Ardını oxu...
Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Ardını oxu...
ABŞ ordusunun Yəməndəki husi hədəflərini havadan və dənizdən vurmağa başladığı bir vaxtda ABŞ prezidenti Donald Tramp açıqlama verib. “Bu gün mən Birləşmiş Ştatlar Ordusuna Yəməndə husi terrorçularına qarşı qəti və güclü hərbi əməliyyata başlamağı əmr etdim” deyib.

TEREF Sondakika-ya istinadən xəbər verir ki, Tramp “Husilər; Vaxtınız bitdi, hücumlarınız dayanmalıdır, etməsələr, cəhənnəm sizin üzərinizə yağacaq”, – deyib.

ABŞ ordusu husilərə qarşı 10-dan çox hücum təşkil edib. Hücumlarda husilərin radar və hava hücumundan müdafiə sistemləri, eləcə də raket sistemləri hədəfə alınıb.
 
Ardını oxu...
Türkiyə Krımın Rusiya tərəfindən işğalını tanımır.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Krımın işğalının 11-ci ildönmü ilə bağlı yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda Rusiya Federasiyasının 2014-cü il martın 16-da keçirdiyi referendumun qeyri-legitim olduğu və Krımda mövcud de-fakto vəziyyətin tanınmadığı vurğulanıb.

Bundan başqa, Türkiyənin Krım-tatar türklərinin vəziyyətini yaxından təqib edəcəyi və yarımadada baş verən hadisələri beynəlxalq ictimaiyyətin gündəmində saxlamağa davam edəcəyi bildirilib.
 
Ardını oxu...
Yaponiya Çinin Tayvanı mümkün işğalı səbəbindən Küsü adasında 1000 km mənzilli “GSDF Type-12” “yer-gəmi” tipli idarə olunan raketlər yerləşdirəcək.

Axar.az xəbər verir ki, bu barədə Yaponiya mətbuatı yazıb.

Məlumata görə, raketin yerləşdirilməsinə 2026-cı ilin martında başlanılacağı gözlənilir və məqsəd Tayvan yaxınlığındakı Nansi adaları ətrafında təhlükəsizliyi gücləndirməkdir.

Bundan əlavə, raketlərin Yaponiya arxipelaqının ikinci böyük adasında yerləşdirilməsi onların Şimali Koreyaya və Çinin sahilyanı ərazilərinə çatmasına imkan verəcək.
 
Ardını oxu...
Husilər Qırmızı dənizdə Amerikanın təyyarədaşıyan "USS Harri Truman" və digər döyüş gəmilərinə hücum etdiklərini bildiriblər.
Bu barədə xarici mediada məlumat yayılıb.

Məlumata görə, onlar 18-ə yaxın ballistik və qanadlı raket, həmçinin PUA-larla hücum ediblər.

Qeyd edək ki, Prezident Trampın əmri ilə ABŞ ordusu husilərə qarşı ötən gündən geniş əməliyyata başlayıb.
 
Ardını oxu...
İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri güllələnib.

Yenixeber.org: Məlumata görə, insident Təftan şəhərində olub.

SEPAH zabitləri naməlum silahlılar tərəfindən atəşə tutulub.

Hadisə nəticəsində bir nəfər həlak olub, daha bir nəfər ağır yaralanıb.
 

Ardını oxu...

Ukrayna 1000 km uçuş məsafəsinə malik “Long Neptun” raketini sınaqdan keçirib.

“Report”un məlumatına görə, bu barədə ölkə prezidenti Volodimir Zelenski özünün Telegram kanalında bildirib.

““Long Neptun” sınaqdan keçirilib və döyüşdə uğurla istifadə ediləcək”, - o yazıb.

Qeyd edək ki, “Neptun” 5 min tona qədər yerdəyişmə qabiliyyətinə malik gəmiləri, eləcə də yer hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş raketdir və Kiyev “Luch” konstruktor bürosunda hazırlanıb.
          
Ardını oxu...
Çinin “Şenyanq J-15” çoxməqsədli döyüş təyyarəsi Haynan əyalətində təlim zamanı qəzaya uğrayıb.

