Ardını oxu...
Yaxın Şərqdə baş verən hadisələr göstərir ki, İranla İsrail arasında birbaşa hərbi toqquşma riski son illərin ən yüksək həddinə çatıb.

Regiondakı son hadisələr, xüsusən İranın nüvə proqramındakı irəliləyiş və İsrailin buna qarşı sərt təpkisi tərəflər arasında ziddiyyətin artıq ritorika səviyyəsindən əməli hərəkətlər mərhələsinə keçdiyini göstərir.

ABŞ-nin və bəzi Qərb ölkələrinin İranın nüvə fəaliyyətinə dair narahatlıqları fonunda İsrailin ehtimal edilən preventiv zərbələrə hazırlaşması, regionda genişmiqyaslı münaqişənin alovlanması ehtimalını artırır.

Bəzi ekspertlərin fikrincə, belə bir qarşıdurma təkcə İran və İsraili deyil, bütövlükdə Yaxın Şərqi xaosa sürükləyə bilər.

Azərbaycan isə bu prosesləri diqqətlə izlənməlidir. Belə ki, İranla həmsərhəd olan və regionda geosiyasi əhəmiyyətə malik ölkə kimi, Azərbaycanın balanslı və diplomatik mövqeyi həm daxili sabitlik, həm də regional təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıyır.

Hazırkı şəraitdə bütün regional aktorlar sülhə və diplomatik dialoqa üstünlük verməli, emosional qərarlardan və eskalasiya doğura biləcək addımlardan çəkinməlidirlər. Əks halda, Yaxın Şərqdə baş verəcək hərbi qarşıdurma qlobal səviyyədə yeni böhranlara yol aça bilər.

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən israilli politoloq Mixail Finkel bildirib ki, Yaxın Şərq regionunda İranla müharibə gözləntisi artıq 15 ildir ki, davam edir.

Bəzən bu gözlənti daha da güclənir, bəzən isə zəifləyir, lakin bir tendensiya var, son 10 ildə bu müharibə gözləntisi getdikcə artır.
Onun sözlərinə görə, İran uranı zənginləşdirmək üzərində iş aparır, çoxsaylı zavodlar, sexlər tikir və orada yeni sentrifuqlar quraşdıraraq nüvə bombası üçün materiallar hazırlayır:

"Məhz istənilən an bölgədə ekskalasiya baş verə bilər. Bu əməliyyatı yalnız ABŞ həyata keçirə bilər, amma mümkündür ki, İsrail bunu təkbaşına etsin”.

“Eskalasiya olarsa, Azərbaycana ciddi təsirləri olacaq?” sualına gəlincə, politoloq bildirib ki, Azərbaycan İranla çox uzun bir sərhədə sahib olan dövlətdir:

“Bu, böyük bir cənub qonşusudur və sərhədin uzunluğu 600 kilometrdən çoxdur. Düşünmürəm ki, Azərbaycan üçün bu məsələdən ciddi bir problem yaranacaq. İsrail və ABŞ mümkün hərbi zərbə ilə bağlı qərarın veriləcəyi barədə artıq İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneiyə Prezident Trampa tərəfindən göndərilmiş məktubda qeyd olunub və bu qərar iki aydan az müddətdə qəbul ediləcək.

Yəni İranın qərar verməsi üçün iki aydan az bir vaxtı qalıb: ya nüvə proqramını dayandıracaq, ya da İrana hərbi zərbə endiriləcək. Məhz İrana hərbi zərbə endiriləcəksə, o, ağıllı şəkildə ediləcək. Yəni nüvə tullantısı və ya radiasiya sızması planlaşdırılmır. Mən dəfələrlə bildirmişəm ki, İsrailin bu sahədə böyük təcrübəsi var.

Məsələn, bir vaxtlar biz sabiq prezidenti Səddam Hüseynin İraqda tikdirdiyi nüvə reaktorunu bombaladıq və heç bir radiasiya sızması olmadı. 2006-cı ildə isə Bəşər Əsədin Suriyada tikdirdiyi nüvə reaktorunu bombaladıq, orada da sızma olmadı. Çünki reaktor hələ tam hazır deyildi. Eyni hal İranda da olacaq: obyektlərə zərbə endirilsə belə, heç bir radiasiya sızması olmayacaq. Buna görə də Azərbaycan qorxmamalıdır.

Həmçinin, ümumi müharibə və milyonlarla qaçqının axını ssenarisindən də qorxmağa dəyməz. Belə bir şey baş verməyəcək. Söhbət sadəcə onlarla obyektin dəqiq şəkildə məhv edilməsindən gedir.

Bu obyektlərdə müəyyən dərəcədə nüvə silahı hazırlanması işi aparılır, lakin məqsəd bütün İranı yer üzündən silmək deyil. Qaçqın axını da olmayacaq. Düşünmürəm ki, Azərbaycan üçün qorxulu bir vəziyyət yaranacaq.

Əksinə, əgər İran nüvə ambisiyalarından məhrum edilərsə, həm Azərbaycan, həm region, həm də bütün dünya rahat nəfəs alacaq. Çünki bu terrorçu rejimin əlində ölümcül və təhlükəli silah olmayacaq”.
 
