Finlandiya hökuməti Rusiya ilə sərhədi bağlı saxlamağa qərar verib. Bu barədə məlumatı Finlandiya Nazirlər Kabineti yayıb.
Bildirilib ki, qərar növbəti göstərişə qədər qüvvədə olacaq.
Qeyd edək ki, Finlandiya 2023-cü ilin noyabrında Rusiya ilə sərhəddə nəqliyyat buraxılış məntəqələrini bağlayıb və qərarını üçüncü ölkələrdən nəzarətsiz qaçqın axını ilə izah edib.