TEREF xəbər verir ki, pilot qəzadan bir neçə saniyə əvvəl katapult edə bilib.

Təyyarənin boş bir əraziyə düşdüyü və hər hansı can itkisinin yaşanmadığı vurğulanıb.

Qeyd edək ki, “Şenyanq J-15” döyüş təyyarəsinin bazar dəyəri 61 milyon ABŞ dollarıdır.
 
 
Ardını oxu...
Ukrayna prezidenti Volodimir Zelenski NATO üzvü olan ölkələrin hərbçilərinin ölkəyə gətirilməsini tələb edib.

Müvafiq bəyanat onun "Telegram" kanalında yer alıb.

O vurğulayıb ki, ABŞ- ın dəstəklədiyi Avropa sülhməramlı kontingenti Ukraynada olmalıdır.

"Bu, Ukrayna və Avropa üçün təhlükəsizliyin təminatıdır", - deyə Zelenski qeyd edib.
 
Ardını oxu...
Vacib hadisə. Ukrayna Rusiyanın dərinliklərinə zərbələr üçün artıq heç kimdən icazə almayacaq.
Ukraynanın uzaq mənzilli "Neptun" qanadlı raketi Krasnodar vilayətində yerləşən Tuapse neft emalı zavodunu vurdu (Ukrayna sərhədindən 450 km məsafədə). Zərbədən sonra yanğının bir sutka davam etməsi hadisənin miqyasını açıq şəkildə göstərir.
Tuapse – Rusiyanın əsas neft mərkəzlərindən biridir və cəbhə xəttindən 450 km uzaqlıqda yerləşir. Əgər əvvəllər "Neptun" raketləri maksimum 400 km məsafəyə zərbə vura bilirdisə, indi onların modernləşdirilməsi sübut edir ki, Ukraynanın texnoloji imkanları daha genişdir. "Uzun Neptun"un zərbə məsafəsi 1000 km-ə qədər artırılıb.
"Neptun" nədir və niyə bu qədər vacibdir?
"Neptun" – sovet dövründən qalma X-35 raketinin əsasında yaradılmış, lakin ciddi şəkildə təkmilləşdirilmiş qanadlı raketdir. Əvvəlcə gəmi əleyhinə silah kimi hazırlanmışdı, lakin sonradan yerüstü hədəfləri vurmaq üçün də uyğunlaşdırıldı.
Bu günə kimi "Neptun" raketlərinin yerdə yerləşən hədəflərə zərbələri:
31 may 2024 – "Kavkaz" limanındakı bərələr və neft terminalı vuruldu (250 km).
21 iyun – Yeyskdə "Şahed" PUA-larının bazası məhv edildi (150 km).
23 iyul – "Kavkaz" limanında "Slavyanin" bərəsi vuruldu (250 km).
31 iyul – Kursk vilayətində anbarlara zərbə endirildi (100 km).
22 avqust – "Kavkaz" limanında "Konro Treyder" bərəsi vuruldu (250 km).
Və indi – Tuapse, 450 km!
Prezident Zelenskinin sözlərinə görə, Ukrayna 2024-cü ildə 100 raket istehsal edib (modeli açıqlanmasa da). Müdafiə naziri Umerov da bu rəqəmi təsdiqləyib. Sonuncu hücum göstərir ki, Ukraynanın genişmiqyaslı hücumlar üçün kifayət qədər resursu var.
Ukrayna hərbçiləri və analitikləri uzaq mənzilli silahların inkişafının davam edəcəyini bildirirlər. "Uzun Neptun" təkcə raket deyil, həm də Ukrayna HSK-nin texnoloji inkişafının göstəricisidir.
Əgər dünən bu haqda şübhələr vardısa, bu gün artıq aydındır – logistika döyüşü yeni mərhələyə keçir və Ukraynaya artıq Rusiyanın dərinliklərinə zərbələr üçün HEÇ KİMDƏN icazə almasına ehtiyac yoxdur.
Kamran Cəfərov
TEREF

 

Dünyapress TV

Xəbər lenti