Ardını oxu...
Litvada hərbi təlimlər zamanı itkin düşən 4 ABŞ hərbçisinin meyiti tapılıb.
Bakupost.az xəbər verir ki, onlar Belarusla sərhəddə keçirilən manevrlərdə iştirak edən ABŞ hərbi kontingentinin tərkibində olub.
Nəşr hərbçilərin qətlə yetirildiyini yazsa da, onların hansı şəraitdə itkin düşdüyü açıqlanmayıb.
 
Ardını oxu...
“Rusiya Polşaya və ya hər hansı digər müttəfiqə hücum edərsə, Alyansın cavabı dağıdıcı olacaq”.

TEREF xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Mark Rutte Varşavada Polşanın Baş naziri Donald Tuskla birgə mətbuat konfransında deyib.

Rutte Rusiyanın Avropaya təhdid yaratmağa davam etdiyini bildirərək, daha təhlükəli hala gələn bir dünyada müdafiə xərclərini artırmağın vacib olduğunu deyib.

“Polşanın və NATO ərazisinin ümumi müdafiəsinə gəldikdə isə, kimsə Polşaya və ya hər hansı digər müttəfiqə hücum etməklə xilas ola biləcəyini düşünsə, bizim reaksiyamız dağıdıcı olacaq. Bu, Vladimir Putinə və bizə hücum etmək istəyən hər kəsə çox aydın olmalıdır”, – Rutte bildirib.

“Qafqazinfo”
 

Ardını oxu...
 

Rusiyanın PUA hücumundan sonra Ukraynanın Kiyev, Çerniqov, Sumı, Poltava, Çerkası, Kirovoqrad, Dnepropetrovsk, Xarkov, Luqansk, Nikolayev, Xerson və Zaporojye vilayətlərində hava həyəcanı elan olunub.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, yerli vaxtla saat 00:40-da Ukrayna Hərbi Hava Qüvvələri şərqdən Krivoy Roqa doğru PUA-ların müşahidə edildiyini bildirib.

Xerson vilayətində də bir neçə "Şahed" dronu qeydə alınıb. Həmçinin Poltavadan Çerkası istiqamətinə doğru PUA-ların hərəkəti müşahidə edilib.

UNİAN-ın məlumatına görə, dünənki hücum zamanı Rusiya ordusu Ukraynaya "İskəndər-M" ballistik raketi və 139 PUA buraxıb. Hücum nəticəsində Xarkov, Sumı, Poltava, Kirovoqrad, Kiyev, Çerkası və Odessa vilayətləri zərər çəkib.

Axşam saatlarında Rusiya Krivoy Roq şəhərinə çox sayda "Şahed" dronu göndərib, şəhərdə azı 15 partlayış qeydə alınıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, xəsarət alan olmasa da, xeyli dağıntı var.

Musavat.com

 
 
 
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Belqorod vilayətinin Popovka kəndinə daxil olublar.

Gununsesi.info xəbər verir ki, bu barədə “Rus Baharının Müharibə Müxbirləri” (RV) teleqram kanalı məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Belqorodun Popovkasına daxil olub və qalaya hücum edirlər: sərhədçilər onlara atəş açıblar”, – deyə qeyd olunub.
 
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyanın Belqorod vilayətinin kəndini ələ keçirib.

Bu barədə rusiyalı hərbi müxbir Vladimir Romanov Telegramda yazıb.

Kəndin havadan aktual videogörüntüsünü paylaşmış bloger Rusiya qoşunlarının ərazini tərk etdiyini açıqlayıb: “Demidovka, Belqorod vilayəti. Hazırda düşmən tərəfindən zəbt edilib. Onu saxlayanlar sadəcə olaraq atıb gediblər. Düşmən minatəmizləmə işləri apararaq keçid aça biliblər. Vəssalam, düşmən buradadır”.

Xatırladaq ki, ötən ilin avqustunda Rusiyanın Kursk vilayətinə hücum edən USQ regionun təqribən min kvadratkilometr sahəsini, o cümlədən Suca rayonunun eyniadlı mərkəzini, habelə bir neçə kəndi ələ keçirə bilmişdi. Mart ayında Ukrayna ordusu Kursk vilayətindən geri çəkilib.

Mənbə: bizim.media
Ardını oxu...
Nüvə sazişi kimi də tanınan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) indiki formada bərpa edilə bilməz.

"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İranın “Xəbər-e Online” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, İran sazişin şərtlərinə qayıda bilməz, çünki bu saziş imzalanandan bəri ölkə nüvə sahəsində mühüm irəliləyiş əldə edib: "Saziş hazırkı formada bizim üçün uyğun deyil. Vəziyyətimiz xeyli dəyişib və biz əvvəlki şərtlərə qayıda bilmərik".
 
 
 
Ardını oxu...
Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Belqorod vilayətinin Qlotovo kəndindəki Rusiya sərhəd zastavasının komanda məntəqəsinə zərbələr endirib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunur ki, rus bölmələri gücləndirilmiş kamuflyaj tədbirlərindən istifadə etməsinə baxmayaraq, ukraynalı pilotlar Rusiya hədəfini məhv ediblər.

