Korpusu) yeni komandir təyin olunub.

TEREF “Teleqraf”a istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Akif Pirverdiyev 4-cü Ordu birliyinin komandiri vəzifəsinə gətirilib.

Birliyin bundan əvvəlki komandiri general-mayor Münasib Babayev idi.

Qeyd edək ki, general-mayor Akif Səməndər oğlu Pirverdiyev Goranboy rayonunun Qaramusalı kəndində anadan olub.

O, Birinci Qarabağ müharibəsində iştirak edib. 2004-cü ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) mənsubu kimi xidmətdədir. XTQ komandanının maddi-texniki təminat üzrə müavini işləyib. Sonradan XTQ-nin Qərargah rəisi olub.

General-leytenat Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı vəzifəsinə təyin olunduqdan sonra Akif Pirverdiyev bir müddət XTQ-nin komandanı vəzifəsini icra edib.

2020-ci ilin 44 günlük Vətən müharibəsində polkovnik rütbəsində olan A.Pirverdiyev cəbhənin müxtəlif istiqamətlərində döyüşüb.

Xüsusi Təyinatlı Qüvvələrin silah, ərzaq və digər təminatını onun rəhbərlik etdiyi bölmələr həyata keçirib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı Sərəncamla A.Pirverdiyev “Zəfər” ordeni ilə təltif olunub.

O, bu ordenlə təltif olunan 33 zabitdən biridir.

A.Pirverdiyev 2022-ci ilin iyun ayının 25-də dövlət başçısının Sərəncamı ilə general-mayor rütbəsinə layiq görülüb, daha öncə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Ailəlidir, 3 övladı var.
 
Ardını oxu...
Rusiya Qərblə mümkün “tammiqyaslı ilk kosmik müharibə” üçün peykləri məhv edə biləcək silahlar hazırlayır.

TEREF Musavat.com-a istinadla xəbər verir ki, bu barədə “Forbes” nəşri amerikalı kosmik təhlükəsizlik üzrə ekspert Viktoriya Samsonun açıqlamalarına istinadən məlumat yayıb.

Samson bildirib ki, Rusiya Müdafiə Nazirliyi “Nudol” tipli peyk əleyhinə raketləri nüvə başlıqları ilə təchiz etməyi nəzərdən keçirir.

Onun sözlərinə görə, bu raketlər “Starlink” sisteminin peyklərini vurmaq üçün də istifadə oluna bilər.

Ekspert əlavə edib ki, bu məlumatlar hələ tam sübuta yetirilməyib, lakin mövcud siqnallar Rusiyanın kosmik silahlanma yarışında fəal iştirak etdiyini göstərir.
 
Ardını oxu...
Macarıstan Avropa İttifaqının Avropa Sülh Mexanizmi (APF) vasitəsilə Ermənistana əlavə 20 milyon avro hərbi yardım göstərməsinə məhdudiyyət qoyub.

"DogruXeber.az" xəbər verir ki, bu barədə Ermənistan mediasına Brüsseldəki diplomatik mənbə məlumat ötürüb.

Mənbənin sözlərinə görə, Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasında Budapeşt qərara veto qoymağa davam edib və Macarıstan istisna olmaqla, bütün Aİ ölkələri Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasın Ermənistana yardım təklifini dəstəkləyib.

Xatırladaq ki, ötən ilin iyulunda Ermənistan Aİ-dən ilk dəfə 10 milyon avro dəyərində hərbi yardım alıb. Bu pul növbəti iki il yarım ərzində səhra xəstəxanasının yaradılmasına və bir batalyonluq erməni ordusu bölməsi üçün yardımçı obyektlərin yaradılmasına sərf edilməli idi.

Macarıstan Azərbaycana da analoji yardımın göstərilməsini tələb edərək, bu vəsaitin ayrılmasına mane olub. Məlumata görə, Aİ vetonu Aİ-nin Azərbaycanda minatəmizləmə işlərini başqa mənbədən maliyyələşdirmək vədi müqabilində ləğv edib.

Digər Aİ-yə üzv dövlətlərdən fərqli olaraq, Macarıstan keçmiş Qarabağ münaqişəsində Azərbaycanı açıq şəkildə dəstəkləyib. Macarıstan Xarici İşlər Nazirliyi bu dəstəyi 2020-ci ildə Vətən müharibəsi başlayandan üç gün sonra təsdiqləyib.
Ardını oxu...
Qurğu standart göndərmə konteynerində daşınmasına imkan verən ölçülərdə olmalıdır

Pentaqonun Müdafiə İnnovasiyaları Agentliyi ABŞ Hərbi Hava Qüvvələri və ordu bazalarını gücləndirməkdə istifadə oluna biləcək nüvə mikroreaktorlarını inkişaf etdirmək üçün səkkiz şirkət seçib. AYNA.AZ xəbər verir ki, bu barədə “Breaking Defense” nəşri məlumat yayıb.

ABŞ Müdafiə Nazirliyi “Antares Nuclear”, “BWXT Advanced Technologies”, “General Atomics Electromagnetic Systems”, “Kairos Power”, “Oklo”, “Radiant Industries Incorporated”, “Westinghouse Government Services” və “X-Energy” kimi şirkətlərin inkişaflarında maraqlı olduğunu açıqlayəb.

