Ardını oxu...
Martın 20-dən 21-nə keçən gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

DogruXeber.az” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi(MN) məlumat yayıb.
Ardını oxu...
İsrail Qəzza zolağının cənubundakı Rəfah şəhəri ərazisində hərbi əməliyyatlara başladığını elan edib.

"DogruXeber.az" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin komandanlığı bildirib.

"Son bir neçə saat ərzində İsrail silahlı qüvvələri Rəfah bölgəsində əməliyyatlara başlayıb. Bundan əlavə, Qəzzanın şimalında və mərkəzində əməliyyatlar davam etdirilir", - deyə İsrail ordusunun teleqram kanalında dərc edilən məlumatında deyilir.

Məlumatda vurğulanır ki, İsrail ordusu və kəşfiyyat xidmətləri ölkə vətəndaşlarını qorumaq üçün Qəzza zolağında fəaliyyətini davam etdirəcək.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bəzi Avropa ölkələri – Latviya, Litva, Estoniya və Polşa piyada əleyhinə minaları qadağan edən Ottava müqaviləsindən çıxmaq istəyini açıqlayıb. Həmin ölkələrin müdafiə nazirlərinin yaydığı sözügedən bəyanat Rusiyaya xəbərdarlıq kimi qiymətləndirilir. Ardınca, Finlandiya da sazişdən çıxacağını elan etdi.

Avropa ölkələrinin silsilə addımları necə dəyərləndirilməlidi? Ottava sazişindən çıxmaq Moskva üçün hansı təhlükələrə səbəb ola bilər?

Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, minaları qadağan edən Ottava müqaviləsindən çıxmaq özünümüdafiə xarakteri daşıyır:

“Adətən bu cür minalar düşmən ölkə ilə sərhədlərdə basdırılır. Bu da təcavüzün qarşısını almağa hesablanır. Ancaq məsələ budur ki, artıq təhlükəsizliklə bağlı indiyə qədər mövcud olan sistemlər ard-arda tamamilə məhv edilir. Bu da bilavasitə Rusiyanın hərbi təcavüzü və paralel olaraq təcavüz kontekstində ortalığa çıxan danışıqlarla əlaqəlidir.

Bu gün ABŞ və Rusiya liderləri müharibənin guya dayandırılması ilə bağlı danışıqlar aparırlar. Həmin danışıqlar isə beynəlxalq hüququ özündə ehtiva etmir. Çünki Rusiya işğalçı bir ölkədir. Burada beynəlxalq hüquq və ondan irəli gələn prinsiplər gündəmdə olmalıdır. İşğal olunan ərazinin qeyd-şərtsiz tərk olunması məsələsi müzakirə edilməlidir. Lakin bu hadisənin şahidi olmuruq. Əksinə, təcavüzə haqq qazandıran fəaliyyət görürük”.

Politoloqun sözlərinə görə, bu hadisənin baş verməsi ciddi həyəcan siqnalıdır:

“Sərhəddə Rusiya təcavüzündən qorunmaq üçün yenidən minaların basdırılmasına başlayacaqlar. Bu da o deməkdir ki, həmin ölkələr, xüsusilə də Avropanın şərqi, şimalı, Baltikyanı ölkələr Rusiya tərəfindən özlərinə təcavüz ehtimalını real sayırlar. Kimlərsə, sülh göyərçini kimi görünmək istəsə də baş verən bu hadisə reallığın tamamilə fərqli və təhlükəli olduğunu ortaya qoyur.

Rusiya ilə bağlı konkret nəticələrə gəldikdə bu məsələ müdafiə xarakterlidir. Rusiya və ABŞ-a siqnaldır. Çünki ABŞ bundan sonra Avropanı müdafiə etməyəcəyini açıqladı. Avropa özünün müdafiəsi ilə bağlı hərəkətə keçib. Gündəlikdə 800 milyard avro məbləğində büdcənin yaradılması, qoşunların silahlandırılması və bu kontekstdə Ukraynanın hərbi cəhətdən dəstəklənməsi planları var. Hətta bu yöndə konkret razılıqlar var.

Hazırlıqlar Rusiya təcavüzündən qorunmaq, özünü müdafiə etmək qabiliyyətini gücləndirmək məqsədi daşıyır. Minalarla bağlı verilən sözügedən qərar da prossesin tərkib hissəsi kimi dəyərləndirilməlidir”.
 
Ardını oxu...
Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, martın 19-u saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon söhbəti zamanı onun 30 günlük atəşkəs təklifi ilə razılaşıb.
Bu barədə Kremlin mətbuat xidmətinin məlumatında deyilir.

"Söhbət zamanı Donald Tramp münaqişə tərəflərinə 30 gün ərzində enerji infrastrukturu obyektlərinə hücumlardan qarşılıqlı şəkildə çəkinmək təklifi irəli sürüb. Vladimir Putin bu təşəbbüsə müsbət cavab verib və dərhal Rusiya hərbçilərinə müvafiq əmr verib", - məlumatda deyilir.

Qeyd edək ki, bu gün Putin və Tramp arasında telefon danışığı baş tutub.
 

         
Ardını oxu...
Rusiyanın Leninqrad vilayətində hərbi Mi-28 helikopteri qəzaya uğrayıb.
Rusiya Müdafiə Nazirliyi hadisəni təsdiqləyərək, ekipaj üzvlərinin həlak olduğunu açıqlayıb.

Məlumata görə, Mi-28 helikopteri planlaşdırılmış təlim uçuşu zamanı naməlum səbəblərdən qəzaya düşüb.

Şahidlərin sözlərinə görə, helikopter yaşayış məntəqələrindən uzaqda, boş əraziyə çırpılıb.

Hadisənin səbəbləri araşdırılır.
Ardını oxu...
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 18-i saat 16:40-dan 18:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Ardını oxu...
HƏMAS son ana qədər Qəzza zolağında atəşkəs razılaşmasına sadiq qalıb və İsrailə hücum etməyi planlaşdırmayıb.

Hərəkatın müvafiq bəyanatı teleqram kanalında yayımlanıb.

“HƏMAS son ana qədər atəşkəs razılaşmasına riayət edib və onun davamiyyətinə çalışıb. Lakin İsrailin Baş naziri Benyamin Netanyahu müharibəni yenidən başlatmağı üstün tutdu. HƏMAS-ın israilli hərbçilərə hücum hazırladığı barədəki iddialar həqiqətə uyğun deyil, bu, sadəcə döyüş əməliyyatlarını yenidən başlatmaq üçün bəhanədir”, – deyə bəyanatda vurğulanıb.
 
Ardını oxu...
"İsgəndər" kompleksinin ekipajı Sum vilayətinin Losevka bölgəsində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi əraziyə zərbə endirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Losevka qəsəbəsi ərazisində Ukrayna Silahlı Qüvvələrinin 144-cü briqadasının canlı qüvvəsi, silah-sursat, hərbi və xüsusi texnikasının cəmləşdiyi əraziyə zərbələr endirib.
Ardını oxu...
Tacikistanın hərbi qulluqçuları Qələbənin 80 illiyi münasibətilə mayın 9-da Moskvanın Qızıl Meydanında keçiriləcək paradda iştirak edəcəklər.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin məlumat verib.

Bu gün Kremldə Putinlə Tacikistan lideri arasında görüş olub. Danışıqlar zamanı Rusiya prezidenti həmkarını Qələbənin 80 illiyi ilə bağlı şənliklərdə gözlədiyini bildirib.

Dünyapress TV

Xəbər lenti