Zərbə nəticəsində Ukrayna Silahlı Qüvvələri rabitə vasitələri və digər texniki vasitələri məhv edilib.

"Bu komanda məntəqəsinin məhv edilməsi düşmənin Sumı və Xarkov vilayətlərində Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinə qarşı döyüş əməliyyatları aparmaq imkanlarını xeyli zəiflədir", - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
 

   

Ardını oxu...
Son günlər Rusiya Ukraynanın bölgələrinə iki yüzdən çox hücum pilotsuz təyyarəsi və pilotsuz təyyarə imitatorları, həmçinin idarə olunan hava bombaları ilə hücum edib. Eyni zamanda, mülki infrastruktura kütləvi hücumlar baş verib. Kropivnitski və Odessada yaşayış yerlərinə ziyan dəyib.

Söhbət var idi ki, ruslar guya bəzi yeni, yaradıcı ideyalardan istifadə edirlər: dəstə-dəstə və böyük hündürlükdən hücum. Bunu adətən hava hücumlarının taktikasını başa düşdüyünə əmin olan insanlar deyir. Bununla belə, boş-boş danışırlar. Axı Rusiya Federasiyasının hərəkətlərində gözlənilməz bir şey axtarmaq lazım deyil.

Rusiyanın hazırda istifadə etdiyi hava hücumları Sovet dövründən zenit-raket və aviasiya məktəblərində öyrənilən dərsliklərdə yazılıb. Söhbət ikinci kursda öyrənilən “qara taktika” deyilənlərdən gedir. Və bu, hava hücumundan müdafiə sahəsindəki insanlar üçün təəccüblü deyil.

Əvvəllər buna “xalçanın bombalanması” deyirdilər. Bu, hərbi hədəfə hücum deyil, çünki onun məqsədi sırf mülki hədəflər və insanlara emosional, mənəvi, psixoloji təzyiqdir, başqa heç nə. Rusların məqsədi dəyişməz olaraq qalır - Ukraynaya təzyiq göstərmək. Rusiya da ABŞ-la danışıqlarda üstünlüyünü artırmaq istəyir. Yəni bu cür dron hücumlarında sadəcə olaraq hərbi məna yoxdur. Ancaq başa düşməliyik ki, onlar nəinki davam edəcək, daha da çoxalacaq. Və yəqin ki, Rusiya pilotsuz təyyarələrlə yanaşı raketlərdən də istifadə edəcək.

Bunun qarşısını ala bilərikmi? Düşmən pilotsuz uçan aparatları iki kilometrdən çox hündürlükdə Odessaya doğru uçduqda nə edəcəyimizi bilmədiyimiz üçün vurub dağıntılara səbəb oldular. Problem ondadır ki, bu cür hava hücumu taktikalarına qarşı çıxmaq üçün müvafiq silahlara sahib olmaq lazımdır. Lazım olan miqdarda mövcud deyilsə, hər hansı bir hava hücumundan müdafiə komandiri heç nə edə bilməyəcək, çünki əlində vasitə yoxdur. Bizim mobil qruplarımız Rusiya dronlarını belə bir hündürlükdə vura bilməzlər.

Onu da nəzərə almaq lazımdır ki, ruslar öz PUA istehsalını xeyli artırıblar. Texnoloji nöqteyi-nəzərdən bu, çox mürəkkəb bir şey deyil, ona görə də istehsallarını işə salırlar. Və təəssüf ki, bu cür kütləvi istehsala qarşı çıxmaq üçün demək olar ki, heç nə edə bilmirik. Çünki o, şaxələndirilir - bu, bir bitki deyil. Şərti olaraq, "Şahid”lər qarajda, istənilən texniki xidmət stansiyasında yığıla bilər... Onların Rusiyada yığılması böyük bir əraziyə səpələnəcək deməkdir. Ona görə də biz istehsalı məhv edə bilmiriksə, onu uçuş zamanı məhv etməliyik. Və burada müvafiq silahlara sahib olan tərəfdaşların köməyinə ehtiyacımız var.

Bunun üçün, məsələn, bizə “Skynex” lazım ola bilər - hədəfə çatmazdan əvvəl onlarla metr partlayan güllələri olan zenit artilleriya sistemi. Bu yolla təkcə bir dron yox, bütün sürü məhv edilir. Belə silahlar bizdə çox deyil və xeyli ehtiyacımız var.

Müəllif: Aleksey Getman - Rusiya-Ukrayna müharibəsi veteranı, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru.
Mənbə: UNİAN
Tərcümə AYNA.AZ-a məxsusdur.
 
Ardını oxu...
2025-ci ildə "Kalaşnikov" silah konserni 5.45 mm çaplı yeni yüngül "RPL-20" pulemyotlarının istehsalına başlayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə konsernin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, artıq zavod bu silahın seriyalı istehsalı üçün texnoloji proseslərin işlənib hazırlanmasına başlayıb. Zavod məhsulun tələb olunan həcmdə istehsalı üçün zəruri olan texnoloji avadanlıq və komponentlərlə təmin edilib.
 

Dünyapress TV

Xəbər lenti