Bildirilib ki, müvafiq qurğu standart göndərmə konteynerində daşınmasına imkan verən ölçülərdə olmalıdır.
 
Ardını oxu...
Finlandiya hökuməti Rusiya ilə sərhədi bağlı saxlamağa qərar verib.
Bu barədə məlumatı Finlandiya Nazirlər Kabineti yayıb.

Bildirilib ki, qərar növbəti göstərişə qədər qüvvədə olacaq.

Qeyd edək ki, Finlandiya 2023-cü ilin noyabrında Rusiya ilə sərhəddə nəqliyyat buraxılış məntəqələrini bağlayıb və qərarını üçüncü ölkələrdən nəzarətsiz qaçqın axını ilə izah edib.
 
Ardını oxu...
Dünyanın ən çoxsaylı ordusu: ABŞ, Çin və Rusiya ilk üçlükdə deyilBeynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) 2025-ci il üçün açıqladığı hesabatda dünyanın ən çoxsaylı ordularına malik ölkələrin siyahısı təqdim olunub.

BAKU.WS xəbər verir ki, siyahıya 7,5 milyon əsgərlə Şimali Koreya liderlik edir. ABŞ, Çin və Rusiya isə ilk üçlükdə yer almaması ilə diqqət çəkib.

Siyahının zirvəsində 7 milyon 500 min hərbçi ilə Şimali Koreya dayanır. Onu 6,6 milyon hərbçi ilə Cənubi Koreya və 5,4 milyon əsgərlə Vyetnam izləyir. Dördüncü yerdə Hindistan (4,2 milyon), beşinci yerdə isə Rusiya (3,2 milyon) qərarlaşıb. Çin 3,04 milyon hərbçi ilə altıncı sırada yer alır.

Dünyanın ən böyük hərbi büdcəsinə malik ölkəsi olan ABŞ yalnız 2,1 milyon əsgərlə 9-cu yerdə qərarlaşıb. Bu isə müasir döyüş anlayışında saydan çox texnologiya və peşəkar qüvvələrin ön planda olduğunu göstərir. Türkiyə 894 min 700 hərbçi ilə 13-cü yerdə qərarlaşıb.

Siyahıya əsasən, Azərbaycan 383 min 200 hərbçi ilə dünyanın ən çoxsaylı ordulara malik ölkələri sırasında yer alır. Bu göstərici ilə Azərbaycan, regionda hərbi güc baxımından önəmli mövqe tutur.

Ən çoxsaylı ordular – İlk 10-luq:

Şimali Koreya – 7,5 milyon

Cənubi Koreya – 6,6 milyon

Vyetnam – 5,4 milyon

Hindistan – 4,2 milyon

Rusiya – 3,2 milyon

Çin – 3,04 milyon

Pakistan – 1,5 milyon

Tayvan – 1,8 milyon

ABŞ – 2,1 milyon

Braziliya – 2,1 milyon
 
Ardını oxu...
Tacikistandan olan hərbçilər mayın 9-da Moskvanın Qızıl Meydanında keçiriləcək hərbi paradda iştirak edəcəklər.

Demokrat.az xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, Tacikistan Silahlı Qüvvələrinin hərbçiləri Moskvada Böyük Qələbənin 80-ci ildönümünə həsr olunmuş təntənəli hərbi paradda iştirak edəcəklər.

Hərbçilərin mayın əvvəlində Moskvaya yola düşəcəyi qeyd edilir. Onların dəqiq sayı məlum deyil.

Peskov bildirib ki, Qələbənin 80 illiyi fərqli bayram miqyasında olacaq.
 

Ardını oxu...
 

ABŞ-nin Yəmənin şimalındakı Əl-Cauf əyalətinə endirdiyi zərbələr nəticəsində "Ənsar Allah" hərəkatının onlarla tərəfdarı öldürülüb.

"Report" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Əl-Cauf əyalətində də üsyançıların yerləşdiyi sığınacaqlara hücum olunub.

Ölənlərin husilərin yaratdığı silahlı qüvvələrin şəxsi heyətinin bir qismi olduğu qeyd edilir.

Ardını oxu...
İsrail Müdafiə Ordusu, Qəzza şəhərinin Dəraç-Tuffə bölgəsində yerləşən radikal qruplaşmalara məxsus komanda-nəzarət mərkəzinə hava zərbəsi endirib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin açıqlamasına görə, hücum edilən mərkəzdə HAMAS tərəfindən İsrailə qarşı terror aktlarında istifadə olunan partlayıcı maddələrin saxlandığı silah anbarı yerləşirdi. Zərbə nəticəsində bu obyektin məhv edildiyi bildirilir.

Regional təhlükəsizlik kontekstində əməliyyat

Bu əməliyyat, İsrailin Qəzza zolağında HAMAS və digər radikal qruplaşmalara qarşı həyata keçirdiyi davamlı hərbi tədbirlərin bir hissəsidir. İsrail ordusu, bu cür əməliyyatlarla öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə çalışır.
 

Dünyapress TV

Xəbər lenti